ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


II. ALQIŞLAR, QARĞIŞLAR, ANDLAR



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   2   3   4   5   6   7   8   9   ...   27

II. ALQIŞLAR, QARĞIŞLAR, ANDLAR 

 

ALQIŞLAR 

 

Acı gün görmiyəsən. 



Axtardığına çatasan. 

Axar suyun qurumasın. 

Ağzın fal olsun. 

Ağzıvın dadı pozulmasın. 

Ağ günə çıxasan. 

Aqibətin xeyir olsun. 

Allah amanında. 

Allah imdadına çatsın. 

Allah o biri balavı saxlasın. 

Allah uğruva xeyir çıxartsın. 

Allah ürəyivin muradın versin. 

Allah işin rast gətirsin. 

Allah işivə rövnəq versin. 

Allah imanuvi kamil eləsin. 

Allah bağlı qapıları üzüvə açsın. 

Allah bərəkətivi çox eləsin. 

Allah başundan töksün. 

Allah balavi saxlasın. 

Allah başuvi göylərə çatdırsın. 

Allah birivə min versin. 

Allah bizi düz yoldan ayrı salmasın. 

Allah cavan canıva qıymasın. 

Allah dünyada məkansız, axirətdə imkansız eləməsin. 

Allah ziyarət qismət eləsin. 

Allah səlamətlik versin. 

Allah səni darda qoymasın. 

Allah səni xoşbəxt eləsin. 

Allah səni namərdə möhtac eləməsin. 

Allah səni görünməz bəlalardan saxlasın. 


 

32 


Allah səni yaman gözdən saxlasın. 

Allah son nəfəsdə imandan ayırmasın. 

Allah ömrünü uzun eləsin. 

Allah göz işığını əlindən almasın. 

Allah gələn günlərimizi xeyir eləsin. 

Allah nəzərini üstündən kəsməsin. 

Allah yanında üzün ağ olsun. 

Anadan əmdigin süd həlalın olsun. 

Atalı-analı olsun. 

Atan rəhmətlik olsun. 

Aydınlığa çıxasan.  

Bağ-bostanın bəhrəli olsun. 

Bağlı qapılar üzüvə açılsın. 

Balan atalı-analı böyüsün. 

Balan boya-başa çatsın.  

Başın bəla görməsin. 

Başın dost-düşmən arasında uca olsun. 

Başın ərşə dayansın. 

Bazarın xeyirli olsun. 

Canuva qada-bəla dəgməsin. 

Canın sağ olsun. 

Cah-cəlalın artıq olsun. 

Cavanlıqdan yarayasan. 

Cibin boş qalmasın. 

Çətinlik çəkməyəsən. 

Çırağın heç vaxt sönməsin. 

Çörək verən əlin kəsilməsin. 

Çörəyin bərəkətli olsun. 

Durduğun yerdə Allah başından töksün. 

Dünya durduqca durasan. 

Dünyada darlıq çəkməyəsən. 

Dünyada “Neynim?”, “Necə eləyim?” deməyəsən. 

Dünya qəmi səndən uzaq dursun. 

Ehtiyac üzi görmiyəsən. 



 

33 


El içində başın uca olsun.  

Ev-eşigin abad olsun. 

Əhdinə yetəsən. 

Əhl-əyal şərməndəsi olmiyasan. 

Əkdiyin birə min bitsin. 

Əlacın kəsilməsin. 

Əlin ağrımasın. 

Əlin Allahdan üzülməsin. 

Əlin bərəkətli olsun. 

Əlin boşa çıxmasın. 

Əlin var olsun. 

Əməgin hədər getməsin. 

Əməlin zay olmasın. 

Ər kölgəsi başından əskik olmasın. 

Əzrail qapını tanımasın. 

Haqq daduva dursun. 

Haqqın gözü üstündən yayınmasın. 

Haqqın əli dalınca olsun. 

Həlal ömür sürəsən. 

Xeyir xəbər olasan. 

Xətadan-bəladan iraq olasan. 

İlin ildən xoş gəlsin. 

İmanın kamil olsun. 

İşin uğurlu olsun. 

İşıqlığa çıxasan. 

İşığın sönməsin. 

Qada-bəla səndən iraq olsun. 

Qadan-bəlan mənə gəlsin. 

Qapın qıfıl görməsin. 

Qapın həmişə açıq olsun. 

Qardaş dağı görməyəsən. 

Qədəmin uğurlu olsun. 

Od-ocağın sönməsin. 

Oxun daşa dəyməsin. 



 

34 


Oğul-uşağın darda qalmasın. 

Ölün qapuvi tanımasın.  

Ömrün uzun olsun.  

Övladdan bəhrə görəsən. 

Payın çox olsun. 

Pis gün görməyəsən. 

Ruzun bol olsun. 

Ruzun başından aşıb-daşsın. 

Sabahın xeyir olsun. 

Sağ gedib salamat qayıdasan. 

Sənə gələn qada-bəla mənə gəlsin. 

Səni görüm bala dağı görmiyəsən. 

Səni görüm bəxtəvər olasan. 

Səni görüm bir qoyub min götürəsən. 

Səni görüm peşmanlıq çəkməyəsən. 

Səni görüm xeyir xəbər olasan. 

Səni görüm duz dağı olasan. 

Səni görüm dünya durduqca durasan. 

Səni görüm min yaşayasan. 

Səni görüm sözün kəsərli olsun. 

Səni yamanlıq görməyəsən. 

Səni görüm yaman gözdən iraq olasan. 

Süfrən şadlığa açılsın. 

Taxçan-boxçan boş qalmasın. 

Torpağı sana yaşayasan. 

Torpağın bəhərli olsun. 

Uğrun açıq olsun. 

Uğrun üzüvə gülsün.  

Üzün ağ olsun. 

Üzünün suyu tökülməsin. 

Üzün gülsün.  

Zaval görməyəsən. 

 

 


 

35 


QARĞIŞLAR 

 

Aclıq qapından əskik olmasın. 



Açıq qapın örtülü qalsın. 

Adam üzünə həsrət qalasan. 

Adaxlın üzüvə həsrət qalsın. 

Adaxlın vayına otursun. 

Adın adlar arasından silinsin. 

Adın batsın. 

Adın baş daşına yazılsın. 

Ahım səni tutsun. 

Ağ günün ağlar gəlsin. 

Ağ günə həsrət qalasan. 

Ağ gün görmiyəsən. 

Ağrım ürəyivə gəlsin. 

Ağzın yumulu qalsın. 

Allah baisin evini yıxsın. 

Allah başuvi qoyub ayağuva daş salmasın. 

Allah başuva bir daş salsın, altından çıxanmayasan. 

Allah belindən vursun. 

Allah cəzanı versin. 

Allah dərd versin, dərman verməsin. 

Allah sənə qənim olsun. 

Allah sənə qoturluq versin, dırnaq verməsin. 

Allah sənə gor əzabı çəkdirsin. 

Allah səni öldürsün. 

Allah səni kəssin. 

Allah səni mənim əlimdən alsın. 

Allah göz işığını əlindən alsın. 

Allah qabağına çıxartsın. 

Allahdan istəmişəm yorğan-döşəyə düşəsən. 

Allah səni oğul-uşaqdan yarıtmasın. 

Allahın zavalına gələsən. 

Allahın görünməz bəlasına rast gələsən. 


 

36 


Anadan əmdigin süd burnundan zədən-zədən gəlsin. 

Anan ağlar qalsın. 

Anan yasına otursun. 

Arzun gözündə qalsın. 

Arvaddan- uşaqdan yarımiyəsən. 

Asan işin çətinə düşsün. 

Aşın ocaqda asılı qalsın. 

Atan-anan harayına yetməsin. 

Atadan-anadan yarımayasan. 

Aydınlıq üzünə həsrət qalasan. 

Balan başuva bəla olsun. 

Balan üzüvə dursun. 

Balan xoş gün görməsin. 

Balandan çəkəsən. 

Balavi ilan çalsın. 

Balavin vay xəbəri gəlsin. 

Başın batsın. 

Başın daşlı, gözün yaşlı olsun. 

Başın qada-bəladan ayılmasın. 

Bayramın qərə gəlsin.  

Bildiğincə çəkəsən.  

Boğazın qovuşsun. 

Boğazıva yara çıxsın. 

Bolluq üzünə həsrət qalasan. 

Bostanuvun tağı yansın. 

Bostanuvi çor vursun. 

Bulağa gedənin qayıtmasın. 

Buğun dodağında qurusun. 

Canın çıxsın. 

Canından çəkəsən. 

Canına od düşsün. 

Cavanlığın yalan olsun. 

Cavanlıqdan xeyir görmiyəsən. 

Cəlalın dağılsın. 



 

37 


Ciyərin yansın. 

Çarən kəsilsin. 

Çolaq qalasan. 

Çörək gözünü tutsun. 

Çörək atlı olsun, sən piyada. 

Çörəyin boğazında qalsın. 

Çörəyin para olsun, günün qara. 

Damın başuva uçsun. 

Darlığa düşəsən, qurtaranın tapılmasın. 

Dardan qurtulmiyəsən. 

Dava-dalaş yaxandan əl götürməsin. 

Dədəvin evi viran qalsın. 

Dərdivə dərman tapılmasın. 

Dərddən baş açmiyəsən. 

Dilənçi kökünə düşəsən. 

Dilin ağzında çürüsün. 

Dilin “la ilahə illəllah”a dönməsin. 

Dilinin bəlasına gələsən. 

Dolu quyudan boş çıxsın. 

Durduğun yerdə işə düşəsən. 

El-obadan yarımiyəsən. 

Evin başuva uçsun. 

Evində ağ gün görmiyəsən. 

Evində bayquşlar banlasın. 

Evindən uşaq səsi gəlməsin. 

Evinə şivən düşsün. 

Evinin qapısı bağlı qalsın. 

Evsiz-eşiksiz qalasan. 

Əlin əllərdə üzülsün. 

Əlin daş altda qalsın. 

Əlin boşa çıxsın. 

Əlin qurusun. 

Əlin qoynunda qalsın. 

Əlindən tutanın olmasın. 



 

38 


Əməyim gözünü tutsun. 

Əməyindən xeyir görməyəsən. 

Ər deyib ərsiz qalasan. 

Ərinnən ərlik görmiyəsən. 

Ər deyə-deyə əriyəsən. 

Ərin ölsün, balaların yetim qalsın. 

Ər qəzəbinə tuş olasan.  

Ətin-əndamın tökülsün. 

Ətin itlərə pay olsun. 

Əzrayıl əzizlərivi əzizləsin. 

Əzrayıl qapuvu tanısın. 

Əzizlərin ölsün. 

Əzizlərindən olasan. 

Əzizlərin qara geysin. 

Əzizlərin əzizlənməsin. 

Falın umduğunu deməsin. 

Fələk səni darda qoysun. 

Fələkdən xoş gün görmiyəsən. 

Fələk dadına yetsin. 

Fırtınadan baş açmayasan. 

Firsətin əldən getsin. 

Fitrəyə möhtac qalasan. 

Gedər-gəlməzə yollanasan. 

Gedənin gəlməsin, nasazın durmasın. 

Gedişin olsun, gəlişin olmasın. 

Görba-gor olasan. 

Gözün çıxsın. 

Gözlərin ovcuva düşsün. 

Gözüvə ox batsın. 

Gözün yollarda qalsın. 

Gözüvə qara su damsın. 

Gün işığına həsrət qalasan. 

Günün gündən qara keçsin. 

Harayın sinəndə qalsın. 



 

39 


Hayına hay verən olmasın. 

Həlal malın yadlara qismət olsun. 

Həlal süfrəyə həsrət qalasan. 

Həlal tikə boğazında qalsın. 

Həlal ömür sürməyəsən. 

Həlal gün görmiyəsən. 

Hənirtin kəsilsin, qapın bağlı qalsın. 

Həqq sənə qənim olsun. 

Həqq sözün ayağa düşsün. 

Xanımanın dağılsın. 

Xanımanında it ulasın. 

Xanım-xatunun dul qalsun. 

Xeyir qapını döyməsin. 

Xeyiratın qəbul olmasın. 

Xəstəlığdən dirilmiyəsən. 

Xəstəlığına dərman tapılmasın. 

Xirmənin sovrulmasın. 

Xirməninə od düşsün. 

Xoş günə həsrət qalasan. 

İflic olasan. 

İlin qara gəlsin. 

İmansız olasan. 

İncəlib sapa, saralıb çöpə dönəsən.  

İstəyin ürəyində qalsın.  

İşin rast gəlməsin. 

İşıq üzünə həsrət qalasan. 

İt azarına düşəsən. 

İzin itsin. 

İzini-tozunu nişan verən olmasın. 

Qada-bəlaya tuş olasan. 

Qadam sənə gəlsin. 

Qadam düşsün əzizlərivin ürəyinə. 

Qanova boyanasan. 

Qapun çırpılmasın. 



 

40 


Qapuvi açan olmasın. 

Qarnun qavallara çəkilsin. 

Qazanc üzü görmiyəsən. 

Qazancun qazan doldurmasın. 

Qazancun mirasuva qalsın. 

Qərə yer səndən uca dursun. 

Qıfılın bağlı qalsın.  

Qızın elçiyə həsrət qalsın. 

Qızını qızdırma aparsın. 

Qızın qərəvi geysin. 

Qohum – qardaşdan yarımiyəsən. 

Qol-qanadun qırılsın. 

Qolların bağlı qalsın. 

Meyidin arada qalsın. 

Mənə arzuladığın öz başuva gəlsin. 

Mərdmazara tuş olasan. 

Min bir bəlaya tuş olasan. 

Mirdəşir üzüvi yusun. 

Naçar günə qalasan. 

Nahaq qana düşəsən. 

Nağafil gülləyə rast gələsən. 

Namərdə tuş olasan.  

Ocağın kor qalsın. 

Oda düşəsən. 

Odun-ocağın sönsün. 

Oda-alova tuş olasan. 

Oğul əməyi dadmiyasan. 

Oğul üzünə həsrət qalasan. 

Oğul qazancı görmiyəsən. 

Oğul-uşaqdan yarımiyəsən. 

Oğlun itkin getsin. 

Oğlun nişanlı üzü görməsin. 

Oxuduğun başuva dəysin. 

Oxuduğun sənə qənim olsun. 



 

41 


Oxun daşa dəysin.  

Ödün ağzından gəlsin. 

Ölün ara yerdə qalsın. 

Paltarın bükülü qalsın. 

Pənah duranın olmasın. 

Pərgarın pozulsun. 

Pis günə qalasan. 

Pislik tutasan. 

Rahatlıq üzi görmiyəsən. 

Rahat yerin qəbir evi olsun. 

Sabaha səlamət çıxmayasan. 

Sahibsiz qalasan.  

Salavat sənə qənim olsun. 

Sarala-sarala qalasan. 

Səni görüm axşama çıxmiyəsən. 

Səni görüm ağlar qalasan. 

Səni görüm əlin hər yerdən üzülsün. 

Səni görüm xoş günə həsrət qalasan. 

Səni görüm el üzünə, ev üzünə həsrət qalasan. 

Səni görüm iki gözündən olasan. 

Səni görüm ilan kimi mələyəsən. 

Səni görüm balandan çəkəsən. 

Səni görüm boya-başa çatmayasan. 

Səni görüm oğul bəhrəsi yemiyəsən. 

Səni görüm cavan öləsən. 

Səni görüm dilin ağzında çürüsün. 

Səni görüm sonsuz qalasan. 

Səni görüm şadlığın şivən olsun. 

Səni görüm qapılar açıb girmiyəsən. 

Səni görüm qapı-qapı dilənəsən. 

Səni görüm qapın üzüvə bağlı qalsın. 

Səni görüm gün işığına həsrət qalasan. 

Səni görüm lal olasan, lal öləsən. 

Səni görüm mən deyən dərdə düşəsən. 



 

42 


Səni görüm nağafil gülləyə tuş olasan. 

Səni görüm heç tərəfdən yerimiyəsən. 

Səni görüm yaman dərdə düşəsən. 

Səsin batsın. 

Sözün ağzında qalsın. 

Suyun durulmasın. 

Suya həsrət qalasan. 

Susuzluqdan dilin qabar töksün.  

Şər qapundan uzaq olmasın. 

Şivənun yerə-göyə sığmasın. 

Şövkətun tar-mar olsun. 

Taxıl üzü görmiyəsən. 

Taxılın tayada çürüsün. 

Taleyin üzünə gülməsin.  

Tanışın Əzrayıl olsun. 

Tazə ilə çatmiyəsən. 

Təxtin alt-üst olsun. 

Təklik təsəllin olsun. 

Təndirin boşuna tüstülənsin. 

Tifağın dağılsın. 

Tikən boğazında qalsın. 

Torpağın göyə sovrulsun. 

Torpağında ot bitməsin. 

Torpaq qənimin olsun. 

Torpaq səndən uca dursun. 

Toyun yasa dönsün. 

Toyun yarımçıq qalsın.  

Uğurun açılmasın. 

Uğruva yamanlıq çıxsın. 

Uğursuz öləsən. 

Ulduzun sönsün. 

Umduğuna əlin çatmasın. 

Ulusun viran qalsın.  

Umudun kəsilsin. 



 

43 


Umud əlin heç yana çatmasın. 

Uşaq üzünə həsrət qalasan. 

Uşaq üzü görmiyəsən. 

Uşaq dağı ilə dağlanasan. 

Uşaqların boya-başa çatmasın. 

Uşaqların biri-birinin üzünü görməsin. 

Ürəyin çərləsin. 

Ürəyin vərəm bağlasın. 

Ürəyindən qərə-qərə qanlar axsın. 

Ürəyinə xal düşsün. 

Ürəyinin başı yansın. 

Üzün tüpürcəkli olsun. 

Üzün qara olsun. 

Üzün qibləyə dönməsin. 

Üzünü mirdəşir yusun. 

Üzüvə daş yapışsın. 

Üzüvə sarı yara çıxsın.  

Varın vayına qismət olsun. 

Varın özüvə qismət olmasın. 

Varından xeyir görmiyəsən. 

Varın əlindən çıxsın. 

“Vay” yaxandan əl çəkməsin. 

“Vay”ın vaylara qarışsın. 

Yaran sağalmasın. 

Yarana məlhəm tapılmasın. 

Yanar çırağın sönsün. 

Yasdıqdan baş qaldırmayasan. 

Yersiz, yurdsuz qalasan. 

Yurdunda bayquş banlasın. 

Zəhmətin zaya getsin. 

Zəlil günə qalasan.  

 

 



 

 

44 


ANDLAR 

 

Adın Əliyə and olsun. 



Allaha and olsun. 

Allah haqqı. 

Allah, sənə and olsun. 

Allahın adına and olsun. 

Allahın birliyinə and olsun. 

And olsun o bizi yaradan Allaha. 

And olsun o bizi yoxdan yaradan Allaha. 

And olsun Hüseynin nahəqq tökülən qanına. 

And olsun on iki imama. 

And olsun yediğımız duz-çörəyə. 

And olsun həqq-səlama. 

And olsun Əlinin qəzəb oğlu Abbasa. 

Atamın əziz canı üçün. 

Atamın goru həqqi. 

Atamın qəbrinə and olsun. 

Balalarımın canına and olsun. 

Balamın ölmüşünə. 

Başuva and olsun, başun üçün. 

Bir balamın canı üçün. 

Bu qibləyə and olsun. 

Bu bərəkətə and olsun. 

Bu bərəkət gözümüzü tutsun. 

Canımdan xeyir görməyim. 

Cavan canıma and olsun. 

Çörək gözümü tutsun. 

Çörək, sənə and olsun. 

Çörəyə həsrət qalmış olum. 

Çörəyi ayaxlamış olum. 

Dayımın ruhuna and olsun. 

Dədəmin goruna and olsun. 

Dədəmin əziz canı üçün. 


 

45 


Dədəmin əziz başı üçün. 

Dünyaya kor baxım. 

Evim-eşiyim talansın. 

Evimə-eşigimə od düşsün. 

Evimə səlamət çatmayım. 

Evimə-eşigimə kor baxım. 

Əbülfəzl Əbbas, sənə and olsun. 

Əlinin zərbətlənən başına and olsun. 

Əlinin həqq yoluna and olsun. 

Əmdigim o həlal südə and olsun. 

Əmimin əziz canı üçün.  

Əziz canuva and olsun. 

Əzizlərimin canına and olsun. 

Getdigim beyitə and olsun.  

Gözə görünməz Allaha and olsun.  

Günü sabaha çıxmayım. 

Həqiqətə and olsun. 

Həzrət Abbas, sənə and olsun. 

İki gözdən olum. 

İnandığımıza and olsun. 

İmanım yalan olsun. 

İşığa kor baxım. 

Qağamın qarasın geymiş olsun. 

Qardaşımın əziz canı üçün. 

Qardaşımın başı üçün. 

Qıldığım namaza and olsun. 

Qıldığım namaz belimdən vursun. 

Qurana əl basım. 

Quran həqqi. 

Quran mənə qənim olsun. 

Quran, sənə and olsun. 

Quranı yandırmış olum. 

Məscidi yıxmış olum. 

Minbəri yandırmış olum. 



 

46 


Od-ocağa and olsun. 

Oğlumun ölüsün görüm. 

Oğlumun əziz canı üçün. 

On iki imam haqqı. 

O qiblə ərəbiyə and olsun. 

Ölənlərimin göri həqqi. 

Ölənlərimin ruhuna and olsun. 

Öz canım üçün. 

Özüm ölüm. 

Səni and verirəm o Allaha. 

Sənin başına and olsun. 

Səni-məni yaradana and olsun. 

Sənin o əziz canın üçün. 

Şah çırağ, sənə and olsun. 

Üzünə kor baxım. 

Ürəyindəki niyyətə and olsun. 

Yalan desəm axşama çıxmayım. 

Yalan desəm, o bir balamın nəşini qucaqlayım. 

Yalan desəm, bu işıqlı dünyaya kor baxım. 

Yalan desəm canımdan xeyir görməyim. 

Yalan desəm, dilim kəlmeyi-şəhadətə dönməsin. 

Yalan desəm, dilim “La ilahə illəllah”a dönməsin. 

Yalan desəm, Quran belimdən vursun. 

Yalan desəm, Quran gözlərimi tutsun. 

Yalan desəm, evimə sağ qayıtmayım. 

Yalan desəm, ömrümdən xeyir görməyim. 

Yalan desən, şirin canuva mürüd olasan. 

Yalan desən, dilin qurusun. 

Yalan desən, canından çəkəsən. 

Yalan desəm, Quran sənə qənim olsun. 

Yalan desən, xoş günə həsrət qalasan. 

Yaradan, sənə and olsun. 

Yedigimiz duz-çörəyə and olsun. 

Yeri-göyü yaradan bir Allaha and olsun. 



 

47 


III. SAYALAR, HOLAVARLAR 

 

SAYALAR 

 

Salam əleyk, say bəylər. 



Bir-birindən yey bəylər. 

Saya gəldi, gördünüz, 

Salam verdi, aldınız. 

Alnı təpər quzunu, 

Sayaçıya verdiniz. 

 

Saya yaxşı sayadı 



Yeri-yurdi qayadı. 

Onun gözəl sözləri,  

Yatanları oyadı. 

 

Saya, saya sayalar, 



Dağ döşündə qayalar. 

Bu saya kimdən qalıb? 

Ata-babadan qalıb. 

 

Siz sayadan qorxmusuz, 



Səfa yurda qonmusuz. 

Səfa olsun yurdunuz, 

Ulamasın qurdunuz. 

Ac getsin avanınız, 

Tox gəlsin çobanınız. 

 

Bu saya yaxşı saya, 



Hamıya yaxşı saya. 

Həm çeşməyə, həm çaya, 

Həm Ülkərə, həm Aya, 

Həm yoxsula, həm baya. 

 

Saya, saya, sayadan, 



Damazlığı mayadan. 

Bu saya kimdən qalıb, 

Adəm atadan qalıb. 

Adəm ata gələndə, 

Musa çoban olanda. 

 

Qızıl öküz duranda. 



Hatəmlərin hatəmi. 

Dağda çoban olanda, 

Buğda sünbül salanda, 

Dünya bünyad olanda, 

Gün tərasın atanda. 

 

Əzəl atasın deyim, 



Sonra anasın deyim. 

Qoyun var kərə gəzər, 

Qoyun var kora gəzər, 

Gedər dağları otlar,  

Gələr evləri bəzər. 

 

Kərəsini qoyunun, 



Kürəsini qoyunun, 

Aclıqdan biz gəzərik, 

Çevrəsini qoyunun. 

 

Qoyun baxar dağlara, 



Sel tək axar dağlara. 

Arandan dönən sürü, 

Yayda çıxar dağlara. 


 

48 


Sürünün gözi qoyun, 

Dolan gəl düzi, qoyun. 

İldə bir əkiz gəti, 

Sevindir bizi qoyun. 

 

Dağlardan yendi qoyun, 



Dolaşdı bəndi qoyun. 

Süd-qaymağı bol elə, 

Sevindir kəndi qoyun. 

 

Nənəm, o şişək qoyun, 



Nənəm, o qaşqa qoyun. 

Minmisən eşqə qoyun, 

Yeyən sənin ovcundan, 

Çıxıbdı köşkə qoyun. 

 

Nənəm qumral tat qoyun. 



İldən ilə art, qoyun. 

Balalar ölməkdədi, 

Gəl, olma namərd, qoyun. 

 

Nənəm o saçaq qoyun, 



Bizlərdən qaçaq qoyun. 

Sənə yaman baxanın, 

Gözünə piçaq qoyun. 

 

Nənəm o kurdi qoyun, 



Otladı durdi qoyun. 

Ay qaranlıq gecədə, 

Görübdi qurdi qoyun. 

 

Nənəm o ağbaş qoyun, 



Qarlı dağlar aş qoyun. 

Yağından pilov olur, 

Quyruğundan aş qoyun. 

Nənəm o qızıl qoyun, 

Yollara düzül qoyun. 

Kəsilməsin damazlıq, 

Ömr elə yüz il qoyun. 

 

Nənəm o nazlı qoyun, 



Qırqovul gözlü qoyun. 

Pendiri dilim-dilim 

Qatığı üzlü qoyun. 

 

Nənəm qaraqaş qoyun, 



Qarlı dağlar aş qoyun. 

Ay qaranlıq gecədə 

Çobana yoldaş, qoyun. 

 

Nənəm o gəlin qoyun, 



Qalxıbdı telin, qoyun, 

Yeyən sənin sayəndə 

Gətirib gəlin qoyun. 

 

Nənəm o qəmər qoyun, 



Quzusu əmər qoyun. 

Yeyən sənin sayəndə 

Bağlayıb kəmər qoyun. 

 

Nənəm o dəli qoyun, 



Dolaşıb gəli qoyun. 

Gəlinlər gözəlindən 

Toxuyur xali qoyun. 

 

Nənəm, qoyunun ağı,  



Gedib dolanar dağı. 

Otlar qara qiyası, 

İçər sərin bulağı, 


 

49 


Acı olar dırnağı. 

Dadlı olar qaymağı 

Qarılar tutar yağı, 

Gəlin yeyər quymağı. 

İllaki qayqanağı, 

Çobana vurar dağı, 

Qızlara cehiz ağı, 

Çobana çarıq bağı, 

Uşağa bələk bağı. 

 

Toxlu kəsən yad olar, 



Çobana fürsət olar. 

Sürüdən ayrı düşən, 

Yüz qurda qismət olar. 

 

Sürüdə var az qoyun. 



Kef-damağı saz qoyun. 

Çoban qurddan çəkinsə, 

Çölə çıxanmaz qoyun. 

 

Yerin dağ olsun, çoban, 



Kefin çağ olsun, çoban. 

Sürüni yaxşi saxla, 

Üzün ağ olsun, çoban. 

 

Açdım, yazılar gördüm. 



Nə tamarzılar gördüm. 

Çoban dağdan enəndə,  

Çoxlu quzular gördüm. 

 

Göydəki göy bulutlar, 



Yorğanıdı çobanın. 

Yastı-yastı təpələr, 

Yastığıdı çobanın. 

Yumri-yumri qayalar. 

Yumruğudi çobanın, 

Əlindəki dəgənək, 

Qalxanıdı çobanın, 

Yanındakı boz köpək, 

Yoldaşıdı çobanın. 

Ağzı qara canavar, 

Düşmənidi çobanın. 

 

Saya, saya, sayadan, 



Qoyun gəlir qaydan. 

Sayaçıya pay verin 

Damazlığı mayadan. 

 

Dağdan yenən sürüdi, 



Dağı duman bürüdi. 

Gəlin, südi az qaynat, 

Qazanda süd çürüdi. 

 

Qoyunun yüzi gəldi, 



Dolandı düzi gəldi. 

Çobanın qucağında 

Bir əmlik quzi gəldi. 

 

Can quzi, canım quzi, 



Tüki çalar qırmızi. 

Qonurdi onun gözi, 

Biri gəlinin olsa, 

Biri də çobanınki. 

 

Sürünün gözi qoyun, 



Dolan gəl düzi qoyun. 

İldə bir cüt bala ver, 

Sevindir bizi qoyun. 


 

50 


Nənəm, qoyunun özi, 

Döşündə bəslər quzi. 

Solunda yatar, buzlar, 

Sağında baxıb gözlər. 

Əli çanaqlı qızlar, 

Qoyunun yolun gözlər. 

 

Çoban, qoyunu gətir, 



Oni bərəyə yetir. 

Ağ biləkli gəlinlər, 

Sağım-sağım desinlər 

Bal qeymağı yesinlər. 

 

Yeyər, yeyər gərnəşir, 



Buynuz vurar döyüşür. 

Buynuzi burma-burma 

Qoyunsuz yerdə durma. 

 

Qoyunlu evlər gördüm. 



Qurulmuş yaya bənzər. 

Qoyunsuz evlər gördüm, 

Qurumuş çaya bənzər. 

 

Qoyun deyər: “Mən heç otdan doymaram, 



Payız oldu, çör-çöpünü qoymaram. 

Hər bir evi yunum ilə bəzərəm, 

Ağır-ağır xalılarım var mənim, 

Gülli-gülli xalçalarım var mənim”. 

 

 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin