Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 1,65 Mb.
səhifə13/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   114
ALALİYA 

 

UĢaqlarda  nitqin  inkiĢafdan  geri  qalmasının  ağır  hallarından  biri 



də  alaliyadır.  Alaliya  erkən  uĢaqlıq  çağlarında  nitqin  inkiĢafdan  geri 

qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danıĢmaq, 

nitqin  olmaması  kimi  tərcümə  olunur).  Mərkəzi  sinir  sisteminin 

zədələnməsi  nəticəsində  yaranır.  Bir  çox  hallarda  alaliyanın  yaranma 

səbəbi  doğuĢ  zədələri,  həmçinin  1,5  yaĢına  qədər  uĢaqlarda  baĢ  beyin 

qabığının  nitq  sahələrinin  zədələnməsinə  gətirib  çıxaran  baĢ  beynin 

zədələnməsi  xəstəliyi  ola  bilər.  Nitq  mərkəzlərinin  zədələnməsindən 

asılı olaraq nitqin inkiĢaf etməməsi baĢqasının nitqinin baĢa düĢülməsi 

ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması 

ilə səciyyələnən sensor alaliyaya ayrılır.  

Alaliya  bütün  nitq  komponentlərinin,  yəni  fonetik  –fonematik, 

leksik, qrammatik quruluĢu pozulan nitqin sistemli geriliyidir.  

Alaliyalı  uĢaqlarda  nitq  tamamilə  inkiĢaf  etmir,  yaxud  kobud 

pozuntularla inkiĢaf edir. Sensor alaliyada uĢaqlar baĢqasının nitqini pis 

baĢa  düĢür,  qavramırlar,  özü  də  nitqdəki  səsləri  ayırd  edə  bilmirlər, 

insan nə isə deyir, lakin nə deyildiyini baĢa düĢmürlər. Biz bilmədiyimiz 

xarici  dildə  eĢitdiyimiz  danıĢığı  baĢa  düĢə  bilmədiyimiz  kimi.  Motor 

alaliya  zamanı  uĢaq  dili  qavraya  bilmir  (onun  səsləri,  sözləri, 

qrammatikasını).  Motor  və  sensor  alaliyanın  əlamətləri  uzlaĢan  nitq 

qüsuruna sensor-motor alaliya deyilir.  

Loqopedik  iĢ  ondan  ibarətdir  ki,  alaliyalı  uĢağı  qrammatik 

qaydaların,  yazı,  oxu  qaydalarına  yiyələnməyi  deyil,  nitq  fəaliyyətinin 

pozulmuĢ kanalların əvəzinə, mövcud olanları iĢlətməli və ikiqat, üçqat 

artıq yükü icra etməkdir. Bunun üçün nitqdən əvvəlki vərdiĢlərə tez-tez 

müraciət  etmək  lazımdır.  Bu  əsasən  jestlər,  ritmik  hərəkətlər,  rəsm 

çəkmə, müxtəlif səslərə bənzətmələrdir. Belə uĢaqlarda selikaxma olur. 

Ġflic zamanı müxtəlif əzələlər bu və ya digər dərəcədə zədələnir. Dodaq 

və dil hərəkətlərində əziyyət çəkirlər. UĢağın nitq inkiĢafı 2-4, bəzən isə 

5 yaĢına qədər inkiĢaf etmir. Sonrakı dövrdə onların lüğət ehtiyatı artır 

və  normal  səviyyəyə  çatır.  Nitqin  bu  cür  ağır  pozulması  onun  ümumi 

inkiĢafına  da  təsir  göstərir.  Onlar  utancaq,  az  ünsiyyətli,  qətiyyətsiz, 

passiv olur. Tələffüzdə dönüĢ yaransa da uĢağın sonrakı dövründə, yenə 

də  gerilik  hiss  olunur,  nəinki  səs  tələffüzündə  deformasiya  olur,  hətta 

nitqin səs komponentlərində də özünü büruzə verir: tempində, ritmində, 

informasiyasında.  Artikulyasiyanın  pozulması  hansı  qrup  əzələlər  daha 

çox zədələnməsindən asılıdır. Bu cür xəstələrlə uzunmüddətli loqopedik 




 

33 


iĢ aparılır. Fonematik, leksik, qrammatik quruluĢun inkiĢafında mümkün 

olan  dəyiĢikliklər  əldə  edilir,  lakin  bir  çox  hallarda  belə  xəstə  uĢaqlara 

göstərilən loqopedik kömək az effektli olmuĢdur.    

Səslərə  yiyələndikdən  sonra  uĢağı  nitqdəki  ayrı-ayrı  səsləri 

yiyələnmək  vərdiĢlərinə  öyrədirlər,  getdikcə  bu  iĢ  mürəkkəbləĢdirilir. 

Belə  iĢlə  yüksək  ixtisaslı  mütəxəssis  məĢğul  olur,  valideynlər 

loqopedlərə  köməklik  göstərə  bilər,  onları  əvəz  edə  bilməzlər.  Alaliya 

zamanı  uĢağın  nitqindəki  geriliyi  müəyyən  edən  kimi  loqopedik  iĢ 

aparılmalıdır, çünki müstəqil olaraq və loqopedin köməyi olmadan nitq 

formalaĢa  bilməz.  UĢağın  2  yaĢına  qədər  nitqinin  olmaması  artıq 

həyəcan amildir.  

Motor 


alaliya-dil 

əməliyyatlarının 

formalaĢmaması 

ilə 


səciyyələnən  ekspressiv  nitqin  inkiĢaf  etməməsidir.  Nitq-hərəkəti 

analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb 

olan  nitq  hərəkəti  analizatorunun  fəaliyətinin  inkiĢafdan  geri  qalması, 

yaxud  pozulması  motor  alaliyanın  yaranmasının  əsas  səbəbidir.  Motor 

alaliya  afferent  və  efferent  olur.  Afferent  alaliyada  nitqin  pozulması 

mexanizmi  kinestik  apraksiya,  efferent  alaliya  isə  genetik  apraksiyaya 

gətirib  çıxarır.  Motor  alaliyada  nitqin  fonetik-fonematik,  leksik-

qrammatik  quruluĢu  pozulur.  Nitq  aparatının  hərəkəti  koordinasiyası  

formalaĢmır.  Artikulyasiya  hərəkəti  və  əməliyyatlarının  icra  edilməsi 

mümkünsüzlüyü  müĢahidə  olunur.  Sözlərin,  ifadələrin  tələffüzü 

pozulur.  Nitqin  tempi,  ritmi,  formalaĢmaması  ilə  səciyyələnir.  Lüğət 

ehtiyatı  uĢaqlarda  zəif  inkiĢaf  edir,  nitqdə  düzgün  istifadə  olunmur. 

Qrammatik  quruluĢ  ləng  mənimsənilir,  sintaktik  konstruksiyalar 

primitivliyi  ilə  fərqlənir.  Ünsiyyətdə  nitq  anlaĢılmaması  olur,  ümumi 

nitq  fəallığının  pozulması  ilə  Ģərtlənir.  Motor  alaliyada  nitqin  tam 

pozulması  da  müĢahidə  olunur.  Bu  xəstəlikdə  ümumi  hərəkət 

kobudluğu, lənglik, uyğunsuzluq, hərəkətlərin tormozlanması müĢahidə 

olunur.  Bir  çox  hallarda  əqli  inkiĢafda  gerilik  özünü  göstərir.  Onlar 

psixo-fiziki 

tormozlanma, 

diqqətsizlik,  emosional-iradi  zəifliyi 

xarakterizə  edilir.  Nitq  passivliyi  ümumi  anlayıĢların  qavranılmasını 

çətinləĢdirir.  Alaliya-tibbi-psixoloji-pedaqoji  problemdir.  Müntəzəm 

dərmanı  və  fizioterapevtik  müalicənin,  psixonevroloqlar  tərəfindən 

kompleks Ģəklində aparıldıqda loqopedik iĢ səmərəli ola bilə 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin