C virus hepatitinin müalicəsi üzrə klinik protokol


Yüksək əhəmiyyətli orqanların transplantasiyasından sonra



Yüklə 233,31 Kb.
səhifə30/41
tarix28.12.2021
ölçüsü233,31 Kb.
#11435
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
Yüksək əhəmiyyətli orqanların transplantasiyasından sonra 

pasiyentlərin müalicəsi 

Ürək, ağ ciyər və böyrəklərin transplantasiyasından sonra 

interferonoterapiya əks-göstərişdir (C)

 



Qaraciyərin transplantasiyasından sonra pasiyentlər adekvat 

immunosupressiv terapiya almalı  və diqqətlə müşahidə 

edilməlidirlər.  

 



HCV səbəbindən aparılmış qaraciyər transplantasiyasından sonra 

transplantatın yoluxması qaçılmazdır. Transplantatın yoluxması 

ilə əlaqədar, qaraciyərin biopsiyasına əsasən I mərhələdən yuxarı 

fibroz aşkar  olunan pasiyentlərdə virus əleyhinə müalicənin 

mümkünlüyünə transplantoloqun rəhbərliyi altında baxıla bilər.  

 



Qaraciyər biopsiyasına  əsasən qaraciyər transplantatının XCH-i 

olan pasiyentlər üçün alfa-peqinterferon və ribavirinlə virus 

əleyhinə 48 həftəlik terapiya nəzərdən keçirilə bilər (B)

 



Qaraciyər transplantasiyasından sonra müalicənin aparılması 

zamanı alfa-peqinterferon və ribavirin kiçik dozalarda təyin 

olunmalıdır (C)

 



Qaraciyər transplantasiyasından sonra pasiyentlərdə virus 

əleyhinə müalicənin toksiki təsirlərinin ciddi monitorinqi 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 26

aparılmalı, preparatların dozaları aşağı salınmalı, artım faktorları 

təyin olunmalıdır (C)

 



Qaraciyər transplantasiyasından sonra, virus əleyhinə terapiya 

alan pasiyentlərdə orqanizmin transplantata reaksiyası ilə bağlı 

ciddi monitorinq aparılmalıdır. Orqanizmin transplantatı  qəbul 

etməməsi təsdiqlənərsə, virus əleyhinə terapiya dayandırılmalıdır 



(C)

 



Transplantatın zədələnməsinin histoloji təsdiqi olmayan 

pasiyentlərdə transplantasiyadan sonra erkən vaxtlarda 

qabaqlayıcı virus əleyhinə terapiyadan çəkinmək lazımdır (C).  

 


Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin