TANAP-la nəql olunacaq Azərbaycan qazının ümumi orta həcmi- təxminən ildə 16 mlrd kubmetr səviyyəsində gözlənilir. Bunun 10 mlrd kubmetri Avropa Birliyi ölkələrinə və 6 mlrd kubmetri isə Türkiyəyə satılacaq. Avropaya satılacaq təbii qazın təslim edilməsi məntəqəsi kimi Türkiyə Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədləri nəzərdə tutulmuşdur.
Transadriatik Qaz Kəməri (Trans Adriatic Pipeline) – TAP – 2013-cü ilin fevral ayının 13-də Afinada (Yunanıstan) imzalanmışdır. Bu sənəd Yunanıstan, İtalya və Albaniya TAP Qaz Kəmərinin tikintisinə dair hökümətlərarası Saziş adlanır. TAP vasitəilə Qərbi Avropaya Azərbaycan qazının nəql edilməsi nəzərədə tutulmuşdur. İlkin mərhələdə TAP vasitəsilə nəql olunacaq qazın 10 mlrd kubmetr, sonradan isə 20 mlrd kubmetrədək olacağı gözlənilir.