Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


  Azərbaycanın torpaq resursları



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə25/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   89
DƏRSLİK

 
2.4.  Azərbaycanın torpaq resursları, 
onlardan səmərəli istifadə edilməsi və 
mühafizəsi. 
 
Təbiətdən  istifadənin  iqtisadiyyatı  təbiətlə  cə-
miyyətin qarşılqlı təsirinin ümumi qanuna uyğunluq-
larını  və  təbiətdən  istifadənin  iqtisadi  səmərəliliyini 
öyrənir.  
Müasir  dövrdə  cəmiyyətlə  təbiətin  qarşılıqlı 
əlaqəsinin  inkişafı  mərhələsində  qarşıya  çoxsaylı 
ekoloji  problemlər  çıxır.  Bunun  üçün  Təbiətdən 
istifadənin  iqtisadiyyatı  elmi  təbiətdən  səmərəli 
istifadənin  əsas  istiqamətlərini  müəyyənləşdirib, 
ekoloji tarazlığın saxlanması yollarını müəyyən edir. 


81 
 
Təbii  ehtiyatlar  –  insanların  maddi  və  mənəvi 
tələbatlarını  ödəmək  məqsədilə  cəmiyyət  tərəfindən 
istifadə  edilən  və  ya  istifadə  ediməsi  mümkün  olan 
təbiətin  bir  hissəsidir.  Təbii  ehtiyatların  ən  mühüm 
növləri;  minerallar,  torpaq,  su  ehtiyatları  flora  və 
fauna, atmosfer havası və günəş enerjisidir.  
Ölkənin  təbii  ehtiyatları  onun  milli  sərvətinin 
mühüm tərkib hissəsidir. Təbii ehtiyatların potensia-
lının  saxlanması,  mühafizəsi  və  bərpası  təbiəti 
mühafizənin mühüm vəzifələrindən biridir. 
Torpaq  xarici  mühitin  mühüm  amillərindən 
biri olmaqla təbiətin başlıca nemətidir. Torpaq maddi 
nemətlər  istehsalının  əsası  və  xalqın  tükənməz  sər-
vətidir.  Torpaq  -  insanın  həyat  vasitəsidir,  ona  görə 
də torpaqdan səmərəli istifadə etmənin  ümumdövlət, 
ümumbəşər  əhəmiyyəti  var.  Planetimizin  510  mln 
km
2
 sahəsi vardır. Bunun 149 mln km
2
 quru, 361 mln 
km
2
 isə sudur. 
Torpaq  kənd  təsərrüfatı  istehsalatında  başlıca 
istehsal  vasitəsidir.  Kənd  təsərrüfatı  məhsulları  və 
onun  xammalından  hazırlanmış  sənaye  məhsulları 
xalq  istehlakının  ¾  hissəsini  təşkil  edir.  Ölkəmizdə 
əhalini ərzaq məhsulları ilə, sənayeni isə kənd təsər-
rüfatı xammalı ilə təchiz etmək dövlətin aqrar siyasə-
tinin əsasıdır. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin