10.5. Beynəlxalq Boru kəmərləri Komitəsi
İnternational Pipeline Committee - Beynəlxalq Boru kəmərləri Komitəsinin əsas missiyalarına konsultativ xidmətlərin göstərilməsi, qanunvericilik aktlarının təkmilləşdirilməsidir.
Komitə-ümumi və spesifik boru kəmərləri nəqliyyatı problemlərini araşdırır, adekvat və razılaşdırılmış təkliflər hazırlayır.
Komitə - Milli Boru Kəmərləri Komitələrinin ümumi əməkdaşlıgını nizamlayır və əlaqələndirir.
10.6. Boru kəmərləri mühəndis və inşaatçılarının peşəkar institutu
PİPE- Boru kəmərləri mühəndis və inşaatçılarının peşəkar institutu – 2007-ci ildən formalaşmışdır. İnstitutun əsas tədqiqat sahələrinə boru kəmərlərinin çəkilişi və bununla bağlı spesifik xüsusiyyətlər, boru kəmərlərinin təhlükəsizliyi, ətraf mühitin qorunması və sahə standartlarının yaradılmasıdır.
PİPE – bütün dünya üzrə bu sahədə mühəndislərin peşəkarlıq səviyyəsinin artımını təşkil edir, sertifikatlar verir və s.
PİPE – də əsas üzv dövlətlər sırasında ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, Kanada, Rusiya və digərləri yer almışlar.
Dostları ilə paylaş: |