Dekorativ tətbiqi sənətin növləri (keramika,bədii metal,xalçaçılıq,daş oyma,zərgərlik,vəs.)



Yüklə 48,13 Kb.
səhifə16/22
tarix14.10.2023
ölçüsü48,13 Kb.
#155056
növüKompozisiya
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
Kompozisiya nədir

32. Memarlıq dizaynı
Memarlıq — incəsənətin müxtəliv növləri arasında (heykəltaraşlıq, rəssamlıq, qrafika, dekorativ-tətbiqi insənət və d.) onlardan ən vacibi sayılır. Memarlıq "architecton" — yunan sözüdür, mənası — yüksək usta memar deməkdir. Memarlıq — inşaat incəsənətidir. Gözəllik qanunu əsasında gerçəkliyi formalaşan yaradıcılıq növüdür. İnsan cəmiyyətinin inkişaf tarixi dünya sivilizasiyasının bütün mərhələlərində memarlıq abidələrində əks olunurdu.Memarlıq insanların istirahəti və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğulardır. Memarlıq sənəti isə bina, körpü, qəsr və digər tikililərin etibarlılıq və qanunlarına uyğun olaraq yaradılması sənətidir.İnsanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.Memarlıq insanların həyat və fəaliyyəti üçün məkan mühitini formalaşdırır. Məhz bu, Memarlığı — Sənət – İncəsənət edir. Həmçinin memarlıq da hər bir incəsənət növü kimi, cəmiyyətin həyatı, onun tarixi, baxışları və ideologiyası ilə sıx bağlıdır. Memarlıq sənəti – həqiqətən də ictimai bir sənətdir . Təsadüf deyil ki, böyük sivilizasiyaları yalnız müharibələr və ya ticarətinə görə deyil, hər şeydən əvvəl, vaxtilə tikilmiş memarlıq abidələrinə əsasən xatırlanır. Memarlıq – bir şəhərin, dövlətin və bütovlükdə bir dövrün xüsusi "vizit kartıdır"! Tarix boyu xalq memarlığı inkişaf etmişdir. Hər bir xalqın və dövlətin onun yaşam tərzini və ənənələrini əks etdirən memarlıq tarixi vardır. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.
Hər tikili konkret təyinata malikdir və buna görə də onun zahiri görünüşü insanların həyat tərzini büruzə verir. Memarların cəsarətli ideya və təşəbbüsləri qədim dövrdə materialların müxtəlifliyi və ideyaların parlaqlığı ilə seçilən qədim roman üslubu və ya zidd barokko üslublarını, renessans, müasir dövrdə isə modern və hay-tek (high-tech) kimi üslubların yaranmasına gətirib çıxartdı.

Yüklə 48,13 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin