Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə56/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 3.11. Sənaye müəssisəsinin «maksimum mənfəət» məqsədini təmin edən struktur siyasəti

Deməli, «böhrandan çıxmaq» məqsədi ölkə sənayesinin ümu- mi siyasətilə yanaşı struktur siyasətinin də üzvü tərkib hissəsini


təşkil etməlidir. Həmin siyasətin elmi-texniki, istehsal-texnoloji, ekoloji və təhlükəsizlik siyasətilə eyni müstəvidə aparılması yük- sək sosial-iqtisadi nəticələr vermiş olacaqdır. Qeyd edilənləri nə- zərə alaraq, sənaye sahələrinin (müəssisələrinin) «böhrandan çıx- maq» məqsədini təmin edə biləcək siyasətin prinsipial sxemini aşağıdakı kimi formalaşdırmaq olar (şəkil 3.12).


Şəkil 3.12. Sənaye sahəsinin (müəssisələrinin) «böhrandan çıxmaq» məqsədini təmin edə bilən siyasətin prinsipial sxemi
Sənaye müəssisələrinin investisiya strategiyası yeni məhsu- lun, texnologiyanın işlənilməsinə hədəflənməlidir. Bu isə inno- vasiya siyasətini həyata keçirmədən mümkün deyildir. İnkişaf etməkdə olan ölkələrin sənaye müəssisələrinin iş təcrübəsini öy- rənərkən aydın olur ki, onlar böhran vəziyyətindən məhz innova- siya fəaliyyətini genişləndirməklə çıxmışlar.
    1. İnnovasiya strategiyasının formalaşdırılması və həyata keçirilməsi mexanizmləri


Bazar iqtisadiyyatı şəraitində hər bir müəssisə rəqabət mühi- tində mövqeyini qorumaq üçün yeni məhsul istehsal etməli və möv cud məhsulları daima modernləşdirməlidir. Buna isə yalnız innovasiya fəaliyyətini genişləndirməklə nail olmaq mümkündür. Odur ki, innovasiya menecmentinə həsr edilmiş çoxsaylı ədəbiy- yatlarda qeyd edilir ki, «innovasiya – yeni məhsullar, istehsal, maliyyə, kommersiya və s. xarakterli sosial-iqtisadi və təşkilati- texniki qərarlardır; innovasiya – sahibkarlıq ruhu ilə motivləşdi- rilmiş istehsal amillərinin yeni elmi-təşkilati kombinasiyasıdır; istehsal vasitələrində və digər novator fəaliyyətindəki əsaslı dəyi- şikliklərdir; yeni texnoloji ideyaların, təkliflərin, elmi-texniki qə- rarların praktiki tətbiq edilməsi və həyata keçirilməsidir; yeni praktiki vasitələrin yaradılması, yayılması və istifadəsinin kom- pleks prosesidir; aparılmış elmi tədqiqatların və ixtiraların isteh- salda tətbiqidir və s.»


İnnovasiya (latın sözü – innovato) yeniləşmə və yaxud yaxşı- laşma mənasını daşıyır, birdəfəlik hadisə olmayıb dəyişən şəraitə daima münasibət bildirmək, bilikləri yeni məhsula və yaxud xidmətə çevirməkdir, «kəşf», «səmərələşdirmə» məfhumları ilə sıx əlaqədardır:

      • istehsalak sferasında məlum olmayan yenilik;

      • məhsul istehsalının daha yeni və səmərəli metodu;

      • mövcud məhsulun satışında yeni qanunauyğunluğun tapılm- ası;

      • məhsulun və yaxud yarımfabrikatın istehsalı üçün yeni xam- mal mənbəyinin tapılması;

      • dinamik inkişafa təminat yaradan mütərəqqi istehsalın təşkili;

      • məqsədin məhsulda, texnika və texnologiyada, istehsalın və idarəetmənin təşkilində əsaslı və yaxud qismən dəyişiklik;

      • yeni texnikaya ya texnologiyaya, istehsalın, əməyin, idarəetmənin və xidmətin təşkili formasına (təhlil üsulları, planlaşdırma metodları, yeni uçot və nəzarət formaları da daxil olmaqla) yönəldilən investisiya qoyuluşunun material- laşdırılmış nəticəsidir;

      • rəhbərlik idarəetmə üsulunun təkmilləşdirilməsi;

      • yeni məhsulun xidmətin yaradılması;

      • alıcılara xidmət işinin marketinq metodlarının təkmil- ləşdirilməsi;

      • biznes-prosesin idarə edilməsinin səmərəliliyinin yüksəldil- məsi;

      • mövcud məhsulun keyfiyyətinin yaxşılaşdırılması;

      • köhnə texnologiyaların təkmilləşdirilməsi və yenisinin işlənilməsi;

      • biliklərin informasiyaların idarə edilməsinin yeni metod- larının işlənilməsi;

      • informasiyalaşdırma sisteminin, motivləşmə prosesinin yaxşılaşdırılması və işgüzar mühitin yaradılması;

      • müəssisənin idarə edilməsi prosesinə əsas tərəfdaşların əməkdaşların cəlb edilməsi.

İnnovasiyanın təşkili və idarə edilməsi prosesinin prinsipial sxemi 3.13 saylı şəkildə əks etdirilmişdir.
Müasir şəraitdə müəssisə üzrə innovasiyanın həyata keçiril- məsi strateji idarəetmənin forma və metodlarına əsaslanmalıdır. Sonuncunun üzvi tərkib hissəsini innovasiya siyasəti təşkil edir ki, onun da həyata keçirilməsi bütünlükdə aşağıdakıları özündə əks etdirir:

  • innovasiya fəaliyyəti üzrə cari və perspektiv dövr üçün müvafiq plan və proqramların işlənib hazırlanması, işçi qrupunun yaradılması;

  • yeni növ sənaye məhsullarının yaradılması layihələrinin işlənib hazırlanması;

  • yeni növ məhsulların işlənib hazırlanması gedişinə və onun tətbiqinə nəzarət edilməsi;

  • sahədə (müəssisədə) vahid innovasiya siyasətinin həyata keçirilməsi (sənaye müəssisələrinin kooperasiya və isteh- sal əlaqələri nəzərə alınmaqla);

  • sahənin investisiya fəaliyyəti proqramının material və maliyyə resursları ilə təmin edilməsi;

  • innovasiya fəaliyyətinin ixtisaslı kadrla təmin edilməsi;

  • innovasiya tədbirlərinin istehsalatda həyata keçirilməsi.



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin