C virus hepatitinin müalicəsi üzrə klinik protokol


MÜALİCƏNİN TƏHLÜKƏSİZLİYİ VƏ



Yüklə 233,31 Kb.
səhifə33/41
tarix28.12.2021
ölçüsü233,31 Kb.
#11435
1   ...   29   30   31   32   33   34   35   36   ...   41
MÜALİCƏNİN TƏHLÜKƏSİZLİYİ VƏ 

EFFEKTİVLİYİNİN MONİTORİNQİ  

HCV-nin virus əleyhinə terapiyası zamanı daha çox qeydə alınan 

kənar effektlər bunlardır: qripəbənzər sindrom, zəiflik, ilikdə 

qanyaranmanın zəifləməsi, psixo-emosional rahatsızlıq 

(depressiyalar, psixomotor oyanmalar və s.), mədə-bağırsaq 

sisteminin pozulması, saç tökülməsinin artması, qalxanabənzər vəzin 

disfunksiyası, müxtəlif dərəcədə ifadə olunmuş allergik reaksiyalar, 

autoimmun və sistem xəstəliklərinin kəskinləşməsi, interferon daxil 

edilən sahələrdə lokal reaksiya və s. 

Bununla  əlaqədar, virus əleyhinə terapiya zamanı pasiyentlərin 

əsaslı klinik və laborator monitorinqdən keçməsi çox vacibdir. 

Müalicənin orqanizm tərəfindən pis qəbul edilməsi onun erkən 

dayandırılmasına səbəb ola bilər. Yaranacaq kənar effektlərin üzə 

çıxarılması  və onların korreksiyası üsulları barədə pasiyentlərin 

təlimatlandırılması yolu ilə terapiyanın  şərtlərinə  əməl edilməsinin 

yaxşılaşdırılmasına nail olmaq mümkündür. Pasiyentləri inandırmaq 

lazımdır ki, terapiya nəticəsində yaranmış  kənar effektlərin çoxu 

müalicə edilə və ya azaldıla bilər.  

 


Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin