Dekorativ tətbiqi sənətin növləri (keramika,bədii metal,xalçaçılıq,daş oyma,zərgərlik,vəs.)



Yüklə 48,13 Kb.
səhifə17/22
tarix14.10.2023
ölçüsü48,13 Kb.
#155056
növüKompozisiya
1   ...   14   15   16   17   18   19   20   21   22
Kompozisiya nədir

33. Tasviri incasanatda refleks
Əsərin bir sıra amillərinin ifadəsində mühüm rol oynayan işıq və kölgənin verilməsi üçün təsviri incəsənətdə aşağıdakı anlayışlar mövcüddur:
1.işıltı. 2.işıq.3.yarımkölgə.4.fərdi kölgə.5.Refleks.6.Düşən kölgə
Refleks(rəngin və ışığın əks olunması)öz kölgənin üzərində yerləşir və başqa ,işıqlandırılmış predmeti və ya onun hissəsini əks edir.Daha sadə tərifi-kölgədə əks olunmuş işıq.Refleks hər zaman işıqdan tünddür,lakin kölgədən bir qədər açıqdır.Reflekslər predmetin kompozisiyadakı mövqeyinin müəyyənləşdirilməsinə vasitə olaraq,onun təsviri məkanda tək olmadığına ,digər predmetlərlə əhatələnməsinə və onların bir- birinə təsir etməsinə ehtiva verir.Refleks mühitdən asılıdır.Cilalı müstəvidə reflekslər daha güclüdür.Bəyaz predmetlər bütün rəngləri əks edir,lakin qara donuq səth üzərində heç bir rəng əks olunmur,çünki qara rəng üzərinə düşən bütün işıq kütləsini udur. Məhz bu səbəbdən real məkanda predmetin rəngini ancaq nəzəri təsəvvür etmək daha məqsədəuyğundur.Rəng-reflekslərin mozaikasıdır.Hər bir predmet bu halda cilalı və ya donuq güzgü kimi çıxış edir
34. Təsvir vasitələri(nöqtə, xatt,ləkə, rang)
Təsviri sənətin bir neçə əsas ifadə vasitələri vardır ki, onlardan biri də xətdir. Xətsiz təsvir yaratmaq qeyri-mümkündür. Yalnız rəng ləkələri ilə təsvir yaratmaq mümkündürmü? Belə təsvir yalnız siluet şəklində ola bilər, lakin siluetin də kənarları son nəticədə xətt əmələ gətirir və ləkənin məzmunun dərk olunmasında əsas amil kimi çıxış edir. İnsanın vizual görünüşünü xırdalıqlarla təsvir etdiyimiz halda, onu yalnız rənglərlə təsvir etmək olmaz. Xətlər və cizgilər olmadan insanın özünəməxsus xüsusiyyətlərini də ifadə edə bilmərik. İnsanın görüntüsü barədə sözlərlə dediklərimizi lövhədə xətlərlə təsvir etməklə biz, sözlü təsvirdən vizual təsvirə keçmiş oluruq. Bunları ancaq rənglə təsvir etsək, bu artıq məzmunsuz təsvir olaraq, emosional "hal"-ın mücərrəd, rəng vasitəsilə ifadəsi olacaq. Rəng müəyyən bir halı, emosiyanı ifadə etmək üçün köməkedici bir vasitə olduğu üçün semantik yük (təsviri məzmun) daşımır. Xətdən başqa digər təsvir vasitəsi nöqtədir. Nöqtə vasitəsilə əslində semantik yük, semantik məna yaratmaq mümkündür. Ən elementar, nöqtəvari təsvirləri biz kifayət qədər tanıyırıq.Nöqtədə hərəkət enerjisi yoxdur.Xəttə baxıb insanın emosional halını müəyyən etmək olur.Əslində ,istənilən çəkilmiş xəttə biz mikroskopla baxsaq,xəttin xırda-xırda nöqtələrdən ibarət olduğunu şahidi olarıq.Beləliklə ,istənilən halda nöqtələri yaxın düzməklə xətt əldə etmək olar.Təsviri ifadə vasitələrindən biri də ləkədir.Lakin konturlarına əsasən tanınmayan,kor-təbii ləkənin heç bir semantik yükü olmur.Semantik tutum onda əmələ gəlir ki,o ləkə nəyisə xatırlatsın.Əgər ləkənin sərhədlərini insan və ya digər tanınan siluet şəklində salsaq,ləkə konkret semantik yük daşıyıcısına çevriləcəkdir. Rəng təsviri sənətdə ən mühüm ifadə vasitələrindən biridir. Onun düzgün istifadəsi ilə əhval-ruhiyyəni tənzimləmək, tamaşaçılara güclü emosional təsir göstərmək mümkündür, bunun sayəsində müxtəlif mədəniyyətlərdə müəyyən rəng simvolizmi formalaşmışdır. Rənglərin qruplaşdırılması prinsipi onların psixoloji təsirləri ilə bağlıdır (isti-soyuq, statik, neytral). Rənglər cisimlər tərəfindən əks olunan və ya şüalanan işığın spektral tərkibinə görə formalaşan vizual təsvirlər kimi müəyyən edilir. Cisimlərin rəngi yoxdur, biz rəngi ancaq cisimlərə işıq düşəndə ​​qavrayırıq. Bu halda rəng üç amilin qarşılıqlı təsiri nəticəsində yaranır: işıq mənbəyi, obyekt və müşahidəçi. Rəng də bizdə boşluq hissi yaratmaqda fizioloji rol oynayır. İsti rənglər predmetləri bizə yaxınlaşdırır,soyuq rənglər isə onları uzaqlaşdırır.

Yüklə 48,13 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin