C erom k. Q lenn və t eodor c. Q ordon


  İnformasiya və kommunikasiya texnologiyalarının məcmusu  hər kəs üçün



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix21.04.2017
ölçüsü5,06 Kb.
#15038
1   2   3   4   5   6   7   8   9   ...   17

6. 
İnformasiya və kommunikasiya texnologiyalarının məcmusu  hər kəs üçün 
necə işləməlidir? 
Əgər Mur Qanunu davam etsə, 25 il ərzində kompüter insan beyninin emal etmə gücünə 
yiyələnəcək; ondan 25 il sonra, kompüter dünyadakı bütün insanların beyinlərinin emal 
etmə gücünə yiyələnəcək. Eyni vaxtda milyarddan çox insan (dünyanın 17.5%-i) İnternetə 
qoşuludurlar. Texnoloji bərabərsizlik aradan qalxır və davam edə  də bilər, çünki 100 
dollarlıq (XO-1) Massaçusets Texnologiyalar İnstitutunun təlqin etdiyi portativ kompüterlər 
inkişaf edən ölkələrdə sifariş olunur. Bununla da Hər Uşağa Bir Portativ Kompüter arzusu 
reallığa daha bir addım yaxınlaşır, və Makedoniya, Venesuela və Hindistanda əlaqədar 
cəhdlərə  təkan verilir. İnternet, axtarış  və oxu səhifələrindən ibarət olan sistemdən 
multimediya mühitinə töhfə verən və bu mühitdə bir-biri ilə  əlaqə yaradan istifadəçilərin 
məkanına çevrilir. YouTube əsası qoyuladan cəmi 21 ay sonra 1.65 milyard dollara 
satıldı;  şirkətlər dünyadakı milyonlarla insanın diqqətini cəlb edərək  ənənəvi reallıqla 
rəqabət aparan “İkinci Həyat” adlı virtual reallıq sistemində  və digər kiber-dünyalarda 
ofislər tikirlər; Vikipedia qlobal kütləvi intellektə çevrilir; bir çox ölkələr elektron hökumətlər 
təsis edirlər;  İnternet sistemi də  həmçinin marketinq, təhlükəsizlik və ekoloji idaretmə 
məqsədlərilə binaların və digər obyektlərin daxilində yerləşdirilən  çox ucuz nanotex 
sensorları, kameraları və transqəbulediciləri dəstəkləyəcək. Bəziləri təklif edir ki mövcud 
sistemə olan həddən artıq tələb səbəbindən meydana gələn problemlərin aradan 
qaldırılması üçün yeni İnternet sistemi yaradılmalıdır. 2011-ci ilədək  əlavə 1 milyard 
istifadəçinin də meydana gəlməsi gözlənilir.  
 
Hal-hazırda dünyada 70 milyon bloq mövcuddur və hər gün 120, 000-i əlavə edilir. Axtarış 
sistemləri multimedia materiallarına, peyk vasitəsilə  çəkilmiş  təsvirləri və  tərcümə 
imkanlarına malik bir çox dilləri aşkar edir. İnsanlar  əldə etdikləri məlumatları  və 
Şəbəkədə olan proqram təminatlarını daha çox idarə etməyə başlayırlar.  Əvvəllər 
istifadəçilər bunu ancaq öz şəxsi kompüterlərində edirdilər. Nəticə etibarilə proqram 
təminatının yeniləndirilməsi və faylların arxivləşdiriləsi barədə narahatçılıqlar aradan 
qalxır və məlumatların məxfiliyi məsələləri meydana çıxır. 
 
İnternet artıq qlobalizasiyaya, demokratikləşməyə, iqtisadi artıma, və təhsilə təkan verən 
ən güclü qüvvələrdən biridir. Və indi planetar kollektiv intellekt meydana çıxır.  Şəbəkə 
daha ağıllı olacaq, müxtəlif proqram təminatlarını  əlaqələndirəcək, terminləri müxtəlif 
kontekstlərdə başa düşəcək, və xidmətçidən çox yoldaş rolunu oynayacaq. Kiberməkan, 
məlumatlar, təsvirlər və ideyalar üçün qlobal özül yaradır, və milli, linqvistik, dini və digər 
sərhədləri aşaraq fikirlərin, düşüncələrin və arzuların sərbəst mübadiləsinə imkan verir. 
Biz artıq dünyada həyata keçirilən minlərlə geniş, faydalı layihələrin  şahidi olmuşuq. Bu 
layihələr, 20 il əvvəl onların keçirilməsini qeyri-mümkün edən məsafə  və zaman 
məhdudiyyətlərindən azaddırlar. 
 
Elektron ticarət varlı-kasıb uçurumunu aradan qaldırmağa kömək edir. 2006-cı ildə 1 
milyard mobil telefon daşınıb və 2007-ci ilin sonunadək 3 milyard mobil telefonun 
istifadədə olacağı gözlənilir. Ay-Fon (iPhone) və əlaqədar cihazlar telefonlar, kompüterlər, 
ay-Podlar (iPods) və televizorlar arasındakı fərqləri itirir. 2006-cı ildə Çində onlayn biznes 
50% artaraq 127.5 milyard dollara çatıb; iqtisadi spektrin digər ucunda, Kinşasa sahibkarı 
3 ictimai mobil telefondan ayda 100% qazanır.  
 
Bu mənfəətlər bir çox mürəkkəb problemlərə yol açır. Qartnerin dəyərləndirmələrinə 
əsasən, ABŞ istifadəçiləri şəxsi məlumatların oğurlanması (“fişinq”) səbəindən 2.8 milyard 
dollar itirirlər. Spamlar getdikcə  təhlükəliliyini itirir, çünki kiber cinayətlər çiçəklənən 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
49
beynəlxalq biznesə çevirilirlər. Bu cinayətlərin hədəfi iri şirkətlər və  məlumatların kütləvi 
şəkildə oğurlanmasıdır. Onlayn apteklər qeyri-qanuni və saxta dərmanlar təklif edirlər, və 
hal-hazırda  Şəbəkə  qəddar ekstremistlərin  əsas gücləndirilmə  və  təlimləndirmə alətinə 
çevrilib. Hələ ki dünyada bütün iştirakçıları qane edəcək, və istifadəçilərə musiqi yazıları 
kimi dəyərli intellektual mülkiyyətləri sərbəst şəkildə  mübadilə etmə imkanı verən iqtisadi 
model icad olunmayıb. Geniş diapazona malik şəbəkə daşıyıcıları  “şəbəkə neytrallığı” 
konsepsiyasına qarşı mübarizə aparırlar, çünki bu konsepsiya istifadəçi və ya məzmunun 
tipi əsasında ödəniş tələb etmək imkanının qarşısını alacaq. Sosial şəbəkələşmə saytları 
seksual yırtıcılar üçün gəlir yeridir. Şəbəkənin arxitekturası köhnəlmiş və təhlükəli olduğu 
üçün tənqid atəşinə tutulub. Bütün bu çətinliklər, Şəbəkənin özünün bacarıqlarını onlara 
tətbiq etməklə ümumdünya kollektiv intellekti və sürətli və çevik layihə idarəetməsini 
özündə əks etdirən qlobal “kollaborasiyalar” yaradaraq həll olunmalıdırlar. Maarifləndirici 
proqram təminatına və çoxdilli səs müəyyən olunması proqramına və sintezə qoyulan 
kütləvi sərmayələr kasıb çoxluq üçün zəruri olacaq. Biz hamıya təlim keçmək məqsədilə 
təşviqedici vasitələr icad etməli, kasıb regionlara yardım göstərmək üçün tele-
könüllülərdən istifadə etməli və hücumlara və mühafizə sistemindəki zədələrə qarşı 
kompüter və proqram təminatı baryerlərini təkmilləşdirməliyik.   
 
6-cı Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki İnternetə  çıxış  və elementar tele-təhsil 
bütün dünyada pulsuz əldə olunacaq və elementar tele-tibb (uzaqdan idarə olunan 
təbabət) hər yerdə adi bir hal kimi qəbul olunacaq. 
 
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR
 
 
A
FRIKA
: 2006-cı ildə Afrikada internet istifadəçilərinin sayı 41% artıb, lakin penetrasiya 
cəmi 3.6%-dir və Misir, Mərakeş, Nigeriya və Cənubi Afrika ümumilikdə 59% təşkil edirlər. 
Nigeriya havaya kommunikasiya peyki buraxıb və tezliklə  Cənubi Afrikadan da bir peyk 
buraxılacaq. “E-tədris Afrika 2007“ Keniyada keçirilib, və keçən ilki görüşdən 4 dəfə artıq 
iştirakçıları özünə  cəlb edib. Tele-təhsil, tele-tibb və elektron hökumət tezliklə böyük 
əhəmiyyətə malik olacaq, çünki QİÇS-dən ölən Afrika mütəxəssislərinin sayı günü-
gündən artır.     
  
A
SIYA VƏ 
O
KEANIYA
: Dünyada ən çox İnternet istifadəçisi Asiyadadır, lakin burada da 
penetrasiya cəmi 11% təşkil edir; nəticə etibarilə  İnternetdən istifadənin artması burada 
hələ  təzə başlayıb. Çin dili İnternetdə istifadə olunan ikinci ən ümumi dildir, və 11% 
penetrasiyaya malikdir (2007-ci ilin Aprelinədək 144 milyon istifadəçi). Çin 20 milyon 
bloqa və 843, 000 internet-səhifəyə malikdir. Çin, televiziyanı, telefoniyanı  və  tək bir 
şəbəkə hesabına geniş diapazonlu İnternetə çıxışı özündə birləşdirən dünyanın ən böyük 
kabel-TV-şəbəkəsinə malikdir. Çin hökuməti „zərərli“ məlumatların qəbulunun qarşısını 
almaq məqsədilə güclü nəzarət həyata keçirməyə davam edir və xarici şirkətlərin onlarla 
əməkdaşlıq etikası üzrə mübahisələr yaranmışdır. 2007-cil ildə Hindistanda proqram 
təminatı  və xidmətlərinin ixracının 31 milyard dollara çatacağı gözlənilir. Bu göstərici 
2006-cı ildəkindən 33% yuxarıdır, və 2010-cu ilədək 60 milyard dollara çatması gözlənilir. 
Yapon dili bloqosferanın istifadə olunmasında ingilis dili ilə əlaqəlidir. Qlobal hesablamalar 
Cənubi Koreya üçün milli məqsədə çevrilib, bu da dünyada geniş diapazonlu 
penetrasiyanın mövcudluğuna gətirib çıxaracaq.   
 
A
VROPA
: Avropada 319 milyon İnternet istifadəçisi var, penetrasiya səviyyəsi isə 39.4% 
təşkil edir. Fransız namizədləri “İkinci Həyat” adlı virtual reallıq sistemində seçki 
kampaniyası  həyata keçiriblər. Estoniya bütün millətlərə qarşı yönəlmiş ilk kiber-
müharibənin obyekti olmuşdur. Rusiya öz KİV və telekomunikasiya xətləri/İnternet/Şəbəkə 
dövlət idarəetmə orqanlarını birləşdirib.  

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
50
Kanada və ABŞ 
Avropa 
Asiya və Okeaniya
Latin Amerikası və Karib regionu
Afrika
Yaxın Şərq 
milyon 
əhali  
 
L
ATIN 
A
MERIKASI
: Yalnız Argentina və Çili 30%-dən çox penetrasiyaya malikdirlər, halbuki 
qitədə olan ölkələrin çoxunda bu göstərici cəm 10-20%-dir. Braziliya Amazon 
regionundakı 150 icmanı  İnternetlə  təmin edir. İnternet vasitəsilə  həyata keçirilən 
müştərək əməkdaşlıqlar regionun inkişafı üçün həyati əhəmiyyətə malikdir.     
 
Ş
IMALI 
A
MERIKA
:
 
Massaçusets Texnologiya İnstitutu Kollektiv İntellekt Mərkəzi açıb. Tibbi 
fəlakət planlaşdırması, ekoloji monitorinq, təhsilin inkişafı, enerjinin idarəolunması  və 
digər qlobal çağırışlara tətbiq olunan kollektiv intellekt üçün məlumat infrastrukturu 
yaradır. ABŞ Senatı Avropa Şurasının Kibercinayətlər üzrə Konvensiyasını ratifikasiya 
etmişdir. Şəbəkənin 2008-ci il ABŞ Prezident seçkilərinə gətirib çıxaran siyasətdə mühüm 
rol oynayacağı gözlənilir. 
 
 
Qrafik 6. Regional İnternet istifadəçilərinin Artımı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə:  internetworldstats.com 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
51
 
7. 
Etik bazar iqtisadiyyatını varlı və kasıb arasında fərqin аrаdаn 
qаldırılmаsınа  yardım etməyə necə vadar etməli? 
2006-cı ildə Qlobal iqtisadiyyat 5.4% artaraq 66 trilyon dollara (PPP) çatıb. Əhalinin 1.1% 
artması orta hesabla adambaşına düşən gəliri 4.3% artırıb. Belə halda 2000-2015-ci illlər 
arasında dünyada yoxsulluq  yarıdan çox azalacaq, bununla da BMT-nin MİM-inə nail 
olunacaq. Baxmayaraq, ola bilsin ki, sub-Sahara Afrikasında buna nail olunmayacaq. 
Baxmayaraq ki, dünyanın illik iqtisadi artımı inkişaf edən ölkələrin payına düşür və 2006-
cı ildə iqtisadiyyatda 7% artım qeydə alınıb, gəlir bərabərsizlikləri hələ  də böyük 
miqyasdadır: dünyanın  ən varlı insanlarının 2%-i dünya sərvətlərinin yarıdan çoxuna 
sahibdir, kasıb insanların hamısı isə bu sərvətin sadəcə 1%-inə yiyələnib. Dünya 
Bankının verdiyi məlumatlara  əsasən 2004-cü il ilk il idi ki, gün ərzində adambaşı 1% 
dollara yaşayan insanların sayı 1 milyarddan aşağı düşüb, və 2015-ci ilədək dünyanın 
son dərəcədə yoxsulluq içində yaşayan insanlarının sayı 10% azalacaq. Dünya əhalisinin 
demək olar ki yarısına gün ərzində adambaşı 2 dollardan az düşür, və bu məbləğin 2015-
ci ilədək 1/3 nisbətdə azalacağı gözlənilir.  
 
İqtisadi  Əməkdaşlıq və  İnkişaf Təşkilatının  İnkişafa Yardım Komitəsinin üzvlərinin rəsmi 
inkişafa yardımı 2006-cı ildə 5.1% düşərək 103.9 milyard dollar olub. Halbuki inkişaf edən 
ölkələrə göstərilən fərdi maliyyə vasitələri 647 milyard dollara çatıb. BMT-nin İnkişaf 
Proqramına  əsasən sənaye ölkələri tərəfindən kənd-təsərrüfatına ayrılan subsidiyalar 
inkişaf edən ölkələrə ildə 72 milyard dollara başa gəlir. ÜTT kənd-təsəsrrüfatı ixrac 
subsidiyalarını 2013-cü ilədək azaltmağa razılaşıb. Bunun və  əlavə olaraq qarşılıqlı 
mənfəətə  əsaslanan ticarətin, artan iqtisadi azadlığın və  uğurlu Doha Raund 
danışıqlarının inkişaf edən ölkələrdə iqtisadi artımını  əhəmiyyətli  şəkildə irəli çəkəcəyi 
gözlənilir. Karbon emissiyaları ticarəti tezliklə ildə 200 milyard dollara çatacaq. Bunun 
yarısı inkişaf edən ölkələrə doğru yönəlir.  İqtisadi Azadlıq  İndeksi, Korruspiyanın 
Qavranılması İndeksi, və Rüşvət Verənlərin İndeksi göstərir ki, korrupsiyanın azaldılması 
və artan azadlıq təkmilləşmiş iqtisadi inkişafla əlaqəlidir. Dünya Bankının həyata keçirdiyi 
araşdırmaya əsasən 2006-cı ildə rüşvətxorluq 1 trilyon dollara çatıb. BMT-nin Korrupsiya 
əleyhinə Konvensiyası 2005-ci ilin Dekabrında qüvvəyə minib.  
 
ÜTT-nin verdiyi məlumata əsasən, 2006-cı ildə Çinin ixracatı 969 milyard dollara, ABŞ-ın 
ixracatı isə 1,037 dollara milyarda çatıb. Belə getsə Çin 2007-ci ildə ABŞ-ı keçəcək. Onun 
yüksək texnologiyaya və  aşağı  əmək haqqıya malik şəraiti, və  əlavə olaraq Hindistanın 
günü-gündən artan inkişafı digər inkişaf edən ölkələrin onlarla rəqabətə girməsini 
çətinləşdirəcək. Nəticə etibarilə bir çox inkişaf edən ölkələr üçün ixracat-yönümlü artım 
strategiyalarını yenidən nəzərdən keçirmək və  təkcə onların kənd-təsərrüfatı  və daxili 
sənaye bazarlarına  əsaslanmaqla kifayətlənməyib, məlumat, xidmət və bilik 
təsərrüfatlarının istehsal vasitəsi olan İnternet vasitəsilə yeni fəaliyyətlərə  təkan verən 
alternativ inkişaf stretagiyaları yaratmaları  ağıllı bir iş olardı. Strategiyalar mövcud 
olmayan işləri axtarmaqdansa, İnternet vasitəsilə bazarlar axtaran fərdləri 
dəstəkləməlidirlər.  İşgüzar Faəliyyət hesabatlarına  əsasən 2005-06-cı illərdə 43 ölkədə 
fərdlərin biznesə başlaması asanlaşıb.  
 
Varlılar və kasıblar arasında, azad bazarların gücündən istifadə edən və qlobal əxlaqa 
əsasən qeyri-bərabərlikləri azaltmaq üçün idarə  həyata keçirən qlobal əməkdaşlıq üzrə 
strateji plan yaradılmalı  və  həyata keçirilməlidir.  Əks halda bu qeyri-bərabərliklər kifayət 
qədər arta və kasıbların varlı regionlara miqrasiya etməsi və nəticə etibarilə münaqişələrin 
artmasına səbəb ola bilər. Strategiyaya həmçinin tele-təhsilə  və tele-işlərə qoyulmuş 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
52
kütləvi sərmayələr daxil edilməli və beləliklə, rifah mövqeləri sahibikarlıq ruhu ilə 
əvəzlənməli və bu da öz növbəsində texniki yardımla kombinə edilmiş, geniş mikrokredit 
mexanizmləri ilə gücləndirilməklə yanaşı, geniş özəl sektora malik olmayan ölkələrdə 
dövlər rifahından istifadə edilməlidir. Etik bazar iqtisadiyyatları  ədalətli məhkəmə sistemi 
və siyasi sabitliyi olan, yerli inkişaf qərarlarında iştirak etmə şansı verən, sosial və ekoloji 
məqsədlərə əməl edən biznes vasitələrinə, qarşılıqlı mənfəətə əsaslanan ticarətə, sağlam 
sərmaye atmosferinə  və torpağa, kapitala məlumata çıxışı  təmin edən hökumətlər 
tərəfindən təmin edilən “hamı üçün bərabər imkanlar” tələb edir.  
 
7-ci Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, bazar iqtisadiyyatından sui-istifadə edən 
və korrupsiya ilə    məşğul olan şirkətlər və hökumətlər intensiv şəkildə  məhkəməyə  cəlb 
olunacaq və inkişafdan qalma – bütün mənalarda – yaxın 10 ilin 8-ində azalacaq. 
 
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR
 
 
A
FRIKA
: 1997-ci ildə ancaq 1 Afrika ölkəsi  ən yüksək kredit ödəmə qabiliyyətinə malik 
olub; indi isə bu göstərici 20-dir. Bu da Afrikaya, məhsul ixracına deyil, gələcək-yönümlü 
fəaliyyətlərə  sərmayə qoymaq üçün daha yaxşı kredit əldə etmə imkanı verir. Cənubi 
Afrika istisna olmaqla, sub-Sahara Afrikasında orta hesabla 4.5% artım qeydə alınıb, lakin 
yüksək doğum sayları, korrupsiya, silahlı münaqişələr, kasıb hökumət, ekoloji tənəzzül, 
zəif səhiyyə xidmətləri və savadsızlıq ucbatından yoxsulluq artmağa davam edir. Hal-
hazırda dünyadakı  ən kasıb insanların 30%-i Afrikadadır. 1990-cı ildə bu göstərici 19%, 
1981-ci ildə isə cəmi 11% olub. Afrikanın İnkişafı üzrə Yeni Əməkdaşlığın məqsədi özəl 
sektoru inkişaf etdirmək, informasiya və kommunikasiya texnologiyalarını təkmilləşdirmək, 
istehsalatı və ixracatı müxtəlifləşdirmək (diversifikasiya etmək), ekoloji idarəetməyə imkan 
yaratmaq, kiçik biznesləri təşviq etmək və korrupsiya ilə mübarizə aparmaqdır. Dövlət 
büdcələri Misirdə olduğu kimi yerli özünəyardımla  əlaqələndirilməlidirlər; mədəniyyətlər 
daha elm və sahibkarlıq yönümlü olmalıdırlar.  
 
A
SIYA VƏ 
O
KEANIYA
:
 
Su və enerji çatışmamazlığı, kənd-şəhər gəlirləri arasındakı 
uçurumun genişlənməsi, və ümumi ekoloji şərait Çin və Hindistanın müstəsna  şəkildə 
iqtisadi inkişafını – 200 milyon sahibkarın millyonlarla insanı yoxsulluqdan çıxarmasını – 
təhlükə altına salır. Region dünya istehsalatının təqribən 1/3 hissəsini hasil edir və 
dünyadakı yoxsul əhalinin 2/3-si bu regionun payına düşür. ASEAN öz üzvləri arasında 
inteqrasiyanı sürətləndirməyi və 2015-ci ilədək ASEAN Birliyini təsis etməyi planlaşdırır. 
Yaxın Şərqdə iqtisadi inkişaf üçün əsas amillər daha geniş iqtisadi azadlıq, İsrail-Fələstin 
münaqişəsinin həll olunması, qanunun aliliyi, savadlılığın artması, cinsi bərabərlik və kiçik 
biznesin inkişafıdır. 
 
A
VROPA
: Yüksək dərəcədə  işsizliyin, yaşlanan  əhalinin və baha ictimai xidmətlərin 
kombinasiyası mühacirlərin sayının artması, və  təqaüdə  çıxmış Avropalıların yeni nəsli 
arasında daha çox tele-sahibkarların mövcudluğu olmadan tab gətirə bilməz. AB-nin 
genişlənməsi əxlaqi bazarı böyütməyə və qanuni sistemləri tarazlaşdırmağa davam edir. 
Lakin varlı-kasıb bərabərsizliyi günü-gündən artır, sosial xidmətlər azaldılır, və  əmək 
aşağı məvacibə malik ölkələrə doğru miqrasiya edir. 
 
L
ATIN 
A
MERIKASI
: Latin Amerikası  və Karib dənizi hövzəsindəki ölkələrin iqtisadiyyatı 
2006-cı ildə 5.6% artıb, və 2007-ci ildə bu artımın 4.7%-ə düşəcəyi gözlənilir. Dünyada 
varlılar və kasıblar arasında  ən böyük uçurum bu regioda mövcuddur və regionda bu 
uçurumun aradan qalxmasına və 100 milyon insanın yoxsulluqdan çıxmasına hələ çox 
var. Bəzi azad bazar liderlərinin iqtisadi inkişafı artırmasında və kasıb  əhali üçün sosial 
ədalətin təmin olunmasında ciddi səyləri nəzərə çarpmır. Bu, solçu hökumətlər üçün 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
53
 Orta Şərq və Şimali Afrika 
 
 Avropa və Mərkəzi Asiya 
 Cənubi Asiya 
 Şərqi Asiya və Okeaniya
 
Afrikanın Sub Saxara regionu 
 Latın Amerikası və Karib regionu 
Dünya 
milliləşdirici ehtiyatlara malik daha mərkəzləşmiş straetigaylara doğru hərəkət etməyə 
yeni bir yol açıb. İstehsalat vasitələrinin və torpaqların bölüşdürülməsi dəyişdirilməli, aşağı 
məvacibə malik insanların, təhsilli orta təbəqə  və aktiv vətəndaş  cəmiyyəti tərəfindən 
gücləndirilimiş inkişaf layihələrinin bütün mərhələlərində iştirakına doğru dəyişməlidir. 
     
Ş
IMALI 
A
MERIKA
: ABŞ-da ticarətin passiv balansı – xaricdə  işsizliyə kömək etməklə 
özünün daxilindəki iqtisadiyyatı  təhlükəyə ataraq - özünün ən yüksək dərəcəsinə çatıb. 
ABŞ-ın dövlət borcları 9 trilyon dollara çatır və bu da gələcək inflyasiyanın 
xəbərdarçısıdır. Özəl sektorda işçilərini yarısını  işlədən və ABŞ-dakı yeni işlərin 2/3-ni 
yaradan kiçik bizneslər bu dəyişkən iqtisadi şəraitə hazırlaşmalıdırlar. ABŞ-da isə  gəlir 
boşluğu genişlənməkdə davam edir: belə ki, ən yüksək pillədə dayanan 300 000 
amerikalının 2005-ci ildəki gəliri an aşağı pillədə yer alan 150 milyonun gəlirinə 
bərabərdir. 2004-cü ildə, Kanadadakı varlı ailələrin 10%-i kasıb ailələrin 10%-indən 82 
dəfə çox pul qazanıb.  
 
Qrafik 7. Gündəlik Adambaşına 1.08 Dollar düşən Əhalinin Payı (%) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə: Qlobal Monitorinq Hesabatı 2007, Dünya Bankı  
 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
54
 
8. 
Yeni və yenidən baş qaldıran xəstəlik və immun mikroorqanizmlərin 
təhlükəsi necə azaldılmalıdır? 
ÜST-nin verdiyi məlumatlara  əsasən dünyada 2.4 milyon həkimin, tibb bacılarının, 
mamaların kifayət etmədiyi və insanlar daha çox ömür sürdükləri  şəraitdə, tele-səhiyyə, 
özünümüayinə üçün bioçip sensorlarına, və digər avtomatlaşdırılmış sistemlərə olan 
ehtiyac kəskin  şəkildə arta bilər. Ağır Kəskin Respirator Sindromu (SARS) təhlükəsi 
insanların çağırışlara lazımi  şəkildə cavab verməsi ilə aradan qaldırılıb. Hal-hazırda 
dünya 25 milyon insanın ölümünə səbəb ola biləcək, hava yolları şirkətlərinə, turizmə və 
digər iqtisadi sektorlara saysız-hesabsız zərbə vuracaq H5N1 quş qripi virusu nəticəsində 
meydana çıxa biləcək irsi dəyişkənliklər üçün hazırlaşır.    
 
Bu günə kimi davamlı insandan-insana ötürülmə faktı qeydə alınmayıb. Asiya 
quşçuluqfermaları öz canlı-bazar bizneslərini donmuş məhsullar bazarına çevirmək üçün 
vasitələr əldə etməlidirlər. 63-dən çox ölkədə quşlar arasında yayılmış quş qripi Avropa və 
bir neçə hallar qeydə alınan ABŞ-da daxil olmaqla qərbə doğru hərəkət edib. ÜST 13 
ölkədə 317 insanın quş qripinə yoluxduğunu, və 191 insanın ölüm hallarını  təsdiqləyib. 
2005-2006-cı illər arasında xəstəlik 15%, 2004-2005-ci illər arasında isə 55% artıb.  
Ölümlərin təqribən 30%-i yoluxucu xəstəliklər səbəbindən baş verib. Bu gün dünyada ən 
geniş yayılmış yoluxucu xəstəlik 2 milyon insana yoluxmuş Hepatit B virusudur. QİÇS hal-
hazırda dünyada baş verən ölümlərin 4-cü başlıca səbəbidir: 25 milyon insan QİÇS-dən 
ölüb. Bu ölümlərin 2.9 milyonu 2006-cı ildə baş verib; 34.1-47.1 milyon insanda HİV 
virusu var, bunlardan 3.6-6.6 milyonu bu virusa 2006-cı ildə yoluxub. Təqribən 7.3 milyon 
qız və 4.5 milyon oğlan HİV/QİÇS virusunun daşıyıcılarıdır. Aşağı  və orta gəlirə malik 
ölkələrdə yaşayan, QİÇS virusu daşıyıcısı olan insanların təqribən 28%-i dərman qəbul 
edir – 2005-ci il ərzində 54% artıb – lakin bir insanın müalicəyə başladığı vaxt ərzində 
daha 6 insan HİV/QİÇS virusuna yoluxur. Klinton Fondu QİÇS dərmanlarının illik həddini 
təqribən 100 dollara və gündə bir dəfə qəbul edilən həbləri isə gündə 1 dollara endirməyə 
kömək edib. Baxmayaraq ki QİÇS sub-Sahara Afrikasında baş verən ölümlərin birinci 
səbəbidir, lakin Şərqi Avropada və  Mərkəzi və  Cənubi Asiyada bu xəstəlik daha sürətlə 
yayılır. 2006-cı ildə qlobal sərmayələr 12 milyard dollara çatıb və  QİÇS sınaqlarının 
qiyməti bir sınağa 15 dollar olmaqla aşağı düşüb. Hələ ki, müsbət vaksin nəticələri əldə 
olunmayıb, lakin tədqiqatlar göstərir ki, kişilərdə sünnət olunmaq yolu ilə  HİV virusunun 
50%-ə qədərindən yaxa qurtarmaq olar. 
 
Quş qripinə  və SARS virusuna qarşı qarşı  həyata keçirilən tədbirlər göstərib ki, hətta 
vaksin olmadan belə  xəstəliyi erkən mərhələsində müəyyən və  dəqiq məruzə etməklə, 
təcili təcrid və davamlı qlobal məlumatlandırma yolu ilə  nəzarət altında saxlamaq olar. 
ÜST hər il orta hesabla 200 elmi tədqiqat həyata keçirir, və təqribən 50-sinə beynəlxalq 
cavab tələb olunacaq. Son 20 ildə 30-dan çox yeni və yüksək yoluxuculuğa malik 
xəstəliklər müəyyən olunub. Bundan əlavə 20 məlum xəstəlik növü antibiotiklərə qarşı 
müqavimət göstərib, xolera, sarı  qızdırma, vəba, tropic qızdırma, meningit, hemmoraqik 
qızdırma və difteriya kimi köhnə  xəstəliklər yenidən meydana gəlib.  Afrikada, Çində  və 
Cənubi Asiyada heyvanlar arasında yayılmış yoluxucu viruslar müəyyən olunur ki. 
epidemiya insanlara çatmamış onun qarşısı alınsın. Genetik məlumatın, proqram 
təminatının və nanotexnologiyanın gələcəkdə istifadəsi xəstəlikləri genetik və ya 
molekulyar səviyyədə müəyyən və müalicə edəcək. Eyni zamanda əllərin yuyulması 
yoluxucu xəstəliklərin azaldılmasının ən münasib yolu ola bilər.  
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
55
Qlobal sağlamlığa yoxsulluq, miqrasiya, ticarət, insanların təbii mühitə zorla girməsi, 
ekoloji ziyan, meşəsizləşdirmə, beynəlxalq səyahət, silahlı münaqişələr və  şəhərlərdə 
çoxlu sayda insanın anti-sanitariya mühitində  cəmləşməsi təsir göstərir.Bio-terrorizm bio 
sensorlar və yanğın söndürənlər kimi bütün dünyada yerləşdirilə bilən əsas vaksinlər üçün 
Tədqiqat və  Təkmilləşdirməni artırıb. Qida və ya heyvanlardan törəyən xəstəliklərin 
qarşısını almaq üçün daha yaxşı ticari təhlükəsizlik zəruri olacaq. Digər problemlər gen 
laboratroiyalarından və naməlum nano-orqanizmlərdə olan süni bakteriyalardan törəyə 
bilər.      
 
ÜST-nin elektron-sağlamlıq sistemləri, SARS virusu kimi təhlükələrə cavab vermək üçün 
yeni qaydalar, immunizasiya prqoramları  və Qlobal Epidemiya Həyəcanı  və  Tədbirlər 
Şəbəkəsi bu çağırış üzrə qlobal cavablar olmaqla yanaşı, Qlobal Fond vasitəsilə  QİÇS, 
vərəm və malyariya xəstəlikləri ilə mübarizə üçün 7 milyard vəsait xərclənmiş və bu da öz 
növbəsində  dərman preparatlarının qiymətinin daha aşağı olması ilə  nəticələnərək 
malyariyanın qarşısının alınması üçün  30 milyon insektisid (çarpayı torluqları ilə birgə) 
təmin etmişdir. Alimlər malyariya paraziti daşımayacaq genetik cəhətdən modifikasiya 
edilmiş elə bir ağcaqanadın düzəldilməsi üzərində  iş aparırlar. Nə vaxtsa dərmanlar 
məlum və naməlum səbəblərdən meydana gəlmiş infeksiyaların qarşısını alması üçün 
immun sistemimizi inkişaf etdirə bilər, və edilmiş bir vaaksinasiya daimi ola və  gələcək 
nəsillərə irsən keçə bilər.  
 
 
Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin