Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 175,75 Kb.
səhifə113/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   170
SDU nəqliyyat

10.9. Bakı-Tbilisi-Ceyhan neft kəməri

Azərbaycan müstəqillik əldə etdikdən sonra özünün karbohidrogen ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində milli maraqları nəzərdə tutan konseptual yanaşmanı təmin etmək üçün 1990-cı illərin əvvələrindən başlayaraq tarixi işləri həyata keçirmişdir. Bu baxımdan 1994-cü ildə sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” mühüm əhəmiyyət kəsb edir. Bu kontrakta əsasən ölkəmizdə iri neft yataqlarının işlənməsi və hasilatı nəzərdə tutulmuşdur. Lakin nefti istehsal etməklə yanaşı, onun dünya bazarlarına səmərəli nəqli də mühüm əhəmiyyət daşıyırdı. Məhz bu amil Azərbaycanın öz neftinin təhlükəsiz nəqli üçün beynəlxalq əhəmiyyətli kəmərlərin tikintisi üzrə təşəbbüslərlə çıxış etməsini zəruri edirdi. Belə bir şəraitdə Azərbaycan ilk növbədə strateji müttəfiqləri və qonşu ölkələri olan Türkiyə və Gürcüstanı da bu proseslərə cəlb etmişdir.

Artıq 1990-cı illərin əvvələrində Dövlət Neft Şirkəti ilə dünyanın digər iri şirkət və kompaniyaları arasında bu istiqamətdə danışıqlar başladı. Bununla belə bu proseslər əsasən 1999-cu ilin sonlarında intensivləşməyə başladı. 1998-ci ilin oktyabr ayında ABŞ, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan arasında Ankara bəyannaməsi imzalandı. Bununla da BakıCeyhan boru xəttinə ilk beynəlxalq səviyyəli güclü dəstək verildi. Ancaq həmin dövrdə BP şirkəti bu layihənin sərfəli olmadığını bildirərək, layihəyə marağı azaltmağa səy göstərirdi. Bu uzun çəkmədi. 1994-cü ilin noyabr ayında İstanbulda ATƏT-in konfransında Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan dövlətlərinin başçıları ABŞ prezidenti Bill Klintonla birlikdə rəsmi sənəd imzalayaraq, bu layihəyə daha ciddi dəstək verdilər və layihənin adı rəsmi şəkildə Bakı-TiflisCeyhan (BTC) olaraq dəyişdirildi. Nəhayət, 2003-cü il sentyabr ayının 10-da boru xəttinin inşasına başlanıldı. Layihəyə əsasən Azərbaycanda iki, Gürcüstanda iki və Türkiyədə səkkiz nasos stansiyaları, iki aralıq ərsinburaxma stansiyası, bir təzyiqazaltma stansiyası və 101 kiçik siyirtmələr inşa edilmişdir.


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin