Dərs vəsaiti kimi təsdiq edilmişdir


əvvələn, məzmunun müəyyənləşdirilməsi təkcə bilik və bacarıqların deyil,  dərsin bütün nəzərdə tutulmuş  vəzifələrinin həllini təmin etməlidir.  İkincisi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   38
əvvələn, məzmunun müəyyənləşdirilməsi təkcə bilik və bacarıqların deyil, 
dərsin bütün nəzərdə tutulmuş  vəzifələrinin həllini təmin etməlidir.  İkincisi, məzmunda başlıca olanı, 
mahiyyəti,  əsası ayırmaq lazımdır. Məhz başlıca olanı ayırmaq  əməliyyatda optimallaşdırmanın zəruri 
olduğunu göstərir. Axı, başlıca ünsürü ayırmadıqda bilik, bacarıq və  vərdişlərin verilməsində  səthilik 
mütləq özünə yer tapır. Bu isə sonradan onların öyrədilməsi üçün müəllimin  əlavə vaxt ayırması, 
şagirdlərin və özünün əlavə yüklənməsi ilə  nəticələnir.  Üçüncüsü, dərsin məzmununu 
müəyyənləşdirərkən sadəcə olaraq terminlərin miqdarını çoxaltmağa deyil, onlardan elələrini seçməyə 
çalışmaq lazımdır ki, qısa yolla  müvafiq bacarıq və vərdişlərin formalaşmasına gətirib çıxarsın. 
              Bədən tərbiyəsi məşğələlərinin optimallaşdırılmasında əsas şərtlərdən biri də onun intensivliyinin 
artırılması ilə sıx əlaqədardır. Burada çalışmalı ki, az vaxt ərzində daha çox hərəkətlər özü də keyfiyyətlə 
yerinə yetirilsin. Bu zaman hərəkətin icra olunma qaydalarına bütövlükdə riayət olunmalıdır.  Əks 
təqdirdə tədris prosesi sadəcə olaraq müxtəlif növ fiziki hərəkətlərin təkrarı ilə nəticələnir. 
              Bədən tərbiyəsi məşğələsinin optimallaşdırılması üçün ilk növbədə şagirdlərin fəaliyyətini tədris 
prosesinə mütəşəkkil cəlb etmək lazımdır. Bunun üçün də müəllim məşğələyə qabaqcadan hazırlaşmalı, 
öyrədəcəyi hərəkətlərin texnikasına dərindən yiyələnməli, məzmununa uyğun metod, vasitə  və priyom 
seçməli, bunları düzgün tətbiq etməli və fəal şagirdlərin gücündən istifadə etməlidir. Təcrübədən aydın 
olur ki, bütün tədris materialları üçün eyni təlim üsulundan istifadə etmək məşğələnin səmərəliliyini 
azaldır, şagirdlərin məşğələyə olan marağına mənfi təsir göstərir. Bütün hərəkətlərin öyrənilməsində eyni 
təlim üsulundan istifadə etmək diqqətin yayınmasına səbəb olur. Məhz elə buna görə də hər bir müəllimin 
tədrisin səviyyəsini yüksəltmək məqsədilə mütləq keçəcəyi materialın məzmununa müvafiq üsul və 
priyomlardan istifadə etməlidir. Misal üçün, əgər müəllim tullanma, qaçış, atmalar və s. üzrə  məşğələ 
materialının nəql etmə üsulu ilə  şərh edirsə, o həm də izahetmə  və göstərmə üsullarından da 
məqsədəmüvafiq şəkildə istifadə etməlidir. 
              Müəllim məşğələnin məzmununu müəyyənləşdirərkən 2 metodiki məsələyə xüsusi diqqət 
yetirməlidir. Birinci, hər bir məşğələnin hissəsi üçün xüsusi tədris materialı nəzərdə tutulmalı, ikincisi
həmin materiallar məzmun etibarı ilə bir-birinə uyğun seçilməli, biri o birini tamamlamalıdır. Bu pedaqoji 
nöqteyi-nəzərdən nə qədər böyük əhəmiyyətə malik olsa da, eyni ilə bir o qədər də psixoloji baxımdan 
əhəmiyyətlidir. Yəni məşğələdə icra olunan fiziki hərəkətlərin təsir etibarı ilə məqsədəuyğun olması, biri 
digərini dolayı yolla yaxud da birbaşa tamamlaması, həmçinin hərəkətlərin təsir etibarı ilə məqsədəuyğun 
olması  şagirdlər tərəfindən düzgün icrasına zəmin yaratmaqla, həm də onların  əhvallarını yaxşılaşdırır, 
tədris fəallıyyətinin emosionallığını yüksəldir. Digər tərəfdən də şagirdlər bu vaxt mürəkkəb hərəkətləri 
icra etməkdən qorxmurlar, onu daha inamla və zövqlə yerinə yetirirlər. Bütün bunlar da tədrisin 
səmərəliliyinin yüksədilməsinə müsbət təsir göstərir. 
              Ümumtəhsil orta məktəblərində  bədən tərbiyəsi məşğələlərinin lazımi effekt verməsində 
məşğələnin hissələri arasında və ya bütövlükdə  düzgün bölüşdürülməsinin mühüm faydası vardır. Bu 
sağlamlığın möhkəmləndirilməsi, ahəngdar inkişafı üçün vacibdir. 
              Məşğələnin səmərəliliyinin yüksədilməsində mühüm amillərdən biri də  həmin prosesin ideya-
siyasi səviyyəsinin, daha doğrusu məzmununda vətənpərvərliyin olması, elmi dünyagörüşün 
formalaşması ön plana çəkilməsindədir. Ayrı-ayrı siniflərdə öyrədilən mövzular əsasında  şagirdlərin 

 115
görkəmli şəxslərin həyat və fəaliyyətinin nümunəsində fiziki tərbiyənin rolu ilə əlaqədar bəzi məsələlərlə 
tanış olmalıdırlar. Qeyd etməliyik ki, Azərbaycan xalqının görkəmli alim, şair və yazıçılarının əsərlərinin 
fiziki tərbiyə ilə əlaqədar olan hissələrinin öyrədilməsi şagirdlərin vətənpərvərlik, beynəlmiləlçilik, əməyə 
və fiziki tərbiyəyə məhəbbət ruhunda tərbiyələndirilməsinə zəmin yaradır. 
              Məşğələnin quruluşuna standart deyil, yaradıcı yanaşmaq təliminin optimallaşdırılmasında zəruri 
şərtlərdən biri sayılır. 
              Əlbəttə, burada da məşğələnin ümumi ahəngliyi pozulmamalı, bütün müəllim-şagird fəaliyyəti 
ümumi məqsədin, konkret vəzifələrin icrasına istiqamətləndirilməlidir. Bədən tərbiyəsi məşğələsində 
şagirdlərə  fərdi yanaşmağın  əhəmiyyəti olduqca böyükdür. Planlaşqdırma fərdi yanaşmanın 
müvəffəqiyyətlə həll edilməsində mühüm rol oynayır. Müasir məşğələ planlaşdırılarkən idman bazalarına 
xüsusi diqqət verilməli, fiziki tərbiyə sahəsində xüsusi qabiliyyətə malik şagirdlər üçün və  əksinə  zəif 
şagirdlər üçün hərəkətlər nəzərdə tutulmalıdır. Bütün bunlar bir tərəfdən orta məktəb şagirdlərinin ayrı-
ayrı fiziki hərəkətləri  şüurlu surətdə, yaradıcılıqla, yüksək fəallıqla icrasına zəmin yaradırsa, digər 
tərəfdən bədən tərbiyəsi tədrisinin səmərəliliyini artırır, həmin prosesdə optimal şərait yaradır. 
 
2.2
 
Bədən tərbiyəsi dərslərinə verilən müasir tələblər 
              Məktəb işinin daha da təkmilləşdirilməsi ölkəmiz müstəqillik qazandıqdan sonra böyük ruh 
yüksəkliyi ilə  həyata keçirilir, məktəblərimizdə  təlim-tərbiyənin keyfiyyəti durmadan yüksəldilir. Xalq 
təhsil işçiləri və müəllimlərimiz təhsildə aparılan reformaları  əldə  rəhbər tutaraq şagirdlərin elmlərin 
əsaslarına möhkəm yiyələnməsi (tədrisin ideya-siyasi, nəzəri səviyyəsinin artırılması), onların təlim 
müvəffəqiyyətlərinin yaxşılaşdırılması sahəsində lazımi səy göstərirlər. 
              Bədən tərbiyəsinin tədrisi də məktəb işinin tərkib hissəsinə daxil olmaqla məktəbyaşlı uşaqların 
sağlamlığının möhkəmləndirilməsinə, çevik, sürətli, dözümlü olmalarına və digər fiziki-psixoloji 
keyfiyyətlərin  əmələ  gəlməsinə, onun durmadan inkişafına böyük zəmin yaradır. Bədən tərbiyəsinin 
müvafiq şəkildə tədrisi təkcə hərəkət keyfiyyətinin inkişafına, fiziki hazırlığına və s. kömək etmir, o, eyni 
zamanda şagirdlərə Azərbaycan mintaretinə uyğun əxlaqi keyfiyyətlər aşılayır. Bədən tərbiyəsi və idman 
şagirdləri vətənə bağlılıq, dostluq, insanlıq, kollektivçilik, vətənpərvərlik ruhunda tərbiyə edir, onlara 
birgə  səy göstərmək, Vətənə  məhəbbət və sevgi, onun idman şərəfini hər  şeydən üstün tutmaq və 
qorumaq kimi hisslər aşılayır və möhkəmləndirir. Bədən tərbiyəsi və idman bunlarla bərabər, şagirdləri 
əməyə və Vətənin müdafiəsinə hazırlaşdırır. Elə buna görə də ümumtəhsil məktəblərində bədən tərbiyəsi 
və idmanın inkişaf etdirilməsi, daha da təkmilləşdirilməsi təhsil qanununun  qarşıya qoyduğu  əsas 
vəzifələrdəndir. 
              Məktəbdə bədən tərbiyəsi üzrə tədris prosesinin təkmilləşdirilməsi olduqca çətin, mürəkkəb bir 
işdir. O, bir sıra  məsələlərlə bağlıdır. Bu, ilk növbədə  bədən tərbiyəsi sahəsində  tədris proqramlarının 
təkmilləşdirilməsi, onun məzmununun daha da dərinləşdirilməsi, elmi-nəzəri səviyyəsinin yüksədilməsi 
və bunların günün tələbləri baxımından tətbiqi ilə sıx surətdə əlaqədardır. Həqiqətən, respublikamızda bu 
sahədə bir sıra faydalı  tədbirlər hazırlanmış  və bu planlı surətdə  həyata keçirilmişdir. Həmin tədbirlər 
içərisində dərsin müasir tələblər səviyyəsində tədrisi xüsusi əhəmiyyətə malikdir. 
              Bədən tərbiyəsi dərslərinə verilən müasir tələblər hansılardır? 
              Dərsi təkmilləşdirməyin yolları pedaqoji ədəbiyyatda öz əksini tapmış  və bu aşağıdakı 
istiqamətdə müəyyən olunmuşdur: a) hər bir dərsin ideya-siyasi, elmi səviyyəsinin yüksədilməsi; b) dərs 
zamanı  şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi; v) vaxtdan səmərəli istifadə edilməsi, tədris 
işinin  fərdiləşdirilməsi; q) təlimin müasir texniki vasitələrinin geniş  tətbiqi; d) nəhayət,  şagirdlər 
tərəfindən biliklərin mənimsənilməsi, bacarıq və  vərdişlərin aşılanması prosesinin dəqiq  şəkildə idarə 
olunması. 
              Hər bir dərsdə  və  bədən tərbiyəsi tədbirində «Bədən tərbiyəsi» fənninin spesifikası, uşaqların 
psixoloji, anatomik-fizioloji, fiziki və cinsi inkişaf xüsusiyyətləri ciddi surətdə nəzərə alınmalıdır. 
              Dərsə verilən müasir tələblərdən biri bədən bərbiyəsi tədrisinin məzmununda elmiliyin, milli 
ideyalılığın və inteqrasiyanın təmin edilməsidir. Bu səbəbdən də bütün fənlər bir-biri ilə əlaqələndirilir. 
              Görkəmli dövlət xadimlərindən biri bədən tərbiyəsi və idmanı xarakterizə edərək deyirdi ki, 
«İdman yaxşı  işdir, insanın bədənini bərkidir, lakin, idman yardımçı bir işdir, onu əsas məqsədə, quru 
rekordçuluğa çevirmək olmaz. Biz istəyirik ki, adamlar hərtərəfli inkişaf etsin, yaxşı yüyürsün, yaxşı 

 116
üzsün, qıvraq …və salamat olsun, bir sözlə, normal və sağlam, əməyə və müdafiəyə hazır bir adam olsun, 
bədəncə inkişaf etməklə bərabər, zehni cəhətdən də düzgün inkişaf etsin. O deyirdi ki, … idmanla yalnız 
idman xatiri üçün maraqlanmaq olmaz, idmanı  tərbiyənin ümumi vəzifələrinə tabe etmək lazımdır. Biz 
yalnız idmanla məşğul olan adamlar deyil, quruculuqda çalışmalı olan sağlam vətəndaşlar hazırlayırıq ki, 
bunların yalnız möhkəm qolu, yeməyi yaxşı  həzm edən mədəsi deyil, habelə  və birinci növbədə geniş 
siyasi görüş dairəsi və təşkilatçılıq qabiliyyəti də olsun». 
              Qeyd  etmək lazımdır ki, bədən tərbiyəsi tədris materialının məzmununda elmilik, ideyalılıq, 
fiziki inkişafı və fiziki hazırlığı artıran, hərəki keyfiyyətləri inkişaf etdirən hərəkətlərlə təmin edilmişdir. 
Əsas məsələ isə bunları həyata keçirmək, yəni bədən tərbiyəsi fənni üzrə tədrisin elmiliyini, ideya-siyasi 
səviyyəsini yüksəltmək,  müasir tələblər səviyyəsinə çatdırmaqdan ibarətdir. Tədris etdiyi dərsi aktiv və 
interaktiv təlim metodları ilə  təmin edən müəllimlərimiz həmin işin öhdəsindən bacarıqla gələ bilərlər. 
Bədən tərbiyəsi  və idman üzrə tədris işlərini yüksək səviyyədə qurmaq və həyata keçirmək üçün müasir 
dərsə verilən bir sıra əsas metodik tələbləri nəzərə almaq lazımdır. 
              Bədən tərbiyəsi dərslərində qarşıya qoyulmuş  vəzifələri layiqincə yerinə yetirmək üçün 
şagirdlərin fəaliyyətini bu prosesə düzgün və mütəşəkkil olaraq təşkil etmək vacib şərtlərdəndir. Bunları 
nəzərə almaq istəyən müəllim dərsə qabaqcadan əsaslı surətdə hazırlaşmalı, keçəcəyi dərsin məzmununa 
uyğun səmərəli vasitələr seçməli və onları yerli-yerində tətbiq etməlidir. Bütün mövzular üçün eyni təlim 
üsulu və priyomlardan istifadə etmək tədrisin səmərəliliyini azaldır. Uşaqların dərsə olan marağını  və 
həvəsini minimum səviyyəyə endirir. Onlar dərs zamanı diqqətlərini cəmləşdirə bilmirlər. Bu səbəbdən də 
hər bir müəllim keçəcəyi materialın məzmununa müvafiq təlim üsullarından və priyomlarından istifadə 
etməlidir. Bədən tərbiyəsi tədrisinin yaxşılaşdırılmasına bu üsul və vasitələrdən qarşılıqlı surətdə 
istifadəyə ciddi fikir verilməlidir. Müəllim, qaçış, tullanmalar və cisim atmalar üzrə tədris materialını şərh 
edirsə, o, bu zaman mütləq izahetmə, göstərmə  və s. istifadə etməlidir.  Hərəkətlərin yerinə yetirilməsi 
texnikası elmi şəkildə şagirdlərə çatdırılmalıdır. Bədən tərbiyəsi hərəkətlərinin şagirdlər tərəfindən yaxşı 
öyrənilməsi üçün əvvəlcə müəllim hərəkəti özü göstərməli, hətta hərəkəti göstərə-göstərə onun şagirdlər 
tərəfindən qüsursuz, səlis edilməsinə nail olmaqdan ötrü arabir izahat verməli, onların diqqətini 
mənimsənilən materialın xüsusi qayda-qanunlarına cəlb etməlidir. Yaxşı olar ki, öyrədilmiş  hərəkətləri 
fəal şagirdlərdən bir neçəsinə, sonra isə bütün şagirdlərə icra etdirsin. Bu, təlimin  daha maraqlı və şüurlu 
surətdə mənimsənilməsinə səbəb olur. 
              Fiziki  tərbiyənin tədrisi səviyyəsinin yüksədilməsində  dərsin intensivləşdirilməsi də vacibdir. 
Burada bədən tərbiyəsi dərslərinin sıxlığının artırılması – bütün şagirdlərin ayrı-ayrı fiziki hərəkətlərin 
yerinə yetirilməsində maksimum dərəcədə  iştirakı, dərs prosesində boşdayanma hallarının aradan 
qaldırılaraq hamının məşğul olması xüsusən böyük əhəmiyyətə malikdir. Bunun üçün də müəllim 
hərəkətlərin öyrədilməsinə ayrılmış vaxtdan səmərəli istifadə etməli, az müddət  ərzində daha çox 
hərəkətlər icra etdirməyə çalışmalıdır. Bu zaman hərəkətlərin düzgün yerinə yetirilməsinə çalışmalı, oyun 
prosesində qayda və qanunların pozulmasına, intizamsızlıq hallarının yaranmasına imkan verilməməlidir. 
Təlim prosesində həmin cəhətlər nəzərə alınmazsa onun  intensivləşdirilməsi barədə düşünməyə dəyməz. 
Unutmamalı ki, hərəkətləri kəmiyyət etibarı ilə deyil, onları keyfiyyətlə yerinə yetirmək lazımdır.  
              Son  müşahidələrdən aydın olur ki, bir qrup müəllimlər fiziki tərbiyə üzrə  nəzəri məlumatların 
verilməsi, dərsin izah edilməsi və göstərilməsi hesabına, digər qrup müəllimlər isə hərəkət və oyunların 
icrası üçün ayrılmış vaxtı azaltmaqla dərsin effektliliyini artırmağa səy göstərirlər.  Əlbəttə, dərsin 
effektliliyini bu yolla artırmaq mümkün deyildir. Dərsin effektliyini artırmaq üçün hər  şeydən  əvvəl, 
dərsin ümumi sıxlığını artırmağa, eyni vaxtda daha çox şagirdin hərəkəti yerinə yetirmələrinə nail 
olünmalıdır. Bunun üçün də bütün şagirdlər hərəkətlərlə məşğul olmalı, boş dayanmamalı, məqsədəuyğun 
olmayan yeriş, sıra və s. hərəkətlər həddindər artıq təkrar edilməməlidir. Deyilənlərin nəzərə alınması 
dərsin intensivləşdirilməsinə yalnız kömək edə bilər. 
              Fiziki tərbiyə tədrisinin müasir tələblər səviyyəsinə çatdırılmasında şagirdlərin fəaliyyətini dərsə 
cəlb edən metodlardan da səmərəli istifadə etmək mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, bədən tərbiyəsi 
dərslərinin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində frontal, potok, dairəvi, növbə və qruplar 
üzrə və i.a. dərsin təşkili metodları olduqca faydalıdır. 
              Uşaqların fiziki hazırlığına görə qruplara bölünməsi və qrupların fərdi imkanlarını nəzərə alaraq 
fiziki hərəkətlərin öyrədilməsi də  təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəldir.  Bu üç cəhətdən 

 117
əhəmiyyətlidir. Əvvəla, bu yolla şagirdlərin dərsə marağını artırmaq, diqqəti daha yaxşı cəlb etmək olur, 
ikinci isə  dərs prosesində qayda-qanun, yüksək intizam yaratmaq imkanı genişlənir. Nəhayət, məşğul 
olanlar fiziki hərəkətlərlə daha yaxşı məşğul olmaq imkanı əldə edir, lazımi bilik, bacarıq və vərdişlərə 
yiyələnirlər. Şagirdlər həmin yolla da öz sağlamlığını möhkəmlədə və fiziki cəhətdən normal inkişaf edə 
bilərlər. 
              İdman alət və avadanlıqlarının idman zalı  və meydançalarında düzgün yerləşdirilməsi, çətin 
hərəkətlərin icrasında  şagirdlərin mühafizə olunması da  təlim-tərbiyə  işlərinin səmərəli təşkili və 
keçirilməsinə müsbət təsir göstərir. 
              Dərs aşağıdakı tələblərə cavab verməlidir: 
              1. Bütün şagirdlərin, eləcə də ayrı-ayrı dərslərin məzmunu fiziki tərbiyənin ümumi vəzifələrinin 
yerinə yetirilməsinə xidmət etməlidir; 
              2. Bədən tərbiyəsi dərsləri metodiki baxımdan düzgün qurulmalıdır; 
              3. Bədən tərbiyəsi dərsləri təhsil-tərbiyəvi və inkişafetdirici məqsədi daşımalıdır; 
              4.  Bədən tərbiyəsi dərsi  əvvəlki dərslərin ardı olmalı müvafiq məqsəd və  vəzifələri həyata 
keçirməlidir. Eyni zamanda növbəti dərslərin məzmunu və vəzifələri nəzərə alınmalıdır; 
              5. Dərs zamanı şagirdlərin tərkibi, yaşı, cinsi, fiziki inkişafı və fiziki hazırlığı nəzərə alınmalıdır; 
              6. Dərs üçün elə hərəkətlər seçilməlidir ki, onlar şagirdlərin hərtərəfli inkişafına, sağlamlığının 
möhkəmləndirilməsinə və qamətin formalaşmasına xidmət etmətlidir; 
              7.  Dərslər elə  təşkil olunub keçirilməlidir ki, o, şagirdlərin marağına və  fəallığını  səbəb 
olmalıdır; 
              8. Bədən tərbiyəsi dərsləri digər fənlərə uyğun bir şəkildə dərs cədvəlinə yerləşdirilməlidir. 
 
2.3
 
Proqram tədris materialları üzrə işin təşkili 
              Məktəbdə  bədən tərbiyəsinin  əsas təşkili forması  dərsdir. Bədən tərbiyəsi dərsləri cədvəl üzrə 
həftədə iki dəfə aparılır. Dərslərdə şagirdlərə hərəkət keyfiyyətləri (sürət, qüvvə, çeviklik, dözümlülük) və 
hərəkət fəaliyyətinə dair (əmək, vətəni müdafiə, idman və s.) lazımi bilik, bacarıq və vərdişlər aşılanır. 
              Bədən tərbiyəsi  dərsləri hazırlayıcı,  əsas və tamamlayıcı hissədən ibarətdir. Bunların da hər 
birinin özünəməxsus məqsəd və  vəzifələri vardır. Müəllim həmin məqsəd və  vəzifələrə uyğun fiziki 
hərəkətlər və oyunlar seçir, yeri gəldikdə onları  dərsin ayrı-ayrı  mərhələlərində  şagirdlərə öyrədir. 
Müəllim qarşıdakı məqsədə nail olmaq üçün dərsi pedaqogi-psixoloji cəhətdən düzgün qurmalıdır. Dərsin 
keyfiyyətini yüksəltmək üçün müəllim tədris materiallarını  dərindən öyrənməli, materialları ardıcıllıqla 
təlim etməli və  təlim üsullarını düzgün müəyyənləşdirməlidir. Bununla yanaşı, dərs maraqlı qurulmalı, 
şagirdlərin fəallığı  şəraitində keçməlidir, tədris günü rejimində digər fənlərlə müvafiq qaydada 
növbələşdirilməlidir. 
              Dərsin səmərəli keçməsində  dərsin sıxlığını düzgün təşkil etmək böyük əhəmiyyətə malikdir. 
Müəllim dərsdə  hərəkəti qısa və aydın  şəkildə, az vaxt sərf etməklə  uşaqlara göstərməli, hər bir 
yarımqrupa müvafiq tapşırıq verməlidir. Müəyyən müddətdən sonra qrupların yerlərini dəyişməklə, icra 
etdikləri hərəkətləri də  dəyişdirməlidir. Müəllim bu prosesdə  şagirdlərin hərəkətlərinə ciddi nəzarət 
etməli, onların diqqətini yayınmağa qoymamalı, dərsin məqsədinə yönəltməlidir. 
              Bədən tərbiyəsi dərsinin keyfiyyətinin yüksədilməsində  əsas amillərdən biri şagirdlərin ümumi 
hazırlığına, fiziki inkişafına uyğun hərəkətlər seçilməsi, onların düzgün tətbiq edilməsi və bu zaman 
anatomik-fizioloji, həmçinin psixoloji xüsusiyyətlərin təlim dövründə nəzərə alınmasıdır. 
              Ölkə prezidenti İ.Əliyev məktəblilərin fiziki cəhətdən sağlam böyüməsinə böyük qayğı göstərir. 
Buna görə  də indii uşaqlar yalnız  əqli cəhətdən deyil, eyni zamanda fiziki cəhətdən də sürətlə inkişaf 
edirlər. Tədqiqatlar nəticəsində  məlum olmuşdur ki, məktəbyaşlı  uşaqların boyu 15-20 il əvvəlki 
yaşıdlarına nisbətən I sinifdən X sinfədək orta hesabla 4,6-11,6 sm, çəkisi 3,6-10,8 kq artır, döş  qəfəsi 
2,5-8,1 sm genişlənir. Məktəbə daxil olan uşaqların əksəriyyəti yüksək və orta fiziki inkişaf səviyyəsinə 
yiyələnmiş olur, onlar bu səviyyəni müəyyən müddət ərzində saxlaya bilirlər. 
              Belə ki, uşaq orqanizmi üçün bu cür normal vəziyətin yaranmasında  şəxsi gigiyena, yuxu və 
dərsin gün rejiminin, şagirdlərin təlim-tərbiyəsinə verilən tələblərin düzgün müəyyənləşdirilməsi ilə 
yanaşı, proqramların həyata keçirilməsində daha səmərəli vasitə və metodlardan istifadə edilməsi başlıca 
şərtdir. 

 118
              Bədən tərbiyəsi sisteminin bünövrəsi  əsasən ibtidai siniflərdən qoyulur. Ona görə  də ibtidai 
məktəbdən başlayaraq  şagirdlərin fiziki tərbiyəsinə ciddi yanaşılmalıdır, tədris proqramlarının 
təkmilləşdirilməsi məhz buna görə mühüm əhəmiyyətə malikdir. Respublikanın ümumtəhsil 
məktəblərində yeni tədris proqramının tətbiq olunmasına proqramın təkmilləşdirilməsi səbəb olmuşdur. 
Proqram, müasir tələblər nəzərə alınmaqla indiyə kimi fəaliyyət göstərmiş  tədris proqramının  əsasında 
işlənib-hazırlanmışdır. Proqram işlənilərkən onun məzmunu dərinləşdirilmiş, həcmi genişləndirilmiş, 
nəzəri və praktik əhəmiyyəti daha da artırılmışdır.  İndii də yeni tədris proqramının ayrı-ayrı (fiziki 
hazırlıq və nəzəri) bölmələrini və bunların tədrisi ilə əlaqədar qarşıda duran tələbləri, qısa da olsa,  şərh 
edək. 
              Tərbiyənin ayrılmaz hissəsi olan fiziki tərbiyə  şagirdləri fiziki cəhətdən kamilləşdirir, onları 
həyata, ictimai-faydalı  əməyə, habelə  Vətənin müdafiəsinə hazırlayır. Fiziki tərbiyə eyni zamanda əqli, 
əxlaqi, estetik tərbiyə və əmək təlimi ilə bir vəhdətdə həyata keçirilir. 
              İbtidai sinif şagirdlərinin fiziki tərbiyəsinin əsas vəzifələri aşağıdakılardır: 
              - şagirdlərin sağlamlığını möhkəmləndirmək və fiziki inkişafına kömək etmək; 
              - yeriş, qaçış, tullanmaq, cisim atma, dırmaşma, müvazinət hərəkətləri üzrə bacarıq və vərdişləri 
formalaşdırmaq və  təkmilləşdirmək, hərəkətlərin bu növlərinin düzgün əsasını yaratmaq, yeni hərəkət 
növlərini öyrətmək; 
              - hərəkət keyfiyyətlərini inkişaf etdirmək; 
              - sakit vəziyyətdə və hərəkət zamanı qaməti düzgün saxlama vərdişlərini formalaşdırmaq; 
              -  şagirdləri «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi kopleksinin nəzərdə tutulmuş 
hərəkətlərini tədricən yerinə yetirməyə hazırlamaq; 
              - bədən tərbiyəsi və idman sahəsində məlumatlar vermək; 
              - mənəvi-iradi keyfiyyətlər tərbiyə etmək: mədəni davranış vərdişləri formalaşdırmaq; 
              - bədən tərbiyəsi məşğələləri ilə məşğul olmaq üçün möhkəm vərdiş və maraq tərbiyə etmək; 
              - idman məşğələlərinə həvəs yaratmaq və maraq oyatmaq. 
              Bu vəzifələr yalnız  fiziki tərbiyənin bütün sistemlərindən, eləcə də onun təşkili formalarından və 
növlərindən: bədən tərbiyəsi dərsləri, gündəlik rejimə daxil olan bədən tərbiyəsi tədbirləri            ( bədən 
tərbiyəsi dəqiqələri, məşğələyə qədər səhər gimnastikası, fasilələrdə əyləncəli oyunlar və hərəkətlər) və 
dərsdənkənar bədən tərbiyəsi işlərindən lazımi səviyədə istifadə olunduğu zaman müvəffəqiyyətlə həyata 
keçirilə bilər. 
              Bədən tərbiyəsinin əsas məzmununu tədris proqramları müəyyən edir. 
              I-IV  siniflər üçün proqram aşağıdakı bölmələrdən ibarətdir: nəzəri məlumat, gimnastika, 
mütəhərrik oyunlar və yüngül atletika. 
               I-IV  siniflərdə  bədən tərbiyəsi və idman, hərəkət rejimi, bədəni möhkəmləndirmə, fiziki 
hərəkətlərin icrası zamanı düzgün tənəffüs və bədənə qulluq edilməsi, qamət və idman geyimi ilə əlaqədar 
ilk nəzəri məlumatlar verilir. Bundan başqa,  şagirdlər fiziki hərəkətlərin, idman ləvazimatı  və 
avadanlıqlarının adını öyrənir, yerinə yetirilən hərəkətlərə dair müvafiq biliyə yiyələnirlər. 
              Proqramdakı  nəzəri məlumat materialları  şagirdlərdə nitqin inkişafı  və bir sıra mövzuların 
mənimsənilməsi məqsədilə təbiətşünaslıq fənni ilə əlaqələndirilə bilər. 
              Şagirdlər gimnastika bölməsi üzrə  sıraya düzülməyin  ən sadə növlərini, qolları, qıçları  və 
gövdəni möhkəmləndirən bir sıra  əşyalı  və  əşyasız hazırlıq hərəkətlərini öyrənməlidirlər. Gimnastika 
materialının məzmununu  əsasən yeriş, qaçış, tullanmalar, cisim atma, dırmaşma və  dırmaşıb aşma, 
müvazinət, akrobatika və  rəqs hərəkətləri, habelə sallanmalar təşkil edir.  Gimnastika bölməsində, 
həmçinin qamətin formalaşması üçün xüsusi hərəkətlər verilmişdir. 
              İbtidai siniflərdə fiziki tərbiyə üzrə qarşıya qoyulmuş  vəzifələrin müvəffəqiyyətlə yerinə 
yetirilməsində mütəhərrik oyunlar böyük əhəmiyyətə malikdir. Mütəhərrik oyunların xüsusi qaydalar 
əsasında keçirilməsi  şagirdlərdə, həm də lazımi hərəkət vərdişləri aşılayır. Proqrama, sıraya düzlənmək 
ünsürü oyunlar, qaçış və tullanmalarla, cisim atma və dırmaşma ilə əlaqəli oyunlar   daxil edilmişdir. 
              «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi kompleksinin yüngül atletika üzrə  hərəkət 
növləri  şagirdlərə III sinifdən başlayaraq öyrədilməlidir. Bu məqsədlə  də III sinfin bədən tərbiyəsi 
proqramına «Yüngül atletika» bölməsi daxil edilmişdir. 

 119
              II-IV sinif şagirdlərini VMH kompleksinin norma və tələblərinə tədricən hazırlaşdırmaqdan ötrü 
onlara komplekslə  əlaqədar müvafiq bilik və bacarıqlar aşılanmalı, mülki müdafiənin  əsas qaydalarına 
dair məşğələlər təşkil olunmalıdır (xüsusi proqram üzrə). Nəzəri məlumat bölməsi üzrə  nəzəri məşğələ 
keçirmək üçün hər bir sinif üzrə tədris ili müddətində bir saat vaxt ayrılmışdır.  
              Məktəbin konkret şəraiti ilə  əlaqədar olaraq bir tədris materialı digəri ilə  əvəz oluna bilər. 
Məsələn, qışı uzun müddət qarlı keçən rayonlarda xizək hazırlığına verilmiş saatın miqdarını gimnastika 
materialı hesabına artırmaq olar. Digər rayonlarda isə xizək hazırlığının əvəzinə gimnastika materiallarını 
keçmək lazımdır. Məktəbdə üzgüçülük üzrə xüsusi şərait olduqda I-IV siniflərdə proqramın digər fiziki 
hazırlıq bölmələrinin tədris materialı hesabına üzgüçülüyün öyrədilməsinə 16 saat vaxt ayırmaq olar. 
              Üzgüçülük məşğələlərinin əsas məzmunu IV sinfin proqram materialları təşkil edir. 
              Proqramdakı rəqs hərəkətləri, habelə oyunlar və digər rəqslər lazım gəldikdə milli oyun və rəqs 
hərəkətləri ilə əvəz oluna bilər. 
              Məktəb proqram materialını başqası ilə yalnız şəhər (rayon) Xalq təhsil şöbəsinin razılığı ilə əvəz 
edə bilər. 
              Proqramda  mövcud  siniflər üzrə yalnız yeni materiallar verilir. Təkrar üçün materialları isə 
müəllim özü müstəqil olaraq müəyyənləşdirməlidir. 
              Proqram  materiallarının vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsində  tədris işlərinin 
düzgün planlaşdırılması xüsusi əhəmiyyətə malikdir. Planlaşdırmaya  əsasən tədris planı  və proqram 
materialının bölüşdürülməsinin illik qrafiki daxildir. 
              Fiziki  hərəkətlərin ayrı-ayrı növlərini elə planlaşdırmaq lazımdır ki, onların öyrənildiyi dərslər 
arasında böyük fasilə olmasın. 
              Hər bir dərsə bir neçə  hərəkət növü daxil etmək zəruridir. Dərs zamanı düzlənmə  və 
ümuminkişaf hərəkətlərindən əlavə, qaçış, tullanma, cisim atma, müvazinət, dırmaşma, akrobatika və rəqs 
hərəkətləri, həmçinin sürünmə, sallanmalar, oyounlar və s. kimi iki-üç hərəkət növündən istifadə etmək 
mühüm əhəmiyyətə malikdir. 
              Kiçik  məktəbyaşlı  uşaqların qamətinə diqqət yetirmək xüsusilə vacibdir. Şagirdlərin qamətinin 
formalaşması üçün təkcə proqramda verilmiş  hərəkətlərlə kifayətlənmək olmaz. Bu məqsədlə düzülmə, 
əşyalarla və əşyasız ümuminkişaf hərəkətləri, müvazinət, dırmaşma, yeriş, qaçış və s. hərəkət növlərindən 
istifadə etmək lazımdır. 
              Hər dərsdə mütəhərrik oyun keçirilməlidir. Dəsrlərin müxtəlif məzmunda təşkili kiçikyaşlı 
məktəblilərin hərəkət qabiliyyətinin daha da effektli təkmilləşdirilməsinə kömək edir. 
              Şagirdlərə  əsas hərəkət növlərini öyrədərkən onların tapşırıqları düzgün və  dəqiq yerinə 
yetirməsinə, eyni zamanda təlim prosesinin hərəkət keyfiyyətlərinin inkişafı ilə əlaqələndirilməsinə diqqət 
vermək zəruridir. 
              Uşaqlarda cəldliyin inkişafında mütəhərrik oyunlar xüsusi yer tutur. Bu məqsədlə elə oyunlar 
seçmək lazımdır ki, həmin prosesdə  uşaqlar bir hərəkət vəziyyətindən digərinə daha tez-tez keçməli 
olsunlar. Bu zaman əşyalarla hərəkətlərdən, müvazinət hərəkətlərindən, müxtəlif tapşırıqları yerinə 
yetirməklə icra edilən tullanmalardan istifadə olunur ki, bu da hərəkət koordinasiyasının inkişafına 
yardım göstərir. 
              Şagirdlərdə sürət keyfiyyətini inkişaf etdirmək üçün ayrı-ayrı  hərəkətləri cəld icra etməklə, 
sürətli qaçışdan, sürətlilik keyfiyyətini inkişaf etdirən mütəhərrik oyunlardan daha çox istifadə 
edilməlidir. 
              Uşaqlarda gücü inkişaf etdirmək məqsədilə ümuminkişaf hərəkətlərdən, doldurulmuş toplardan, 
dırmaşma və tullanmalardan, uzağa cisim atmadan, sadə və qarışıq sallanmalardan, həmçinin müqavimət 
hərəkətlərinə malik oyunlardan istifadə etmək olar. 
              Dözümlülüyün  inkişafı üçün yerişi qaçışla növbələşdirmə  hərəkətlərindən, nisbətən uzaq 
məsafəyə yavaş templi qaçışdan və müxtəlif mütəhərrik oyunlardan istifadə olunur. Bu hərəkətlər 
kiçikyaşlı məktəblilərin hərəkət fəaliyyətinə müsbət təsir göstərir. 
              Kiçik  məktəbyaşlı  uşaqlar daha çevik olurlar. Həmin keyfiyyətin inkişaf səviyyəsini nəinki 
saxlamaq, eləcə də onu daha da inkişaf etdirmək zəruridir. Bu məqsədlə qol, qıç, boyun və gövdə üçün 
verilən hərəkətlər (əşyalı, əşyasız) daha cəld yerinə yetirilməlidir. 

 120
              Hərəkət keyfiyyətlərini inkişaf etdirmək üçün müvazinət hərəkətlərinin seçilməsi hər bir sinfin 
proqram materialına əsaslanmalıdır. 
              Dərs prosesində  şagirdlər fiziki hazırlıq səviyyəsinə görə bölünməli və onlara fərdi 
yanaşılmalıdır. Bu məqsədlə  şagirdlərin fiziki inkişafı  və fiziki hazırlığı, onların hərəkətləri icra etmə 
bacarığını, orqanizmin funksional imkanlarını diqqətlə öyrənmək, tibbi müayinələrin və pedaqoji 
müşahidələrin nəticələrini nəzərə alman vacibdir. 
              Müəllim kiçik məktəbyaşlı  uşaqların psixoloji xüsusiyyətlərini nəzərə alaraq bədən tərbiyəsi 
dərslərinin emosional şəraitdə keçməsinə nail olmalıdır. Bu cəhətdən, fiziki hərəkətlərin öyrənilməsində 
oyun metodundan istifadə etmək faydalıdır. Oyun metodu ən sox I sinifdə tətbiq olunmalıdır. Hərəkətlərin 
musiqinin müşayiətilə yerinə yetirilməsi yaxşı nəticə verir. 
              Bədən tərbiyəsi dərslərinin  əksəriyyətinin açıq havada (məktəbyanı idman meydançasında, 
stadionda) keçirilməsi daha faydalıdır. Dərslərin qış  fəslində hava mülayim olduqda və yaxud havanın 
temperaturu – 12 
o
-dən az (orta iqlim şəraiti üçün) olmadıqda bayırda keçirmək olar. Digər iqlim şəraiti 
zonalarında isə  dərslərin açıq havada keçirilməsi maarif şöbələrinin səhiyyə  şöbə orqanları ilə 
razılığından sonra həll oluna bilər. Dərslərin keçirildiyi idman salonlarında havanın temperaturu +14 
o
-
dən az olmamalıdır. 
              İsti havalarda örtülü şəraitdə  və açıq havada uşaqlar xüsusi idman geyimində (trusik, mayka, 
tapoçka), soyuqlarda isə açıq havada isti məşq geyimində olmalıdırlar. 
              Bədən tərbiyəsi məşğələlərinin hamısında sanitariya-gigiyena tələblərinə riayət edilməlidir. 
Oturaraq, döşəməyə uzanaraq edilən hərəkətlər, akrobatik və  dırmaşma hərəkətləri icra olunarkən 
gigiyena şərtlərinə xüsusi diqqət yetirmək lazımdır. 
              «Bədən tərbiyəsi» fənni üzrə şagirdlərin bilikləri cari qiymətlər və yekun yoxlamalar nəticəsində 
qiymətləndirilir. 
              Şagirdlərin qiymətləndirilməsi proqram materialında verilən tələblərin yerinə yetirilməsi (yerinə 
yetirilmə keyfiyyəti nəzərə alınmaqla) əsasında müəyyənləşdirilir. III sinifdə bu tələblərdən əlavə, tədris 
normalarının ödənilməsi də nəzərdə tutulur.  
              Bədən tərbiyəsi və idman  üzrə  həkim nəzarəti haqqındakı  əsasnaməyə müvafiq olaraq, bütün 
məktəb  şagirdləri tibbi müayinədən keçirirlər. Tibbi müayinənin nəticəsinə görə, məktəblilər üç tibbi 
qrupa ayrılırlar:  əsas, hazırlıq və xüsusi. Əsas və hazırlıq qrupuna daxil olan şagirdlər bədən tərbiyəsi 
dərslərində birlikdə məşğul olurlar. Lakin hazırlıq və xüsusi qruplara daxil olan şagirdlərlə iş apararkən 
hərəkət məşğələlərinin tədriciliyinə, ardıcıllığına, təkrar edilən hərəkətlərin sayının çətinliyinin dərsdən-
dərsə tədricən artırılmasına, habelə şagirdlərə fərdi yanaşılmasına və s. metodik tələblərə daha ciddi əməl 
olunmalıdır. 
              Dərsdən müvəqqəti azad olunan şagirdlər dərsdə mütləq iştirak etməlidirlər. Onlar fiziki tərbiyə 
üzrə müvafiq nəzəri məlumatlara yiyələnməklə yanaşı, həm də imkan daxilində  dərsin aparılmasında  
müəllimə kömək göstərməlidirlər. 
              Xüsusi  qrupa  daxil  olan  şagirdlərin hər birinin fiziki hərəkətlərlə  məşğul ola bilməsi məsələsi 
ayrı-ayrılıqda həkim və müəllim tərəfindən birlikdə  həll olunur. Məşğələlər xüsusi proqram əsasında 
keçirilir. Məşğələləri xüsusi hazırlığı olan tibb işçiləri və ya müəllimlər apara bilər. 
              Şagirdlər növbəti müayinənin və ya vaxtından  əvvəl aparılan  əlavə müayinənin nəticəsinə 
müvafiq olaraq həkim tərəfindən bir tibbi qrupdan digərinə keçirilirlər. 
              Şagirdlərin fiziki hazırlığına pedaqoji nəzarət məqsədilə aşağıdakı hərəkət növləri üzrə ildə iki 
dəfə yoxlama sınaqları keçirilir: yuxarı startdan 30 m məsafəyə qaçış, yerindən uzununa tullanma, yarım 
oturuş vəziyyətindən doldurulmuş topu (1 kq ağırlığında) baş üzərindən iki əllə atma, kiçik topu uzağa və 
hədəfə atma, bundan əlavə, III sinifdə  qaçaraq uzununa və hündürlüyə tullanmalar üzrə yoxlamalar 
keçirilir. Belə yoxlamaları  tədris ilinin əvvəlində (sentyabrda) və axırında (mayda) aparmaq 
məqsədəuyğundur. 
              Məktəbdə  bədən bərbiyəsi dərslərindən  əlavə, məşğələyəqədər səhər gimnastikası  və  bədən 
bərbiyəsi dəqiqəsi keçirilir. Tənəffüslərdə isə oyunlar və idman əyləncələri təşkil edilir ki, bunun da açıq 
havada aparılması daha faydalıdır. 
 
 

 121
2.4. Proqram tədris materialının planlaşdırılması 
              Təlim-tərbiyə  işlərinin düzgün təşkili qarşıya qoyulmuş  məqsəd və  vəzifələrin həyata 
keçirilməsində çox böyük əhəmiyyətə malikdir. Həmin baxımdan ibtidai siniflərdə  bədən tərbiyəsi 
dərslərinin, yəni bu sahədəki proqram materiallarının planlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bədən 
tərbiyəsi üzrə   proqramın planlaşdırılmasının mühüm sənədləri aşağıdakılardır: 
              1. Proqram materialının illik qrafiki. Bu proqram materialının bütün bölmələrinin dərs ili üçün 
siniflər üzrə planlaşdırılmasıdır; 
              2. Proqram materialının rüblər  üzrə bölgüsü; 
              3. hər bir dərs üçün dərs planı (gündəlik). 
              Proqram  materialının tədris ili üçün planlaşdırılması müəllimin pedaqoji fəaliyyətini 
müəyyənləşdirir. Bu hansı rübdə,  
 
hansı idman bölmələrinin (gimnastika, yüngül atletika və s.) keçiriləcəyini müəyyən edir, müəllimi 
qabaqcadan həmin işə hazırlayır. Məsələn, I və IV rüblərdə əsasən yüngül atletika dərsləri təşkil edilir. 
Çünki bu zaman havalar isti keçir. İsti havalarda isə qaçış, tullanma və atmaları öyrətmək daha faydalıdır. 
Müəllim eyni zamanda, qaçış yollarını, uzununa və hündürlüyə tullanmaq üçün çalaların düzəldilməsi
səliqəyə salınması və s. kimi hazırlıq işlərini qabaqcadan ggörür. 
              Qış aylarında, yəni II-III rüblərdə idman zalında gimnastika elementləri: sallanma, dartınma və 
dayaqda tullanmalar öyrədilir. Çünki orqanizm soyuq vaxtlarda belə hərəkətləri tez mənimsəyir. Həmin 
məsələ belə şərh edilir: dərsin daha səmərəli keçməsinə də müəllimin qabaqcadan hazırlıq işləri görməsi 
vacib  şərtdir. Çünki yeni dərs ili ilə  əlaqədar aparılan hazırlıq işləri bilavasitə  dərsin  əsas hissəsinin 
səmərəli keçməsinə xidmət edir, qarşıya qoyulmuş vəzifələrin, ümumiyyətlə,  həll olunmasına ilk və əsas 
zəmin yaradır. Söhbət  əsnasında qabaqcıl sinif müəllimlərindən biri bu məsələyə münasibətini belə 
bildirir: Mən həmin məqsədlə  dərs ilinin əvvəlində  tədrislə  sıx  əlaqədar olan hazırlıq işləri görməyə 
başlayıram. Hər  şeydən  əvvəl, proqram materialları ilə tanış olur, onun əsas xüsusiyyətlərini və 
məzmununu öyrənirəm. Bütün bunlar, mənə proqram materiallarını ümumi ardıcıllıqla öyrənməyə imkan 
verir. Burada hər bir məsələyə xüsusi diqqət yetirir, məktəbin real imkanlarını ciddi şəkildə nəzərə alıram. 
Xüsusən idman bazasını, yerli iqlim şəraitini, uşaqların milli xüsusiyyətlərini bir daha nəzərdən keçirirəm, 
eyni zamanda metodik ədəbiyyat oxuyur, yoldaşlarımın qabaqcıl təcrübəsini öyrənir, yeri gəldikdə həmin 
təcrübədən səmərəli istifadə etməyə çalışıram. Hər ay avqust ayında keçirilən metodik müşavirənin bölmə 
iclaslarında bədən tərbiyəsi dərsini, xüsusən  əsas hissədə  tədris etdiyim hərəkətlər və oyunların təşkili 
üzrə qazandığım nəzəri biliklər hazırlıq işlərini səmərəli təşkil etməkdə  mənə kömək edir.  Hazırlıq 
işlərinin səmərəli aparılmasında isə proqram materiallarının düzgün planlaşdırılması mühüm yer tutur. 
              Biz müəllimənin proqram materiallarının bölüşdürülməsinin illik qrafiki və tədris planı ilə tanış 
olduq. Bu sənədlərin təhlilindən aydın oldu ki, müəllim proqram materiallarının istər illik və istərsə də 
rüblər üzrə elə bölüşdürür ki, bunların hər biri bədən tərbiyəsi dərsinin ardıcıl, səmərəli və asan təşkilinə 
lazımi zəmin yaradır. Dərs ili üçün proqram materialları yaxşı bölüşdürüldüyünə görə, onlar həm rüblər 
üzrə ardıcıllıqla öyrənilir, həm də bütün proqram materiallarını tədris etməyə imkan verir. Planlaşdırmada 
rüblərin müddəti, ilin fəsilləri (yay, payız, qış, yaz), yerli iqlim şəraiti, habelə ayrı-ayrı fiziki hərəkətlərin 
və mütəhərrik oyunların xarakteri nəzərə alınmışdır. 
              Birinci  tədris ilinin yarım ilində  əşyasız hərəkətlər, qaçış, uzununa və hündürlüyə tullanmalar, 
uzağa və hədəfə cisim atmaq, qaçış və hoppanmaqla oyunların tədrisi;  tədris ilinin ikinci yarım ilində  isə 
əşyalarla hərəkətlər (top, gimnastika döşəkləri, qısa və uzun iplər və s.), dırmaşma və  dırmaşıb aşma, 
hündürlükdən və hündürlüyə tullanmalar, akrobatika hərəkətləri, mürəkkəb olmayan oyunlar (oynamaq 
üçün daha böyük yer tələb etməyən) öyrədilməsi;  əsasən II yarımildə keçilənlərin bir növ təkrarı 
(əşyalarla hərəkətlər, akrobatika hərəkətləri, dırmaşma və dırmaşıb aşma, müvazinət hərəkətləri, hədəfə 
cisim atma, hündürdən və hündürlüyə tullanma, iplərlə hoppanmalar və nəhayət, ikinci yarım ilin sonunda 
keçilənlərin    təkrarı planlaşdırılmışdır. 
              Göründüyü  kimi,  müəllim proqram materiallarının illik və yarımilliklər üzrə planlaşdırılarkən 
kiçik məktəbyaşlı  şagirdlərin anatomik-bioloji-psixoloji fiziki inkişaf xüsusiyyətlərini nəzərə almışdı. 
Buraya, ilk növbədə, uşaq orqanizminin hansı fəsildə, hansı fiziki hərəkətlərə və oyunlara daha dözümlü 
olması, uşaqların hansı hərəkətləri və mütəhərrik oyunların hansı fəsildə məqsədəuyğun (orqanizmdən hər 

 122
şeydən artıq gərginlik tələb etməyən oyun hərəkətləri) yerinə yetirilməsi imkanlarının ölçülüb-biçilməsi 
və s. daxildir. 
 
 
              Bəzi məktəblərdə isə əsas hissə materiallarının səmərəli təşkilində mühüm rol oynayan, habelə 
digər hissələri üçün vacib olan planlaşdırma işləri lazımi səviyyədə deyildir. 
              Şübhəsiz, bu da tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. 
              Bu  nöqsanlardan  biri  yarımillik və ayrı-ayrı  dərslər üzrə proqram materialı yükünün təxminən 
eyni olması və tarazlıq təşkil etməməsi ilə əlaqədardır. Hər hansı yarım ildə daha çox fiziki hərəkətlər və 
oyunlar öyrədilirsə, digər rübdə əksinə, proqramm materialları lazımi gərginlikdə yerinə yetirilmir. İşin 
belə təşkilinin şagirdlərin tədris fəaliyyətinə, fiziki inkişafına və psixoloji xüsusiyyətlərinə müsbət deyil, 
mənfi təsiri vardır. Digər tərəfdən, şagirdlərin dərsə olan maraq və meyli azalır, onlar hərəkətləri yüksək 
emosionallıqla və fəallıqla icra etmirlər. Bədən tərbiyəsi dərsinin spesifik cəhətlərinə və şagirdlərin fiziki 
inkişaf xüsusiyyətlərinə  əsaslanaraq deyə bilərik ki, ikinci yarım ilin yekunlarında yeni biliklərin 
mənimsənilməsi, yeni bacarıq və    vərdişlərin aşılanması fikrimizcə o qədər də  məqsədəuyğun deyildir. 
Ona görə ki, bu yarım ildə  dərslərin təxminən 60-65%-i keçilmiş materialların təkrarıdır. Çünki bədən 
tərbiyəsi dərslərinin qarşısında  əsasən təbii hərəkət bacarığı  və  vərdişləri fiziki hərəkət keyfiyyətlərini 
inkişaf etdirmək vəzifəsi qoyulmasına baxmayaraq, bunları bir, ya bir neçə dərsdə və ya bir neçə tədris 
ilində öyrətmək mümkün deyildir. Məzh buna görə  də onları daha çox təkrar etmək lazımdır.  Əlbəttə, 
birinci və ikinci yarım ilin başlanğıcında əsasən yeni bilik, bacarıq və vərdişlər aşılanır və yeri gəldikcə 
materiallar təkrar edilir. İkinci yarım ilin sonlarında isə onların daha da təkmilləşdirilməsi məqsədilə 
«təkrar mərhələ» kimi həyata keçirilməsi əlverişlidir. 
              İkinci yarım il dərs ilinin «yekun və təkrar mərhələsi» isə yeni bilik, bacarıq və vərdişlər aşılayan 
bir rüb kimi mahiyyət daşıması, həmçinin yuxarıda göstərilən qaydada planlaşdırılması respublikanın 
iqlim şəraitinə daha müvafiqdir. Çünki digər rüblərə nisbətən ikinci yarım ilin axırlarında hava isti keçir. 
Orqanizm  kifayət qədər möhkəmlənməmiş, davamlılığı az olan ibtidai sinif şagirdləri gərginliyə kifayət 
qədər tab gətirə bilmədiyinə görə (istidə  əzələlər boşaldığı üçün onların iş qüvvəsi aşağı düşür), istidə 
yeni bilik, bacarıq və  vərdişlərə yiyələnməkdə  çətinlik çəkirlər. Elə buna görə  də  dərs ilinin II yarım 
ilində əvvəl keçilmişlərin təkrar olunması daha məqsədəuyğundur. 
              İbtidai siniflərdə  tədrisin səmərəli təşkilinə kömək edən amillərdən biri də  tədris materialları 
planlaşdırılarkən müvafiqliyə xüsusi diqqət yetirilməsidir. Materiallar yarım illər üzrə elə 
planlaşdırılmalıdır ki,  əvvəlki yarım ildə öyrənilənlər sonrakı yarım ildə öyrənilənlərə hazırlıq mərhələsi 
olsun.  Məsələn, müəllim II sinif şagirdlərinə birinci yarım ilin başlanğıcında topu yuxarıya atıb bir əllə 
tutmaq, topu divara atmaq və qayıdan topu iki əllə tutmaq hərəkətlərini öyrədirsə, həmin yarım ilin 
sonunda topu divara atmağı və bir əllə tutmağı və s. öyrətməlidir.  İkinci yarım ilin əvvəli və sonunda isə 
hərəkətlər xeyli mürəkkəbləşdirilərək tədris olunmalıdır. Yəni iki cərgədə üz-üzə duraraq əlavə 
hərəkətlərdə (oturub qalxmaq, əl çalmaq, əlləri dizə  və belə toxunduraraq və s.), sonra topu bir-birinə 
atmaq öyrədilməlidir. Başqa bir misal. Əgər şagirdlərə iplə hoppanmalar öyrədilirsə, əvvəlcə onları ipsiz 
(qoşa ayaqla, tək ayaqla, ayaqları dəyişməklə), sonra qısa və uzun iplərlə yerinə yetirmək lazımdır. 
              Bədən tərbiyəsi dəsrlərinin səmərəli təşkili onun dərs cədvəlində düzgün yerləşməsindən də 
asılıdır.  İbtidai siniflərdə  dərslər arasında günlərin bərabər olması, yəni dərslərin cədvəldə ikinci və 
beşinci, yaxud üçüncü-altıncı günlərdə keçirilməsi, üçüncü və döördüncü dərsə salınması daha faydalıdır. 
I-IV siniflərdə  bədən tərbiyəsi dərslərinin cədvəldə I-ci saata salınması  qətiyyən məsləhət görülmür. 
Çünki kiçik məktəbyaşlı şagirdlərin gün rejimində öz enerjisini düzgün bölüşdürmür, o cümlədən, həmin 
enerjinin bədən tərbiyəsi dərsində  də düzgün sərf edə bilmir, yerli-yersiz həyəcanlanırlar, bəzən də 
həddən artıq yorulurlar. Bütün bunlar şagirdlərin növbəti - zehni dərsə marağını azaldır, diqqətlərini tədris 
fəaliyyətinə lazımi səviyyədə cəmləşdirməyə mane olur. 
              Dərsin səmərəli təşkili və keçirilməsində plan – konspektin düzgün tutulması xüsusi əhəmiyyət 
kəsb edir. Hər  şeydən  əvvəl, müəllim dərsə qabaqcadan hazırlaşmalı, lazım olan ləvazimat və 
avadanlıqları  əldə etməli, məşğələ yerini səliqəyə salmalıdır. Hər bir bədən tərbiyəsi dərsinin plan – 
konspektində  dərsin tarixi, nömrəsi, vəzifələri, keçirilmə yeri, ləvazimat və avadanlıqları, məzmunu, 
dozalaşdırılması göstərilməlidir. Konspektdə  həmçinin təşkilatı-metodik qeydlər də aparılmalıdır. Sinif 

 123
müəllimlərinə metodik kömək məqsədi ilə bir dərs nümunəsi veririk. Burada əsasən dərsin planı, gedişi 
(məzmunu) və mərhələlər üzrə fiziki hərəkətlərin bölüşdürülməsi şərh olunur. Dərsin mərhələləri və bu 
mərhələlər üzrə mövcud yarımmərhələlərə aid metodiki qaydaların, hərəkətlərin icra olunma xarakteri və 
tempinin nəzərə alınması müəllimlərin özlərinə  həvalə olunur. Çünki metodik göstərişlər  əsasən dərs 
prosesində  şagirdlərin sayından, sinfin ümumi və xüsusi hazırlığından, uşaqların fiziki inkişafından, 
psixologiyasından asılı olaraq meydana çıxır. Belə ki, bəzən hərəkətlərin icraolunma xarakteri, tempi, 
tədris prosesində plan-konspektdə nəzərdə tutulduğu kimi deyil, müəyyən dəyişikliklərlə həyata keçirilir. 
 
2.5. Dərsəqədər təşkilati işlər (dərsin tədris-idman 
ləvazimatı və avadanlıqlarla təchizi) 
              Bədən tərbiyəsi dərsinin tədris keyfiyyətinin yüksədilməsində onun ləvazimat və avadanlıqla 
təmin olunması əsas şərtlərdən biridir. Ona görə də müəllim, qabaqcadan tədris edilən materiala uyğun 
hazırlıq aparmalı, ləvazimat və avadanlıqları idman zalında müvafiq olaraq yerləşdirməlidir. Məsələn, 
müəllim əgər «Dizlər gimnastika skamyası üstündə, əl döşəmədə olmaqla sürünmək, bir-birindən 50 sm 
məsafədə qoyulmuş 50 sm hündürlükdə olan 2 – 3 «qapının» altı ilə sürünüb keçmək (III sinif) 
hərəkətlərini tədris edirsə, ilk növbədə, məşğələ yerində səliqə-səhman yaratmalı, təmizlik işləri görməli, 
habelə gimnastika skamyaları, 50 sm hündürlükdə olan 2 – 3 qapı tapmalı (bu işin baş-bədən tərbiyəsi 
müəllimi ilə görülməsi məsləhətdir), onları bir-birindən 50 sm məsafədə aralı qoymalıdır. Məşğələ yerləri 
ümumi gigiyenik tələblərə və həm də uşaqların zədə almamaları üçün təhlükəsizlik texnikası qaydalarına 
tam cavab verməlidir. Müəllim yarış formasında keçirilən dərslərə xüsusən hazırlaşmalıdır. Çünki bu 
vaxt,  şagirdlərin  əhval-ruhiyyəsi yüksəlir, emosionallığı daha da artır və onlar həddən artıq 
həyəcanlanırlar. Bunlar isə dərsdə sınıq, çıxıq və əzilmələrin meydana çıxmasına şərait yaradır. Dərsdə 
zədələnmələrin əmələ gəlməsinə səbəb, məşğələ yerində artıq əşyaların olması, döşəmənin yağlı əsgi ilə 
silinməsi, ləvazimat və avadanlıqların nasaz olmasıdır. 
              Dərsin əsas hissəsinin səmərəli təşkilində oyun (məşğələ) yerlərinin səhmana salınması və oyun 
üçün nə lazımsa, hamısının  əldə edilməsi çox vacibdir. Məsələn, «Dovşanlar, gözətçi və tula» oyunu 
keçirilərkən dərsə  qədər aşağıdakı hazırlıq işlərini həll etmək lazımdır. Oyun meydançasını  xətlərlə 
hissələrə ayırmaq, meydançanın qısa xətlərindən 2-3 addım qabağa bir xətt, ondan da 3-4 addım qabağa 
yenə bir xətt çəkmək lazımdır. Bundan başqa, meydançanın mərkəzində hasar (xətt) çəkilməlidir. 
Meydançanın qarşısındakı qısa xəttdən 3-4 addım qabaqda 4 dairədən ibarət dovşan «yuvaları» tikilir və 
s. Dərsə  qədər lazımi təşkil işlərinin görülməməsi nəticəsində  şagirdlərin diqqəti yayınır, dərsə marağı 
azalır, dərsin intensivliyi aşağı düşür,  əsas hissədə  təhsil tərbiyəvi imkanlardan istənilən səviyyədə 
istifadə etmək mümkün olmur. 
              Kiçik  məktəbyaşından başlayaraq,  şagirdlər ləvazimat və avadanlıqlardan istifadə qaydalarını 
öyrətmək, onları dövlət  əmlakını qoruyub saxlamaq ruhunda tərbiyələndirmək dərsin səmərəli 
keçməsində mühüm rol oynayır. Bununla yanaşı, müşahidələr göstərir ki, bir sıra məktəblərdə şagirdlər 
ləvazimat və avadanlıqları aparmaq, onu zalın (meydançanın) müvafiq yerində yerləşdirmək  qaydalarını 
bilmirlər. 
              Ümumiyyətlə, müəllim  əvvəlcə ləvazimat və avadanlıqlarla (böyük və kiçik toplar, gimnastika 
döşəkləri, idman keçisi, tir, skamyalar, iplər və halqalarla və s.) özü tanış olmalı, onların nə  dərəcədə 
yararlı olduğunu yoxlamalı, gigiyenik tələblərə cavab verdiyini öyrənməlidir. Sonra onlarla rəftar 
qaydasını, hər bir alətin tapşırıq üzrə necə aparıldığını  şagirdlərə göstərməlidir. Müəllim, həmçinin 
tapşırıqları kimlərin yerinə yetirəcəyini də  şagirdlərin nəzərinə komanda ilə çatdırmalıdır. Məsələn, 
müəllim belə tapşırıq verir: I-ci dörd şagird bir döşək, 2-ci dörd şagird – siz də bir döşək götürüb (hər bir 
şagird bir tutacaqdan tutmaqla) zalın mərkəzinə aparın. Döşəkləri apararkən tələsməyin. Birinci dörd 
nəfər döşəyi götürdükdən sonra ikinci dörd nəfər döşəyi götürsün. Döşəklər zalın mərkəzinə qoyulduqdan 
sonra hamı sakitcə qayıdıb öz yerində otursun! 
              Sonra komanda verir: Birinci 4 nəfər qalx, sola (sağa) dön, tapşırıq üzrə addımla marş! İkinci 4 
nəfər üçün də eyni komanda verilir. Ləvazimat və avadanlıqların  əvvəlki yerə daşınmasında da həmin 
komandalardan istifadə edilir. Ləvazimat və avadanlıqların bir yerdən başqa yerə düzgün daşınması və öz 
yerinə qaytarılması 4 cəhətdən  əhəmiyyətlidir: 1) az vaxt ərzində  ləvazimat və avadanlıqlar elə 
yerləşdirilir ki, bu da boş dayanmanın qarşısını alır və  dərsin intensivliyini təmin edir; 2) şagirdlər 

 124
ləvazimat və avadanlıqların yerləşdirilməsi və əvvəlki yerinə qaytarılması üzrə təşkilatçılıq qabiliyyətinə, 
onların yerləşdirilməsinə, qorunub saxlanılması üzrə bilik və bacarıqlara yiyələnirlər; 3) ləvazimat və 
avadanlıqlara qayğı göstərərək, onun dövlət əmlakı kimi ictimai mahiyyətini dərk edirlər; 4) şagirdlərdə 
yüksək intizamlılıq, tapşırılmış işi kollektiv surətdə yerinə yetirmə keyfiyyətləri inkişaf edir, dostluq və 
yoldaşlıq hissləri aşılanır. 
              Ləvazimat və avadanlıqların tapşırıq üzrə yerləşdirilməsində, yığışdırılıb  əvvəlki yerinə 
qoyulmasında təkcə kollektiv üsulu ilə deyil, habelə  təkbaşına  şagirdlərdən də istifadə edilməlidir. 
Məsələn, top, ip, halqa və kisəciklərin meydançaya gətirilməsi, əvvəlki yerinə daşınması və s. işin fərdi 
yolla təşkili şagirdlərin məsuliyyətini və şüurluluğunu artırır. 
              Bir  qrup  şagirdlər var ki, onların fərdi və kollektiv tapşırıq yolu ilə  fəallaşdırılmasına böyük 
ehtiyac duyulur. Bəzi  şagirdlər hər dəfə müəllimdən tapşırıq almağa səy göstərir və onu yerinə 
yetirməkdən zövq alır, fərəhlənirlər. Tapşırıqlar şagirdlərin tərbiyəsində və tədrisin təşkilində xüsusi rol 
oynadığı üçün, müəllim onu bütün şagirdlərə verməli və nəticəni yoxlayıb yekunlaşdırmalıdır. 
 
2.6.
 
Dərsin planlaşdırılması 
              Bədən tərbiyəsi dərslərinin səmərəli təşkili, keçirilməsi, onun düdzgün planlaşdırılmasında 
dərsəqədər təşkilati və hazırlıq işlərindən asılıdır. Buna görə  də  həmin məsələlərin bəzi cəhətlərini 
metodiki baxımdan qısa və konkret faktlarla izləməyi məsləhət bilirik. 
              Bakı  şəhər məktəblərində  tədrisin səmərəli təşkil olunması yollarını öyrənmək məqsədilə 
müşahidələr apardıq, tədris sənədləri ilə tanış olduq və müəllimlərlə sorğu keçirdik. Müəllimlərdən əsas 
hissənin, hazırlıq və tamamlayıcı hissəsinin səmərəli təşkilində hansı  şərtləri  əsas götürürsünüz 
soruşulurdu. 
              Müəllim proqram materiallarını planlaşdırarkən dərs deyəcəyi sinfin bədən tərbiyəsi proqramını 
dərindən öyrənməlidir. Bütün bunlarla yanaşı, tədris rübünün ilin hansı  fəslinə düşməsini, rübün 
müddətini və xüsusiyyətlərini, dərs materiallarının həmin rübün iqlim şəraitində keçirilməsinin mümkün 
olub-olmamasını, idman ləvazimat və avadanlıqlarını və i.a. nəzərə alıb, planlaşdırma işlərini aparmalıdır. 
Həmin planlaşdırmada əgər ehtiyac vardırsa, bəzi dəyişikliklər də aparmaq olar. Bu şərtlə ki, bu barədə 
tədris işləri üzrə direktor müavininə  məlumat verilsin. Planlaşdırma elə aparılmalıdır ki, mövzular 
arasında uzun fasilə olmasın. Ona görə ki, ibtidai sinif şagirdləri hərəkətləri tez öyrəndikləri kimi, onu tez 
də unudurlar. 
 
2.7. Tənəffüs vaxtı şagirdlərin dərsə hazırlaşdırılması 
              İbtidai siniflərdə  bədən tərbiyəsi dərslərinin düzgün təşkili və ona lazımi hazırlıq işi kiçik 
məktəbyaşlı  uşaqların təlim-tərbiyəsində  və  hərtərəfli inkişafında mühüm yer tutur. Bədən tərbiyəsi 
dərsinin spesifik xəsusiyyətlərindən biri də təşkilati işin nəinki həmin prosesdə (45 dəqiqə ərzində), həm 
də dərsə qədər və dərsdən sonra, tənəffüslərdə aparılmasıdır. Müşahidələrdən aydın olur ki, dərsə qədər 
və dərsdən sonra tənəffüs dövründə şagirdlərin növbəti (bədən tərbiyəsi dərsinə və ondan sonrakı dərsə) 
dərsin düzgün təşkil edilməməsi, hər iki dərs zamanı təlim-tərbiyə işlərinin normal keçməsinə mane olur. 
              Bədən tərbiyəsi dərsinə hazırlıq yalnız dərsin hazırlayıcı hissəsində görülən işlərlə 
məhdudlaşdırılmamalıdır.  Hazırlıq işləri dərsdən  əvvəlki tənəffüsdə başlanmalıdır. Tənəffüs dövründə 
kiçik məktəbyaşlı  uşaqların hazırlıq işlərinə başlıca olaraq nizam-intizamla soyunub-geyinmə otağına, 
oradan da      idman zalına (meydançasına) aparılması daxildir. 
              Bir sıra sinif müəllimləri tənəfüs zamanı şagirdlərin dərsə hazırlaşdırılması və təşkil edilməsinə 
kifayət qədər əhəmiyyət vermirlər. Buna görə də, həmin müəllimlər əksər hallarda tənəffüs vaxtı şagirdlər 
arasında baş vermiş bəzi xoşagəlməz (savaşma, intizamı pozmaq, gigiyenik qaydalara riayət etməmək və 
s.) hadisələrlə tez-tez qarşılaşır, şagirdlərin dərsə təşkili və hazırlaşmasında daha gərgin əmək sərf edirlər. 
Bu belə olur: zəng olan kimi şagirdlər başlı-başına buraxılır. Onlar əllərində idman geyimləri soyunub-
geyinmə otağına doğru bir-bir,  iki-iki, üç-üç, dörd-dörd dağınıq vəziyyətdə qaçırlar. Bu zaman dəhlizdə 
səs-küy və toz qalxır,  şagirdlər arasında bir-birini ötüb – keçmək, itələmək, yersiz söz-söhbət, ucadan 
danışmaq halları yaranır. Nəticədə: 
              1. Şagirdlər həyəcanlanır, onlarda mənfi psixoloji vəziyyət yaranır. Bu isə tədris tapşırıqlarının 
lazımi səviyyədə yerinə yetirilməsinə mane olur;  

 125
              2. Şagirdlərin diqqətini cəmləşdirmək və əsas məqsədə yönəltmək xeyli çətinləşir; 
              3. Məktəb qayda-qanunları və əsas hərəkətlərdən azad müşahidəçi şagirdlərin səmərəli istirahəti 
pozulur. 
              Qeyd  etmək lazımdır ki, bədən tərbiyəsi dərslərinə gedən  şagirdlərin hay-küy salması, 
intizamsızlıq etməsi, məktəb tənəffüs qaydalarını pozması nəinki tədris olunan fənnin, hətta digər zehni 
dərsdə iştirak edən şagirdlərin təlim-tərbiyəsinə də öz mənfi təsirini göstərir. Çünki həmin şagirdlər elə 
bir yaş dövrü keçirirlər ki, mənfi hərəkət və xüsusiyyətlər onları özünə daha tez cəlb edir. 
              Göründüyü  kimi,  tənəffüs dövrüdən başlayaraq  şagirdlərin dərsə hazırlaşdırılmasına böyük 
ehtiyac vardır. Bu işə  nədən başlamalı? Binəqədi rayonundakı 99 saylı orta məktəbin sinif müəllimi 
Gülçöhrə Sarıyevanın iş təcrübəsi göstərir ki, şagirdləri müəllim əvvəlcə özü boy üzrə sıraya düzməli, ən 
intizamlı, nüfuzlu və  fəal  şagirdləri sıranın ön və arxa cərgəsinə keçirməli, işarə  və yaxud göstəriş 
verməklə onları  sıra ilə soyunub-geyinmə otağına aparmalıdır.  Şagirdlər geyindikdən və bir qədər 
istirahət etdikdən sonra onları yenə  sıraya düzməli və idman zalına dəvət etməlidir. Uşaqlarda sıraya 
düzülmək bacarığı  və nizam-intizamla geyim otağına, oradan da idman zalına getmək vərdişləri 
aşılandıqdan sonra həmin iş bədən tərbiyəsi təşkilatçıları tərəfindən də yerinə yetirilə bilər. Lakin kiçik 
məktəbyaşlı  şagirdlərdə müstəqillik kifayət qədər inkişaf etmədiyi üçün onlara həddən artıq sərbəstlik 
verilməməli, daima müəllimin rəhbərliyi altında fəaliyyət göstərməlidirlər. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin