Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


  Azərbaycanın su sərvətləri, onlardan sə-



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə33/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   89
DƏRSLİK

2.5.  Azərbaycanın su sərvətləri, onlardan sə-
mərəli istifadə edilməsi və mühafizəsi. 
 
          Su  elə  bir  xüsusi  xammaldır  ki,  onsuz  heç  bir 
texnologiyanin realizəsi mümkün deyil. Su hər yerdə 
və  hər  sahədə  istifadə  olunur.  O  hər  bir  insan  üçün 
vacib  sayılan    son  məhsullardan  biridir.  Məhz  buna 
görə təsərrüfat fəaliyyəti  prosesində istifadə olunan 
suyun  miqdari  bütün  istehlak  olunan  xammalların 
həcmindən dəfələrlə çoxdur. 
          Son 80 il ərzində dünya miqyasında ümumi su 
istehlaki 10 dəfə, sənayedə istehlak isə 20 dəfə çoxal-
mışdir. 
          Respublikamiz su ilə az təminatlı regionlardan 
sayilir.  Qonşu  Qafqaz  respublikaları  ilə  müqayisədə 
Azərbaycan  öz  yerli  su  ehtiyatlarına  görə  axırıncı 
yerdədir.  Belə  ki,  respublikada  bütün  su  (tranzit, 
yerli,  yeraltı)  ehtiyatı  quraq  və  orta  rütubətli  illərdə 
23-32 mlrd. m

 arasında dəyişir. Bunun isə ancaq 10 
mlrd. m
3
 qədəri tənzim olunur. Bunları nəzərə alaraq 
su resurslarından səmərəli istifadə olunmalıdır.  
          Su  resurslarından səmərəli istifadənin əsas is-
tiqaməti  əsas  su  istehlak  edən  sahələrdə  su  istehla-
kının həcminin azaldılmasıdır. Əsasən bu təzə, təmiz 
suya  aiddir.  Bunun  üçün  suqoruyucu  texnologiyalar 


95 
 
tətbiq olunmalı, və suyun təsərrüfatda istifadəsi azal-
dılmalıdır. 
          İkinci istiqamət – sudan istifadənin bütün mər-
hələlərində  su  itkilərinin  qarşısının  alınmasıdır.  Ən 
çox  su  itkiləri  suvarmada  baş  verir.  Məişət  təsərrü-
fatında  istifadə  olunan    suyun  20%-ə  qədəri  itkiyə 
məruz  qalır. Su  sayğaclarının    olmaması  və  su  tarif-
lərin  aşağı  olması  nəticəsində  əhali  tərəfindən  israf-
çılıga  səbəb  olur.  Halbuki,  içməli  suyun  təmiz-
lənməsi çox baha başa gəlir. 
          Azərbaycanda sudan istifadə  ―Azərbayan  Res-
publikası  Su  Məcəlləsi‖  qanunu  (1997)    ilə  tənzim 
edilir.  Həmin  qanun  respublikada  su  ehtiyatlarından 
istifadə və qorunması ilə bağlı hüquq münasibətlərini 
tənzimləyir.  Qanunvericiliyin  bu  bölməsində  su  ob-
yektlərindən  istifadə hüququ, su  obyektlərinin istifa-
dəyə  verilməsi  qaydaları,  sudan  istifadə  edənlərin 
hüquqları və s. izah olunur.  

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin