C erom k. Q lenn və t eodor c. Q ordon


Sponsorların Nümayəndələri



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix21.04.2017
ölçüsü5,06 Kb.
#15038
1   2   3   4   5   6   7   8   9   ...   17

Sponsorların Nümayəndələri 
 
Əli Abbasov, Rabitə və İnformasiya Texnologiyaları Naziri, Azərbaycan Respublikası 
Uilyam Koplin, “Applied Materials” şirkəti, ABŞ 
Con Fittipaldi, Army Environmental Policy Institute, ABŞ Ordusu 
Yolter Kistler və və Bob Sitron, Sitron, Gələcək Fondu, ABŞ 
Yonqsuk Park, BMT Gələcək Forumu, Koreya Respublikası 
Maykl Stonekinq, Deloitte & Touche LLP, ABŞ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
14
 
Minnətdarlıq 
 
Minilliyin Layihəsi üzrə 29 əlaqə  mərkəzlərinin 38 sədr və  həm-sədrləri, həmçinin 
iştirakçıların seçilməsi, anketlərin tərcümə edilməsi və müsahibələrin aparılması kimi 
məsələlərdə yardımçı olmuş və bu qurumların üzvü kimi fəaliyyət göstərmiş şəxslər cari və 
əvvəlki illərdə həyata keçirilmiş tədqiqatların həyata keçirilməsində başlıca rol oynamışlar. 
 
Hayato Kobayaşinin tədqiqi və inzibati yardımı ilə Theodor Qordon, Cerom Qlenn və 
Elizabet Floresku bu cild üçün həyata keçirilmiş  tədqiqatın iştirakçıları olublar. Xüsusi 
minnətdarlıq 2-ci Fəsildə  Gələcəyin Durumu İndeksinin gələcəkdə inkişafı  və 
qiymətləndirilməsində  kəmiyyət və konseptual liderliyinə görə Teodor Qordona; 1-ci 
Fəsildəki 15 Qlobal Çağırış üzrə  həyata keçirilmiş müştərək tədqiqat üzərində liderliyinə 
görə Cerom Qlennə; və 4-cü Fəsildəki Ekoloji Təhlükəsizlik Məsələlərinin tədqiqi və 
təşkilinə görə Elizabet Floreskuya bildirilir. Dünya üzrə 213 iştirakçı “Gələcək Təhsil və 
Tədris 2030-cu ildə” mövzusunda aparılmış  tədqiqata töhfələrini vermişdirlər. 3-cü Fəsil 
Cerom Qlenn tərəfindən aydınlaşdırılmış  nəticələrdir; Teodor Qordon tərəfindən edilmiş 
tam təhlil 5-ci CD bölməsi və Əlavə E-dədir. 4-cü Fəsildə xülasə edilmiş aylıq hesabatları 
hazırlayan Ekoloji Təhlükəsizlik yoxlanış komandasının əsas üzvləri Cerom Qlenn, Elizabet 
Floresku, Con Yanq, Teodor Qordon, Rober Caret, Piter Rzesotarski, Qreqor Volbrinq və 
Hayato Kobayaşi olublar.  
 
Linda Stark çap bölməsinin redaktəsini həyata keçirib. Con Yanq hər iki, həm çap, həm də 
CD bölmələrindəki müxtəlif bölmələrin yoxlama düzəlişlərinə köməklik göstərib. Elizabet 
Floresku çox qısa müddət ərzində bu kitabın həm çap, həm də kompakt disk bölmələrinin 
hazırlanmasını  və  tərtibatını  həyata keçirib. Kitabın üzlüyü Darvin Foye tərəfindən tərtib 
edilib. 
 
Xüsusi minnətdarlıq bildirilir: kompakt diskdəki şərhli ssenari biblioqrafiyasına etdiyi davamlı 
əlavələrə görə Suzan Cettə; milli GDİ-nin inkişafına edilmiş köməklərinə görə Xose 
Kordeyroya və Quido Nunyez-Muxikaya; layihənin İnternet saytının və daxili elektron poçt 
siyahılarının hazırlanmasına görə  CİM Enginnering, İnc-in Prezidenti Piter Yimə; və 
eksperimental müştərək proqram təminatına görə Frenk Katanzaroya. 
 
Təcrübə keçənlər - Coys M.Albert, Debora Alimi, İvan Faber, Delani Froystad, Layla 
Hadad, Ayano Yoroy, Meqan Kim, En-Şarlot Laqrankur, Aniçka Lyuis, Demetrios 
Panosakis, Teodora Panosakis, Fuzia Sequer və Felipe A.Zuluaqa Minilliyin Layihəsinə 
ümumilikdə kömək göstərmiş və 15 Qlobal Çağırışı yeniləndirmiş və təkmilləşdirmişlər. Biz 
onların hamısına gələcək karyeralarında uğurlar arzulayırıq. 
 
15 Qlobal Çağırışa dair məlumatları yeniləndirmək və yaxşılaşdırmaq üçün Janna Kitni 
Anderson, Marqairita Arroyo, Dennis Buşnel. Yan Kayrnkros, Ketrin  Kozqrov, Korenliya 
Dahaym, Franki Demsar, Xuan Eybenşuts, Roberto Eybenşuts, Fenq Hsu, Deyvid Fletçer, 
Elizabet Floresku, Nadejda Qaponenko, Teodor Qordon, Migel Qutyeras, Ana Jakil, Zuyinq 
Jin, Hayato Kobayaşi, Osmo Kuusi, JP Lendmən, Miriyam Leys, Eleonora Masini, Bernard 
Metays, Nikolas Mino, Corc Müler, Tom Mörfi, Konsepsion Olavaryeta, Sten Rozen, 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
15
Qustavo Paz Soldan, Culia Taquyena, Jereon Uers, Tomas Valone, Vanessa Vatkins, 
Qreqor Volbrinq, Con Yanq və Cina Zubludovski öz töhfələrini vermişlər.  
Meksikada Qlobal Minillik Mükafatının və Minillik Təltifatların sponsorlarına xüsusi 
təşəkkürlər: Meksika Təhsil Nazirliyinə, Hyulet-Pakard şirkətinin Meksika filialına, Pfayzer 
şirkətinin Meksika filialına, Qrupo Salinasa, Qrupo Nestle Meksikoya, Qrupo İmerə, El 
Qallito Kampa, Qobyerno del Estado de Meksikoya, İbope-Agb-yə, Pandilla Telmeksə  və 
“Once TV”-yə; və Minillik Təltifatların Azərbaycanda keçirilməsinə sponsorluq edən 
Azərbaycan Respublikasının Rabitə Nazirliyinə xüsusi minnətdarlıq bildirilir. 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
16
 
Ön söz 
 
Gələcəyin araşdırılmasının məqsədi qərarları təkmilləşdirmək üçün hər iki, mümkün və 
arzuolunan gələcəyi sistematik şəkildə  tədqiq etmək, yaratmaq və  sınaqdan 
keçirməkdir. Qərar qəbul etmə prosesi qloballaşmanın təsirinə  məruz qalır; nəticə 
etibarilə, fərdlər, qruplar və ya institutlar tərəfindən verilmiş  qərarları bildirmək üçün 
qlobal gələcək araşdırılmasına ehtiyac duyulacaqdır.  
 
Köhnə dəniz gəmilərində dor ağacının başında yer alıb gəminin naməlum sulardan sakit 
şəkildə keçməsi üçün qayaların və  təhlükəsiz kanalların olduğunu kapitana çatdıran 
adam kimi, dünya üçün proqnozlar verən futurist insan da problemləri və imkanları 
dünya liderlərinin diqqətinə çatdıra bilər. Miniliyin Layihəsi bu cür sistemlərdən biridir. 
 
Dövrümüzün məsələləri və onların həlli yolları transmilli, transinstitutsional və 
transdissiplinar səciyyə daşıdığı üçün Minilliyin Layihəsi beynəlxalq təşkilatlar, 
hökumətlər, korporasiyalar, QHT-lər və universitetlər üçün çalışan futuristlərin, alimlərin, 
elm xadimlərinin, biznes planlaşdırıcılarının və siyasət qurucularının müştərək qlobal 
elmi mərkəzi kimi təsis edilib. 
 
Gələcəyin araşdırılması bir çox elmi araşdırmalarla qeyri-münasib münasibətlərdə olub.  
İrəliyə getdikcə elmi araşdırmalar öz tədqiqat dairələrini daraltmağa meyllənir. 
Gələcəyin araşdırılması isə  əksinə inkişaf etdikcə  gələcək imkanları  nəzərə alaraq öz 
tədqiqat dairəsini genişləndirməyə çalışır. O, elm deyil; gələcəyin araşdırılmasının 
nəticələri istifadə olunmuş üsullardan və mütəxəssislərin bacarıqlarından asılıdır. Onun 
metodları yüksək kəmiyyətə (2-ci Fəsildə göstərilmiş Gələcəyin Durumu İndeksi kimi) və 
keyfiyyətə (3-cü Fəsildə göstərilmiş 2030-cu ilədək Təhsil və  Tədrisin araşdırmasını 
həyata keçirən Delphi tədqiqatları kimi) malik ola bilər. O, indiki zamanı daha yaxşı başa 
düşmək və  əqli üfüqləri (1-ci Fəsildə  şərh edilmiş 15 Qlobal Çağırış kimi) 
genişləndirmək üçün əsas yaratmağa kömək edir.   
 
2007-ci il üçün Gələcəyin Durumu qlobal dəyişikliyə yeni bir baxışdır. Bu sayca 11-ci 
Gələcəyin Durumu hesabatıdır. O, onbirillik müştərək tədqiqatlardan və təqribən 2 400 
dərin düşüncəli və yaradıcı insanların mühakimələrindən ibarətdir. Keçən ilki 
tədqiqatlarda təqribən 350 insan iştirak edib. İştirakçıların institusional və coğrafi 
demoqrafik göstəriciləri Əlavədə göstərilmişdir. İştriakçıların tam siyahısını isə kompakt 
disk (CD) versiyasının “A” Əlavəsində tapmaq olar.  
 
İllik Gələcəyin Durumu hesabatı insanların öz nadir tələblərinə uyğun gələn informasiya 
və ideyalar əldə edəcəyi bir vəsaitdir.  O, ictimai və fərdi siyasət qurucularının öz strateji 
qərar qəbul etmə proseslərini və qlobal düşüncələrini inkişaf etdirmək üçün istifadə edə 
biləcəkləri qlobal bir görüntüyə malikdir. Biznes icraçıları (idarəçiləri) bu araşdırmadan 
öz planlaşdırmalarına bir kömək kimi istifadə edə bilərlər. Universitet professorları, 
futuristlər və digər müşavirlər öz təlimlərində  və  tədqiqatlarında bu məlumatlardan 
faydalana bilərlər.  Əvvəlki hesabatların bölmələri universitet və orta məktəb 
mövzularında istifadə olunmuşdur. 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
17
 
2007-ci il üçün Gələcəyin Durumu iki hissədən ibarətdir: Minilliyin Layihəsinin bu il üçün 
və keçən bir neçə il üçün həyata keçirdiyi tədqiqatların tam təfərrüatları olan kompakt  
disk versiyası və 2006-07-ci il tədqiqatlarının bir sıra saflaşdırılmış versiyalarının bu çap 
bölməsi. Çap bölməsinin hər bir fəslini kompakt disk versiyasındaki uyğun fəslin 
Xülasəsi hesab edin. Məsələn, 15 Qlobal Çağırış üzrə çap bölməsinin 1-ci Fəsli hər 
Çağırışa 2 səhifə ayırır, kompakt versiyası isə onlara 1 000-dən çox səhifə ayırır.  
 
Kompakt disk versiyası  həmçinin sifarişlə  həyata keçirilən işlərdə lazım olan xüsusi 
elementlərin tədqiqi üçün istifadə oluna bilər. 15 Çağırışın hər biri üzrə regional 
perspektivlər də  həmçinin 1-ci Fəsildə  təqdim olunub. Məsələn, 15 Çağırışın hər biri 
üzrə Afrikaya dair bütün bölmələr kəsilib yapışdırılmaq yolu ilə (ola bilsin ki, digər 
Fəsillərdə Afrika haqqında olan məlumatları da əlavə etməklə) bir kağızda birləşdirilə
beləliklə də Afrika üçün Qlobal Çağırışlar və Məsələlər haqqında bir hesabat hazırlana  
bilər. 
 
Hesabatın təqribən 5 500 səhifədən ibarət olan kompakt disk versiyası istinad sənədi 
kimi xidmət göstərmək üçün hazırlanmışdır. İstifadəçilər açar sözlərdən istifadə etməklə 
sənədi axtara və ya maraq dairələrinə aid xüsusi bölmələri çap edə bilərlər. Kompakt 
disk versiyasında, məsələn, hər bir Çağırış müfəssəl xülasəyə, çağırışlara aid alternativ 
qavrayışlara və xülasəyə edilən  əlavələrə, regional perspektivlərə,  ən son 
ədəbiyyatlardan  əldə olunmuş müvafiq məlumatlara və  əvvəlki Qlobal Müşahidə 
Panellərinin həyata keçirdiyi əməliyyatlar toplusuna malikdir. Məlumatlardan bəziləri 
qərar qəbul edənlərlə aparılmış  əvvəlki müsahibələrdən qaynaqlanır. Çağırışların 
şərhləri də həmçinin özlərində ötən illərdə daxil edilmiş ideyaları, əlavə fəaliyyətləri və o 
fəaliyyətlər haqqında fikirləri, çağırışa cavab verərkən inkişafı  və çatışmamazlıqları 
ölçmək üçün təklif olunmuş göstəriciləri əks etdirir. 
 
15 Qlobal Çağırış Fəslindəki bəyanatlar yekdilliklə qəbul olunmur, çünki o bəyanatlar tək 
bir müəllifin yox, yüzlərlə  iştirakçının saflaşdırılmış fikirləridir. Biz rəylərin müxtəlifliyini 
axtarmış  və  bəyənmişik. Nəticə etibarilə, qarşıya qoyulmuş  məsələlərin və tövsiyə 
edilmiş  fəaliyyətlərin bəziləri təzadlı görünür. Bundan başqa, bəyanatların bəzilərində 
səbəb-nəticə  əlaqələri nəzərə çarpmır və  bəziləri siyasi ifadələr kimi səslənir, lakin 
bunlar siyasət prosesində faydalı ola biləcək iştirakçıların fikirləridir. Bununla belə, onlar 
qlobal vəziyyətin digər mənbələrdəkindən daha aydın icmalını və proqnozlarını təqdim 
edir.  
 
Minilliyin Layihəsinin bölmələri, qlobal və yerli perspektivləri  əlaqələndirən fərdlər və  
təşkilatlar qrupudur. Onlar iştirakçıları müəyyən edir, müsahibələr həyata keçirir, 
anketləri tərcümə edir və paylayır, tədqiqatlar və konfranslar həyata keçirir. Onların 
köməyilə dünyanın bu hesabat haqqında təsəvvürləri və həqiqətən Minilliyin Layihəsinin 
bütün işləri əmələ gəlir. 
 
Öz tədqiqatları, nəşrləri, konfransları  və bölmələri vasitəsilə Minilliyin Layihəsi bəşəri 
inkişaf üçün sosial, texniki və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə kollektiv 
məlumatların toplanması istiqamətində edilən sorğular və alınan rəylər sahəsində 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
18
beynəlxalq  əməkdaşlıq ruhunun yaradılmasına yardım edir. Bu kitabın hər hansı bir 
bölməsi üzrə  rəylərin elektron ünvanına göndərilməsi arzuolunandır 
və növbəti Gələcəyin Durumunu formalaşdırmağa kömək edə bilər. 
 
 
 
Cerom K. Qlenn 
Minilliyin Layihəsinin 
Direktoru 
 
Teodor C. Qordon  
Baş Həmkar 
Minilliyin Layihəsi 
 
Elizabet Floresku 
Minilliyin Layihəsinin 
Tədqiqatlar üzrə 
Direktoru 
 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
19
Bu İlin Hesabatındakı Yeniliklər  
 
 15 Qlobal Çağırışın həm qısa, həm də uzun versiyaları yeniləşdirilmişdir. 
 Gələcəyin Durumu İndeksi “Real Time Delphi”dən istifadə olunmaqla 
icmallaşdırılıb, dəyişkənliklər yenidən qiymətləndirilib və düzəlişlər edilib. Türkiyə və 
Koreya Respubliksı üçün GDİ-lər hazırlanıb və milli GDİ-lərin müqayisəsi prosesi 
təkmilləşdirilib. 
 3-cü  Fəsildə  şərh edilmiş 2030-cu ilədək Təhsil və  Tədrisin tədqiqi dünyadan 
seçilmiş 200-dən çox iştirakçının fikirlərinin saflaşdırılmış şəklidir. O, 2030-cu ilədək 
gələcək Təhsilə və Tədrisə təsir göstərə biləcək 19 imkanı təqdim edir. 
 Mütəxəssis rəylərini toplamaq üçün istifadə olunan Real Time Delphi prosesi 
təkmiləşdirilib və 2030-cu ilədək Təhsil və  Tədrisin tədqiqində, GDİ-nin 
təkmilləşdirilməsi prosesində 
və Minilliyin Layihəsi prioritetlərinin 
qiymətləndirilməsində və qərar qəbul etmə prosesinin təkmilləşdirilməsində istifadə 
olunub; onu CD versiyasının “L” Əlavəsində tapmaq olar. 
 Ekoloji  Təhlükəsizliklə  əlaqəli 200-dən çox element araşdırılıb, qiymətləndirilib və 
keçən il ərzində təşkil olunub. Saflaşdırılmış versiya 4-cü Fəsildə təqdim olunub və 
2002-ci ildən bəri araşdırılan 700 elementin tam mətnlərini kompakt disk 
versiyasının 9.1.-ci Fəslində tapmaq olar.   
 50-yə yaxın ssenari barədə  məlumatlar kompakt disk versiyasının 700-dən çox 
ssenari və ssenari dəstlərindən ibarət olan Şərhli Ssenarilər Biblioqrafiyasına əlavə 
edilib.  
 kompakt disk versiyasına çap versiyasını  dəstəkləyən detallar və araşdırmalar 
daxildir; buraya, həmçinin əvvəlki Minilliyin Layihəsi işlərinin tam mətnləri daxildir:  
• 
Qlobal-tədqiqi və çox uzunmüddətli ssenarilərlə bərabər, onların inkişafını şərh 
edən təqdimat hissəsi. 
• 
Üç-mərhələli Real Time Delphi tədqiqatına əsaslanan  Orta Şərqdə Sülhə dair 
üç ssenari. 
• 
Elm və Texnologiya ssenariləri və ikillik köməkçi tədqiqat. 
• 
4 Qlobal Enerji Ssenarisi və köməkçi tədqiqat. 
• 
2000-ci il Minillik Sammitində Dünya Liderləri tərəfindən təqdim olunan 
bəyanatların təhlilləri.  
• 
Ekoloji Təhlükəsizlik qərarları, təhlükələri, əlaqədar müqavilələr; BMT-nin ətraf 
mühit məsələləri üzrə  hərbi doktrinası; potensial hərbi ekoloji cinayətlər və 
Beynəlxalq Cinayət Məhkəməsi; 2010-25-ci illərdə  dəyişən ekoloji 
təhlükəsizliklə bağlı hərbi tələblər.  
• 
Davamlı inkişafın vəziyyətinə dair göstəriciləri və  xəritələri tərtib etmək üçün 
Minilliyin Layihəsi iştirakçıları  tərəfindən həyata keçirilən 2 araşdırma və 
“Davamlı  İnkişaf üzrə  Əmədaşlığın” təsis edilməsi haqqında konsepsiyasının 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
20
beynəlxalq xülasəsi, Mərkəzi Avropa Bölməsi tərəfindən təşəbbüs edilmiş 
araşdırma. 
• 
Qərar qəbul etmə prosesində  gələcəyin araşdırılmasının uğurla həyata keçirilməsi 
üçün tələb olunan amillər 
 
 
 
 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
21
Xülasə 
 
Dünyadakı insanlar getdikcə daha sağlam, zəngin, təhsilli (savadı), sülhsevər olur, 
aralarındakı  əlaqələr daha da genişlənir və daha çox yaşayırlar, lakin eyni zamanda 
dünya daha da korlanır, əhalisi çoxalır, istiləşir və təhlükə artır. Baxmayaraq ki, texnoloji 
bərabərsizlik aradan qalxmağa başlayır, lakin gəlir boşluqları gündən-günə genişlənir və 
İşsizlik artmaqda davam edir. 
 
Qlobal iqtisadiyyat 2006-cı ildə 5.4% artaraq 66 trilyon dollara çatıb (alıcılıq qüvvəsinin 
pariteti əsasında). Dünya əhalisi 1.1% və dünyada orta hesabla adambaşına düşən gəlir 
4.3% artıb. Bu sürətlə 2000-2015-ci illər arasında dünyada yoxsulluq yarıdan çox 
azalaraq, aşağı Sahara Afrikası isitisna olmaqla BMT-nin yoxsulluğun azaldılması üzrə 
Minilliyin İnkişafı Məqsədinə nail olunacaq. Baxmayaraq ki, dünyanın çox hissəsi iqtisadi 
cəhətdən inkişaf edir, gəlir bərabərsizliyi hələ  də iri miqyasdadır: dünyadakı varlı 
insanların 2%-i dünya sərvətinin 50%-dən çoxuna sahibdirlər, kasıb insanların 50%-i isə 
bu sərvətin cəmi 1%-inə yiyələniblər və dünyadakı 225 varlı insanın gəliri 2.7 milyard 
kasıb insanın, yəni dünya əhalisinin 40%-nin gəlirindən çoxdu.   
 
Dünya əhalisinin yarıdan çoxu, yəni 6.6 milyardı şəhər mühitində yaşayır. Şəhərləri daha 
yaxşı idarə etmək üçün zamanında bilik üsulu vasitəsilə kollektiv məlumatın təkmil 
kompüter sistemlərində  işlənilməsi yolu ilə  şəhər  ərazisinin artması üçün yeni sahələrin 
təməli qoyulur. Demək olar ki hər  şeyin daxilinə yerləşdirilmiş nanosensorlar və 
radioqəbuledicilər  şəhərin bütünlükdə - nəqliyyatdan tutmuş  təhlükəsizliyə  qədər - idarə 
olunmasını asanlaşdıracaq. 
 
Baxmayaraq ki, İraq və Darfur kimi bəşəri faciələrlə bağlı  xəbərlər üstünlük təşkil edir, 
dünyanın böyük hissəsi (qismi) sülh içində yaşayır. Son onillikdə münaqişələr artsa da, 
fərqli dünya görüşləri arasında dialoqlar çoxalır, ölkədaxili münaqişələrin beynəlxalq 
müdaxilələrin köməyilə tənzimlənməsi artır və qaçqınların sayı azalır. 2002-ci ildən 2005-
ci ilə  qədər Afrikadakı münaqişələrin sayı özünün ən yüksək nöqtəsindən, 16-dan 5-ə 
düşüb. 
 
Afrikada HİV/QİÇS xəstəliyinin səviyyəsi aşağı düşüb və hətta bir neçə il sonra sözün əsl 
mənasında azala bilər. Eyni vaxt ərzində xəstəlik Şərqi Avropada və Mərkəzi və Cənubi 
Asiyada sürətlə yayılmaqda davam edir. QİÇS hal-hazırda dünyada baş verən ölümlərin 
4-cü başlıca səbəbi, aşağı Sahara Afrikasında baş verən ölümlərin isə başlıca səbəbidir. 
 
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, orta həyat davamlılığı 1955-
ci ildə doğulanlar üçün 48 yaşdan, 2025-ci ildə doğulacaqlar üçün 73 yaşa qalxacaq. 
Qlobal  əhali yüksək ölüm sayından və yüksək doğum sayından aşağı ölüm sayına və 
aşağı doğum sayına doğru dəyişib. BMT-nin verdiyi son proqnoza əsasən 2050-ci ilədək 
əhalinin səviyyəsi düşməmişdən  əvvəl daha 2.8 milyard arta bilər, bu halda 2100-cu 
ilədək əhalinin sayı 5.5 milyard ola bilər – bu da bu gün sağ olan insanların sayından 1 
milyard azdır. Lakin ehtimal olunur ki, texnoloji irəliləyişlər bu proqnozları növbəti 50 il 
ərzində dəyişərək, insanlara bu gün mümkün olan həyatdan daha uzun və daha səmərəli 
həyat sürmək imkanı verəcək. 
  
YUNESKO-nun verdiyi məlumatlara  əsasən, 1970-ci ildə yaşı 15-dən yuxarı olan bütün 
insanların 37%-i savadsız olub. Bu gün bu faiz 18-dən aşağı düşüb. 1999-cu və 2004-cü 
illər arasında ibtidai təhsili olmayan uşaqların sayı təqribən 21 milyon azalaraq 77 milyona 
çatıb. 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
22
 
Qlobal istiləşmənin artan saysız-hesabsız sübutları, Al Qorun “Narahatedici Həqiqət” 
filminin uğuru və Çinin CO

(karbon qazının) emissiyasında ABŞ-ı keçməsi qlobal iqlim 
dəyişiklikliyini bu gün dünyada mövcud olan başlıca problemlər sirasına çıxarmışdır.  
İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Komissiyanın verdiyi məlumata  əsasən CO

emissiyaları 2000-04-cü illər  ərzində özünün ən pis dövründən daha sürətlə artıb və 
hökumət tərəfindən yeni əməliyyatlar həyata keçirilməsə, istixana qazları 2030-cu ilədək 
2000-ci ildəkindən 25-90% artacaq. 
 
BP-dən, ABŞ Geoloji Araşdırmalarından və Beynəlxalq Enerji Agentliyindən alınmış 
məlumatlar  əsasında Niderland Ekoloji Qiymətləndirmə Agentliyi tərəfindən aparılan 
hesablamalar Çinin 2006-cı ildə karbon emissiyasında ABŞ-ı 8% ötdüyünü göstərir. Çin 
hər il 2 milyard ton kömür istehsal edir, bu da 2016-cı ilədək 4 milyard tona çata bilər. 
Çində 28, 000 kömür mədəni var. ABŞ 2006-cı ildə öz CO
2
 emissiyasını  əvvəlki ilə 
nisbətən 1.4% azaldıb. Avropa Birliyinə daxil olan 15 ölkənin mədən CO
2
 emissiyası 
2006-cı ildə demək olar ki, eyni olaraq qalıb. Nəticə etibarilə yaxşı  xəbərlər də 
mövcuddur: 2006-cı ildə  mədən yanacaqlarının istifadəsi nəticəsində baş vermiş CO
2
 
emissiyaları 2.6% artıb, baxmayaraq ki, 2005-ci ildə bu faiz 3.3 olub, lakin bu yaxşı 
xəbərlərin ömrü qısa ola bilər, çünki Çin günü-gündən daha çox kömür zavodları tikir və 
daha çox maşın satın alır. 
 
Dünyada təqribən 800 - 1 000 kömür zavodu planlaşdırılma və ya inşa edilmə 
mərhələsindədir.  Əgər onlar inşa edilsələr, onların 40 il fəaliyyətdə olacaqları gözlənilir. 
Bu zavodların inşası başa çatsa, onda istixana qazları emisiyyasının azaldılması  şübhə 
altına düşür. 
 
NASA-nın verdiyi məlumata  əsasən, davamlı qlobal istiləşmənin təsiri ilə  dənizlərin 
səviyyəsi qalxır, bu da sahil ərazilərində yaşayan  634 milyondan çox insanın həyatını 
təhlükə altına alır. BMT-nin Baş Katibi iqlim dəyişikliyini “bizim eramızın müəyyənedici 
məsələsi” adlandırıb. ABŞ vitse-admiralı Riçard H. Truli deyib ki, qlobal istiləşmə nadir 
ciddi ekoloji təhlükəsizlik problemidir, çünki bu “ələ almağa çalışdığımız qaynar 
nöqtələrdən biri deyil… bu eyni vaxtda bütün ölkələrin və bütün dünyadakı hər bir insanın 
başına gələcək”.   
 
İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Komissiyanın  2007-ci ildə  İqlim Dəyişikliyi: 
Təsirlər, Uyğunlaşma və  Zəiflik adlı hesabatına  əsasən iqlim dəyişikliyinin  ən kəskin 
təsirlərinə istixana qazlarının ən az kəmiyyətdə emissiya etdiyi kasıb regionlarda yaşayan 
insanlar məruz qalacaqlar. Riçard Brenson il ərzində Yer kürəsinin atmosferində yığılmış 
milyardlarla ton karbon dioksidi təmizləmək üçün 25 milyon dollar təklif edib və o qlobal 
istiləşməyə qarşı aparılan mübarizəyə 3 milyard dollar sərmayə qoymağı planlaşdırır. 
 
Uzunmüddətli enerji və iqlim dəyişikliyi problemlərini çözmək üçün Apollo-tipli Tədqiqat və 
Təkmilləşdirmə proqramına müraciətlər artır. Dünya ABŞ-a və Çinə daha az istixana 
qazları emissiyası olan təhlükəsiz enerji istehsal etmək məqsədilə qlobal strategiya 
işləyib-hazırlamaları və ona əməl etmələri üçün təzyiq göstərməlidir. Bu, iqlim dəyişikliyini 
azaldacaq və iqtisadi inkişafı davam etdirəcək.  İlkin ABŞ-Çin  əməkdaşlığı daha təmiz 
kömür və bioyanacaqların istehsalı ilə başlayıb. Nüvə sənayesinin tullantılarını və ya CO

emissiyalarını buraxanlar üçün alternativ enerji seçimləri günü-gündən geniş 
yayılmaqdadır. Qlobal enerji strategiyalarını işləyib-hazırlamaq və yeniləşdirmək imkanları 
çox mürəkkəb görünür və  qərar qəbul edənlərin ardıcıl siyasət qurmaları üçün sürətlə 
dəyişir. Bununla belə, qeyri-ardıcıl siyasətin ekoloji və sosial nəticələri o qədər ciddidir ki, 
müəyyənləşdirmə, təhlil, mümkün nəticələrin qiymətləndirilməsi və enerji imkanlarının 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
23
sintezi üçün yeni qlobal sistemin qurulmasına ehtiyac duyulur. Elə bir sistem qurulmalıdır 
ki, o, ictimaiyyət, siyasətçilər və qeyri-elm adamları, həmçinin dünyanın qabaqcıl alimləri 
və mühəndisləri tərəfindən başa düşülə və istifadə oluna bilsin.  
 
Keçmişdə insanlar təbii sərvətləri sərf edib qurtaranda onlar sadəcə daha çox sərvətlərə 
malik yeni ərazilərə köçürdülər. Bu strategiya bəşəriyyətin Hindistanda və Çində yaşayan 
40%-i üçün effektiv olmayacaq, çünki onların su və torpaq ehtiyatları tükənib. 2025-ci 
ilədək 1.8 milyard insan su çatışmayan ərazilərdə yaşayacaq, bu da kütləvi köçlərə səbəb 
olacaq. Biz təkcə ehtiyatları yenidən paylaşdırmaq üçün siyasətlər qurmaqla 
kifayətlənməyib daha çox su yaratmalıyıq. Bioyanacaqlar, insanlar və heyvanlar üçün 
qida, kağız sənayesi üçün xammal istehsal etmək məqsədilə  səhra sahil xətlərinin         
24,000 kilometri boyunca suyun kütləvi  şəkildə  şirinləşdirilməsi, həmçinin dəniz suyu ilə 
işləyən kənd-təsərrüfatı proqramlarının həyata keçirilməsi zərurəti meydana çıxacaq. 
Bunların hamısı CO
2
–ni çəkməklə bərabər, təmiz suyun digər məqsədlər üçün istifadəsinə 
imkan verəcək.  
 
 
Freedom House-un verdiyi məlumata əsasən, son 30 ildə mustəqil ölkələrin sayı 46-dan 
90-a qalxaraq dünya əhalisinin 46%-ini əhatə edib və son bir neçə ildə dünya ölkələrinin 
64%-i seçki sisteminə malik demokratik ölkələrə çevriliblər. Demokratik ölkələrin bir-birilə 
vuruşmaq niyyətləri olmadığı və humanitar böhranlar demokratik rejimlərdən çox avtoritar 
rejimlər üçün xarakterik olduğundan, demokratiyaya doğru meyylər milli dövlətlər arasında 
daha dinc (sülh dolu) gələcəyə  gətirib çıxarmalıdır.  Təəssüflər olsun ki, fərdlərin kütləvi 
qırğın törətməyə qadir qüvvə əldə etmələri asanlaşacaq.  
 
Gələcək müstəvi molekulyar və farmasevtik istehsalat və mütəşəkkil cinayətkarlığın nüvə 
materiallarına olan çıxışı ayrı-ayrı  fərdlərə kütləvi qırğın silahları – bioloji silahlardan 
tutmuş aşağı səviyyəli nüvə (klaster) bombalarını - düzəltmək və istifadə etmək imkanını 
verir. Beynəlxalq Atom Enerjisi Agentliyinin verdiyi məlumata  əsasən, 2006-cı ildə 
radioaktiv maddələrin qeyri-qanuni istifadəsi ilə bağlı 149 hadisə qeydə alınıb. Dünya 
ticarətinin 90%-ini daşıyan 220 milyon dəniz konteynerlərinin cəmi 10%-i yoxlanılır. Bu da 
mütəşəkkil cinayətkarlıq və terrorizm üçün təchizat mənbəyinə çevrilib. Müfəssəl vahid 
qlobal mübarizə strategiyası olmadığına görə, transmilli mütəşəkkil cinayətkarlıq 
artmaqda davam edir. Onun ümumi illik gəliri 2 trilyon dollardan çox ola bilər, bu da 
dünyadakı bütün hərbi büdcələrdəki maliyyə resurslarından çoxdur. QİÇS nəticəsində 
yetim qalmış 13-15 milyon uşaq, bundan əlavə 2010-cu ilədək QİÇS nəticəsində yetim 
qalmaları gözlənilən digər 10 milyon uşaq mütəşəkkil cinayətkarlıq üçün yeni istedadlar 
yetişdirən geniş bir bataqlıq əmələ gətirə bilər.   
 
Qırmızı Xaç və  Qırmızı Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyalarının verdiyi 
məlumata əsasən, son onillikdə təbii fəlakətlərin təsirinə məruz qalmış insanların ümumi 
sayı 2 milyardı ötüb keçib və hər il orta hesabla 211 milyon insan təbii fəlakətlərin təsirinə 
məruz qalır. Bu da təqribən son onillik ərzində münaqişələrin təsirinə  məruz qaldıqları 
ehtimal edilən insanların sayından 5 dəfə çoxdur.  
 
İqlim dəyişikliklərinin və maliyyə  əlaqələri və yoluxucu xəstəliklər kimi qlobal asılılıqların  
digər formalarının getdikcə daha çox etiraf olunması, davamlılıq üçün qlobal sistemlərə - 
sunami kimi təbii fəlakətləri, su çatışmamazlığı  səbəbilə baş vermiş kütləvi köçləri, 
uzunmüddətli elektrik və ya İnternet kəsilmələrini, maliyyə böhranlarını  və münaqişələri 
qabaqcadan görmə, onlara cavab vermə  və onlardan sonra bərpa qabiliyyətinə ehtiyac 
duyulduğunu göstərir.  Əgər qlobal çətinliklərin çoxu cari sistemlərin köməyilə lazımi 
səviyyədə idarə oluna bilmirsə, onda meydana yeni qərar qəbul etmə sistemləri çıxa bilər. 
Beynəlxalq Standartlaşdırma Təşkilatı (16, 000-dən çox İSO standartları ilə) və  İnternet 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
24
fərdi təşkil edilmiş  qərar qəbul etmə prosesinin effektiv vasitələrini sınaqdan keçiriblər. 
Nəticə etibarilə davamlılıq üçün fərdi təşkil edilmiş qlobal sistemlər işləyib hazırlamaq 
müdrik bir addım olardı. Bəlkə də, ölkələrin təkmilləşdirilmiş milli davamlılığı üçün müxtəlif 
amillərin inteqrasiyası üçün mərkəz qismində Milli Davamlılıq  İdarələri olmalıdır. 1-ci 
Fəsildə göstərilmiş 15 Qlobal Çağırışdan hər biri və ya cəmiyyətin digər ehtiyacları üçün 
fərqli təsisatlararası qurum yaradıla bilərdi. Hər bir təsisatlararası qurum milli davamlılıq 
məmurlarından və onların korporasiyalarda, QHT-lərdə, universitetlərdə, və beynəlxalq 
təşkilatlarda olan həmkarlarından təşkil olunduğu üçün qlobal davamlılığı  təkmilləşdirə 
bilərdi. 
 
Əgər Mur Qanunu davam etsə, 25 il ərzində kompüter insan beyninin emal etmə gücünə 
yiyələnəcək; ondan 25 il sonra, kompüter dünyadakı bütün insanların beyinlərinin emal 
etmə gücünə yiyələnəcək. Yer kürəsindəki bütün insanların beyinlərinə  bərabər olan 
kompüterə sahib hər bir fərdi təsəvvürünüzə  gətirin! Eyni vaxtda milyarddan çox insan 
(dünyanın 17.5%-i) İnternetə qoşuludurlar. Texnoloji bərabərsizlik aradan qalxır və davam 
edə də bilər, çünki 100 dollarlıq (əslində 178 dollar) (XO-1), Massaçusets Texnologiyalar 
İnstitutu tərəfindən təlqin edilmiş portativ kompüterlər Argentina, Uruqvay, Braziliya, 
Liviya, Pakistan və Tayland kimi ölkələrdə 250,000 nəfərdən çox insan tərəfindən sifariş 
olunub. Mobil telefonlar, video və  İnternet qoşulmaları artdığı üçün qiymətlər düşərək 
qloballaşmanı sürətləndirəcək və insan kütlələrinə cəld bir şəkildə fəaliyyətlər qurmağa və 
onları dayandırmağa, əlaqələndirməyə və fond birjasından tutmuş yeni yoluxucu ideyalara 
qədər məlumatları paylaşmağa imkan verəcək. 
 
Dünya, zamanında bilik üçün kollektiv məlumatla ümumi hesablamalara doğru irəlilədikcə 
qəbul edilən qərarların təkmilləşdirilməsi zərurəti yaranır. Qərar qəbul etmə  hər yerdə 
mövcud olan sensorların – bizə  təkmilləşən qərarları almaq və onlara cavab verməyə 
kömək edən daha ağıllı Şəbəkənin və institusional və şəxsi intellekt proqram təminatının -  
inteqrasiyası  nəticəsində  əsaslı  şəkildə artacaq. Dünyanın 2007-ci ildə saxlaya 
biləcəyindən daha çox məlumat istehsal edəcəyi gözlənilir. İnternetdə Məlumatlar Bazası 
Konnektorunun verdiyi məlumata  əsasən 2006-cı ildə dünyada 161 eksabayt (milyard 
qiqabayt) məlumat emal edilib və 185 eksabayt həcmində saxlama yaddaşına malik olub. 
YouTube kimi multimedia sistemlərinin istifadəsinin artması, nəzarət kameralarının və 
firmaların məlumat bazaları üçün tənzimləmə qaydalarının çoxalması ilə, 2010-cu ildə 988 
eksabayt (təxminən 1 zettabayt (sekstibayt)) məlumat emal oluna bilərdi, lakin 2010-cu 
ilədək cəmi 601 eksabayt məlumat saxlama yaddaşının mümkünlüyü gözlənilir.  
 
ÜTT-nin verdiyi məlumatlara əsasən 2006-cı ildə dünya ticarəti 15% artıb. Yüksək neft və 
ərzaq qiymətləri az inkişaf etmiş ölkələrdə ticarətin 30% artmasına – dünya rekordunun 
vurulmasına - kömək edib və onların iqtisadiyyatları 3 il dalbadal 6% artmaqda davam 
edib. Qismən borcun bağışlanmasının köməyilə bütün inkişaf edən regionlarda borcun-
ÜDM-yə olan nisbəti azalıb. Cənubi Afrika istisna olmaqla, aşağı-Saxara Afrikası orta 
hesabla 4.5% irəliləyib, lakin yüksək doğum sayları, korrupsiya, silahlı münaqişələr, zəif 
idarəçilik, ekoloji tənəzzül, ağır səhiyyə  şəraiti və  təhsilsizlik (savadsızlıq) nəticəsində 
yoxsulluq artmaqda davam edir. ÜST-nin verdiyi məlumatlara  əsasən, dünyada 2.4 
milyon həkim, tibb bacısı, mama çatışmadığından və insanlar daha çox ömür sürdükləri 
üçün, tele-təbabət, özünü-müayinə üçün bioçip sensorları, və digər avtomatlaşdırılmış 
sistemlərə olan ehtiyac kəskin  şəkildə arta bilər. Ağır Kəskin Respirator Sindromu 
təhlükəsi insanların çağırışlara lazımi  şəkildə cavab verməsi ilə aradan qaldırılıb. Hal-
hazırda dünya 25 milyon insanın ölümünə  səbəb ola biləcək, hava nəqliyyatını 
dayandıracaq və dünyanı  tənəzzülə sala biləcək H5N1 quş qripi virusu nəticəsində 
meydana çıxa biləcək genetik dəyişikliklərə hazırlaşır.    

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
25
BMT-nin Minilliyin İnkişafı  Məqsədlərinə nail olunmasının 135 milyard dollara başa 
gələcəyi gözlənilir; müqayisə üçün, İraqdakı müharibə üçün 600 milyard dollar xərclənib 
və ABŞ Konqresi tərəfindən təsdiqlənib, və digər 140 milyard dollar isə 2008-ci il üçün 
tələb oluna bilər.  
 
BƏT-in verdiyi məlumatlara əsasən, qadınlar tərəfindən tutulan qanunverici, dövlət və ya 
rəhbər vəzifələr 1995-ci ildə 25.6%-dən cüzi artaraq bu gün 28.3%-ə çatıb. Baxmayaraq 
ki, qadınlara qarşı ayrı-seçkiliyin hər hansı bir forması demək olar ki, bütün dünyada 
qəbul olunmur, amma yenə  də irəliləyiş çox müxtəlifdir. Təqribən 57% qadın 
iqtisadiyyatda çalışır, lakin cəmi 17% isə milli parlamentlərin üzvləridir. Hal-hazırda ibtidai 
məktəbdə oxuyan hər 100 oğlana 94 qız düşür. 1999-cu ildə isə bu göstərici 92 olub. 
2004-cü ildə əldə olunan məlumata əsasən 181 ölkədən təqribən 2/3-sində ibtidai təhsildə 
cinsi bərabərliyə nail olunub, lakin 177 ölkədən cəmi 1/3-ində orta təhsildə cinsi 
bərabərliyə nail olunub. 781 milyon yeniyetmə minimal savadlılıq bacarığından 
məhrumdur; bunlardan 2/3-si qadınlardır. Qadınların kişilər tərəfindən zorakılığa məruz 
qalması dünyada müharibələrin verdiyindən çox tələfatlara səbəb olmaqda davam edir. 
  
Hal-hazırda dünyada Afrika qul ticarətinin kulminasiya nöqtəsindəkindən daha çox qul 
var. Ehtimallar 12.3 milyondan 27 milyon arasında dəyişir. Qullar arasında Asiyalı 
qadınlar üstünlük təşkil edir. Dünya Bankının verdiyi məlumata əsasən, 1 trilyon dollardan 
çox pul hər il siyasi rüşvətlərə sərf edilir, bunlardan 20-40 milyard dolları inkişaf etməkdə 
olan və keçid iqtisadiyyatına malik ölkələrdə, 60-80 milyard dolları isə daha inkişaf etmiş 
ölkələrdə dövlət məmurları  tərəfindən alınır. Lakin, kütləvi informasiya vasitələrinin, 
bloqların, mobil telefon kameralarının, etik komissiyaların, və “Transperensi İnterneşnl” 
kimi təşkilatların vasitəsilə qeyri-etik qərarlar geniş  şəkildə ifşa edilir. Bununla belə, 
mənasız xəbərlər və  əyləncələr beynimizi əxlaqsız davranışlarla doldurur və insanların 
çoxu debatlarda qalib gəlməkdə  gələcəyimizi inkişaf etdirmək məqsədilə bütövlüyə nail 
olmaq üçün həqiqət axtarışlarına çıxmaqdan daha çox maraqlıdırlar. 
  
Elm və Texnologiyanın son 25 il ərzində müstəsna təsirləri növbəti 25 ildə baş 
verəcəklərlə müqayisədə çox cüzi görünəcək. Yeniliklərin sürətini tezləşdirən amillər 
özləri yüksək sürətlə  dəyişirlər.  İndi tranzistorlar işıq dalğalarından daha kiçikdirlər (65 
nanometr). “İntel”  şirkəti ilk proqramlaşdırıla bilən və saniyədə trilyon əməliyyat həyata 
keçirən 1 teraflopluq çiplər işləyib hazırlayıb. Beyin-kompüter əlaqəsi indi fikirləri 
proqramlı  şəkildə  hərəkət etdirir, nanohissəciklər və fibra liflər sinir böyüməsini 
stimullaşdırır və mini-biokompüterlər xüsusi fərdi hüceyrələri müalicə etməyə kömək edir. 
Fotonlar yavaşıyıb və sürətlənib, yetkin gövdə hüceyrələrin zədələnmiş toxumanı  bərpa 
etmə qabiliyyəti aşağı düşüb və mikrobial yanacaq elementi meydana çıxıb. Çin bu ilin 
sonlarında ay ətrafında dövr etməyi planlaşdıran 4-cü ölkədir (ABŞ, Rusiya və 
Yaponiyadan sonra). Bəziləri proqnozlaşdırırlar ki, molekulyar istehsalat və 3-ölçülü çap 
vaxt keçdikcə elə inkişaf edəcək ki, insanlar əvvəlcə dünyanın  ətrafında dövr etmiş 
yüksək texnologiyalı cisimləri  əks etdirə biləcəklər.  Əgər o gün gəlsə, onda atomların 
yerinə baytların yüklənməsi dünya sənaye ticarətini kəskin  şəkildə  dəyişəcək. “Lux 
Research” araşdırma  şirkətinin verdiyi məlumata  əsasən, 2006-cı ildə nanotexnoloji 
Tədqiqat və  Təkmilləşdirməyə 12.4 milyard dollar sərmayə qoyulub və nanotexnolji 
məhsullar 50 milyard dollardan çox qiymətə satılıb. Dünya - hökümət, korporativ, elmi, 
mühəndislik və tibbi resursları  Minilliyin 8-ci İnkişaf Məqsədinə nail olmağa və Gələcəyin 
Durumunda göstərilmiş 15 Qlobal Çağırışa cavab verməyə yönəldəcək bir prosesə 
ehtiyac duyur. Biz təsisatlararası idarəetməyə  və mediyanın köməyilə daha ciddi ictimai 
təhsilə ehtiyac duyuruq.  
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
26
Milli səviyyədə  qərar qəbul edənlər qərar qəbul etmənin nəzəriyyə  və  təcrübəsində 
püxtələşməyiblər və çox az insan qərar qəbul etməkdə onlara kömək edə biləcək 
qabaqcıl proqram təminatları barədə məlumatlıdır. Qərar qəbul edənlər üçün formalaşmış 
etik və  qərar qəbul etmə  təlimləri qlobal qərarların keyfiyyətində  əhəmiyyətli inkişafla 
nəticələnə bilər. Qərarların necə qəbul etmək lazım olduğu barədə təlim keçməyə ehtiyacı 
olan siyasət qurucularından başqa, yerli, milli və beynəlxalq prioritetləri müəyyən edən 
proseslərdə  də  tərəqqiyə ehtiyac duyulur. Bilirik ki, dünya inanılmaz dərəcədə 
mürəkkəbdir və bir çox ciddi çağırışlar qlobal səciyyə daşıyır, lakin biz vəziyyəti ələ almaq 
üçün İnternet texnologiyalarına əsaslanan idarəetmə sistemlərini və konsepsiyaları kifayət 
qədər sürətlə inkişaf etdirməyi və həyata keçirməyi bilmirik.  
 
BMT-nin Baş Katibi olduğu müddətdə Kofi Annan bəşəriyyətin perspektivlərini inkişaf 
etdirmək üçün 5 prinsip müəyyən etmişdir: hamının təhlükəsizliyi hər kəsin 
təhlükəsizliyidir; biz bir-birimizin rifahı (qlobal həmrəyliyi) üçün məsuliyyət daşıyırıq; 
insanların bir-birinə hörməti insan haqları  və hüquq normaları ilə möhkəmləndirilməlidir; 
hökumətlər həm daxili, həm də beynəlxalq səviyyədə bir-birilərinə hesabat verməlidirlər 
(qarşılıqlı  məsuliyyət); və bu 4 prinsipə BMT kimi çoxtərəfli təşkilatların vasitəsilə nail 
oluna bilər.   
  
Baxmayaraq ki, bir çox insanlar qloballaşmanın potensial mədəni təsirlərini tənqid atəşinə 
tuturlar, lakin bu su kimi aydındır ki, qlobal çağırışlara cavab vermək üçün mədəni 
dəyişikliklər zəruridir. Həqiqi demokratiyanın inkişafı mədəni dəyişikliyi tələb edir, QİÇS-in 
qarşısının alınması mədəni dəyişikliyi tələb edir, sabit inkişaf mədəni dəyişikliyi tələb edir, 
qadınlara qarşı zorakılığın sona yetməsi mədəni dəyişikliyi tələb edir və etnik zorakılığın 
da başa çatması  mədəni dəyişikliyi tələb edir. İnternet, dünya ticarəti, beynəlxalq ticarət 
müqavilələri və xarici resursların cəlb olunması kimi qloballaşma alətləri insanların 
şəraitini yaxşılaşdırmaqla onların bəşəriyyətə özünəməxsus yardımlarını qoruyub 
saxlamaq yolu ilə  mədəniyyətlərin uyğunlaşmasına kömək etmək üçün istifadə 
olunmalıdır.   
 
Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin