C erom k. Q lenn və t eodor c. Q ordon


Ekoloji Səbəblərdən Meydana gəlmiş Münaqişələrin Qarşısının alınması  və ya



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix21.04.2017
ölçüsü5,06 Kb.
#15038
1   ...   9   10   11   12   13   14   15   16   17

Ekoloji Səbəblərdən Meydana gəlmiş Münaqişələrin Qarşısının alınması  və ya 
Onlara Qarşı Tədbirlərin Görülməsi 
 
İqlim dəyişikliyi ekoloji diqqəti ekoloji, enerji və iqtisadi maraqları milli və beynəlxalq 
təhlükəsizlik mülahizələrinə yönəldib. BMT-nin Humanitar Məsələlərin Koordinasiyası 
üzrə  İdarəsi bildirir ki, son 30 il ərzində qasırğaların, quraqlıqların və daşqınların sayı 3 
dəfə artıb, təbii fəlakətlərinə təsirinə məruz qalmış insanların sayı isə 5 dəfə artıb.  
Sabiq Baş Katib Kofi Annan xəbərdarlıq edir ki “ekoloji tənəzzül onsuz da münaqişəyə-
meylli olan əraziləri məhv etmək potensialına malikdir. Bu xüsusilə cüzi resurslara qeyri-
bərabər çıxış və ya bu cür çıxışın siyasiləşdirildiyi hallara aiddir
22
.  
 
Son zaman həyata keçirilən tədqiqqatlar göstərir ki, iqlim dəyişikliyi getdikcə sürətlənir və 
əvvəlkindən daha da kəskinləşə bilər. Qabaqcıl kompüter modelləşdirilməsi proqnoz verir 
ki  əsrin sonuna kimi, planetimiz, öldürücü istilik dalğaları, uzunmüddətli quraqlıq, və 
istixana qzlarının insanlar tərəfindən havaya buraxılması səbəbindən əmələ gəlmiş qlobal 
istiləşəmənin meydana gətirdiyi intensivyağışlı tufanlar kimi daha çox fövqəladə iqlim 
halları ilə üzləşəcək. Alimlər vurğulayır ki fövqalədə hallar – iqlim dəyişikliyinin nəticələri 
kimi – qərar qəbul etmə prosesinə inteqrasiya edilməlidir. Yüksək doğumluluğa malik 
ölkələrin çoxu dünyanın  ən kəskin müharibələrinin təsirinə  məruz qalmış ölkələrdir. 
İnsanların torpaqlara və resursları intensiv şəkildə istismar etmələri o ərazilərdəki 
münaqişələrin kəskinləşməsi ehtimalını artırır.  Əhalinin yenə  də Hindistan və Çin kimi 
onsuz da sıx əhaliyə malik ölkələrdə artmağa davam edəcək. Və 2025-ci ilədək, sahildə 
yaşayan  əhalinin sayı 35% artaraq, okeanın 60 milliyində yaşayan  əhalinin sayını 2.75 
                                                 
22
 Silahlı münaqişələrin qarşısının alınması üzrə irəliləyiş hesabatı, Kofi Annan, 2006-cı il. 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
121
milyarda çatdıracaq. Nəticə etbarilə bu insanlar iqlim dəyişikliyi və  dəniz səviyyəsinin 
artması səbəbindən təbii fəlakətlərə qarşı daha aciz olacaqlar.  
 
Tədqiqatlar dəniz suyunun səviyəssinin qalxması barədə proqnozlarda ciddi qeyri-
müəyyənliklərin olduğunu göstərsələr də, sahildə yaşayan  əhalinin risk altında olduğu 
danılmaz bir faktdır.  İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panelin məlumatlarına 
əsasən, 2100-cu ilədək qlobal istiləşmə səbəbindən dəniz səviyyəsinin 9-88 santimetr, ən 
çox isə 140 santimetr qalxması gözlənilir. Qrenlandiya və Antarktidanın  əriyib-
əriməyəcəyini qabaqcadan demək çətin olsa da, tədqiqatçıların fikrinə görə bu ərazilər 
dəniz səviyyəsini 70 metrədək qaldırmaq üçün kifayət qədər suya malikdirlər.  
 
Sundarban adaları – Banqladeş  və Hindistan sahillərindən aralı – dəniz səviyyəsinin 
qalxması  və erroziya səbəbindən yoxa çıxmaqda olan ilk insan yaşamayan adalar 
sırasındadırlar. Bu, növbəti 10 il ərzində 100, 000 insanın köçürülməsinə (evakuasiya 
edilməsinə) səbəb olacaq. Bir çox Tuvalular da öz sakit okeandakı adalarını tərk edir və 
Yeni Zelandiya ərazisindəki daha təhlükəsiz  ərazilərə köçürlər, və bununla da rəsmo 
şəkildə ekoloji qaçqınlara çevrilirlər. 2005-ci ilin sonunda, Sakit okeanda yerləşən 
Vanuatunun Tequa adasının 100-dən çox sakini təcavüzkar qasırğalardan və dalğalardan 
qorunmaq üçün daha yüksək  ərazilərə köçürülüblər.  Sakit Okean Ölkələrində 
Adaptasiyanın  İnkişafı üçün Potensialın Gücləndirilməsi proqramı  çərçivəsində  həyata 
keçirilən bu köçürmə  əməliyyatı iqlim dəyişikliyi səbəbindən baş vermiş formal kütləvi 
yerdəyişmənin ilk nümunəsi sayıla bilər.   
 
Dəniz suyunun səviyyəsi artdıqca, bütün ada ölkələri – Maldiv adalarından tutmuş Marşal 
adalarına kimi – Banqladeşdən, Misirə  və Alyaskaya kimi yerləşən ölkələrin  ərazilərinin 
çox hissəsi, və bir çox sahil şəhərləri risk altına düşürlər. Bu da sakinlərin 
mədəniyyətlərini və sağ qalmalarını təhlükə altına alır. Mütəxəssislər xəbərdarlıq edir ki, 
Sakit okeanının aşağı  səviyyədə yerləşən və artıq təsirə qalmış adalarından  əlavə, 
Banqladeş və Çinin bir hissəsi, İndoneziya və Vyetnam kimi əhali sıx yerləşmiş ölkələrdə 
yaşayan milyonlarla insan dəniz suyu səviyyəsinin qalxması  səbəbindən köçürülməyə 
vadar edilə bilər.  
 
BMT-nin dəyərləndirmələrinə  əsasən, 2012-ci ilədək iqlim dəyişikliyi səbəəbindən 
meydana gəlmiş qaçqınların sayı 50 milyon ola bilər. “Krisçen Eyd” təşkilatının verdiyi 
məlumata  əsasən isə, növbəti 50 il ərzində  əsasən ekoloji şərait səbəbindən 1 milyard 
insan miqrasiya etməyə məcbur edilə bilər. Bunların çoxu dünyanın ən kasıb ölkələrindən 
– Sahara zonası, Cənubi Asiya və Yaxın Şərqdən olacaq. 2007-ci ildə 25 milyon insanın 
münaqişə, insan haqları pozuntusu səbəbindən, 25 milyon insanın təbii fəlakətlər 
səbəbindən, və 105 milyon insanın böyük inkişaf layihələri səbəbindən yerlərini dəyişdiyi 
qeydə aınıb. 8.5 milyon insan isə hal-hazırda rəsmi şəkildə qaçqın kimi tanınıblar. 2050-ci 
ilədək, təqribən 250 milyon insanın iqlim dəyişikliyi ilə  əlaqədar daimi olaraq yerlərini 
dəyişmək ehtimalları var. Birləşmiş Millətlər Universitetinin Ekologiya və  İnsanın 
Mühafizəsi  İnstitutunun Direktoru Yanos Boqardi, BMT-ni gələcək ekoloji qaçqınların 
vəziyyətinə yardım etməklə  əlaqədar qanuni sistem təsis etməyə çağırıb. O ekoloji 
qaçqınları, beynəlxalq qaçqınları mühafizə qanunvericiliyinə daxil etməklə “biz qaçqınları 
mühafizə etməyin  ən güclü vasitələrindən birini zəiflədirik” qorxusunu da nəzərə alıb. 
Nəticə etibarilə, BMT “ekoloji qaçqınlara kömək etməyin digər üsullarını tapmalıdır”. O 
həmçinin qeyd edib ki, ekoloji amillər miqrasiyanın daha açıq-aydın səbəblərinin kökündə 
yatır.  
 
Arktik dənizinin  əriməsi  Şimali-Qərb dəhlizini beynəlxalq gəmiçilik yolu kimi açacaq, və 
suverenlik və ekoloji nəticələrə dair beynəlxalq müzakirələrə  təkan verəcək. Potensial 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
122
dənizçilik yolundan əlavə,  Şimali-Qərb dəhlizinin açılması, neft də daxil olmaqla zəngin 
ehtiyatlardan istifadə imkanını  təmin edəcək. Araşdırmanın irəli sürdüyü fikrə  əsasən, 
dəhliz buzdan azad olmalı  və 2015-ci ildən tez olmayaraq dənizçilik üçün açılmalıdır. 
Alimlərin, siyasətçilərin və ekoloji aktivistlərin problemin mürəkkəbliyi barədə 
xəbərdarlıqlarına baxmayaraq, bu zəif  ərazi üçün heç bir beynəlxalq nizamnamə  təsis 
olunmayıb. Kanadanın regionun suverenliyini tələb etməsi digər ölkələrlə fikir ayrılığına 
gətirib çıxarır. Çünki ABŞ, Danimarka və Rusiya da daxil olmaqla bu ölkələr,  ərazinin 
beynəlxalq sular ya da öz ərazilərinin davamı olmasını iddia edirlər.  
 
Hər qitədə suyun səviyyəsinin aşağı enməsi qeydə alınıb: bəşəriyyətin 40%-i 2 və ya 
daha artıq ölkənin idarə etdiyi su qovşaqlarından asılıdır. Vahid sərhəd su idarəetmə 
sistemləri təsis edilməyincə münaqişələrin kəskinləşəcəyi gözlənilir. Beynəlxalq Suyun 
İdarəedilməsi  İnstitutu qeyd edib ki, son 100 il ərzində sudan İstifadə 6 dəfə artıb, və 
2050-ci ilədək yenidən artacağı gözlənilir. Bugün su çatışmamazlığından 700 milyon 
insan  əziyyət çəkir; 2025-ci ilədək, bu göstərici 3 milyarddan artıq ola bilər.  İqlim 
Dəyişiklikləri üzrə Hökumətlərarası Panelinin Təsirlər, Adaptasiya və  Həssaslıq üzrə 
hesabatına  əsasən proqnozlaşdırır ki “Hal-hazırda suyu olan 100 milyonlarla Afrikalı  və 
10 milyonlarla Latın Amerikalı 20 ildən də az vaxt ərzində bu sudan məhrum olacaq. 
2050-ci ilədək, Asiyada 1 milyarddan çox insan su çatışmamazlığı ilə üzləşəcək”. “Green 
Cross  İnternational” təşkilatı sudan istifadə hüquqlarına təminat verəcək beynəlxalq 
qanuni sənədin qəbul olunması üçün bir daha dünyaya səslənib.  
 
Böyük Britaniyanın Hidrometereoloji Xidmətinin Hadli Mərkəzinin dəyərləndirmələrinə 
əsasən, 2050-ci ilədək kəskin quraqlıq şəraiti dünya torpaqlarının 10%-ini – indikindən 5 
dəfə çox - təsirə məruz qoya bilər və əsrin sonuna kimi bu göstərici 30% ola bilər. 2006-cı 
il Beynəlxalq Səhralar və  Səhralaşma ili olub, və YUNEP İdarə  Şurası tövsiyyə edib ki, 
mübarizə aparmaq, qarşı durmaq və  hətta bu fenomeni aradan qaldırmaq yollarını 
araşdırmaq məqsədilə 2010-20-ci illər BMT-nin Səhralar və Səhralaşmayla Mübarizə illəri 
elan olunsun. Sahara səhrasının cənubdan genişlənməsi aclığı və miqrasiyaları artırır, və 
Afrika qitəsi boyunca münaqişə risklərini çoxaldır.  
 
Təbii fəlakətlərin sayının artması  və intensivliyi qlobal erkən xəbərdarlıq sisteminin təsis 
edilməsinə təkan verib. Hind Okeanı sunami xəbərdarlıq sistemi 2006-cı ilin iyul ayından 
işlək elan olunub, lakin hələ yerli koordinasiyaya ehtiyac var. 2006-cı ilin İyul ayında 
İndoneziyaya zərbə endirmiş sunami 54, 000 insanı öz təsirinə məruz qoyub (550 nəfər 
ölüb), çünki əhaliyə  əvvəlcədən heç bir xəbərdarlıq edilməmişdi. BMT-nin Təbii 
Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiya sistemi təbii fəlakətlərin azaldılması 
və  fəlakətdən sonra bərpa işlərinin aparılması üçün qlobal sistem təqdim edir. Təbii 
Fəlakət Riskinin Azaldılması üzrə Çoxtərəfli Qlobal Platformanın 2007-ci ilin İyununda 
həyata keçirilmiş ilk sessiyası, diqqəti 2005-2015-ci illər üçün nəzərdə tutulmuş Hyoqo 
Fəaliyyət Sisteminin sistemli şəkildə  həyata keçirilməsi strategiyalarında cəmləşdirib: 
Xalqların və Birliklərin Təbii Fəlakətlərə qarşı Davamlılığını Formalaşdırmaq, Dünya Bankı 
ilə  əməkdaşlıq nəticəsində  təsis edilmiş  Fəlakətlərin Azaldılması  və  Bərpa  İşləri üzrə 
Qlobal Qurğu təbii fəlakətlərin risklərini və  nəticələrini azaltmaq üçün hazırlıq və  bərpa 
əməliyyatlarını  təkmilləşdirməyi planlaşdırır. Bu plan, fəlakətlərin riskinin azaldılmasının, 
risk altında olan ölkələrdə həyata keçirilən inkişaf layihələrində əsas məsələ kimi nəzərə 
almaqla baş tutacaq. Dünya Bankı Qlobal Qaynar Nöqtələrin Araşdırılması yüksək 
ölümlülük risklərinə və iqtisadi tənəzzülə məruz qalmış 86 zəif ölkəni müəyyən edib.  
 
Beynəlxalq Enerji Agentliyinin Dünya Enerji Perspektivləri-2006 növbəti 24 il ərzində 
dünyanın üzləşəcəyi 2 əsas məsələni adlandırır:  münasib qiymətlərə “təhükəli” və “qeyri-
kafi” enerji təchizatı  və artan enerji tələbləri səbəbindən  ətraf mühitə  dəyən ziyanlar. 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
123
Enerjiyə olan tələbatın artması, bəzi ölkələrin beynəlxalq təhlükəsizlik məsələlərinə  və 
razılaşmalarına məhəl qoymamayaraq beynəlxalq təhlükəsizliyi təhlükə altına salmasının 
təkanverici qüvvəsinə çevrilə bilər. Tullatıların idarəedilməsi sadəcə ekoloji bir məsələ 
deyil, həmçinn mühüm bir təhlükəsizlik məsələsidir. Kot-Divuarın Abican şəhərində zəhərli 
tullantıların axıdılması  ətrafında baş vermiş qalmaqal, tullantıların ticarəti və Bazel 
Konvensiyasının müvafiqliyinə dair qlobal müzakirələri intensivləşdirib. Bəzi Afrika və 
Asiya ölkələri radioaktiv uran, qurğuşun, kadmium, civə, sənaye və tibbi kimyəvi maddələr 
kimi təhlükəli tullantıların zibilxanasına çevrilib, və elektronik tullantıların da həcmi artıb. 
Bazel Konvensiyası  və onun 1995-ci il düzəlişlərinin, zəhərli tullantıların idarə edilməsi 
üçün qurğulara malik olmayan ölkələrdə bu tullantıların axıdılmasına qadağa qoymasına 
baxmayaraq, bu proses Konvensiyaya üzv olmayan ölkələrdə qeyri-qanuni şəkildə davam 
edir. Ekoloji və  səhiyyə  nəticələrində  əlavə olaraq, Seneqal ekoloqu təhlükəsizlik 
məsələlərini də diqqətə çatdırır: “Tullantılar  əsasən silah almaq üçün pul əldə etmək 
istəyən mənəviyyatsız insanlar və ya dəstələr tərəfindən buraxılır”. 
Baxmayaraq ki iqlim dəyişikliyi bugün beynəlxalq təhlükəsizliyə ən mühüm təhlükələrdən 
biri kimi qəbul olunur, xüsusi olaraq kasıb ölkələrin  şəraitə uyğunlaşmaları üçün təsis 
edilmiş 2 fonda – Ən Az İnkişaf Etmiş Ölkələr Fonduna və Xüsusi İqlim Dəyişikliyi 
Fonduna – edilmiş yardımlar 2005-06-cı illərdə cəmi 43 milyon dollar təşkil edib. Halbuki 
nəzərdə tutulmuş iqlim dəyişikliyinə uyğunlaşma ümumi illik xərcləri, il ərzində 10 milyard 
dollarla 40 milyard dollar arasında olacağı ehtimal olunurdu. 2006-cı ildə isə, dünyada 
silahlara 1.2 trilyon dollar, və neftə isə 1.5 trilyon dollar xərclənib, mədən yanacaqları 
sənayesinə ayrılmış pulun məbləği il ərzində 235 milyard dolları öteb keçib. 
 
Özünəməxsus mənəvi dəyərinə görə ətraf mühitin qorunması 
 
Beynəlxalq Təbiəti Mühafizə Fondu və Qlobal İzlər Şəbəkəsinin verdiyi məlumata əsasən, 
bəşəriyyətin planetə olan təsiri 1961-ci ildən bəri 3 dəfə artıb və Yerin təbii ehtiyatları, 
təbiətin onları  bərpa etməsindən daha sürətlə istifadə olunur
23
.  Əgər belə davam etsə, 
2050-ci ilədək insanlıq planetin təchiz edə bildiyindən 2 dəfə artıq təbii ehtiyatlara tələb 
duyacaqlar. Minillik Ekoloji Sistem Dəyərləndirilmələrinin verdiyi məlumata  əsasən, Yer 
kürəsinin ən mühüm ekoloji sistem xidmətlərinin 60%-i getdikcə pisləşir və ya qeyri-sabit 
şəkildə istifadə olunur. Paris Fəaliyyət Çağırışı beynəlxalq Ekoloji Hüquqlar və  Vəzifələr 
Bəyannaməsini (münasib ekologiya hüququ) və YUNEP-in Birləşmiş Millətlərin Ekoloji 
Təşkilatına çevrilməsini irəli sürüb. BMT Baş Katibi Ban-Ki Mun ekoloji tənəzzül “hətta 
beynəlxalq sülhü və təhlükəsizliyi təhlükəyə ata bilər” deyə xəbərdarlıq edib, və BMT Baş 
Assambleyasının Prezidenti Şeyxa Haya Raşid  Əl Xəlifə “aydın məqsədlərə  və bizdən 
yayınmağa davam edən qlobal səviyyədə güclü ekoloji idarəçiliyə çağırıb”.   
 
700-dən çox ÇEM mövcuddur
24
. Beynəlxalq danışıqların diqqəti yeni müqavilələri 
yaratmaqdan mövcud müqavilələri möhkəmləndirməyə  və beynəlxalq ekoloji idarəçiliyi 
gücləndirməyə yönəlib. Bu müqavilələrin effektiviyinin qiymətləndirilməsi getdikcə 
təkmilləşir. Lakin, beynəlxalq müqavilələrə  əməl etməmə  və beynəlxalq orqanlarla 
əməkdaşlığın kifayət qədər olmaması  və bir çox beynəlxalq konvensiyalarla əlaqədar 
danışıqların durğun vəziyyətə  gəlib çıxması ümumi narahatçılığa səbəb olmağa davam 
edir. 
 
2007-ci il üzrə BMT-nin Ətraf Mühit Proqramının  İdarəetmə  Şurası beynəlxalq ekoloji 
idarəçiliyin möhkəmlənidirlməsi (2020-ci il üzrə Ekoloji Nəzarət Strategiyasına Baxış 
layihəsi və çoxtərəfli ekoloji müqavilələr arasında birgə fəaliyyət və koordinasiya də daxil 
olmaqla) və beynəlxalq ekoloji vəziyyətin qiymətləndirilməsi və  dəyən ziyanların 
                                                 
23
 Canlı Planet Hesabatı 2006. Beynəlxalq Ətraf Mühiti Mühafizə Fondu və Qlobal İzlər Şəbəkəsi, 2006. 
24
 GEO İllik Kitab 2007, YUNEP, 2007.  

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
124
azaldılması əməliyyatlarının təkmilləşdirilməsi ilə əlaqədar məsələlərə dair qərarlar qəbul 
edib. Tullantılara dair Bazel Konvensiyası  və Sabit Üzvi Çirkləndiricilərə dair Stokholm 
Konvensiyası kimi əlaqədar məsələləri  əhatə edən mövcud ÇEM-lərin daha yaxşı 
inteqrasiyası, və tullantıların ekoloji cəhətdən münasib şəkildə  təmizlənməsi məqsədilə 
sistem işlənib hazırlanması üçün cəhdlər edilir.  
 
Avropa Kommissiyasının - AB qaydalar sistemini sadələşdirmək vəzifəsinin bir hissəsi 
kimi - AB qanunvericiliyini müasirləşdirməyə dair üçillik proqramı ekologiyayla əlaqədar 
sahəylə  işə başlayıb. Çünki ən ağır  şəkildə nizama salınan bu sahədir. Avropa 
Komissiyası  həmçinin, ciddi ekoloji pozuntulara görə cinayət sanksiyaları  tətbiq etməklə 
ekoloji nizamnamələrin möhkəmləndirilməsini artırmaq niyyətindədir. Avropa Ekoloji 
Öhdəliklər Direktivası qüvvəyə minərək, “çirkləndirən ödəyir” prinsipi əsasında 
ekologiyaya vurulan zərərə görə öhdəliklər üzrə ümumi sistem təsis edib.  
 
Milli və ekoloji statusu müqayisə etmək üçün güclü analitik modellər və vasitələr yaradılır. 
Yeni beynəlxalq təhlükəsizlik orqanları yaradılıb və ekoloji cinayətlərə qarşı aparılan 
qanuni  əməliyyatlara kömək etmək məqsədilə digərləri irəli sürülüblər. Məsələn Kyoto 
Protokolu üzrə Razılaşma Komitəsi öz əməliyyatlarına başlayıb, ekoloji cinayətlərlə 
mübarizə aparmaq üçün Asiya Regional Forumu təsis edilib, bio-təhlükələrin öhdəsindən 
gəlmək üçün qlobal məşvərət qrupunun yaradılması irəli sürülüb, Şimali Amerika Ekoloji 
Əməkdaşlıq Komissiyası ekoloji nizamnamələrin və ictimai iştirakçılığın 
möhkəmləndirilməsini artırır, və 2007-ci ildə AB Ekoloji Öhdəliklər Direktivası qüvvəyə 
minib.  
 
Son zamanlar qəbul edilmiş və ya gücləndirilmiş və ya danışıqlar mərhələsində olan bəzi 
diqqətəlayiq ekoloji müqavilələr və ya qanunlar Cədvəl 4-də təqdim olunub. 
 
Müqavilələrin tam siyahısını  və müqavilələrə dair sonrakı  təfərrüatları Kompakt Disk 
versiyasının 9.1. Fəslində tapmaq olar. 
 
Bazel Konvensiyası  ən çox nəzərdən keçirilən müqavilərdəndir, çünki o yeni tullantı 
növlərinə və idarəetmənin tələblərinə uyğunlaşdırılıb. İl ərzində dünyada 20-50 milyon ton 
arası elektron tullantılar hasil olunur. Təqribən 100 milyon telefon, və 300 milyon fərdi 
kompüter 2010-cu ilədək tullantıya çevrilə bilər. Dəyərləndirmələrə əsasən, ABŞ-da hər il 
14-20 milyon kompüter tullanılır; inkişaf etməkdə olan ölkələrdə 2010-cu ilədək elektron 
tullantıların 3 dəfə artacağı gözlənilir. 2006-cı ilin dekabr ayında BMT-nin tullantılar üzrə 
forumu Bazel Konvensiyası üçün Təhlükəli Tullantıların Transsərhəd Daşınması  və 
Onların Təmizlənməsi üzrə Elektron Tullantılar Bəyannaməsini qəbul edib. Bundan əlavə, 
Bazel, Rotterdam və Stokholm Konvensiyaları arasında birgə fəaliyyət və əməkdaşlıq da 
daxil olmaqla 30-dan çox qərarlar qəbul edilib. Hesabatlılığı  təmin etmək üçün, şəffaf 
məlumatlar və monitorin mexanizmləri ilə yanaşı beynəlxalq elektron tullantıların yenidən 
emal edilməsi sisteminin yaradılması zəruridir. Regional təşəbbüslərə 2005-ci ilin Avqust 
ayında qüvvəyə minmiş AB-nin elektron tullantıların idarə edilməsi üzrə direktivi (Sıradan 
çıxmış elektron və elektrik avadanlıqları) və Asiya-Sakt okean üçün Elektron və Elektrik 
Tullantıların Ekoloji cəhətdən Münasib şəkildə  İdarəetməsi üzrə  fəaliyyət proqramı 
daxildir.  
 
Avropa Parlamenti daha sərt tullantıların idarəedilməsi strategiyası üçün səs verib. Bu 
strategiyanın  şərtlərinə  əsasən, AB-nin tullantılar hasilatı 2012-ci ildə 2008-ci ildəki 
səviyyəyə çatdırılmalı, 2020-ci ilədək  şəhər tullantılarının 50%-i və  sənaye tullantılarının 
70%-i yenidən emal edilərək 2020-ci ilədək azaldılmalıdı. Yeni direktivin üzv-ölkələrin 
boynuna qəti öhdəliklər qoymayacağına baxmayaraq, o gələcəkdə tullantıların 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
125
idarəetməsinə  təsir edəcək “ümumi qayda və ya rəhbər prinsip” təsis edərdi. Hər halda 
AB üzv-ölkələri müxtəlif tullantıların idarəedilməsi strategiyalarına və effektivliyə 
malikdirlər, və onların Parlamentin təklifinə qarşı mübarizə aparacaqları gözlənilir.

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
126
 
Cədvəl  4. 
Danışıqlarda, Təzəcə Qəbul edilmiş, Gücləndirilmiş və ya İrəli sürülmüş Bəzi 
Ekoloji Müqavilələr və ya Qanunlara daxildir: 
 
• 
Nüvə Terrorizmi Aktlarının Qadağan olunmasına dair Beynəlxalq Konvensiya 
(2007-ci ilin İyul ayında qüvvəyə minib) 
• 
Müharibənin Partlayıcı Qalıqlarına dair V Protokol, BMT-nin Bəzi  Ənənəvi 
Silahlara dair Konvensiyanın bir hissəsi (2006-cı ilin Noyabrında qüvvəyə minib) 
• 
BMT-nin Dünya Meşələrinin Qorunmasına dair Müqaviləsi (2007-ci ilin May ayında 
qəbul edilib) 
• 
Bazel Konvensiyası üçün Təhlükəli Tullantıların Transsərhəd Daşınması və Onların 
Təmizlənməsi üzrə Elektron Tullantılar Bəyannaməsi  
• 
Stokholm Konvensiyası qiymətləndirmə mexanizmləri (qəbul edilib) və  əməl 
olunmayanlar (2009-cu ildə gözlənilir) 
• 
Civənin qlobal şəkildə qadağası (danışıqlar mərhələsindədir) 
• 
2008-ci ilədək təklif olunacaq,qalıq hərbi ehtiyatları qadağan etmək və bu hərbi 
ehtiyatların nəticələri ilə  işləmək üçün sistem yaratmaq üçün qanuni cəhətdən 
məcburi beynəlxalq vasitənin işlənib hazırlanması  
• 
2012-ci ilədək qəbul olunacaq, Mühafizə olunan Dəniz Əraziləri Şəbəkəsi 
• 
Post-Kyoto danışıqları 
• 
Ölkə, regional, yerli səviyyədə  məcburi emissiya hədəfləri üçün daha sərt 
nizamnamələr 
• 
2012-ci ilədək dünyanın bir çox hissəsində  ənənəvi elektrik lampalarının qadağan
olunması 
• 
Avropa Ekoloji Öhdəliklər Drektivi (2007-ci ilin Aprel ayında qüvvəyə minib) 
• 
Kimyəvi maddələrin Qeydiyyatı, Qiymətləndirilməsi və Avtorizasiyası (REACH) 
(2007-ci ilin İyun ayında qüvvəyə minib) 
• 
AB-nin Təhlükəli Maddələrin Məhdudlaşdırılması Direktivi (RoHS)
(entered into force in July 2006) 
• 
Avropa Gəmidən-qaynaqlanan Çirklənmə üzrə Direktivi (2007-ci ilin aprel ayında 
qüvvəyə minib) 
• 
Avropanın 2011-ci ildə reaktiv təyyarələrin havanı çirkləndirməsinə görə  cərimə 
tətbiq etməsi 
• 
AB-nin xırda hissələrə parçalanmış toz hissəciklərinin törətdiyi çirklənmənin 
azaldılması üzrə havanın keyfiyyəti direktivi 
(1 yanvar 2015-ci ildən qüvvəyə minmişdir) 
• 
Yerüstü suların çirklənməsi ilə mübarizə üçün AB yeni nizamnamələri 
• 
2008, 2012, 2020-ci ilədək azaldılma hədəflərinə malik daha sərt Avropa tullantıların 
idaredilməsi strategiyası  
• 
Çin elektronik tullantı Nizamnamələri   
• 
Zərərli okean səslərinin azaldılması üzrə qanunvericilik (təklif olunmuşdur) 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
127
Kommersiya kimyəvi maddələrin sayının növbəti 15 il ərzində 80% artacağı gözlənilir. 
Kimyəvi Maddələrin  İdaredilməsi üzrə Beynəlxalq Strategiya 2006-cı ilin Fevral ayında 
qəbul olunub; orada bio-təhlükəsizlik rekkomendasiyaları  və alimlər üçün idarəetmə 
kodları mövcuddur. Siyasət qurucuları  və mütəxxəssislər, ağır metallara dair 
nizamnamələri qlobal şəkildə genişləndirmək və növbəti kiyəvi təhlükəsizlik 
strategiyalarında ölkələr arasında genişlənən boşluqları doldurmaq məqsədilə kimyəvi 
təhlükəsizlik kontekstində preventivlik prinsipinə müraciət olunması tələbini gücləndirirlər. 
 
Nanotexnologiyanın müxtəlif formalarının ekologiya və sağlamlığa vurduğu təsirlər üzrə 
tədqiqatların sayı günü-gündən artır. Bu isə yeni nanotexnoloji standartlara gətirib 
çıxaracaq. Çin standartları quran  ilk ölkə olub. Beynəlxalq Standartlaşdırma Təşkilatı 
standartlarn işlənib hazırlanması prosesindədir, və Amerika Sınaqlar və Materiallar 
Cəmiyyəti özünün nanotexnologiya üçün ilk terminologiya üzrə standartını nəşr edib.  
BMT-nin Sənaye və  Kənd Təsərrüfatı  Təşkilatı biotoxnologiya üçün, milli və beynəlxalq 
səviyyədə razılaşdırılmış protokollar və metodologiyalarla ekoloji risklərin 
qiymətləndirilməsi tədqiqatlarına başlanmasını tələb edib. Bio-təhlükəsizliyə dair Karfagen 
Protokoluna müvafiq olaraq müstəqil araşdırıcı beynəlxalq komissiyanın yaradılması  və 
bio-texnologiya ilə  əlaqəli hadisələrin beynəlxalq qeydiyyatının həyata keçirilməsi irəli 
sürülüb.   
 
Mühafizə olunan ekoloji sahələr həm torpaq həm də dəniz mühitləri üçün təklif olunublar. 
“Qrinpis” təşkilatı dünya okeanlarının 40%-inin təbii ehtiyatlar elan olunmasını  və torpaq 
ərazilərinin qorunduğu kimi mühafizə olunması  təklifini irəli sürüb. BMT-nin verdiyi 
məlumata  əsasən oekanların 0.6%-i, torpaqların isə 12%-i mühafizə olunmaqdadır. 
Çirklənmələr nəticəsində  dənizdə 200-ə yaxın “ölü zonalar” və ya oksigenlə az təmin 
olunmuş  ərazilər meydana gəlib. Bu isə balıq ehtiyatlarını  və  həyatı balıqçılıqdan asılı 
olan insanların güzəranını pisləşdirir. Dünyada olan mərcan riflərinin təqribən 16%-inin 
90%-ə  qədəri ölü vəziyyətindədir. 2012-ci ilədək dənizdə mühafizə olunan ərazilər 
şəbəkəsinin qurulması  məqsədinə nail olmaq üçün 2007-ci ildə kompüterləşdirilmiş 
qrafikin hazırlanmasına başlanılıb.  
 
Bəzi alimlər belə güman edirlər ki, qlobal istiləşməyə səbəb olan dinamik qüvvələr insanın 
iqlim dəyişikliyini dayandırmaq bacarığını ötüb keçiblər. Post-Kyoto strategiyalarını daha 
məzmunlu və  ədalətli etmək  ətrafında müzakirələr artır. Mövcud olan ideyalardan biri 
adambaşına düşən qlobal karbon emissiyaları  hədəflərinin formalaşdırılmasından 
ibarətdir. Böyük Səkkizliyin liderləri istixana qazlarının emissiyasında “əsaslı” 
azaldılmasına cəhd etməyə  və 2009-cu ilədək BMT-nin rəhbərliyi altında, yeni – daha 
məzmunlu – istixana qazlarının emissiyasına dair müqavilədə yekdilliyə nail olunması 
üçün razılaşıblar. Bir çox ölkələr 1990-cı ildə mövcud olan emissiyaların 2050-ci ilədək 
50%-ini azaltmaq hədəfini dəstəkləyirlər. Avstraliya, Çin və Hindistan kimi yüksək 
emissiya buraxanlar da daxil edilməklə yeni Asiya-Sakit okean iqlim müqaviləsi üçün 
danışıqların başlanması üçün səylər göstərir. Emissiyaların azaldılması strategiyaları  və 
hədəfləri üçün yeni təkliflər artçaqdadır. AB-nin yeni Enerji Strategiyasının  şərtlərinə 
əsasən CO
2
 emissiyaları 2020-ci ilədək 1990-cı ildəkindən 20% azaldılmalıdır – əgər 
ABŞ, Çin və digər iqtisadi cəhətdən güclü dövlətlər emissiyaların müqayisəli azaldılması 
ilə razılaşsalar, bu hədəf 30%-ə də qalxa bilər. 
 
 
Böyük Britaniya, qanunla istixana qazlarını məhdudlaşdıran ilk ölkə ola bilər. AB və ABŞ 
hökuməti iqlim dəyişikliyinin və enerji təhlükəsizliyi məsələlərinin öhdəsindən gəlmək üçün 
komitələr yaradıb. Noreç 2050-ci ilədək emissiyalarını  sıfıra endirməklə dünyanın ilk 
“karbonsuz” ölkəsi olmaq niyyətindədir. Eyni zamanda ölkələr və yerli idarəetmə orqanları 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
128
qeyri-effektiv közərmə lampalarının istifadəsinin dayandırılması üçün nizamnamələr qəbul 
edirlər.  
 
Kosmik müşahidələr ekoloji dəyişikliklərə nəzarətin həyata keçirilməsi üçün əsas vasitəyə 
çevriliblər, və bununla da strategiya qurucularına, tələblərə cavab verən strategiyalar 
işləyib hazırlamalarına və ekologiya ilə əlaqəli nizamnamələrin gücləndirilməsinə köməklik 
göstərir. Avropa Kosmik Agentliyinin “Qlobvetlend” layihəsi Bataqlıqlaşmış  ərazilərə dair 
Ramsar Konvensiyasını  dəstəkləyir. Ekologiya və  Təhlükəsizlik üzrə Qlobal Monitorinq 
sistemi ictimaiyyəti, strategiya qurucularını və qərar qəbul ediciləri, operatov və müştərək 
kosmik, hava, yer və dəniz müşahidələrinə əsaslanmış əhəmiyyətli strateji ekoloji və mülki 
təhlükəsizlik məlumatları ilə  təmin edir. Sağlamlıq üzrə Erkən Xəbərdarlıq Sistemi təbii 
fəlakət və epidemiya hallarında peyk komunikasiya sistemlərindən istifadə etməklə 
xəbərdarlıq və fövqəladə siqnalların verilməsini təkmilləşdirəcək. “Kosmos və Əsas Təbii 
Fəlakətlər” Beynəlxaq Çarteri, fövqəladə hallarda dünyanın istənilən yerində  təbii 
fəlakətlərlə üzləşmiş insanlara pulsuz peyk məlumatlarını  təmin etmək məqsədi daşıyan 
beynəlxalq, özəl, və dövlət kosmik agentliklərinin  şəbəkəsidir. Təqribən 41 dövlət fərdi 
peyklərə malikdir. Kosmik çirkləndirmənin öhdəsindən gəlmək üçün mexanizm olmadığı 
üçün, 2007-ci ilin yavarında Çində anti-peyk sınaqların, bəzi anti-ASAT (peyk əleyhinə) 
qəlpələrinin kimi müqaviələrin həyata keçirilməsini zəruri edən hadisələrin Vyanada 
yerləşən Agentliklərarası  Kosmik    Qəlpələrin Koordinasiyası Komitəsi tərəfindən 
layihələşdirilməsi ehtimalı var. 
 
Bir çox sənayelər və yerli özünü idarəetmə orqanları, milli rəhbərliyin yoxluğunda müvafiq 
ekoloji və enerji strategiyaları  və nizamnamələri işləyib hazırlayırlar. Bir çox hallarda 
bunlar beynəlxalq standartlara və ya müqavilələrə  əsaslanırlar. Bəzi ölkələrdə  vətəndaş 
cəmiyyətinin, bəzi hallarda beynəlxalq QHT-lərin köməyilə yerli və regional 
nizamnamələrin hazırlanmasına cəlb olunması getdikcə artır. 
 
Lux Research şirkətinin həyata keçirdiyi Klintex Report™-un verdiyi məlumata  əsasən, 
klintek yeniliklər genişlənməkdədir: 150 klintek layihələri bütün dünyada fəaliyyət göstərir 
və 2006-cı ildə 29 874 klintek-əlaqəli elmi jurnal məqalələri nəşr olunub. 
 
Milli və beynəlxalq ekoloji effektivliyi və ekoloji performansı artırmaq üçün özəl  şirkətlər, 
hökumətlər, QHT-lər və beynəlxalq təşkilatlar arasında ittifaqlar yaranmağa davam edir. 
Buna nümunə olaraq ilk ildönümündə 8 trilyon dollara çatan Məsuliyyətli Sərmayə 
Prinsiplərini; dövlət səviyyəsində çirklənmə ilə mübarizə aparmaq üçün Amerika Dövlətləri 
təşəbbüsünü; Asiya-Sakit okean Əməkdaşlığını; və  Şəhər Ekoloji Birliklərini – Kyoto 
Protokolunun bələdiyyə versiyasını missal göstərmək olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
129
Avropa 
Afrika 
Lat. Amerik
və Karib 
Asiya və 
Okeaniya
Qərb Asiya
Şimali 
Amerika 
Qrafik 25. Çoxtərəfli Ekoloji Sazişin Tərəflərinin Sayı, 1975–2007 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə: YUNEP GEO Məlumat Portalı, Minillik Layihəsi yeniləndirmələri ilə 
 
 
Qrafik 26. 2006-cı ilin dekabrından başlayaraq YUNEP GEO Regionu tərəfindən (BMT-
nin Ekoloji Proqramı) 14 Çoxtərəfli Ekoloji Müqavilənin Ratifikasiyası (mötərizədə rgionda 
olan ölkələrin sayı)  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə: YUNEP GEO Məlumat Portalı 
 
 
 
 
 
 
 
 
 
Ramsar 
BMTDHK
 
Ozon  
Bazel  
BMK 
BMTİDÇK 
Kyoto 
SMK 
Rotterdam  
Stokholm  
Kartaxena 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
130
Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin