Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 175,75 Kb.
səhifə145/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   170
SDU nəqliyyat

Azərbaycanın dəniz nəqliyyatı

Azərbaycanda dəniz nəqliyyatı qədim tarixə malikdir və Xəzər dənizində bu tarixin 1600 ildən əvvələ gedib çıxdığı məlumdur. Ölkənin ən iri dəniz nəqliyyatı üzrə kompaniyası Xəzər Dəniz Gəmiçiliyidir. Bu kompaniyanın 86 gəmi və tankerləri vardır. Onlardan 41 tankerlər, 35 quru yüklərin, 10 isə köməkçi materialların daşınması üçün olan gəmilərdir. Gəmiçilik bir çox beynəlxalq yük daşıma marşrutlarında, o cümlədən, Qara, Aralıq, Baltik dənizləri və Atlantik okeanda fəaliyət göstərir. Ölkənin ikinci böyük dəniz nəqliyyatı kompaniyası kimi Xəzər Dəniz Neft Donanmasıdır. Kompaniya ARDNŞ-nin struktur vahidi kimi fəaliyyət göstərir və onun sərəncamında müxtəlif təyinatlı 259 gəmi vardır. Kompaniya beynəlxlaq sertifikata malikdir və dünyanın müxtəlif regionlarında bir çox beynəlxalq layihələrin iştirakçısıdır.

2013-cü ilin yekunu üzrə ölkədə dəniz nəqliyyatı üzrə yükdaşımalarının həcmi 11,5 mln. ton olmuşdur, bunun 11,49 mln. tonu xarici əlaqə ilə bağlı olmuşdur. O cümlədən tranzit yükdaşımaların həcmi 8,24 mln. ton, ixrac-1,11 mln. ton, idxal-

1,59 mln. ton və s. təşkil etmişdir. Dəniz nəqliyyatı vasitəsi ilə ümumi yük dövriyyəsi 4,6 mln. ton-km təşkil etmişdir və bunun demək olar ki, hamısı xarici əlaqə ilə bağlıdır. Dəniz nəqliyyatı ilə cəmisi 13,7 min nəfər sərnişin daşınmışdır və bu daşımalar xarici əlaqələr üzrədir. Dəniz nəqliyyatı sistemində 9,7 min nəfərə yaxın insan işləyir və orta aylıq əmək haqqş 751 manatdan çoxdur. İl ərzində bu nəqliyyat sisteminin inki.afına yönəldilən investisiyaların ümumi həcmi 9 mln. manatdan çox olmuşdur.




Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin