Daxili ziddiyyətlər


) Şagirdin mövcud inkişaf səviyyəsilə həyat tərzi arasındakı uyğunsuzluqlar



Yüklə 55,5 Kb.
səhifə10/15
tarix02.01.2022
ölçüsü55,5 Kb.
#42640
1   ...   7   8   9   10   11   12   13   14   15
Daxili ziddiyyətlər

5) Şagirdin mövcud inkişaf səviyyəsilə həyat tərzi arasındakı uyğunsuzluqlar.
Bu uyğunsuzluğu real həyatdan götürdüyümüz bir nümunə əsasında izah edək. Bakı şəhərinin mikrorayonlarının birində IV sinifdə oxuyan şagird “A” bədii gimnastikaya maraq göstərir. Özünə zərif ayaqqabı (məst), lent, halqalar tapır. Televizorda gördüyü bədii gimnastların hərəkətlərini təqlid etməyə başlayır. Alla Simatovanı özünə ideal seçir. Valideynlərindən onu bədii gimnastika dərnəyinə qoymalarını xahiş edir. Xalça sexində işləyən anası “S”, taksi sürücüsü işləyən atası “M” bu işə etiraz edirlər. Onun marağına, istəyinə qarşı çıxaraq “bu sənət bizim ailəyə şərəf gətirməz”, “bu sənət şərq qızları üçün deyil”, “çilpaq şəkildə hoppanıb düşmək bizim qızımız üçün ayıbdır” kimi sözlərlə “A” nın məqsədinin, arzusunun əleyhinə çıxırlar. “A” psixoloji cəhətdən sarsılır.

Professor Nurəddin Kazımovun təbirincə desək, “seçilən məqsədlə, müəyyənləşdirilən idealla uşağın malik olduğu psixoloji keyfiyyətlərin səviyyəsi biri-birinə uyğun gəlmir. Uşaq narahat olmağa, idealın, məqsədin tələb etdiyi keyfiyyətlər səviyyəsinə qalxmağa başlayır”. Lakin onun inkişaf səviyyəsilə yaşadığı həyat tərzi arasında yaranan uyğunsuzluq buna mane olur. Bu uyğunsuzluqlar məqsədyönlü şəkildə dəf edildikdə tərbiyənin səviyyəsi şagirdlərdə davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin formalaşması istiqamətinə yönəlir.




Yüklə 55,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin