Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 1,65 Mb.
səhifə16/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   114
1.Funksional dislaliya 

Funksional  dislaliya  səs  tələffüzünün  pozulmasının  elə  bir 

formasıdır  ki,  burada  artikulyasiya  aparatında  heç  bir  çatıĢmamazlıq 

müĢahidə edilmir.  

Bu  qüsurun  yaranmasının  səbəblərindən  ən  geniĢ  yayılması 

uĢaqların ailədə düzgün nitq tərbiyəsi almamasıdır. Bəzən yaĢlılar (ata, 

ana  və  nənə)  uĢağın  nitqini  təqlid  edir,  uzun  müddət  onunla  «uĢaq 

dilində»  danıĢırlar.  Funksional  dislaliya  bəzən  uĢaqların  artıq  nitqində 

qüsur olan, dialekt xüsusiyyətləri və həddən artıq sürətli nitqli adamlarla 

daimi ünsiyyət nəticəsində də özünü göstərə bilər.  

Qeyd etmək lazımdır ki, ailədə ikidillilik də uĢağın nitqinə mənfi 

təsir  göstərib,  qüsur  yarada  bilər,  yəni  müxtəlif  dillərdə  danıĢan  uĢaq 

bəzən  nitqin  tələffüz  xüsusiyyətlərini  digərinə  keçirib,  nəticədə  səhv 

tələffüzə  malik  ola  bilər.  Çox  vaxt  dislaliya  pedaqoji  cəhətdən 

baxımsızlığın nəticəsində də meydana çıxır. Bu zaman böyüklər uĢağın 

səs tələffüzünə diqqət yetirmir, vaxtında onun qüsurlarını təshih etmir, 

düzgün tələffüz nümunələri göstərməyib, dəqiq və düzgün səs tələffüzü 

tələb  etmirlər.  BaĢqa  sözlə  desək,  uĢağın  nitqi  yaĢlılar  tərəfindən 

düzgün,  məqsədyönlü  təsirə  məruz  qalmayaraq,  normal  tələffüz 

vərdiĢlərini  yaratmır.  Qeyd  etmək  lazımdır  ki,  səs  tələffüzü  qüsurları 

fonematik  eĢitmənin  inkiĢafsızlığının  nəticəsi  kimi  də  meydana  çıxa 

bilər.  Bu  zaman  uĢaqda  səslərin  differensiyası  çətinləĢir  və  o,  səslərin 




 

36 


akustik  əlamətlərinə  görə  (incə,  qalın,  kar-cingiltili,  fitli-fısıltılı)  

fərqləndirə  bilmir,  nəticədə  düzgün  səs  tələffüzünün  inkiĢafı  uzun 

müddət ləngiyir. 

Funksional 

dislaliya 

artikulyasiya 

aparatının 

üzvlərinin 

hərəkətlərinin  çatıĢmamazlığı  nəticəsində  də  baĢ  verir,  yəni  dilin, 

dodağın,  aĢağı  çənənin  qeyri-mühərrikliyi  nitq  zamanı  bir  hərəkətdən 

digərinə keçməni çətinləĢdirir.  

EĢitmənin  azalması  dislaliyaya  səbəb  ola  bilər.  Ağır  eĢitmə 

nəticəsində uĢaqların 10%-də səs tələffüzü qüsurları müĢahidə edilir. Bu 

daha  çox  fitli  və  fısıltılı,  kar  və  cingiltili  səslərin  differensiyasının 

çətinləĢməsi, eĢitmə ilə fərqləndirilməməsi nəticəsində baĢ verir.  

Dislaliya eyni zamanda əqli cəhətdən geri qalan uĢaqlarda da çox 

təsadüf  edilir.  Oliqofren  uĢaqların  50%-dən  çoxunda  səs  tələffüzü 

pozulmaları müĢahidə edilir.  




Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin