Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   2   3   4   5   6   7   8   9   ...   24
Brian Tracy The Power of Self-Discipline

iki canavar oturub. Sol çiynimdəki qara canavardı və məni daim 
pis əməllərə təhrik edir. Sağ çiynimdəki isə ağ canavardı və mə-
ni  yaxşı  işlərə  ruhlandırır.”  Onda  şagird  soruşur:  “Onlardan 
hansı daha güclüdür” Müəllim cavab verir: “Daha çox bəslədi-
yim!” 
Konsentrasiya  qanununa  uyğun  olaraq  diqqətinizi 
nəyin  üzərində  çox  cəmləyirsinizsə  o  inkişaf  edir.  Dəyər 
verdiyiniz  prinsiplər  haqda  düşündükcə  onlar  sizin  alt-
şüurunuza nüfuz edir və sonda siz özünüzdən asılı olma-
yaraq  həmin  prinsiplərə  uyğun  hərəkət  edirsiniz.  Xarak-
terinizi  prinsiplərinizə  uyğun  formalaşdırmaq  üçün  hər 
dəfə daxili-intizam və iradənizi sınağa çəkdikdə siz daha 
güclü  və  parlaq  şəxs  olmaq  istiqamətində  sürətlə  irəlilə-
miş olursunuz.  
 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
49 
Tapşırıqlar: 
 
1.  Sağ və ya ölü olmasından asılı olmayaraq pərəstiş et-
diyiniz 3 şəxsin adını yazın və  onların hər birində ən 
çox qiymətləndirdiyiniz 1 xüsusiyyəti deyin. 
2.  Özünüzdə ən çox formalaşdırmaq istədiyiniz xüsusiy-
yəti müəyyən edin. 
3.  Özünüzü ən rahat hiss etdiyiniz  və  olmaq istədiyiniz 
şəxs kimi apardığınız situasiyaları qeyd edin. 
4.  Hansı  hallarda  özünüzü  daha  çox  qiymətləndirirsi-
niz? 
5.  Artıq istədiyiniz xarakterə malik olmuş olsaydınız in-
diki hərəkətlərinizdən nəylə fərqlənərdiniz. 
6.  Adınız  çəkilərkən  insanların  yadına  hansı  xüsusiyyə-
tinizlə düşmək istərdiniz və bunun baş verməsi üçün 
nə lazımdır? 
7.  Hansı sahədə daha etibarlı və güclü olmaq istərdiniz? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
50 
III HİSSƏ 
Daxili-İntizam və Cavabdehlik 
 
“Biznesdə uğur qazanmaq istəyən şəxs adətlərin gücünü 
və təsirini başa düşməlidir. İşinə mane olan adətləri tərgitməyə 
və uğur qazanması üçün tələb olunan adətləri özündə aşılama-
ğa hazır olmalıdır.” 
                                                             Pol Qetti 
 
Öz həyatınız üçün cavabdehliyi üzərinizə götürmək 
bacarığı və iradəsi uğur, nailiyyət, sağlamlıq və xoşbəxtlik 
üçün  son  dərəcə  vacib  amildir.  Həyatınızdakı  uğursuz-
luqlarda  digər  insanları,  cəmiyyəti,  təşkilatları,  şəraiti  və 
bir sözlə özünüzdən başqa hər kəsi və hər şeyi günahlan-
dırmaq  mənəviyyatınızı  kasadlaşdırır,  iradənizi  zəiflədir 
və  xarakterinizi  məhv  edir.  Sonsuz  bəhanələr  axtarışına 
gətirib  çıxarır.  Siz  diqqətinizi  uğur  qazanmaq  üzərində 
cəmləşdirmək əvəzinə bəhanələr axtarmaqla məşğul olur-
sunuz.  
 
 
Mənim nəhəng kəşfim. 
 
İyirmi-bir yaşım olarkən mən kiçik bir mənzildə ya-
şayır  və  tikintidə  fəhlə  işləyirdim.  Səhər  saat  5-də  yuxu-
dan  qalxırdım  ki,  üç  avtobus  dəyişərək  saat  8-də  işə  ça-
tım. Evə axşam 7-dən tez gələ bilmirdim. Qazandığım pul 
məvacibdən-məvacibə  güclə  çatırdı,  şəxsi  maşın  haqda 
söhbət belə gedə bilməzdi, paltarım yalnız ehtiyacım olan 
qədər  idi,  pul  toplamaq  isə  demək  olar  mümkün  olmur-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
51 
du. Evdə nə radio, nə də televizorum var idi. Qışın oğlan 
çağı idi, havanın temperaturu mənfi 10 dərəcəyə yaxın idi 
və mən nadir hallarda axşam çölə çıxırdım. Ölümcül yor-
ğun olmadığım hallarda kiçik mətbəxdə oturub kitab oxu-
yaraq  mürgü  vururdum.  Və  belə  bir  axşamların  birində, 
yenə də mətbəxdə kitab oxuyarkən qəfil mənə aydın oldu 
ki,  “Bu  mənim  həyatımdır!”  Hansısa  teatr  tamaşasının 
məşqi deyil, Mənim Həyatımdır. Tamaşa artıq səhnədədir 
və mən də baş rolun ifaçısıyam. Bu  fikir  beynimdə  qığıl-
cım kimi alışdı. Mən ətrafıma, darısqal mənzilimə və özü-
mə baxdım və ali təhsilə malik olmadığımı xatırladım. İx-
tisaslaşdığım  yeganə  sahə  fiziki  iş  idi.  Qazancım  yalnız 
əsas  tələbatımı  ödəməyə  yetirdi.  Və  anladım  ki,  mən 
özüm dəyişməyənə kimi heç nə dəyişməyəcək. Bunu kim-
sə  başqası  mənim  yerimə  etməyəcək.  Daha  dəqiq  desək 
bu, məndən başqa heç kimi maraqlandırmırdı. Həmin an-
dan öz həyatım və həyatımda baş verən hər şeyə görə mə-
suliyyətin  yalnız  öz  üzərimə  düşdüyünü  anladım.  MƏN 
cavabdehəm!  İndi  olduğum  vəziyyətə  görə  çətin  uşaqlıq 
keçirməyi  və  ya  nə  isə  başqa  bir  şeyi  günahlandıra  bil-
məzdim. Cavabdeh mən özüməm. Sükan mənim əlimdə-
dir. Bu mənim həyatımdır  və  mən nə isə dəyişmək  üçün 
hərəkətə  keçməsəm  həyatım  ətalət  qüvvəsi  hesabına  yu-
varlanıb gedəcək. Bunu dərk etməklə mənim həyatım də-
yişdi. Bir daha əvvəlki adam olmadım. Həmin andan eti-
barəm get-gedə həyatıma  görə  daha çox  cavabdehlik gö-
türməyə başladım. İşimi qovulmamaq xatirinə yalnız mi-
nimum  səviyyədə  deyil,  bütün  bacarığımı  sərf  edərək 
görmək  cavabdehliyini  götürdüm.  Maliyyə  vəziyyətim, 
sağlamlığım və xüsusən də gələcəyimə görə cavabdehliyi 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
52 
qəbul etdim. Ertəsi gün nahar fasiləsində yaxınlıqdakı ki-
tab  dükanına  getdim  və  mənə  faydası  dəyəcək  kitabları 
almaq  adətinə  start  verdim.  Həyatımı  şəxsi  inkişaf  və 
mümkün  olan  bütün  sahələrdə  daimi  təhsilə  həsr  etdim. 
Biznes həyatımın yerdə qalan hissəsini, indinin özünə ki-
mi  nə  isə  öyrənmək  lazım  gəldikdə  dərhal  kitablara, 
audio  materiallara,  seminarlara  və  s.  bu  kimi  vasitələrə 
müraciət  edirəm.  Mənə  aydın  oldu  ki,  qarşıya  qoyulan 
məqsədə  nail  olmaq  üçün  lazim  olan  hər  şeyi  öyrənmək 
olar.  
Zamanla  dərk  etdim  ki,  insanların  tam  80    faizi  öz 
həyatlarına  görə cavabdehliyi öz  üzərlərinə  götürmürlər. 
Onlar həyatlarında xoşları gəlməyən hər şeyə görə digər-
lərini  günahlandırır,  şikayət  edir  və  bəhanələr  gətirirlər. 
Bu  yolla  onlar,  bütün  potensiallarını  və  uğur  şanslarını 
məhv edirlər.  
 
 
Uşaqlıqdan yetkinliyə. 
 
Uşaq  yaşlarından  insanlar  öz  həyatlarına  görə 
cavabdehliyi digərlərində  görməyə adət edirlər. Bu  təbii-
dir. Uşaqlara görə cavabdehliyi valideynlər daşıyır. Uşaq-
ların  yerinə  bütün  qərarları  onlar  verirlər.  Uşağın  nə  ye-
yəcəyi,  nə  geyinəcəyi,  hansı  oyuncaqlarla  oynayacağı, 
hansı  məktəbə  gedəcəyi,  boş  vaxtını  nəyə  sərf  edəcəyi 
haqda qərarları valideyn verir. Uşaqlar sadəlövh, təcrübə-
siz  və  biliksiz  olduqlarından  valideyn  tərəfindən  idarə 
edilməkləri daha yaxşıdır.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
53 
İnsanların  çoxu  böyüdükdə  belə  həyatlarında  baş 
verənlərə görə digərlərini cavabdeh hesab edirlər. Günah 
onların deyil, başqasınındır. Səhvi onlar deyil, kimsə baş-
qası  edib.  Onlar  başqa  adamın  səhvinin  qurbanı  olublar. 
Nəticədə,  insanların  əksəriyyəti  həyatlarında  baş  verən 
yalnışlıqlara  görə  başqasını  günahlandırır  və  bəhanələr 
gətirirlər.  
 
 
Valideynlərinizin səhvlərini adlayın. 
 
Uşaq vaxtı valideynləriniz sizi etdiyiniz hansısa səh-
və görə tənbeh edəndə bu günahkarlıq hissi sizin alt-şüu-
runuza çökür. Valideynləriniz sizi fiziki və ya mənəvi cə-
hətdən cəzalandırarkən siz özünüzü dəyərsiz və yararsız 
hiss  edirsiniz.  Onlar  məhəbbətlərini  boğub  sizi sözə  bax-
madığınız  üçün  cəzalandırarkən  siz  ozünüzü  nalayiq  və 
qiymətsiz sayırsınız. Və sonunda bütün bu neqativ hisslər 
sizin  xarakterinizə  hopur,  özünüzü  qurban  kimi  hiss  et-
məyinizə  və  həyatınıza  görə  digərlərini  cavabdeh  bilmə-
yinizə səbəb olur. Kritikaya çox yer verilən evdə böyüyən 
uşaqların  əksəriyyətində  “Mən  kifayət  qədər  yaxşı  deyi-
ləm” hissi formalaşır. Bu hissə görə biz özümüzü digərlə-
ri  ilə  müqayisə  edirik. Biz,  daha  xoşbəxt  və  inamlı  görü-
nən  insanları  özümüzdən  üstün  hesab  edirik.  Bizdə  də-
yərsizlik hissi formalaşır. Bu emosional tələ ola bilər.  
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
54 
Ölümcül səhv. 
 
Əgər  biz  hər  hansısa  bir səbəbdən  digərlərinin  biz-
dən yaxşı olmasını düşünürüksə onda uyğun olaraq özü-
müzü onlardan pis hesab edirik. Onları özümüzdən “də-
yərli”  hesab  etdikdə,  özümüzü  “dəyərsiz”  hesab  etmiş 
oluruq. Bu dəyərsizlik və ya qiymətsizlik hissi şəxsi prob-
lemlər kimi bir çox siyasi və sosial problemlərində əsasını 
təşkil edir.  
Uşaqlıqda məruz qaldığımız kritikanın dağıdıcı təsi-
rinin nəticəsi olan günahkarlıq və dəyərsizlik hissini boğ-
maq  üçün  biz  digər  insanların  və  şəraitin  üzərinə  cuma-
raq  onları  günahlandırırıq.  Həyatımızda  hər  hansısa  bir 
uğursuzluq  baş  verdikdə  biz  dərhal  ətrafımıza  baxaraq, 
“Kimi günahlandırmaq olar?” deyə axtarırıq.  
Əksər  dinlər  günah  konsepti  öyrədirlər  ki,  onlara 
əsasən nə isə yalnışlıq olduqda kim isə günahkardır. Kim-
sə  cəzalandırılmalıdır.  Bütün  bu  günah  və  cəzalandırma 
ideyası  qəzəb,  kin  və  məsuliyyətsizliyin  artmasına  səbəb 
olur.  
 
 
Məsuliyyətsizlik mövqeyi. 
 
Bu  gün  məhkəmələr,  həyatlarında  baş  vermiş  yal-
nışlıqlara  görə  təzminat  tələb  edən  insanlarla  doludur. 
Ambisialı vəkillərin köməyinə arxalanaraq insanlar  məh-
kəmələrə müraciət edərək, özləri günahkar olduqları hal-
da belə kompensasia tələb edirlər.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
55 
İnsanlar  məsuliyyət  götürmək  istəmirlər.  Onlar  isti 
kofeni üstlərinə dağıdır və buna görə onlara isti kofe sat-
mış kafeni günahlandırırlar. Sərxoş vəziyyətdə sükana əy-
ləşib  qəza  törədirlər  və  bunun  günahını avtomobil  isteh-
salçısında  görürlər.  Bütün  hallarda  insanlar  məsuliyyət-
dən  qaçır,  günahı  başqasının  üzərinə  yıxır  və  bu    azmış 
kimi təzminatda tələb edirlər.  
 
 
Neqativ emosiyaların ləgv edilməsi. 
 
İnsanların  çoxunun  müəyyənləşdirici  faktoru  xoş-
bəxt olmaq istəyirdir. Xoşbəxtliyin əsası neqativ emosiya-
ların  olmamasıdır.  Neqativ  emosiya  olmadıqda  qəlbimiz 
pozitiv  emosiyalarla  dolu  olur.  Beləliklə,  siz  həqiqətən 
xoşbəxt olmaq  istəyirsinizsə bütün həyatınızın  əsas məq-
sədi və işi neqativ emosiyaların ləğv edilməsi olmalıdır.  
Neqativ  emosiyalar  həddən  artıq  çoxdur.  Ən  geniş 
yayılmışları  günahkarlıq,  paxıllıq,  qısqanclıq,  qorxu  və 
düşmənçilikdir ki, onlarında hamısı birlikdə, daxili və ya 
xarici  olmasından  asılı  olmayaraq  qəzəbi  formalaşdırır. 
Qəzəb, başqalarına ifadə edilmədikdə, qəlbinizdə saxlan-
dıqda  daxili,  başqalarını  tənqid  etmək  və  hücum  etmək 
formasında biruzə verildikdə isə xarici olur.  
 
 
Psixoloji xəstəlik. 
 
Psixoloji  xəstəliyin  əsas  səbəbi  neqativ  emosiyalar-
dır. Bu, beynin bədəni xəstə etdiyi hallardır. Neqativ emo-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
56 
siyalar,  xüsusən  qəzəb  şəklində  ifadə  edildikdə,  immun 
sistemini zəiflədir və adamı soyuq, zökəm və digər xəstə-
liklərə  qarşı  zəif  edir.  İdarəedilməz  qəzəb  partlayışı  in-
farkt, beyinə qansızması və nevroza səbəb ola bilir.  
Möhtəşəm  kəşf:  Neqativ  emosiyaların,  xüsusən  qə-
zəbin mövcudluğu insanların həyatlarındakı yalnışlıqlara 
görə  başqa  bir  insanı  və  ya  şəraiti  günahlandırmaq  adə-
tindən qaynaqlanır. 
Özünü,  həyatındakı  problemlərinə  görə  digərlərini 
günahlandırmaqdan çəkindirmək güclü daxili-intizam tə-
ləb edir.  
Kim  olmağınız, nəyə  malik olmağınız  və  həyatınız-
da baş verən hər şeyə görə bütün məsuliyyəti öz üzərini-
zə  götürmək  güclü  daxili-intizam  tələb  edir.  Fırtına  və 
zəlzələ kimi sizdən asılı olmayan hadisələrdə belə, siz bu 
hadisələrə  verdiyiniz  reaksiyaya  görə  cavabdehsiniz.  Şü-
urlu şəkildə neqativ emosiyaları qovaraq həyatınızı yaxşı 
məcraya  yönəldəcək  və  insanlarla  münasibətlərinizi  yax-
şılaşdıracaq  pozitiv  şeylər  düşünmək  güclü  özünüidarə 
və daxili-intizam tələb edir. Əvəzində əldə edəcəyiniz nə-
ticə möhtəşəm olacaq.  
 
 
Günahlandırmaq asandır. 
 
Az  müqavimətli  yolla  gedərkən  ən  geniş  yayılmış 
düşüncəsiz  hərəkət  hansısa  bir səbəbdən  baş  vermiş  yal-
nışlığa görə başqasını günahlandırmaqdır. Başqalarını gü-
nahlandırmağa adət etmiş insanlar tez-tez nəyəsə görə qə-
zəblənirlər.  Gözlənildiyi  kimi  işləmədiyinə  görə  hansısa 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
57 
cansız əşyanı günahlandırmaq o qədər absurddur ki, bu-
nu dəliliyin bir addımlığı hesab etmək olar. Bəziləri ilişən 
qapıya  əsəbləşir.  Bəziləri  iş  görərkən  səhvə  yol  verdikdə 
əllərindəki  alətlərini  lənətləyir.  Digərləri  avtomobilin  işə 
düşməməsinə əsəbiləşir.  
 
 
Neqativ emosiyalar əleyhinə zərdab. 
 
Neqativ  emosiyaların  ləğv  edilməsinin  ən  asan  və 
qısa üsulu “Mən məsuliyyətliyəm!” deməkdir. Qəzəbinizi 
işə  salacaq  ya  da  neqativ  emosiya  oyadacaq  bir  şey  baş 
verən kimi onun təsirini neytrallaşdırmaq üçün dərhal öz-
özünüzə deyin: “Mən məsuliyyətliyəm!” Əvəzetmə qanu-
nuna əsasən siz neqativ emosiyaları pozitivlə əvəz edə bi-
lərsiniz. “Mən məsuliyyətliyəm” dedikdə, iki emosiya ey-
ni vaxta mövcud ola bilmədiyindən, siz avtomatik olaraq 
neqativ  emosiyanı  qovmuş  olursunuz.  Məsuliyyəti  öz 
üzərinə  götürərək  eyni  vaxtda  qəzəbli  qalmaq  mümkün 
deyil.  Sakitləşmədən  və  soyuqqanlılıqla  diqqətini  işin 
üzərinə  yönəltmədən  cavabdehliyi  öz  üzərinə  götürmək 
mümkün deyil.  
Nə qədər ki, həyatınızdakı uğursuzluqlara görə baş-
qalarını günahlandırırsınız siz “Psixoloji uşaq” olaraq qa-
lacaqsınız.  Özünüzü  kiçik  və  köməksiz  uşaq  kimi  gör-
məkdə  davam edəcəksiniz. Və  əksinə,  başınıza  gələn  hər 
bir  işə  görə  məsuliyyəti  öz  üzərinizə  götürdüyünüz  za-
man  “Psixoloji  yetkin”ə  çevriləcəksiniz.  Artıq  özünüzü 
qurban  kimi deyil,  lazım olan imkanlara malik  cavabdeh 
insan kimi görəcəksiniz.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
58 
Anonim  alkoqolik  görüşlərində,  alkoqol  aludəçiliyi 
problemini yaşayan insanlar yığıncaq təşkil edirlər. Və bu 
yığıncaqlar  zamanı  bir  fakt  aydın  olur  ki,  onlar  alkoqol 
asılılıqları  və  həyatlarındakı  digər  problemlərə  görə  mə-
suliyyəti  öz  üzərlərinə  götürməyənə  kimi  vəziyyəti  dü-
zəltmək  mümkün  deyil.  Bu  fakt  yalnız  alkoqol  asılılığı 
problemi yaşayan insanlar üçün deyil, həyatında istənilən 
cür problemlə üzləşən hər kəs üçün doğrudur.  
 
 
Pul və Emosiyalar. 
 
Həyatımızdakı problemlərin əksəriyyəti pul ilə bağ-
lıdır: pulu qazanmaq, xərcləmək, yatırım etmək və ya itir-
mək. Və uyğun olaraq  neqativ  emosiyalarımızın da  çoxu 
pulla bağlıdır. Fakt isə ondan ibarətdir ki, maliyyə vəziy-
yətinizə  görə  siz  özünüz  cavabdehsiniz.  Seçim  də,  Qərar 
da sizindir. Maliyyə vəziyyətinizin pis olmasına görə baş-
qalarını  günahlandıra  bilməzsiniz.  Sükan  sizin  əlinizdə-
dir.  Yalnız,  qazancınıza  (peşəni  siz  özünüz  seçirsiniz), 
ödəniləcək  hesablara  (hesablar  sizin  xərclərinizə  uyğun 
gəlir)  və  yatırımlarınıza  görə  cavabdehliyi  öz  üzərinizə 
götürdükdən sonra “iqdisadi uşaqlıqdan” , “iqdisadi yet-
kinliyə” keçə bilərsiniz.  
 
 
Cavabdehlik və Kontrol 
 
Öhdənizə  götürdüyünüz  cavabdehlik  və  həyatınız 
üzərindəki  şəxsi  kontrolunuz  arasında  birbaşa  əlaqə  var. 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
59 
Daha çox cavabdehlik götürdükcə daha çox kontrola ma-
lik  olursunuz.  Və  daha  çox  kontrola  malik  olduqca  özü-
nüzü  daha xoşbəxt  hiss  edirsiniz.  Cavabdehliyiniz  çoxal-
dıqca özünüzü daha güclü, bacarıqlı və həyatınızı mənalı 
hiss edirsiniz. Hərəkətlərinizə görə cavabdehliyi öz üzəri-
nizə  götürmək,  sizi  xoşbəxtlikdən  uzaq  salan  neqativ 
emosiyaları məhv edir. 
“Mən cavabdehəm” demək istənilən situasiyada ne-
qativ  emosiyalara  qarşı zərdab rolunu oynayır.  Sonra isə 
baş  verən  hadisədə  nəyə  görə  cavabdeh  olduğunuzu ay-
dınlaşdırın.  Ağlınız,  hər  iki  tərəfi  iti  olan  qılınc  kimidir. 
Hər iki istiqamətdə kəsə bilər. Ağlınızı baş vermiş hadisə-
də günahkar axtarmağa və yaxud da nə də səhv etdiyinizi 
və vəziyyəti düzəltmək üçün yollar axtarmağa sərf edə bi-
lərsiniz. Siz ya bəhanə edə bilərsiniz ya da inkişaf edə bi-
lərsiniz.  Seçim  özünüzündür!  Hətta  siz  işdə  olduğunuz 
zamanı kim isə  avtomobilinizi zədələmişsə, siz hadisəyə 
görə bilavasitə cavabdehlik daşımasanızda, ona verəcəyi-
niz reaksiyaya görə cavabdehlik daşıyırsınız.  
 
 
Şikayət etməyin, izah etməyin. 
 
Lideri,  həqiqi  üstün  şəxsi  fərqləndirən  cəhət  vəziy-
yətə  görə  tam    cavabdehlik  götürmək  bacarığıdır.  Prob-
lem və çətinliklə üzləşdikdə məsələnin həlli yolunu axtar-
maq əvəzinə şikayət edən və günahlandırmaq üçün adam 
axtaran  birini  həqiqi  lider  kimi  təsəvvür  etmək  çətindir. 
“Cavabdehlik  götürmək  bacarığı”  yüksək  inkişafa  malik 
şəxslərin  nişanəsidir.  Sizin  ixtiyarınızda  olmayan  şeylərə 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
60 
hirslənməyəcəyinizə və ruhdan düşməyəcəyinizə təminat 
verməklə  öz  həyatınız  üçün  cavabdehliyi  bütünlüklə  öz 
üzərinizə götürürsünüz. Havanın necə olmasına əsəbiləş-
mədiyiniz kimi, həyatınızda kontrol edə bilmədiyiniz ha-
disələr  baş  verdikdə  də  əsəbiləşmirsiniz.  Bundan  başqa, 
keçmişdə  baş  vermiş hadisələrə  görə bu  gün əsəbiləşmə-
yinizə  və  narahatçılıq  keçirməyinizə  də  yol  vermirsiniz. 
Öz-özünüzə deməlisiniz: “Dəyişdirilə bilməyən şeyə döz-
mək lazımdı”. Keçmişdə, hətta illər öncə baş vermiş hadi-
sələrə  görə  insanların  kədərlənməsi  və  əziyyət  çəkməsi 
heyrətamizdir.  Hər  dəfə  həmin  hadisələri  xatırlayarkən 
neqativ hisslərə qapılır, əsəbiləşir və depressiyaya düşür-
lər. Amma xoş xəbər də var, istənilən an həmin hadisələr 
haqda  düşünməyi  və  narahatlıq  keçirməyi  dayandırmaq 
olar. Siz keçmişdə baş vermiş hadisələri unudub əvəzində 
gələcək  məqsədləriniz  haqda  düşünə  və  planlar  qura  bi-
lərsiniz.  Elen  Kellerin  dediyi  kimi:  “Üzünü  günəşə  çevi-
rəndə kölgələr arxada qalır”. 
 
 
Özünüidarə. 
 
İstənilən  cür  özünüidarə  emosiyalara  görə  cavab-
dehlik  götürmək  sayəsində  əldə  edilir.  Həyatınızda  baş 
verən hadisələrə görə məsuliyyəti tam öz üzərinizə götür-
məklə emosiyalarınızı nəzarət altına almış olursunuz. Bə-
hanələr axtarmaq, şikayət etmək və kənarda günahkar bir 
adam axtarmağı rədd edirsiniz. Əvəzində, “Mən cavabde-
həm”  deyib  vəziyyəti  düzəltmək  üçün  hərəkətə  keçirsi-
niz.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
61 
Yeganə zərdab fəaliyyətdir. 
 
Qəzəb  və  narahatlıq  əleyhinə  əsl  zərdab,  gələcək 
məqsədlər istiqamətində əməli fəaliyyətdir ki, bu da növ-
bəti hissənin mövzusudur. Düşüncə və hissləri cilovlaya-
raq  gələcək  məqsədlər  istiqamətində  əməli  fəaliyyətə  ke-
çib o qədər məşğul olmaq lazımdır ki, keçmiş narahatlıq-
lar haqda düşünüb neqativ emosiyaların baş qaldırmasına 
yol verməyə vaxt olmasın. İradə və daxili-intizamınızı sə-
fərbər  edərək  həyatınıza  görə  cavabdehliyi  öz  üzərinizə 
götürdükdə  siz  düşüncə  və  hisslərinizi  tam  nəzarətə  al-
mış olursunuz.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
62 
Tapşırıq: 
 
1.  Həyatınıza görə tam cavabdehlik götürün. Şikayət et-
məyin. 
2.  Keçmişinizə  nəzər  salın  və  sizi  hələ  də  narahat  edən 
şəxs  və  ya  hadisəni  seçin. Neqativ hisslərinizi  “eşələ-
mək”  əvəzinə  baş  vermiş  hadisədə  nə  səbəbdən  ca-
vabdeh olduğunuzu aydınlaşdırın. 
3.  Keçmişdə  sizə  mənfi  təsir  göstərən  münasibəti  seçin 
və  baş  verənlərdə  nə  üçün  cavabdeh  olduğunuza  üç 
dəlil gətirin.  
4.  Keçmişinizdən,  sizi  hələ  də  narahat  edən  bir  şəxs  se-
çin və onu sizə vurduğu ziyana görə tamamilə bağış-
layın. Bu sizə emosional azadlıq verəcək. 
5.  Maliyyə  vəziyyətinizə  görə  tam  cavabdehlik  götürün 
və maliyyə vəziyyətinə görə kimisə günahlandırmaq-
dan vaz keçin. 
6.  Ailənizə görə tam cavabdehlik götürün və əgər hansı-
sa problem varsa dərhal onun həllinə başlayın.  
7.  Sağlamlığınıza görə tam cavabdehlik götürün. Dərhal, 
tam sağlamlıq əldə etmək istiqamətində fəaliyyətə ke-
çin. 
 
 
 
 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
63 
IV HİSSƏ 
Daxili-İntizam və Məqsədlər 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin