Daxili ziddiyyətlər


) Şagirdlərin fəaliyyət növləri arasında özünü biruzə verən uyğunsuzluqlar



Yüklə 55,5 Kb.
səhifə13/15
tarix02.01.2022
ölçüsü55,5 Kb.
#42640
1   ...   7   8   9   10   11   12   13   14   15
Daxili ziddiyyətlər

8) Şagirdlərin fəaliyyət növləri arasında özünü biruzə verən uyğunsuzluqlar.
Psixoloqların fikrincə şagirdlərin davranış və fəaliyyətlərinin əsas mənbəyini tələbatlar təşkil edir. Tələbatlar isə özünü fəal tərəflərilə motivlər sistemi kimi meydana çıxarır. Motivlər sisteminə daxil olan amillər fəaliyyət və davranış prosesində müəyyən tələbatların təmin olunması ilə bağlı olan təhriklər kimi özlərini göstərirlər. Maraqlar şagird şəxsiyyətinin motivləşməsinin cəhdlərindən başlıcasıdır. Davranışın isə mühüm motivi əqidələrdir. Cəhdlər də fəaliyyətin nəticəsi kimi, şagird şəxsiyyətin ininkişaf şəraitində tələbatın ifadə olunduğu davranış motivləridir. Həvəs isə fəaliyyətin dərk edilməyən təhriklərinə aid olan, yəni kifayət qədər dərk edilməyən tələbatdan ibarətdir. Şagirdin məqsədindən doğan iddialar da motivləşmə sisteminin bir həlqəsidir.

Şagirdlərin fəaliyyət motivi kimi özünü göstərən maraqlar (burada sosioloqların, iqtisadçıların, işlətdikləri “maraq” nəzərdə tutulmur. Onların işlətdikləri “maraq” “maddi maraq”dır ) onların davranış və fəaliyyətinin əsasını təşkil edir. Yeniyetmələrin maraq göstərdikləri hər hansı bir əşya, predmet, ünsiyyət, münasibət onların həyat leytmotivi kimi qəbul edilsə, onlara daimi məhəbbət bəsləməkdə ikili mövqe tutmaları özünü bir sıra hallarda biruzə verir. Yəni uyğunsuzluqların özünü biruzə verməsi onların maraq dairəsindən başlayır. Xüsusilə kimlərləsə ünsiyyətdə olmağı, normal münasibət saxlamağı öz maraq dairəsində saxlayarkən bu ünsiyyət və münasibətləri öz mənafelərinə uyğun olaraq inkişaf etdirməyə cəhd edirlər. 218


Yeniyetmələr bu maraqlarını öz baxışlarına, prinsiplərinə, dünyagörüşlərinə uyğunlaşdıra bilirlərsə yəni özlərini bu işə təhrik etməyi bacarırlarsa bu halda onlar özlərini əqidəli adam hesab edirlər. Lakin yeniyetməlik dövründə onların əqidələrində də uyğunsuzluqlar özünü biruzə verir.

Fsdxhdhc



Yüklə 55,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin