Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
Brian Tracy The Power of Self-Discipline

“Cəsarət,  qorxunun  yoxluğu  deyil,  onun  idarə  edilməsi, 
nəzarət altında saxlanmasıdır.” 
Mark Tven 
 
Həyatınızda baş verən bütün qorxu doğuran hadisə-
lərin öhdəsindən cəsarətlə gəlmək üçün sizə güclü daxili-
intizam lazımdır. Yəqin ki, Çerçil məhz buna görə demiş-
dir: “İnsanın bütün digər xüsusiyyətləri ondan asılı oldu-
ğundan cəsarət haqlı olaraq başlıca xüsusiyyət hesab edi-
lir.” Bütün insanların çox şeydən qorxması faktdır. Bu tə-
bii və normaldır. Adətən qorxu, həyatımızı qorumaq, zə-
dələrin və maliyyə səhvlərinin qarşısını almaq üçün vacib 
hiss  olur.  Bəs  qorxu  hər  kəsə  xasdırsa  onda  cəsarətli  və 
qorxaq adam arasında nə fərq var? Yeganə fərq, cəsarətli 
adamın  özünü  qorxusuna  rəğmən  hərəkət  etməyə  vadar 
etmək bacarığı – intizamıdır. Qorxaq adam isə əksinə qor-
xu hissini cilovlaya bilmir və onun diktəsi ilə hərəkət edir. 
Bir  dəfə  kimsə  demişdi  (bilavasitə  döyüş  meydanına  aid 
olsada,  həyatın  hər  bir  sahəsi  üçün  doğrudur)  :  ”Qəhrə-
man  və  qorxaq  arasındakı  fərq,  qəhrəmanın  öz  yerində 
beş dəqiqə daha çox dayanmasıdır.” 
 
 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
102 
Qorxunu tərgitmək olar. 
 
Xoşbəxtlikdən  qorxu  sonradan  qazanılandır,  heç 
kim  qorxu  ilə  doğulmayıb.  Və  uyğun  olaraq,  daxili-inti-
zamdan istifadə edərək onu (qorxunu) tərgitmək də olar.  
Təsirinə  məruz  qaldığımız  qorxuların  əksəriyyəti 
uğursuzluq, pul itkisi və kasıblamaq qorxusudur. Bu qor-
xular  insanı  riskdən  yayınmağa  və  qarşıya  çıxan  fürsəti 
əldən  buraxmağa  səbəb  olur.  Uğursuzluq  qorxusu  o  qə-
dər güclüdür ki, fürsətdən istifadə edib hərəkət etmək za-
manı  gəldikdə  insanın  bütün  sağlam  düşüncəsini  iflic 
edir. Bəzi qorxular  isə  xoşbəxt  olmaq istəyindən qaynaq-
lanır.  İnsanlar  kiminsə  sevgisini,  işlərini  və  ya  pullarını 
itirməkdən  qorxurlar.  Utanmaq  və  pis  vəziyyətdə  qal-
maqdan qorxurlar. İstənilən növ etiraz və tənqiddən qor-
xurlar.  Digərlərinin  hörmət  və  ya  dəyərini  itirməkdən 
qorxurlar. Bu və digər  oxşar  qorxular  insanı bütün  ömrü 
boyu geriyə sürükləyir.  
 
 
Qorxu fəaliyyəti iflic edir. 
 
Müəyyən  bir  situasiyada  qorxunun  ən  geniş  yayıl-
mış təzahürü: “Bacarmaram!”dır. Bu bizi  hərəkət  etməyə 
qoymayan  uğursuzluq  və  ya  itki  qorxusudur.  Tibb  elmi 
bunu  artıq  sübut  etmişdir.  Qorxan  adamın  dili  və  ağzı 
quruyur, ürəyi şiddətlə döyünməyə başlayır. Nəfəs dərin-
ləşir və  qarında  sancılar  olur. Bütün  bunlar,  qarşısı  alına 
biləcək neqativ adətin fiziki təzahürləridir. Qorxuya düş-
müş  insan,  avtomobil  işığı  qarşısında  donub  qalmış  cü-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
103 
yürə  bənzəyir.  Bu  qorxu  hərəkəti  iflic  edir.  Və  adətən 
beyini  qapayaraq,  “döyüş  ya  qaç”  reaksiyasını  oyadır. 
Qorxu, xoşbəxtliyimizi boğan və bizi ömür boyu geri sü-
rükləyən dəhşətli emosiyadır.  
 
 
Əksinə et. 
 
Aristotel cəsarəti, qorxaqlıq və ağılsızlıq arasındaki “Qızıl 
yatağı” adlandırmışdır. O öyrədirdi: “Müəyyən bir xüsu-
siyyətə  malik  olmaq  istəyirsənsə,  həmin  xüsusiyyətin  tə-
ləb olunduğu situasiyalarda artıq o xüsusiyyətə malik bir 
adam  kimi  davranmalısan.”  Özünə  təlqin  və  özünüzü 
arzuladığınız  xüsusiyyətə  malik  adam  kimi  aparmaqla 
xarakterinizi  istədiyiniz  tərəfə  dəyişə  bilərsiniz.  Qorxdu-
ğunuz zaman “Mən bacararam!” deyə özünüzə təlqin et-
məklə,  “Mən  bacarmaram!”  hissinin  qarşısını  ala  bilər-
siniz. Hər dəfə inamla “Mən bacararam!” dedikdə qorxu-
nuzu  silir,  inamınızı  artırırsınız.  Hər  dəfə  qorxduğunuz 
zaman bu kəlməni təkrarladıqca inam və cəsarətiniz daha 
da  artır  və  sonunda  qorxusunu  nəzarətdə  saxlayan  cəsa-
rətli adama çevriləcəksiniz.  
 
 Özünüzü qorxmaz kimi təsəvvür edin. 
Qorxduğunuz  məqamlarda  özünüzü  inamlı  və  sə-
riştəli  təsəvvür  etdikdə,  altşüurunuz  bu  təsəvvürü  hərə-
kətləriniz üçün təlimat kimi qəbul edir.  
Özünüzü  arzuladığınız  adam  kimi  təsəvvür  etmək, 
onun kimi düşünmək sonunda bu təsəvvürün pozitiv tə-
sirindən qaynaqlanmış real fakt kimi qayıdaraq sizi daha 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
104 
yaxşı olmağa vadar edir. “Rola girmək” metodundan isti-
fadə etməklə, müəyyən bir situasiyada qorxmayan adam 
kimi  hərəkət  edirsiniz.  Siz  dik  dayanır,  inamla  gülüm-
səyir, qətiyyətlə hərəkət edir və bütün vücudunuzla, artıq 
arzularınızda  olan  cəsarətə  malik  imiş  kimi  görünürsü-
nüz. 
Qayıdış  qanununa  görə,  “biz,  hisslərimizə  uyğun 
hərəkət edirik.” Və biz bu qanunu əks istiqamətdə tətbiq 
edə  bilsək,  yəni  müəyyən  bir  hissə  uyğun  hərəkət  etsək 
nəticədə bu hissi özümüzdə formalaşdıra bilərik. Bu, psi-
xologiyada siçrayış nöqtəsidir. Özünüzü, qorxduğunuz işi 
görməyə  vadar  etməklə  qorxunu  ram  etmiş  və  cəsarət 
qazanmış olursunuz.  
 
 
                               Qorxunu partladın. 
 
Satış  şirkətləri  ilə  işləyərkən  tez-tez  məndən,  xüsu-
silə  çətin  iqdisadi  vəziyyətdə  dövriyyənin  aşağı  düşməsi 
zamanı  satış  menecerlərinə  necə  kömək  etmək  lazım  ol-
duğunu  soruşurlar.  Mən  onlara  istənilən  vəziyyətdə  işə 
yarıyacaq  sadə  formul  verirəm.  Bu  “100  zəng”  metodu 
adlanır.  Bu  metodun  praktikası  zamanı,  satış  menecerin-
dən  siyahını  qarşısına  qoyub,  etirazla  üzləşəcəyinə  fikir 
vermədən  mümkün  qədər  qısa  vaxtda  yüz  abunəçiyə 
zəng  etməsini  xahiş  edirəm.  Etirazla  üzləşəcəyinə  fikir 
verməyən  satış  menecerlərinin  “uğursuzluq  qorxusu” 
əhəmiyyətli  dərəcədə  azalmış  olur.  Telefonda  ona  qulaq 
asan  adamın  etiraz  edib-etməyəcəyi  artıq  onu  maraqlan-
dırmır. Onu yalnız bir şey maraqlandırır: bacardığı qədər 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
105 
qısa vaxt ərzində yüz abunəçiyə zəng etmək. Əməkdaşlıq 
etdiyim satış şirkətlərindən biri, hər gün, on etirazla üzlə-
şən  ilk  satış  menecerini  mükafatlandırır.  Hər  səhər  8:30-
da  bütün  satış  menecerləri  artıq  öz  yerlərində  oturub 
zənglər  edərək  mükafatı  qazanmağa  çalışırlar.  Yarışma-
nın  sonuna,  bu  adətən  saat  10:00  radələri  olur, hər  kəsin 
“etiraz qorxusu” yox olur. Və bütün günlərini, etirazla üz-
ləşəcəklərinin fərqinə varmadan zənglər etməyə başlayır-
lar.  
 
 
Ayaq üstdə danışmağı öyrənin. 
 
1923-cü ildə “Beynəlxalq Sağlıq ustaları" təşkilatı ya-
radıldı.  Təşkilatın  əsas  məqsədi,  kütləvi  çıxışlardan  qor-
xan  adamları  cəlb  edib  onlara  böyük  auditoriya  qarşı-
sında  ayaq  üstdə  çıxış  etmək  inamı  və  səriştəsi  vermək 
idi. Statistikaya əsasən, yetkin insanların 54 % - nin kütlə-
vi  çıxış  qorxusu  ölüm  qorxusundan  daha  güclü  olur. 
"Sağlıq  ustaları"  təşkilatı  isə  çıxış  yolunu  bilirdi.  Onlar, 
psixoloqların  “həssaslığın  sistematik  azaldılması”  adlan-
dırdıqları nəzəriyyə əsasında sistem hazırladılar. Həftədə 
bir  dəfə,  nahar  və  ya  şam  vaxtlarında  “Sağlıq  ustaları” 
kiçik  qruplarla  yığışır.  Bu  yığıncaqlar  zamanı,  hər  kəs 
ayağa  qalxıb  digərləri  üçün  müəyyən  bir  mövzuda  qısa 
çıxış  etməli  olur.  Hər  çıxışın  sonunda  “natiq”  alqış,  tərif 
və pozitiv şərhlərə “məruz” qalır. Və yığıncağın sonunda, 
çıxışı  bir  dəqiqədən  belə  az  olanlar da  daxil  olmaqla  hər 
kəs  müəyyən  balla  qiymətləndirilir.  “Sağlıq  ustaları”nın 
yığıncağında  altı aylıq  iştirakdan sonra iştirakçılar, alqış-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
106 
larla qarşılanmış iyirmi altı çıxışlıq təcrübəyə malik olur-
lar.  Bu,  aramsız  pozitiv  təsir  iştirakçıların  inamını  əhə-
miyyətli  dərəcədə  artırmış olur. Bu  prosesin  nəticəsi  ola-
raq,  “Sağlıq  ustaları  təşkilatı”nın  siyasət,  biznes və  digər 
sferalarda  böyük  uğurlar  qazanmış  saysız  “məzunları” 
olmuşdur.  Onların,  kütləvi  çıxış  qorxuları  birdəfəlik  yox 
olmuşdur.  
 
                        
Eyni vaxtda iki qorxunu məhv edin. 
 
Psixoloqlar müəyyən etmişlər ki, müəyyən qorxular 
insanın  alt  şüurunda  cüt  şəkildə  mövcuddurlar.  Bu  qor-
xulardan birinin öhdəsindən gəlməklə siz onun ekizi olan 
qorxunu da ram etmiş olursunuz. Etiraz və ya satış zəngi 
qorxusunun kütləvi çıxış  qorxusu  ilə  cütlük təşkil etməsi 
kimi.  Kütləvi  çıxış  qorxusun  ram  etmək  üçün  “Sağlıq 
ustaları  təşkilatı”na  qoşulduqda  və  ya  Deyl  Karneginin 
kurslarına yazıldıqda, biz, etiraz qorxusunun da öhdəsin-
dən  gəlmiş  oluruq. Digərləri  ilə  münasibətdə  özünəinam 
hissimiz  dramatik  şəkildə  artır.  Bütün  həyatımız  müsbət 
tərəfə dəyişir.  
 
 
                              Qorxularınıza sinə gərin. 
 
Qorxuya sinə gərmək, onu ram etmək və onun əley-
hinə hərəkət etmək bacarığınız xoşbəxtlik və uğurun aça-
rıdır. Praktiki təlim olaraq ən yaxşısı, qorxduğunuz adam 
və ya situasiyanı  müəyyən etmək  və  bu qorxunun  öhdə-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
107 
sindən  gəlmək  üçün  dərhal  işə  keçməkdir.  Həyatınızı 
növbəti  dəfə  zəhərləməsinə  imkan  verməyin.  Qorxduğu-
nuz adam və ya situasiyanın öhdəsindən gəlin və qorxu-
nuzu ram edin.  
Seminarlarımın birində bir qadın, rəisinin çox neqa-
tiv  adam  olduğunu  dedi.  İdarənin  ən  yüksək  səviyyəli 
işçilərindən  biri  olmasına  baxmayaraq  daim  onu  tənqid 
edir  və  lazımınca  qiymətləndirmirdi.  Bütün  bunlar  qadı-
nın  peşəkar  həyatını  cəhənnəmə  çevirmişdi.  İşindən  vaz 
keçmək istəmirdi və etirazını bildirməyə də cəsarət etmir-
di.  Məndən  nə  etməsinə  dair  məsləhət  istədi.  Mən  ona, 
sonralar  çox  adama  verdiyim  bir  məsləhəti  verdim:  bir 
insanın  digərinə  təzyiq  etməsinin  yeganə  səbəbi  həmin 
adamın bu  işin  cavabsız  qalacağına  əmin  olmasıdır. Təz-
yiqin  öhdəsindən  gəlməyin  yeganə  yolu  cavab  vermək, 
qarşıdurmaqdır. Başqasına təzyiq edənlər əslində daxilən 
qorxaq  adamlar  olurlar  və  qarşıdurmaya  cəsarətləri  çat-
mır. O növbəti dəfə sizi tənqid edərək təzyiqə məruz qo-
yanda  inamla  onun  gözünün  içinə  baxın  və  cəsarətlə: 
“Mənimlə  bir  daha  bu  tonda  danışmamağınızını  xahiş 
edərdim. Çünki bu mənim şəxsiyyətimə  toxunur və işimi 
siz  istəyən  səviyyədə  görməyimə  mane  olur!”  deyin.  Bu 
sözləri dedikdən  sonra da  onun  gözlərinə  baxmaqda  da-
vam edin.  
Qadın  cəsarətli  oldu.  Növbəti  dəfə  rəisi  onu  tənqid 
edərkən  həmişəki  kimi  susmaq  əvəzinə  həmin  sözləri 
deyərək  onun  təzyiqinin  qarşısını  aldı.  Bundan  sonra  nə 
baş  verdiyini  mənə  məktubunda  yazdı.  Kəskin  cavabla 
üzləşən  rəis  donub  qalmışdı.  Özünə  gəldikdə  isə  dərhal 
üzr istəyib öz otağına qayıtdı. Və bir daha heç zaman onu 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
108 
tənqid  etmədi.  Qadın  cəsarətini toplayıb  bir dəqiqəlik  işi 
indiyə kimi görməyərək bu qədər vaxtı özünə əziyyət ve-
rərək  təzyiqə  dözməsinə  görə  təəssüf  edirdi.  Eleanor 
Ruzveltin  dediyi  kimi: “Özümüz  imkan  verməsək  kimsə 
bizə təzyiq göstərə bilməz.” 
 
 
                                Qorxuya tərəf gedin. 
 
Qorxunuzu  müəyyən  edib  özünüzü  onun  əleyhinə 
getməyə vadar etdikdə qorxunuz kiçilir və daha asan ida-
rə  edilən  olur.  Qorxunuz  kiçildikcə  isə  özünəinam  hissi-
niz artır. Və tezliklə qorxu sizin üzərinizdə nəzarəti itirir. 
Əksinə  hərəkət  etdikdə  isə,  qorxunuzdan  qaçdıqda  o 
daha  da  böyüyür.  Qısa  bir  vaxt  ərzində  düşüncə  və  his-
slərinizə hakim kəsilir, gün ərzində sizi öz təsirində saxla-
yır və gecələr rahat yatmağınıza mane olur.  
 
 
Liderlər iki cür cəsarətə malik olurlar. 
 
Liderlərin  əsas  xüsusiyyətləri  istəklərini  aydın  tə-
səvvür  etmələridir.  Rəhbərlik  etdikləri  komandanı  hansı 
istiqamətdə  apardıqlarını  aydın  təsəvvür  edirlər.  Onlar 
həmçinin şəxsi həyatlarının da  gələcəyini aydın  təsəvvür 
edirlər.  
Liderlərin  ikinci  ümumi  xüsusiyyətləri  cəsarətdir. 
Onların,  təsəvvürlərində  olan  məqsədə  nail  olmaq  üçün 
lazım olanı etməyə cəsarətləri çatır. Liderlər öndə olurlar 
və irəli addımlamağa cəsarət edirlər.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
109 
 
Sizə iki cür cəsarət lazımdır:  
Birincisi,  başlamaq,  əməli  işə  keçmək  üçün  lazım 
olan cəsarətdir. Siz uğura heç bir təminat olmadığı halda 
hər  şeyinizi  oyuna  qoyacaq  qədər  cəsarətli  olmalısınız. 
İnsanların başlıca səhvi, bacarıqlı olmalarına rəğmən belə 
ilk addımı atmaq üçün kifayət qədər cəsarətli olmamaları-
dır.  
İkincisi  isə  “Səbir  cəsarəti”dir.  Bu  cəsarət  sizə,  işə 
başladıqdan sonra, uzun müddət heç bir nəticə  olmadıq-
da  belə işinizdə  davam etmək  üçün lazımdır. Çox  adam, 
cəsarət edib ilk addımı atdıqdan sonra müəyyən bir müd-
dətdə  nəticə  əldə  etmədikdə  dərhal  işlərini  yarımçıq  qo-
yur, cəsarətsizlik və qorxaqlıq edərək dərhal əvvəlki işlə-
rinə,  təhlükəsiz  zonaya  qayıdırlar.  Başladıqları  işi  sona 
çatdırmağa cəsarətləri çatmır.  
 
 
                    Qorxunun öhdəsindən birbaşa gəlin. 
 
Qorxunun  öhdəsindən  gəlməyin  yeganə  yolu  ona 
qarşı  getməkdir.  Özünüzə  xatırladın  ki,  “inkar”  Misirdə 
çay deyil. İnsanların çoxunun, müəyyən bir qorxu ilə bağ-
lı problemlərinin olmasını inkar etmək kimi təbii tenden-
siyası  vardır.  Ona  qarşı  getməyə  qorxurlar.  Nəticədə  isə 
bu onların əsas stress, narahatlıq və psixoloji sarsıntı mən-
bəyinə çevrilir.  
Sizi  qorxudan  situasiya  və  ya  şəxsin  öhdəsindən 
birbaşa  gəlməyə  hazır  olun.  Şekspirin  dediyi  kimi:  “Qol 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
110 
çırmayın  çətinliklər  dəryasına,  son  qoyun  onlara  birdə-
fəlik.” 
Qorxunun  ortağı  narahatlıqdır.  Onlar  cüt  geyinən 
əkizlər  kimidirlər.  Bir  dəfə  Mark  Tven  demişdir:  “Mən 
həyatımda  çox şey  üçün  narahat  olmuşam  və  onların  isə 
heç biri baş verməyib.” Müəyyən edilmişdir ki, narahatlı-
ğını  çəkdiyimiz  hadisələrin  99  faizi  heç  vaxt  baş  vermir. 
Və baş verənlər də o qədər tez baş verir ki, ilkin məqamda 
narahat olmağa imkan tapmırıq.  
 
 
Fəlakət məruzəsi. 
 
Nə  üçünsə  narahat  olduqda  onun  həlli  üçün  “Fəla-
kət  məruzəsi”  yazın. Bu,  qorxu  və  narahatlığınızı  demək 
olar  həmin dəqiqə  yox  edəcək. Bunu  bəzən “qorxu dağı-
dıcı”  da  adlandırırlar.  Fəlakət  məruzəsi  dörd  hissədən 
ibarət olur: 
 
Birincisi,  narahatlığın  mənbəyini,  situasiyanı  dəqiq 
müəyyən  edin.  Sizi  narahat  edən  nədir?  Çox  zaman 
bizi  narahat  edən  situasiyanı  tam  aydınlaşdırmaq  və 
analiz etməklə dərhal çıxış yolunu tapmaq olur.  
 
İkincisi,  bu  situasiyanın  ən  pis  nəticəsini  aydınlaş-
dırın.  İşinizi  itirəcəksiniz?  Münasibətləriniz  korlana-
caq?  Pul  itirəcəksiniz?  Baş  verə  biləcək  ən  pis  şey  nə 
olacaq? Bunu dəqiq aydınlaşdırdıqda, baş  verəcək ən 
pis  hadisənin  belə  sizi  məhv  etməyəcəyini  görəcək-
siniz.  Müəyyən  qədər  diskomfort  və  ya  çətinliklərlə 
üzləşəcəksiniz  amma  bu  da  tezliklə  ötüb  keçəcək.  Və 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
111 
üzləşəcəyiniz  itkilər  heç  də  bu  qədər  narahatlıq  və 
daxili təlatümə dəyməz.  
 
Üçüncüsü,  ən  pis  nəticə  ilə  üzləşməyə  hazır  olun. 
Öz-özünüzə  deyin:  “Bu  baş  versə  mən  ölməyəcəm. 
Çıxış  yolu  tapıb  yoluma  davam  edəcəm.”  Narahatlı-
ğın  verdiyi  stresin  çoxu  inkar  etmək,  baş  verəcək  ən 
pis şeyi görməmək üçün gözünü yummaq nəticəsində 
yaranır. Ən pis nəticəni belə təsəvvür edib onu qəbul 
etməyə  hazır  olduqda  isə  bütün  narahatlıq  və  stress 
yoxa çıxır.  
 
Dördüncüsü, pis  nəticənin  baş  verməsinin qarşısını 
almaq  üçün  indidən  əməli  fəaliyyətə  keçin.  Ən  pis 
nəticənin  qarşısını  ala  biləcək  bütün  mümkün  işləri 
görün. Dərhal işə keçin. Nə isə edin. Cəld olun, hərə-
kətli  olun!  Pis  nəticənin  təsirini  azaltmaqla  o  qədər 
məşğul olun ki,  onun haqda narahat olmağa vaxtınız 
olmasın.  
 
 
Əsl Zərdab. 
 
Bütün  təhqiqatların  nəticəsi  olaraq,  qorxu  və  nara-
hatlığın  yeganə  həlli  yolu,  məqsədyönlü,  intizamlı  fəa-
liyyətdə  tapılmışdır.  Məqsədləriniz  istiqamətində  fəaliy-
yət sizi o qədər məşğul etməlidir ki, narahatlıq və qorxu-
ya  vaxtınız  olmasın.  Kifayət  qədər  cəsarətli  və  intizamlı 
olub  qorxu  və narahatlığa  rəğmən  irəli getməkdə davam 
etdikdə özünüzə hörmətiniz artır və öz gözünüzdə ucalır-
sınız. Və nəhayətdə, qorxu hissini tam ram etmiş cəsarətli 
bir  insan  olursunuz.  İnamla  irəliləmək  üçün  lazım  olan 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
112 
cəsarəti  özünüzdə  aşıladıqdan  sonra  özünüzdə  inadkar-
lıq xüsusiyyəti formalaşdırmalısınız ki, bu haqda növbəti 
hissədə danışacağıq. 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
113 
Tapşırıq: 
 
1.  Beş  ən  böyük  qorxunuzu  müəyyən  edin.  Elə  bu  də-
qiqə kağız və qələm götürüb onları yazın. 
2.  Uğurunuza tam təminat verilsəydi nələri edərdiniz?  
3.  Nəyi  həmişə  arzulamısınız  lakin  etməyə  qorxmusu-
nuz?  Uğura  tam    təminat  olsaydı  nəyi  fərqli  edərdi-
niz? 
4.  Uğursuzluq və itki qorxusu şəxsi və peşəkar həyatını-
zın hansı sahələrində daha çoxdur? Onları aradan qal-
dırmaq üçün dərhal nə edə bilərdiniz?  
5.  Tənqid, etiraz və utancaqlıq qorxusu həyatınızın hansı 
üç  sahəsində  daha  güclü  olur?  Onların  öhdəsindən 
necə gələ və yox edə bilərsiniz? 
6.  Nəticənin  uğurlu  olacağına  əmin  olsaydınız  özünüz 
üçün hansı nəhəng məqsədi müəyyən edərdiniz? 
7.  Bank hesabınızda 20 milyon dollar, həyatınızın sonu-
na isə cəmisi on iliniz qalsaydı nəyi fərqli edərdiniz? 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
114 
VII HİSSƏ 
Daxili-İntizam və İnadkarlıq 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin