Daxili ziddiyyətlər


Pedaqoji prosesdə ziddiyyətlər



Yüklə 55,5 Kb.
səhifə14/15
tarix02.01.2022
ölçüsü55,5 Kb.
#42640
1   ...   7   8   9   10   11   12   13   14   15
Daxili ziddiyyətlər

6.2. Pedaqoji prosesdə ziddiyyətlər

Pedaqoji prosesdə ziddiyyətlər məsələsi pedaqoji elmin köklü məsələlərindən biridir. Bu məsələnin düzgün başa düşülməsi və dəqiq şərhi pedaqogikanın digər məsələlərinin uğurlu həlli üçün xüsusi əhə-miyyət kəsb edir.

Pedaqoji prosesdə ziddiyyətlər iki qrupa ayrılır: zahiri (xarici) ziddiyyətlər və daxili ziddiyyətlər. Daxili ziddiyyətlər ilə xarici zid-diyyətlər arasında müəyyən əlaqə vardır, buna görə də hadisələrin, proseslərin, şeylərin inkişafı səbəblərini nəzərdən keçirəndə həm daxili ziddiyyətləri, həm də xarici ziddiyyətləri nəzərə almaq lazım-dır. Daxili ziddiyyətlər əlaqəsiz mövcud olmur və fəaliyyət göstər-mir, şeyin, hadisənin inkişafına xarici ziddiyyətlərin təsirini isə hə-min şeyin daxili ziddiyyətlərini nəzərə almadan başa düşmək müm-kün deyildir. İnkişaf prosesində daxili ziddiyyətlərlə xarici ziddiy-yətləri bir-birindən hökmən fərqləndirmək lazımdır, çünki inkişafda bunların rolu eyni deyildir. Xarici ziddiyyətlər çox vaxt daxili ziddiyyətlərin ifadəsi və mövcudluq forması kimi çıxış edir. Daxili və xarici ziddiyyətlər inkişaf prosesində bir vəhdət təşkil edir, bir-biri ilə əlaqədardır, lakin əsas ziddiyyətlər olan daxili ziddiyyətləri xarici ziddiyyətlərlə əvəz etmək səhv olardı. 207
Psixi proseslərin inkişafında da ziddiyyətlərin mənbə rolunu oynaması təkzibedilməz faktlarla sübut edilir. Burada daxili ziddiy-yətlərin xarici təsirlərlə yaranması, idraki ziddiyyətlərin əmələ gəl-məsi, bunların həll olunması və inkişafın bu yolla davam etməsi tə-ləb edir ki, pedaqoji prosesin, onun qollarının qanunauyğunluqları-nın müəyyənləşdirilməsində ziddiyyət kateqoriyasından geniş isti-fadə olunsun.

Pedaqoji prosesin hərəkətverici qüvvələri aşağıdakı dialektik ziddiyyətlərdən ibarətdir: 1) Müəllimin pedaqoji təsir göstərmək imkanları ilə şagirdin həmin təsirləri qəbul etmək imkanları arasın-dakı ziddiyyət: müəllimin təsirləri şagirdin imkanlarına uyğun gəl-mədiyi kimi (təsir səviyyəsindən yuxarı və ya aşağı olur), şagirdin də əks təsirləri müəllimin səviyyəsinə uyğun gəlmir (müəllim şa-girdin imkanlarını nəzərə ala bilmir, şagirdin səviyyəsini əsas tuta bilmir). Bu imkanlararası ziddiyyət pedaqoji prosesdə ən başlıca hərəkətverici qüvvədir; 2) Tərbiyənin ümumi məqsədi ilə mövcud ictimai münasibətlər arasındakı ziddiyyət (ictimai münasibətlər sü-rətlə inkişaf edir, məqsədin dəqiqləşdirilməsi isə ləng həyata ke-çirilir); 3) Tərbiyənin məzmunu ilə məqsədi arasındakı ziddiyyət (məzmunun yeniləşdirilməsi məqsədin sürətlə inkişafından geri qa-lır); 4) Tərbiyənin metodları ilə vasitələri arasındakı ziddiyyət. Yeni vasitələr meydana çıxır, lakin ənənəvi metodları tətbiq etməkdən kənara çıxa bilmirik. Əslində isə yeni vasitə yeni metod tələb edir; 5) Pedaqoji təsirin ümumi, onun şagird tərəfindən qəbul edilməsinin isə fərdi olması arasındakı ziddiyyət. Müəllim kollektivə təsir göstə-rir, amma bu təsiri hər şagird öz xüsusiyyətlərinə uyğun qəbul edir. Bu, birinci ziddiyyətlə bağlıdır, həmin ziddiyyətin xüsusi halıdır; 6) Şagirdlərin hərtərəfli inkişafına nail olmaq tələbi ilə fərdlərin konkret qabiliyyətinin inkişaf etdirilməsi arasındakı ziddiyyət və s.

Yeri gəlmişkən qeyd edək ki, pedaqoji ədəbiyyatda indiyədək nə zahiri, nə də daxili ziddiyyətlərə tərif verilməmişdir. Təbii ki, bu ziddiyyətlərin mahiyyətini açan tərifin verilməsi faydalı olardı. Pedaqoji prosesin cərəyan etdiyi mühit amillərindən ona təsir göstə-rərək gedişini çətinləşdirən, lakin həlli mümkün olan uyğunsuzluq-lar zahiri ziddiyyətlərdir. Zahiri ziddiyyətlər arasında ideal ahəng-darlığı təmin etmək hələlik çətin olsa da, bu istiqamətdə fəaliyyəti 208
gücləndirmək lazımdır ki, uşaqların ictimai əhəmiyyət kəsb edən mənəvi keyfiyyətləri cəmiyyətin tələblərinə maksimum yaxınlaşsın.

Tədris müəssisələri qarşısında duran vəzifələrlə cəmiyyətin imkanları arasında, pedaqoji təsirlərlə sosioloji təsirlər arasında, ailənin təsiri ilə məktəbin təsiri arasında, ayrı-ayrı müəllimlərin təsirləri arasındakı ziddiyyətlər üçün xarakterik cəhət budur ki, belə ziddiyyətlər pedaqoji prosesə birbaşa deyil, dolayı yolla təsir gös-tərir və bununla da gənc nəslin təlim-tərbiyə işini çətinləşdirə bilir.

Elmi tədqiqatlar pedaqoji prosesə xas olan yeni-yeni ziddiy-yətlər (xüsusilə də daxili ziddiyyətlər) üzə çıxarır. Tərbiyə olunan şəxs qarşısında qoyulmuş ictimai əhəmiyyətli vəzifələrlə, bu vəzifə-lərin öhdəsindən gəlmək üçün onun mövcud marağı arasında; xarici şüurlu münasibətin getdikcə artması ilə belə bir münasibətin real-laşmasına imkan verən bilikləri mənimsəməyin zəruriliyinə şüurlu münasibətin şəxsdə çatışmaması arasında; doğma yurdun əsil vətən-daşı olmağın obyektiv zəruriliyi ilə həyat təcrübəsinin uşaqda azlığı arasında; seçilmiş məqsədlə subyektiv imkanlar arasında; subyektin nail olduğu inkişaf səviyyəsi ilə onun həyat tərzi arasında; şəxsdə işləmək, bilikli və bacarıqlı olmaq arzusu ilə işin çətinliyi arasında; şəxsin hissləri arasında; şəxsdə sərbəstliyin güclənməsi ilə ona himayədarlıq arasında; uşağın motivləri arasında; uşağın azadlığa meyli ilə obyektiv zərurət arasında ziddiyyətlər buna misal ola bilər.

Pedaqoji prosesin daxili ziddiyyətlərinə belə tərif vermək olar: pedaqoji proses ünsürlərinin təsiri ilə şagird psixologiyasında yara-nan və həlli mümkün olan uyğunsuzluqlar onun daxili ziddiyyət-ləridir.

Zahiri ziddiyyətlərdə olduğu kimi, daxili ziddiyyətlərin vaxtın-da duyulması və aradan qaldırılması üçün tədbirlər görmək təlimin səviyyəsini yüksəldir. Bu, müəllimin və ya tərbiyəçinin yüksək peda-qoji ustalığa malik olduğunu göstərən vacib meyarlardan

QDASgzFCJG





Yüklə 55,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin