C virus hepatitinin müalicəsi üzrə klinik protokol


HCV/İİV ko-infeksiyası olan pasiyentlərin müalicəsi



Yüklə 233,31 Kb.
səhifə31/41
tarix28.12.2021
ölçüsü233,31 Kb.
#11435
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
HCV/İİV ko-infeksiyası olan pasiyentlərin müalicəsi 

C hepatiti zamanı  İİV-infeksiya, xüsusilə  ağır immun 

çatışmazlığı, hepatitin proqressivləşməsini sürətləndirir. Nəticədə 

İİV-ə yoluxmuş  şəxslərdə C hepatiti qaraciyərin erkən fibrozu, 

qaraciyər çatışmazlığının yüksək riski, qaraciyər hüceyrəsinin 

xərçəngi və daha çox ölüm halları ilə  səciyyələnir. Ona görə  də C 

hepatiti  zamanı  ağır immun çatışmazlığı inkişafını – CD4 

limfositlərinin sayının 1 mkl-də 200-dən aşağı düşməsini yubatmaq 

lazımdır (B)

 

Lakin CD4 limfositlərinin sayı antiretrovirus terapiyasının 



məsləhət görüldüyü həddə yaxındırsa, onda İİV infeksiyasının 

müalicəsinə başlanılır. C hepatitinin müalicəsi isə müvəqqəti təxirə 

salınır,  əks halda interferonun təsiri altında CD4 limfositlərinin 

sayının bir qədər də aşağı düşməsi baş verə bilər (C).  

C hepatiti antiretrovirus terapiyasının effektivliyinə, həmçinin 

İİV infeksiyasının inkişafının immunoloji, virusoloji və  klinik 

göstəricilərinə demək olar ki, təsir etmir.  

Qaraciyərin biopsiyası histoloji dəyişiklikləri aşkar etməyə, 

habelə iltihabın (hepatitin aktivliyi) və fibrozun (hepatitin mərhələsi) 

ifadə olunma dərəcəsini  təyin etməyə  və yanaşı gedən xəstəlikləri 

üzə  çıxarmağa imkan verir. Biopsiya aparmaq qərarı  fərdi qaydada 

qəbul edilir, belə ki, alınmış  məlumat C hepatitinin müalicəsinin 

aparılıb-aparılmaması barədə seçimə təsir edir (B).  

Biopsiya bu hallarda xüsusilə vacibdir:  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 27

 

uğurlu müalicə olunma ehtimalı  aşağı olarsa (məsələn, 1-ci 



virus genotipi mənşəli C hepatiti);  

 

müalicənin riski və faydası arasındakı nisbət şübhə doğurursa 



(məsələn, kənar effektlərin yaranmasının böyük ehtimalı);  

 

xəstənin müalicə olunmaq istəyi yoxdursa. 



İİV-ə yoluxmuş  şəxslərdə iltihab və fibrozun qeyri-invaziv 

metodlarla (məsələn, fibrozun zərdab markerləri və ultrasəs 

elastoqrafiya) qiymətləndirilməsinin yararlılığı təsdiq edilməlidir.  

Müalicə zamanı seçim metodu – alfa-peqinterferon və 

ribavirindir. Peqinterferon-2a  adi dozada – həftədə 1 dəfə - 180 mkq, 

peqinterferon-2b isə – həftədə 1 dəfə - 1,5 mkq/kq təyin edilir.  

İİV-ə yoluxmuş  şəxslərdə 1-ci və ya 4-cü genotip nəticəsində 

inkişaf etmiş  və yüksək virus yüklənməsi ilə müşayiət edilən C 

hepatiti zamanı ribavirini sutkada 1 dəfə 1000-1200 mq dozada təyin 

etmək lazımdır  (C). Digər xəstələrə sutkada 1 dəfə 800 mq doza 

kifayət edir (A).  

Virusun genotipindən asılı olmayaraq, İİV-ə yoluxmuş xəstələrdə 

C hepatitinin müalicəsi 48 həftə davam edir.  

 

Müalicənin başlanması üçün optimal vaxt 



Kəskin hepatit C. Müalicə hepatitin xronik formaya keçməsi 

riskini azalda bilər. Beləliklə, klinik və ya laborator təsdiqi olan 

viremiya xəstəlik başlandıqdan sonrakı 3 ay müddətində davam 

edərsə, virus əleyhinə müalicə göstərişdir  (B). Təcrid edilmiş C 

hepatiti zamanı peqinterferon 6 ay müddətində  tətbiq edilir. İİV-ə 

yoluxmuş C hepatitli xəstələrdə müalicənin effektivliyi barədə 

məlumat azdır; bu xəstələrə monoterapiya, yoxsa kombinasiya 

edilmiş müalicənin tətbiq edilməsi məsələsi həll edilməyib.  



Xroniki hepatit C. Əgər xəstəlik İİV infeksiyasının antiretrovirus 

terapiyası  tələb etməyən ilkin mərhələlərində  aşkar olunubsa, 

müalicə tövsiyə edilir. (A) 

Ağır immunodefisit (CD4 limfositlərinin sayı 1 mkl-də 200-dən 

aşağı) zamanı hepatit C-ni müalicə etməzdən  əvvəl, CD4 

limfositlərinin sayını yüksək aktivlikli antiretrovirus terapiyasının 

köməyi ilə  artırmaq vacibdir. (A) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 28

Antiretrovirus terapiyası ilə uyğunlaşma 

Peqinterferon və ribavirinlə müalicə dövründə didanozindən 

istifadə son dərəcə arzuolunmazdır (D), qaraciyər sirrozu zamanı isə, 

ümumiyyətlə,  əks-göstərişdir  (D). Stavudin, xüsusilə didanozinlə 

kombinasiyada laktasidoz riskini əhəmiyyətli dərəcədə artırdığı üçün  

əks-göstərişdir  (D). Bundan başqa, anemiya və neytropeniya 

təhlükəsi yarandığından zidovudin təyin edilməməlidir (D).  

Bir tədqiqatda  İİV proteazası inhibitorlarının C hepatitinin 

peqinterferon və ribavirinlə müalicəsinin nəticəsinə  mənfi təsiri 

nümayiş etdirilmişdir; bu faktın gələcəkdə  təsdiq edilməsi tələb 

olunur. 


Müşahidə 

Müalicə başlandıqdan 1, 2 və 4 həftə sonra, bunun ardınca isə hər 

ay qanın ümumi analizi aparılır, aminotransferazaların aktivliyi və 

bilirubinin səviyyəsi müəyyənləşdirilir. CD4 limfositlərin sayı hər ay 

hesablanır. Əlavə laborator müayinə həkimin məsləhəti ilə aparılır və 

buraya TTH səviyyəsinin  ən azı 3 aydan bir müəyyənləşdirilməsi 

daxil edilir.  

Beləliklə: 

 

İdarə olunan İİV-infeksiyalı və histoloji təsdiq olunmuş qaraciyər 



xəstəliyi olan pasiyentlərə XCH-nin virus əleyhinə terapiyası 

aparılmalıdır (D).  

 

Alfa-peqinterferon və ribavirinlə virus əleyhinə terapiya doza 



baxımından monoinfeksiyada olduğu kimi həyata keçirilməlidir 


Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin