ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   2   3   4   5   6   7   8   9   ...   27

HOLAVARLAR 

 

Öküzüm birdi mənim, 

Taleyim kordi mənim. 

İki oldi öküzüm, 

Qara çuxam durdi mənim. 

 

Başına mən dolanım, 



Mən dönüm, mən dolanım, 

Ölmə, ölmə yazığam, 

Kölgəndə mən dolanım. 

 

Boynunu mən bağlaram, 



Yaman gözü dağlaram. 

Tez çək maral öküzüm 

Dala qalsan ağlaram. 

Telli mərcan, bizə gəl, 

Dağdan yenib düzə gəl. 

Dırnağının izilə, 

Bu yerləri bəzə gəl. 

 

Çəkən öküz mərd olur, 



Çəkməyənə dərd olur, 

Tənbəl öküz yiyəsi, 

Xəcil olur, pərt olur. 

 

Öküz boynun yağlaram, 



Düşmən gözün dağlaram, 

Şırımı dərin götü, 

Səncə yonca bağlaram. 


 

51 


Qızıl öküzüm, yeri,  

Qoyma şum qala geri. 

İti tərpən, maralım, 

Rəqiblər baxır bəri. 

 

Bizim öküz, buz öküz, 



Qoparıbdı toz öküz. 

Alıb yerin canını, 

Çıxsın yaman göz, öküz. 

 

Öküz qayıtdı qaşdan, 



Ay Allah, saxla daşdan. 

Bədnəzər qabaqdadı, 

Yolunu sal bu başdan. 

 

Qara öküz aranda, 



Çıxar gün qızaranda. 

Handa murada çatar, 

Torpaqdan bar alanda. 

 

Öküzüm gedər işə, 



Qorxuram bağrı pişə. 

Nola bir bulut gələ, 

Göydən yerə nəm düşə. 

 

Öküzüm qoşa getdi, 



Güc saldı, daşa getdi. 

Cütün maçı qırıldı, 

Zəhmətim boşa getdi. 

 

Öküzlərim naz eylər, 



Quyruq bular, toz eylər. 

Hər axşam gün batanda 

Kövşəndə pərvaz eylər. 

 

 



Heyvanların deyişməsi 

 

Qoyun deyər mən heç otdan doymaram, 



Payız oldu, çövrün-çöpün qoymaram. 

Hər evi mən yunum ilə bəzərəm, 

Ağır-ağır xalılarım var mənim, 

Allı-güllü xalçalarım var mənim. 

 

Keçi deyər adım Əbdülkərimdi, 



Qavala çəkilən mənim dərimdi, 

Üç ay qışdı, ona Allah kərimdi. 

Şeytan-şeytan balalarım var mənim, 

Qəlbi-qəlbi qayalarım var mənim. 

 

Öküz deyər mən ağama nökərəm, 



Üç ay qışı tövləsində bekaram. 

 

52 


Yaz olanda çayır-çəmən sökərəm, 

Ağlı-qırmızılı buğda əkərəm, 

Dəli-doli xərmənlərim var mənim, 

Uca- uca tayalarım var mənim. 

 

İnək deyər mən doğanda mələrəm, 



Mələdikcə dağı-daşı dələrəm. 

Qurutumu gündən günə sərərəm, 

Çalxam-çalxam kərələrim var mənim, 

Ceyran-ceyran danalarım var mənim. 

 

Gamış deyər payız olcaq samanlığı doldurun, 



Yaz olanda boyunduruğu yondurun, 

Cütləməsəm, vurun məni öldürün, 

Gölməşlərdə yataqlarım var mənim, 

Ağ-ağ kərə, qatıqlarım var mənim. 

 

Dəvə deyər heç heyvan götürməz mənim yükümi, 



İgid oğlan istər çəkə ipimi, 

Ərəbistan içər mənim südümi, 

Uzaq-uzaq mənzillərim var mənim, 

Dizi qeyim nəsillərim var mənim. 

 

At deyər yel təkin göydə uçaram, 



Yollar ötüb dağdan-dağa aşaram, 

İgidlərlə bir arada yaşaram, 

Pəhləvanlar kimi yiyəm var mənim, 

Saraylara oxşar pəyəm var mənim. 

 

Eşşək deyər mən hamıdan fəqirəm, 



Palçığa batanda dağdan ağıram. 

Çöldə qalsam, mən yiyəmi çağırram, 

Kərənaydan yoğun səsim var mənim, 

Atlarinan gəl-gedişim var mənim. 



 

53 


IV. NAĞILLAR 

 

DÜNYA GÖZƏLİ İLƏ SARI İNƏYİN NAĞILI 

 

Biri var idi, biri yox idi, qədim zamanlarda bir qız var idi, adı 



Fatmaxanım  idi.  Fatmaxanımın  öz anası  rəhmətə getmişdi.  Atası 

ayrı bir arvad almışdı.  Fatmaxanım ögey ananın əlində qalmışdı. 

Ögey ana Fatmaxanımla çox pis rəftar edirdi, deyirdi ki: 

–  İlanın  acığı  yarpızdan  gedəndə,  mənim  acığım,  ay  qız, 

səndən gedir. Səni görməyə gözüm yoxdu. 

Səhərdən axşama hər nə iş olsaydı, Fatmaxanıma gördürər-

di.  Bu  arvadın  qabaqkı  ərindən  bir  qızı  vardı  ki,  özüylə  Fat-

maxanımgilə gətirmişdi. Arvad öz qızına təmiz paltar geydirərdi 

və  qoymazdı  əlini  ağdan  qaraya  vursun.  Şam  vaxtı  bir  az  quru 

çörək qoyardı Fatmaxanımın qabağına və deyərdi: 

– Burnundan gəlsin. 

Amma öz qızına plov bişirərdi.  Fatmaxanımın  atası qorxaq 

və  arvadağız  bir  kişi  idi.  Bunların  bir  sarı  inəkləri  var  idi.  Bu 

inək  Fatmaxanımın  anasının  yadigarı  idi.  Bir  gün  ögey  ana  bir 

az pambıq, bir az kəpəkli çörək verdi Fatmaxanıma, dedi: 

–  Bu  da  naharın,  apar  pambığı  əyir,  sarı  inəyi  də  çöldə 

otarginən. 

Fatmaxanım  sarı  inəyi  götürüb  getdi  çölə,  məşğul  oldu 

pambıq əyirməyə. Birdən güclü yel əsib pambığı Fatmaxanımın 

əlindən qapıb apardı. Fatmaxanım düşdü pambığın dalınca, dedi: 

–  Yel  baba,  qapazlarına  qurban  olum,  mənim  pambığımı 

aparma. 


Yel pambığı aparıb,  bir qarı arvadın evinə saldı. Bu dəmdə 

Fatmaxanım yetişdi, dedi: 

–  Nənəcan,  yel  pambığı  gətirdi  sənin  evinə,  icazə  ver 

götürüm aparım. 

Qarı dedi: 

–  Bərəkallah,  qızım,  sən  də  ədəbli  qızsan,  gəl,  mənim  ba-

şıma bax, gör mənim başım təmizdir, ya sənin ananın başı. 

Fatmaxanım baxıb gördü qarının başı təmizdi, dedi:  



 

54 


– Sənin başın təmizdi. 

Qarı dedi: 

–  Mənim  kilimimin  altına  bax,  gör  mənimki  təmizdir,  ya 

sənin ananın kiliminin altı. 

Fatmaxanım  baxıb gördü kilimin altı  doludu bör-böcək  ilə. 

Amma demədi. 

– Sənin kiliminin altı təmizdi. 

Qarı dedi: 

– Al, bu sənin pambığın, gedərsən, qabağına bir ağ su gələr, 

ağ suda çimərsən,  sonra qara su gələr, qara sudan başına və qaş-

larına yaxarsan, bir də qırmızı su gələr, qırmızı sudan dodaqlarına 

çəkərsən. Dalda eşşək anqırsa, dönüb dalına baxmazsan. 

Fatmaxanım dedi: 

– Baş üstə. 

Gəldi  gördü  sarı  inək  qalan  pambıqları  kələf  edibdir.  İnəyi 

götürüb gəldilər. Fatmaxanım gördü qabağında üç cür su vardır. 

Fatmaxanım qarının dediklərinə əməl elədi, oldu ondörd gecəlik 

ay: gözəlliyi birə dörd artdı. 

Fatmaxanımın  ögey  anası  gördü  Fatmaxanım  gec  gəldi. 

Durdu, çıxdı yola, gördü Fatma gəlir, nə gəlir, gözəlliyi yolu bü-

rüyüb.  Ögey ana az qaldı paxıllığından bağrı çatlasın.  Bir  yum-

ruğ vurdu Fatmaxanımın başına, dedi: 

– Torpaqlar səndən uca olsun, niyə gec gəldin? 

Fatmaxanım  başına  gələn  macəranı  danışdı.  Arvad  öz-

özünə dedi: “Sabahları öz qızımı göndərərəm inəyi aparar”. 

Səhər açıldı. Arvad durub plov bişirib, bir az da pambıq ver-

di öz qızına. İnəyi də çıxartdı ki, aparsın çölə. Arvad qızına dedi: 

– İnəyi apar, Fatma aparan yerə. 

Qız getdi, inəyi apardı çölə, yatıb yuxuladı. Yel gəlib pambığı 

götürüb apardı. Qız durub yelin dalınca düşüb getdi, dedi: 

– Ay yel baba, qanadların sınsın, mənim pambığımı ver. 

Yel pambığı apardı həmin qarının evinə. Qız yetişib dedi: 

– Köpək, imansız, mənim pambığımı ver. 

Qarı dedi: 



 

55 


–  Yaxşı  gəl,  otur  qızım,  ədəbin  olsun,  gəl,  mənim  başıma 

bax, gör, mənim başım təmizdir, ya sənin ananın başı. 

Qız baxıb dedi: 

– Ay sənin başına kül olsun. Anamın başı təmizdi. 

Qarı dedi: 

–  Gəl,  bu  sənin  pambığın,  gedərsən,  qabağına  üç  cür  su 

gələcək,  ağ,  qara,  qırmızı.  Qara  suda  çimərsən,  qırmızı  sudan 

başına  çəkərsən,  ağ  suyu  qaşlarına  çəkərsən.  Elə  ki,  eşşək 

anqırdı, dönüb dalına baxarsan. 

Qız  qayıtdı  gəldi,  gördü  qabağına  üç  cürə  su  gəlir.  Qarı 

dediyi  kimi  qara  suda  çimdi,  ağ  suyu  qaşlarına  çəkdi,  qırmızı 

suyu başına tökdü, eşşək anqıranda dönüb dalına baxdı, eşşəyin 

başı ona yapışdı. Bədəni oldu qap-qara, bir qara itə oxşadı. Gəldi 

gördü  sarı  inək  bir  iş  görməyib.  Sarı  inəyi  götürüb  gəldilər 

kəndə.  Anası  çıxmışdı  qızının  yoluna,  gördü ondörd  gecəlik  ay 

əvəzinə  bir  qara  heybətli  meymun  gəlir.  Arvad  vurdu  başına, 

huşu  getdi.  Elə  ki,  huşa  gəldi  qızı  ilə  birlikdə  gəldilər  evə 

Fatmaxanıma kötək vurmağa ki, günah səndədi. Arvad dedi: 

– Hər nə varsa, bu sarı inəyin əlinin altındadı. 

Arvad özünü vurdu mərizliyə, nıq-nıq-nıqqıldadı, üz-gözünə 

sarı kök sürtüb yıxılıb yatdı. Axşam oldu, kişi gəldi, dedi: 

– Arvad, nə işdi? 

Arvad dedi: 

–  Kişi  ölürəm,  getdim  həkimin  yanına,  dedilər  tövlədəki 

inəyin əti sənin dərmanındı. 

Kişi dedi: 

– Bu ki, bir şey deyil, başını kəsərəm, sən yeyərsən. 

Fatmaxanım ağladı, dedi: 

– Dedi, mənim nənəmin yadigarıdı, gəl, bu inəyi öldürmə. 

Kişi dedi: 

– Olmaz, gərək sarı inəyin başını kəsəm. 

Fatmaxanım gəldi sarı inəyin yanına dedi: 

– Səni öldürəcəklər. 

İnək dedi: 



 

56 


–  Eybi  yoxdu,  əvəzində  ətim  sənin  ağzında  şirin  olacaq, 

onların  ağzında  isə  zəhər  kimi.  Fəqət  sən  sümüklərimi  gətirib, 

mənim axurumda quylarsan,  hər  işin  bərkə düşəndə gəlib  mənə 

deyərsən, mən sənin istədiyini verərəm. 

Elə  ki,  sarı  inəyin  başını  kəsdilər,  dərisini  soyub,  ətini  pişir-

dilər,  şam  vaxtı  olanda  gətirib  tökdülər  qablara,  qoydular  qabaq-

larına. Hansı qoydu ağzına, ət oldu zəhər. Amma Fatmaxanım ağız 

ləzzətilə  doyunca  yedi.  Anası  öləndən  bəri  doyunca  çörək  yemə-

mişdir. Arvad ətlərin hamısını Fatmanın qabağına qoyub dedi: 

– Ye, irin, çirk yeyəsən. 

Bir  neçə  gündən  sonra  padşah  oğlunun  toyu  idi.  Arvad 

qızını bəzədi ki, aparsın toya. Fatmaxanım dedi: 

– Ay xanım, elə mən də sizinlə gəlim toya. 

Arvad dedi: 

– Az danış, ay ağzı yanmış, səni aparsam, abrım gedər, otur 

evdə. 


Xülasə, arvad qızı ilə getdilər toya. Fatmaxanım gəlib axurda 

quyladığı  sarı  inəyin  sümüklərini  çıxarıb  dərdini  ona  danışdı. 

Fövri  bir  ağ  at,  bir  dəst  paltar  hazır  oldu.  Fatmaxanım  paltarı 

geyib, atı minib, birbaşa toy evinə yola düşdü. Toy yerinə yetişən 

kimi girdi məclisə. Bütün arvadlar, qızlar, gəlinlər Fatmaxanımın 

paltarına, gözəlliyinə, uca boyuna mat qaldılar. Fatmaxanım dedi: 

– Qızlar, icazə versəniz, mən bir az oynayacağam, tez çıxıb 

gedəcəyəm. 

Fatmaxanım başladı oynamağa,  bir cibi dolu idi gül ilə,  bir 

cibi  də  dolu  idi  torpaq  ilə.  Gülləri  səpdi  qız-gəlinlərin  başına, 

torpaqları da analığı və onun qızının gözlərinə səpdi. 

Fatmaxanım  qayıdıb  çıxdı  ağ  atın  üstünə,  gəldi  evə,  məşğul 

oldu işləməyə. Elə ki arvadla qızı evə gəldilər, Fatmaxanım dedi: 

– Həmişə toydan gələsiniz, deyin görüm nə var, nə yox? 

Arvad dedi: 

– Vallah,  bir on dörd gecəlik aya  bənzər qız gəldi,  oynadı, 

gülləri  səpdi  arvadların  üstünə,  torpağı  da  bizim  üstümüzə, 

qayıdıb getdi. 



 

57 


İkinci gün yenə də arvad öz qızı ilə durdular toya getməyə, 

Fatmaxanım dedi: 

–  Qoyun  mən  də  sizlə  gəlim,  o  gəlib  oynayan  qızı  mən  də 

görüm. 


Arvad dedi: 

–  Ay  ağzına  yara  çıxmış,  lal  qal,  hər  nə  bəla  başıma  gəlir 

sənin bədşumluğundan gəlir, otur aşağı. 

Fatmaxanım  narahat  olub  oturdu.  Arvad  ilə  qızı  toya 

getməkdə  olsun.  Fatmaxanım  gəldi  sarı  inəyin  axuruna  tərəf, 

onun sümüyünü çıxardıb dedi: 

– Səndən qırmızı at, bir dəst ağ paltar istəyirəm. 

Dərhal  hazır  oldu.  Fatmaxanım  atı  minib,  paltarları  geydi, 

birbaşa toy evinə sarı getdi. Padşah oğlunun qaravaşları ilə qapı-

çıları Fatmaxanıma yol verdilər, o da toy məclisinə girdi. Arvad-

lar Fatmaxanımın paltarına, xüsusən göyçəkliyinə tamaşa elədi-

lər.  Fatmaxanım  elə  oturmamış  başladı  oynamağa.  Oynayanda 

bir dəstə gül qızlara verib bir sıxım torpaq atdı analığı ilə qızının 

gözünə. Sonra qayıdıb, qırmızı atı minib aradan çıxdı, gəldi evə. 

Elə ki, arvadla qızı gəldilər evə Fatmaxanım dedi: 

  – Bu gün toyda nə oldu, nə olmadı? 

Arvad dedi: 

–  Dünənki  qız  bir  dəst  ağ  paltar  geyib  gəldi  toya  oynayıb, 

bizim gözümüzə torpaq, o birilərin üstünə gül səpdi, qayıdıb getdi. 

Üçüncü gün yenə də arvadla qızı toya getdilər. Fatmaxanım 

yenə də  sarı  inəyin axuruna gedib  mətləbini  istədi.  Bu səfər bir 

göy  dəmir  at  hazır  oldu,  üstündə  qızıl  yəhər,  üzəngiləri  isə 

gümüşdən.  Fatmaxanım  bir  dəst  əlvan  paltar,  bir  cüt  qızıl 

başmaq geyindi, bir cibinə qızıl pul, bir cibinə kül tökdü. Qalxdı 

atın belinə, toya sarı at çapdı. Yetişdi, qızlar gördülər ki, bir qız 

girdi  içəri.  Fatmaxanım  öz  ürəyi  istədiyi  havayla  başladı 

oynamağa.  Cibindən  bir  sıxma  qızıl  çıxarıb  səpdi  qızların 

tərəfinə,  bir sıxma kül də səpdi arvad  ilə qızının  gözünə.  Sonra 

qayıdıb qalxdı göy dəmir atın belinə. Ayağını üzəngiyə qoyanda 

başmağının bir tayı düşdü hovuzun suyuna. 



 

58 


Fatmaxanım  tez  gəldi  evə,  onda  gördü  ögey  ana  ilə  qızı 

gözlərini ova-ova gəlirlər. Fatmaxanım dedi: 

– Danışın görək, bu gün nə oldu? 

Arvad başladı Fatmaxanıma latayir-latayir sözlər deməyə.  

Bu,  burda  qalsın,  sizə  kimdən  xbər  verim,  padşahın  kiçik 

oğlundan.  O  bir  gün  atını  gətirdi  hovuzda  suvarsın.  At  hürküb 

geri qayıtdı. Padşah oğlu nökərlərə dedi: 

– Axtarın, görün suyun içində nə var. 

Axtardılar  gördülər  bir  tay  başmaq.  Elə  ki,  padşah  oğlu 

başmağın  tayını  gördü  bir  könüldən  min  könülə  başmağın 

yiyəsinə vuruldu, dedi: 

–  Görün,  bu  başmaq  kimin  ayağının  başmağıdı,  onu  gərək 

alasınız mənə. 

Bütün şəhərləri axtardılar, tapmadılar. Gəldilər Fatmaxanımın 

yaşadığı  kəndə.  Hamının  ayağını  imtahan  elədilər,  başmağın  yi-

yəsini tapmadılar. Gəldilər Fatmaxanımgilin evinə. Arvad xəbərdar 

olub,  başa  düşdü  hali-qəziyyə  nədi.  Fatmaxanımı  tutub  saldılar 

təndirə,  duvağı  qoydular  ağzına.  Bu  tərəfdən  padşahın  oğlunun 

məmurları  eşitdilər,  amma  arvad  yalnız  öz  qızını  nişan  verdi. 

Başmağı onun ayağına imtahan eləyib gördülər olmur. Dedilər: 

– Daha ayrı qızın yoxdu? 

Arvad dedi: 

– Qızım elə budu ki, var. 

Məmurlar  ilə  kənizlər  istədilər  qayıtsınlar.  Birdən  birə 

xoruz banlayıb dedi: 

–  Quqquluqu,  Fatmaxanım  təndirdədi,  ayaqları  kuflədə, 

gözləri qan-yaş tökür. 

Kənizlər dedilər: 

– Arvad, bu xoruz nə deyir? 

Arvad xoruza bir təpik atıb, dedi: 

– Heç-zad, bu qırılmışlar dən istəyir. 

Xoruz yenə başladı oxumağa: 

– Quqquluqu! Fatmaxanım təndirdə, 

Ayaqları kuflədə, 



 

59 


Dizi üstə naxış tikir, 

Gözləri qan-yaş tökür. 

Kənizlər  duvağı  götürdülər,  gördülər  dan  ulduzuna  oxşar 

bir qızdı,  yanaqları bənövşə gülü kimi, tellərini töküb aya oxşar 

buxaqlarının dövrəsinə. Başmağı geydirdilər, gördülər ki, axtar-

dıqları  nazənin  buradadı.  Çox  şad  oldular.  Kənizlər  padşah  oğ-

luna  müjdə  verdilər,  sən  istəyən  qızı  tapmışıq.  Padşah  oğlu 

hökm elədi yeddi gün, yeddi gecə toy tutsunlar. Gəlin çıxan gü-

nü ögey ana  yenə də  Fatmaxanımı tutub saldı təndirə,  öz qızını 

bəzəyib-düzəyib gəlin çıxartdı, dedi: 

– Qızımı özüm aparacam gərdək otağına. 

Elə  ki,  istədilər  Fatmaxanımın  yerinə  ögey  ananın  qızını 

aparsınlar xoruz yenə də banladı: 

– Quqquluqu! Fatmaxanım təndirdə, 

       Ayaqları kuflədə, 

       Dizi üstə naxış tikir, 

                  

       Gözləri qan-yaş tökür. 

Padşah  oğlunun  kənizləri  Fatmaxanımı  götürüb  apardılar. 

Ögey anasını da bağladılar atın quyruğuna, buraxdılar çölə. 

Padşah oğlu ilə Fatmaxanım uzun illər ömür sürdülər, yeddi 

oğlan, iki qız sahibi oldular… 

Su içdi yerə keçdi, 

Sən sağ, mən də salamat. 



 

Söyləyən: Həyat nənə; Toplayanı: Bəxtiyar Nüsrət. 

 

 

DÜNYA GÖZƏLİ 

 

Biri  var  idi,  biri  yox  idi,  Əhməd  adlı  bir  kasıb  kişi  var  idi. 



Gedərdi çöllərdən tikan qırardı, dalında bazara aparıb, beş şahıya 

verərdi. Beş şahını da verib çörək alardı.  Çox çətinliklə bir çətən 

külfətini dolandırardı. Kişi canından lap bezmişdi. 

Bir gün yenə tikan qırmışdı, bazara aparırdı. 

Yolda bərk yorulub dedi: 


 

60 


–  Ay  ilahi,  tikan  şələsi  mənim  belimi  yağır  eləyib.  Mən 

neyləyim? Bir ölüm də yoxdu, ölüm, canım qurtarsın. 

Kişi  uzanıb  şələsinin  yanında  yuxuya  getdi.  Bu  zaman  bir 

quş gəlib, onun şələsində yumurtdadı. Yumurta çox gözəl idi. 

Kişi yumurtanı padşah oğluna göstərib, dedi: 

– Bu qəşəng yumurtanı satıram. 

Şahzadə  yumurtanı  alıb  baxdı,  gördü  bu  ləldi,  heç  qiyməti 

yoxdu. 


Kişi elə bildi ki, şahzadə zarafat eyləyir, dedi: 

– Dörd yüz tüməndən aşağı vermərəm. 

Şahzadə dörd yüz tümən verib yumurtanı aldı, dedi: 

Belə yumurta əlinə düşəndə gətirib mənə verərsən. 

Hər  gün  quş  gəlib  onun  şələsinin  üstündə  yumurtlayırdı,  o 

da aparıb padşahın oğluna dörd yüz tümənə satırdı. 

Get-gedə  kişi  varlandı,  böyük  adam  oldu.  O,  bütün  dünya 

bazarlarına gedib alver edirdi.  Bir gün quş gəlib  onun şələsində 

yumurtlayanda kişi quşu tutub evinə apardı.  Kişi  səfərə çıxmaq 

fikrinə düşdü. Arvadına dedi: 

–  Arvad,  quşun  yumurtalarını  gündə  aparıb,  şahzadəyə 

satarsan, hər yumurtaya dörd yüz tümən verəcək. 

Kişinin  adı  Məmməd  idi.  Məmməd  səfərə  çıxdı.  Hər  gün 

quşun  yumurtasını  şahzadəyə  arvad  aparırdı.  Bir  gün,  iki  gün, 

axırda arvad şahzadəyə vuruldu. Bir gün ürəyini açıb ona söylədi: 

– Şahzadə, sənə vurulmuşam, gərək mənlə başbir olasan. 

Şahzadə dedi: 

–  Quşu  kəsərsən,  ürəgini,  böyrəklərini  yeyim,  sonra  sə- 

ninlə başbir olum. 

Arvad  razı  oldu.  Evə  gəlib  quşun  başını  kəsdi,  plovu  dəmə 

qoyub  getdi  şahzadəni  çağırmağa.  Uşaqları  qazanın  ağzını  açıb 

quşun ürəyini və böyrəklərini yedilər. Bəli, arvad şahzadəni gətirdi. 

Plovu çəkib  süfrəyə düzdü. Şahzadə  yeməyə  başlayanda  baxdı ki, 

quşun ürəyi, böyrəkləri yoxdu. Arvaddan soruşdu, uşaqlar dedilər:  

– Biz yedik. 

Şahzadə ayağı qalxıb, dedi: 



 

61 


– Uşaqları öldürərsən, qarınlarından quşun ürəgini, böyrək-

lərini çıxardarsan, yeyərəm sonra səninlə başbir olaram. 

Arvad  buna  razı  oldu.  Söz  verdi  ki,  gecə  yatanda  uşaqları 

öldürsün.  Uşaqlar  bunu  eşitdilər.  Gecə  düşən  kimi  qaçıb,  başqa 

bir padşahın ölkəsinə getdilər. Bunlar bir qəbiristanlıqda yatmaq 

istədilər.  Böyük  oğlan  Əhməd  qardaşı  Hümməti  burada  qoydu. 

Şəhərə  çörək  almağa  getdi.  Gördü  adamlar  bir  yerə toplaşıblar. 

Bu da getdi, gördü şəhərin padşahı ölüb, onun üçün dövlət quşu 

uçururlar.  Dövlət  quşu  kimin  başına  qonsa,  onu  padşah 

qoyacaqlar.  

Dövlət quşunu buraxdılar. Quş gedib dövrə vurdu, aşağı enib 

Əhmədin  başına  qondu.  Əhmədi  döyüb  qovdular.  Quşu  bir  də 

uçurdular. Quş yenə gəlib Əhmədin başına qondu. Axırda onu bir 

dama salıb qapını bağladılar. Quşu uçurdular. Quş bacadan girib, 

damda Əhmədin başına qondu. Soruşdular, gördülər bu oğlan özü 

də  padşah  olmaq  istəmir.  Gətirib  onu  padşah  qoydular.  Padşah 

olandan  sonra  qardaşı  tamam  yadından  çıxdı.  O  qəbiristanlıqda 

qalan qardaşı Əhmədi gözlədi, o gəlib çıxmadı. Əlacsız qalıb yola 

düşdü. Üç gün yol gedəndən sonra şəhərə çıxdı. Şəhərin bazarına 

getdi.  Bazarda olanlar hamı dağılıb getdi.  Bu tək qaldı.  Bunu bir 

tacir  gördü.  Tacir  gördü  bu,  qərib  adamdı,  evinə  qonaq  apardı. 

Oğlan  başına  gələni  tacirə  nağıl  elədi.  Tacir  onu  oğulluğa  gö-

türdü.  Bunun  ayağı  tacirə  düşdü.  Tacirin  qazancı  gün-gündən 

artmağa  başladı.  Oğlanın  başının  altından  hər  gecə  bir  kisə  qızıl 

çıxırdı. Oğlan qırx gecənin qırx kisə qızılını götürdü, tacirdən də 

çoxlu  qızıl  aldı.  Bir  başqa  şəhərdə  bir  dükan  açdı.  Bir  gün  ona 

dedilər,  filan  yerdə  bir  dünya  gözəli  var.  O,  üzünün  bir  tərəfini 

göstərir,  hər  kim  baxsa,  yüz  tümən  verir.  Oğlan  hər  gün  gedib 

dünya gözəlinin bir üzünə baxır, yüz tümən verirdi. 

Dünya  gözəli  məəttəl  qalır  ki,  bu  necə  işdi,  bu  kimdi  ki, 

gündə  mənə  yüz  tümən  verir,  yenə  qurtarmır.  Bir  gün  oğlan 

yenə gəldi,  yüz tümən verib qızın üzünə baxanda, qız onu evinə 

apardı.  Oğlan  baxdı  ki,  doğurdan  da  bu  dünya  gözəli  imiş.  Qız 

ondan soruşdu: 



 

62 


– Bu qədər variyyəti hardan alırsan? 

Oğlan dedi: 

–  Bir  quşun  ürəyini  yemişəm,  hər  yatıb  duranda  başımın 

altında bir kisə qızıl olur. 

Dünya  gözəli  ona  elə  yemək  verdi  ki,  oğlan  quşun  ürəyini 

qusdu.  Dünya  gözəli  o  saat  ürəyi  götürüb  uddu.  Dünya  gözəli 

hər yatıb duranda başının altında bir kisə qızıl olurdu. Oğlan heç 

tacirin evinə də getmədi, baş götürüb şəhərdən çıxdı. Bir səhraya 

çatıb gördü ki, üç dərviş üç şey üstündə vuruşurlar. Oğlan dedi: 

– Bu nə şeydi ki, üstündə dava eləyirsiniz? 

Ona dedilər: 

–  Şərrimizi  sən  kəs,  kim  bu  xalçanın  üstündə  oturub, 

“həzrəti-Süleyman eşqinə” deyib,  haranı  istəsə,  xalça uçar,  hara 

istəsə  onu  ora  aparar.  Fəsi  başına  qoyub,  hər  kəsi  qamçı  ilə 

vursan,  nə  desən,  o,  olar.  Süfrəni  də  açsan,  bütün  nemətlər 

üstündə düzülmüş olar. 

Oğlan dedi: 

–  Mən  üç  ox  ataram,  hər  kəs  oxu  tez  götürüb  qayıtsa, 

istədigi şeyi götürər.  

Dərvişlər  razı  oldular.  Oğlan  üç  ox  atdı,  bunlar  oxun  dalı-

sınca yürüşəndə oğlan xalçanı açıb, şeyləri də götürüb, xalçanın 

üstündə oturub dedi: 

– Həzrəti-Süleyman eşqinə, dünya gözəlinin evinə apar.  

Xalça  göyə  qalxdı,  onu  dünya  gözəlinin  evinə  apardı. 

Dünya gözəli xalçanı əl-dil ilə Hümmətdən alıb dedi: 

– Gəl üstündə oturaq, səyahətə çıxaq. 

Hər ikisi xalçanın üstündə oturdular. Dünya gözəli dedi: 

Həzrəti-Süleyman  eşqinə,  dəryanın  ortasında  cəzirədə  olaq. 

Xalça göyə qalxıb, onları dəryanın ortasında olan cəzirəyə apardı. 

Gecə oldu, Hümmət yıxılıb yatdı. Dünya gözəli onun yuxu-

ya getdiyini gördü. Fürsət tapıb, xalçanın üstündə oturub dedi: 

– Həzrəti-Süleyman eşqinə, öz evimdə olum. 

Xalça  göyə  qalxıb  onu  öz  evinə  gətirdi.  O  biri  tərəfdən 

Hümmət  ayılıb  gördü  qız  yoxdu,  xalça  da,  hər  tərəf  vəhşi  hey-



 

63 


vandı.  Gəzib  dolandı,  gördü  bir  alma  var.  Almadan  birini  dərib 

yeyən  kimi  buynuz  çıxartdı,  heyvanlar  ondan  qorxub,  səmtinə 

getmirdilər.  Bir  qədər  getdi  gördü  ki,  gülövşə  nar  var.  Nardan 

birini  yeyən  kimi  buynuzları  düşdü.  Bir  taxta  parçası  tapıb 

dəryaya  saldı,  üstünə  minib  kənara  çıxdı.  Dəryadan  çıxandan 

sonra yola düşüb, düz dünya gözəlinin evinə gəldi. Dünya gözəli 

işvə-naz atıb, onun könlünü aldı, dedi: 

– Səni sınayırdım ki, görəm məni ürəkdən sevirsən? 

Hazırlaşırdım bu saat geri qayıdıb, cəzirəyə gələcəkdim. 

Amma  Hümmət  ona  inanmadı.  Bir  alma  verdi,  qız  uzun 

buynuzlar çıxartdı. Dünya gözəli ağlaya-ağlaya dedi: 

–  Amandı,  Hümmət,  məni  biabır  eləmə,  bir  çarə  elə  buy-

nuzu sal. 

Hümmət dedi: 

–  Süfrəni,  xalçanı,  fəsi,  bir  də  qamçını  ver,  buynuzlarını 

salım. Dünya gözəli bu şeyləri ona verdi, oğlan dedi: 

– Ürəyi də qus, buynuzları salım. 

Qız qusdu, quşun ürəyi gəlib düşdü. Hümmət o saat ürəyi gö-

türüb  uddu,  qıza  bir  nar  verdi.  Qız  narı  yeyən  kimi  buynuzları 

düşdü.  Qız  birdən  qaçıb  xalçanı  götürmək  istədi.  Oğlan  tez  fəsi 

başına qoyub, dünya gözəlinə bir şallaq vurub dedi: 

– Ay tazı, neyləyirsən? 

Dünya gözəli  bir tazı olub küçəyə düşdü.  İtlər onu o qədər 

boğdular, taqəti qalmadı. Canı tamam yara oldu. 

Tazı  sülənə-sülənə  padşahın  barigahının  qabağına  getdi.  Nə 

qədər  döydülər  getmədi.  Nə  qədər  tilsimkar,  rəmmal  var  idi, 

topladılar. Heç biri tazının çıxıb getməyinin səbəbini bilmədi. Şah 

hər yerə elan verdi, kim tazının məndən nə istədigini bilsə, dünya 

malından onu qane edəcəyəm. Hümmət bunu eşidib gəldi, dedi: 

–  Şah  sağ  olsun,  bu  dünya  gözəlidi.  Tazı  şəklinə  düşüb. 

Padşah təəccüb eləyib dedi: 

– Bu niyə tazı olsun? 

Hümmət bütün əhvalatı mən sizə nağıl elədiyim kimi, başdan-

ayağa padşaha nağıl elədi. Əhməd padşah baxdı ki, bu, öz qardaşı 



 

64 


Hümmətdi.  Öpüşüb  görüşdülər.  Hümmət  bir  çubuq  vurub  qızı  öz 

halına  gətirdi.  Elə  bil  gün  buludun  altından  çıxdı.  Hamının  gözü 

qamaşdı. Əhməd şah qırx gün, qırx gecə toy elədi. Dünya gözəlini 

qardaşı Hümmətə aldı. Onlar yaşayıb dövran keçirdilər. 

 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin