Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Brian Tracy The Power of Self-Discipline

“Biz,  aramsız  nə  ediriksə  oyuq;  mükəmməllik  isə  müəy-
yən bir iş deyil, adətdir.” 
                                                            Aristotel 
 
Siz  ən  dəyərli  mülkiyyətiniz  özünüzsünüz.  Həyatı-
nız, potensialınız və imkanlarınız malik olduğunuz ən də-
qiq şeylərdir. Və həyatınızın ən əsas məqsədi potensialını-
zı  reallaşdırmaq  və  maksimum  nailiyyət  əldə  etmək  ol-
malıdır.  
Sizin öyrənmək, inkişaf etmək və potensialınızı üzə 
çıxarmaq  qabiliyyətiniz  hüdudsuzdur.  Bu  gün  insanlar, 
cavan yaşlarında yeni bilik və bacarıqlar əldə edərək uni-
versitet  və  kolleclər  bitirirlər.  Beyninizi  ayıq  və  daim 
maksimum dərəcədə fəaliyyətdə saxlasanız öyrənmək  və 
yadda  saxlamaq  qabiliyyətiniz  ömrünüzün  axırına  kimi 
davam edəcək.  
Ən  dəqiq  maliyyə  mülkiyyətiniz  qazanmaq  bacarı-
ğıdır.  İşləmək  qabiliyyətiniz  ömürlük  qazancın  başlıca 
mənbəyidir. Siz evinizi, avtomobilinizi, işinizi, bank hesa-
bınızı  və  ümumiyyətlə  hər  şeyinizi  itirə  bilərsiniz,  lakın 
nə  qədər  ki,  qazanmaq  qabiliyyətiniz  var,  onların  hamı-
sını geri qaytara bilərsiniz.  
 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
78 
Ən böyük yatırımınız. 
 
İnsanların  çoxu  bundan  xəbərsizdir.  Onlar  qazan-
maq  bacarıqlarını  anadangəlmə  hesab  edirlər.  Lakin  bu 
belə  deyil.  Peşənizi  öyrənməyə  və  bacarığınızı  artırmağa 
sərf etdiyiniz təhsil, təcrübə və ağır zəhmət qazanmaq ba-
carığının inkişaf  etdirilməsinə sərf  edilmişdir. Qazanmaq 
bacarığınız  əzələ  kimi  bir  şeydir.  İllərlə  məşq  sayəsində 
güclənə  bilir.  Bunun  əksi  də  öz  təsirini  göstərir:  məşq 
etmədikdə əzələ zəiflədiyi kimi zamanla qazanmaq baca-
rığı  da  lazımi  təlim  görmədikdə  zəifləyir.  Başqa  sözlə 
sizin qazanmaq  qabiliyyətiniz ya inkişaf,  ya da tənəzzül 
edə  bilər.  İnkişaf  etməsi  daimi  yatırım  və  mükəmməl-
ləşdirmə  sayəsində  baş  verir  və  maddi  vəziyyətinizin 
yaxşılaşması  ilə  özünü  biruzə  verir.  Tənəzzül  isə  əksinə 
diqqətsiz qaldıqda, heç bir yatırım edilmədikdə baş verir 
və  maddi  vəziyyətin  pisləşməsi  ilə  müşayiət  olunur.  Qa-
zanmaq  qabiliyyətinizin  illər  boyu  aybaay  inkişaf  və  ya 
tənəzzül edəcəyi seçimi isə sizin özünüzdən asılıdır.  
 
 
Siz prezidentsiniz. 
 
Özünüzü  “Şəxsi  İnkişaf  Şirkəti”nizin  prezidenti  ki-
mi  görün.  Təsəvvür  edin  ki,  şirkətinizi  açıq  marketə  icti-
maiyyət qarşısına çıxaracaqsınız. Şirkətinizi, ilbəil aksiya-
larının  dəyəri  artan  bir  şirkət  kimi  təqdim  edə  biləcək-
sinizmi? 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
79 
Sizi bura kimi gətirən burdan o tərəfə apara  
bilməyəcək. 
 
Bəzi  adamlar,  daim  bilik  və  bacarıqlarını  artırma-
dıqlarından  qazanmaq  bacarıqlarını  tənəzzülə  uğradaraq 
dəyərlərini  itirirlər.  Onlar,  bugünkü  bacarıqlarının  sabah 
artıq  köhnə  olacağını anlamırlar.  Başqaları  isə  anlayır  və 
uyğun addım ataraq sizi qabaqlamış olurlar.  
 
 
Yuxarıdakı 20 faizə qatılın. 
 
I  Hissədə  qeyd  etmişdim  ki,  80\20  qaydası  gəlirə 
aiddir:  cəmiyyətdəki  pulun  80  faizi  yuxarıdakı  20  faiz 
insan tərəfindən idarə olunur və onlara malikdir. Forbes, 
Fortune,  Business  Week,  Wall  Street  Journal  və  İRS-ə 
əsasən  yuxarıdakı  1  faiz  amerikalı  maliyyənin  33  faizini 
idarə edir.  
Ən maraqlı fakt; Amerika milyoner və milyarderlə-
rinin çoxu birinci nəsildəndirlər. Onlar işə çox cüzi ya da 
bəzi  hallarda  tamamilə  heç  bir  kapitala  malik  olmadan 
başlamış  və  qısa  zaman  kəsiyində  böyük  kapital  qazan-
mışdırlar. Amerikada gəlir dinamikliyi çox yüksəkdir, yə-
ni burada siz ən aşağı gəlirlə  işə başlayıb  qisa  müddətdə 
gəlirinizi xeyli artırmaq imkanına maliksiniz. İndi yuxarı-
dakı  20  faiz  insanların  demək  olar  hamısı  ən  aşağı  20 
faizdən başlamışdır.  İşə başladıqları andan  onlar  vaxtları 
və  səylərini  digərlərindən  fərqli  şəkildə  idarə  etməyə 
başlamış  və  nəticədə  maliyyə  uğuru  eskalatorunda  özlə-
rinə yer tapmışdılar.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
80 
Potensialınızın hüdudu yoxdur. 
 
Amerikada gəlirlərin orta statistik artımı təxminən 3 
faizdir,  sadəcə  inflyasiya  və  yaşayışın  bahalaşması  ilə 
güclə  ayaqlaşa  biləcək  qədər.  Gəlirləri  ildə  3  faiz  artan 
adamlar irəli keçə bilmirlər. Onlar sadəcə minimumlarını 
təmin edəcək işə malikdirlər.  
Əslində  isə  heç  kim  sizdən  daha  yaxşı  və  ya  daha 
ağıllı deyil. Əgər kimsə sizdən daha uğurludursa bu, on-
un Səbəb və Effekt qanununun onun işinə necə təsir etmə-
sini  bilməsi  və  digər  uğurlu  adamların  etdiyini  etməsi 
deməkdir.  Səbəb  və  Effekt  qanununun  sizin  həyatınıza 
təsiri “Öyrən və et” şəklindədir.  
Şəxsi  mükəmməllik  sizin  qərarınızdır,  bu  qərarı  ya 
verirsiniz  ya  da  vermirsiniz.  Amma  öz  işinizdə  mükəm-
məlliyə  doğru  hərəkət  olmadıqda  siz  avtomatik  olaraq 
orta  və  ya  hətta  aşağı  səviyyəli  işçiyə  çevrilirsiniz.  Heç 
kim təsadüf və ya sadəcə gündəlik işə getmək nəticəsində 
mükəmməl olmur. Mükəmməl olmaq üçün qərar vermək 
və ömürlük onun üzərində çalışmaq lazımdır.  
 
 
İyirmi birinci əsrin açarı. 
 
Bilik və bacarıq iyirmi birinci əsrin açarıdır. Ola bilə-
cəyiniz ən mükəmməl insan və peşənizdə peşəkar olmaq 
ömürlük  daxili-intizam  tələb  edir.  Zehni  hazırlıq  fiziki 
hazırlıq  kimidir:  hər  ikisi  ömürlük  təlim  tələb    edir.  Ara 
verdikdə  formadan  düşürsünüz.  Yuxarıdakı  iyirmi  faizə 
qoşulmaq və orada qalmaq üçün daim, günbəgün öyrən-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
81 
mək  və  mükəmməlləşmək  lazımdır. Daha  çox qazanmaq 
üçün daha çox öyrənmək lazımdır.  
Abrahm  Linkoln  yazmışdır:  “Birilərinin  zəngin  ol-
maq faktı sizin də ola biləcəyinizə sübutdur.” Necə edildi-
yini  bilsəniz,  digərlərinin  etdiyini  siz  də  edə  bilərsiniz. 
Yuxarıda  olan  hər  kəs  bir  zamanlar  aşağıda  olub.  Orta 
statistik  ailədən  çıxmış  və  ya  orta  gəlirə  malik  olmuş  və 
sonradan öz  sahəsində peşəkar  olaraq zənginləşmiş  yüz-
lərlə,  minlərlə  insan  var.  Və  minlərlə  insanın  etdiyini  siz 
də  edə  bilərsiniz.  Filosof  Bertran  Russel  yazmışdır:  “Nə-
yinsə  mümkünlüyünü  sübut  edən  ən  əsaslı  dəlil,  artıq 
başqa birinin bunu etmiş olması faktıdır.”  
 
 
Adini qeyri-adiyə. 
 
Çox  zaman  ağıl,  fərasət  və  istedadda  sizdən  geri 
qalan birinin daha çox nailiyyət əldə etməsinin şahidi ol-
muşsunuz.  Sizdən  zəif  birinin  sizdən  uğurlu  olmasını 
görmək çox acılıdır. Bəs bu necə baş verir? Cavab sadədir: 
Onlar  həyatlarının  müəyyən  məqamında,  uğurun  aça-
rının şəxsi və peşəkar inkişaf olduğunu dərk ediblər.  
Məsələnin  yaxşı  tərəfi  odur  ki,  demək  olar  bütün 
lazımlı bacarıqlar öyrənilə biləndirlər. İstənilən biznes ba-
carığı  öyrənilə  biləndir.  Bu  gün  hansısa  bir sahədə  peşə-
kar  olan  hər  kəs  bir  zamanlar  həmin  sahədə  biliksiz  və 
təcrübəsiz  idi.  İstənilən  cür  satış  bacarığını  öyrənmək 
olar.  Böyük  dövriyyələr  edən  ən  yaxşı  satıcılarda  bir  za-
manlar satış üçün zəng etməkdə və ya aylıq satış planını 
doldurmaqda çətinlik çəkmişdirlər. Pul gətirən bacarıqlar 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
82 
öyrənilə  biləndir.  Demək  olar  bütün  zəngin  insanlar  nə 
vaxtsa yoxsul olmuşdurlar. Məqsədinizə nail olmaq üçün 
tələb olunan bütün bacarıqlara yiyələnə bilərsiniz.  
 
 
Qərar qəbul edin. 
 
Peşəkar olmaq, gəlirinizi artırmaq və nailiyyətlər əl-
də  etməyə  aparan  yolun  başlanğıc  nöqtəsi  çox  sadədir: 
Qərar  qəbul  edin.  Deyirlər  ki,  insan  həyatının  dönüş 
nöqtəsi,  beyində  hansısa  bir  ideyanın  parlaması  və  bu 
ideya  ilə  bağlı  hərəkətə  keçmək  qərarı  verilən  zamandır. 
Siz  təhsil  almaq,  bacarıqlarınızı  yeniləmək  və  ya  yaxşı  iş 
tapmaq  qərarı  verirsiniz.  Yeni  biznesə  başlamaq  qərarı 
verirsiniz.  Müəyyən  bir  işə  başlamaq  və  ya  karyera 
qurmaq  qərarı  verirsiniz.  Pulunuzu  hansısa  bir  işə  yatır-
maq qərarı verirsiniz. Ya da öz sahənizdə ən yaxşı mütə-
xəssis olmaq qərarı verirsiniz.  
Çox adam varlı, xoşbəxt və sağlam olmaq istədiyini 
deyir.  Lakin  (IV  Hissədə  müzakirə  etdiyimiz  kimi), 
arzulamaq və ümid etmək kifayət deyil. Məqsədinizə nail 
olmaq  üçün,  lazımi  qədər  zəhmət  çəkməyə  və  nə  qədər 
olmasından asılı olmayaraq haqqını ödəməyə hazır olma-
ğa qəti qərar verməlisiniz. Bu qərarı vermək və arxanızca 
körpüləri  yandırmalısınız.  Həmin  dəqiqədən  etibarən, 
yuxarıdakı 20 faizə çatmayana  kimi daima  öz üzərinizdə 
işləməyi qət etməlisiniz.  
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
83 
Arxada gələnlərin deyil, liderlərin  
ardınca gedin. 
 
Öz  sahənizin  ən  yaxşılarından  biri  olmaq  qərarı 
verdikdə  ətrafınıza  göz  yetirin  və  bu  sahədə  kimlərin ən 
yaxşı olduğunu müəyyən edin: 
 
Onları hansı cəhət birləşdirir? 
 
Gündəlik işlərini necə planlaşdırır və təşkil edirlər? 
 
Necə geyinirlər? 
 
Necə yeriyir, danışır və rəftar edirlər? 
 
Hansı kitabları oxuyurlar? 
 
Boş vaxtlarını necə keçirirlər? 
 
Kimlərlə oturub-dururlar? 
 
Hansı kurslara gedirlər? 
 
Avtomobil  sürərkən  hansi  audio  proqramları  dinləyir-
lər? 
Bunlar, uğurlu insanların, sizin də etməli olduğunuz 
nələri etdiklərini müəyyən etmək üçün lazım olan sualla-
rın  bir  hissəsidir.  Hər  şeyə  rəğmən,  görmədiyiniz  hədəfi 
vura bilməzsiniz. 
Nümunə götürmək üçün düzgün modelin seçilməsi 
gələcəyinizə  güclü  təsir  göstərəcək.  “Nailiyyətli  Cəmiy-
yət” kitabının müəllifi və Harvard universitetinin doktoru 
Devid  Maklelland belə  bir nəticəyə  gəlmişdir ki, “nümu-
nə  götürəcəyiniz  qrup”  nailiyyətlərinizin  95%-ni  müəy-
yən edir. Sizin geyiminiz, rəftarınız, düşüncə və həyat tər-
ziniz  vaxtınızın  çox  hissəsini  paylaşdığınız  insanlarla 
eyniləşir. 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
84 
Qartallarla uçun. 
 
Bir neçə il öncə seminar iştirakçılarımdan biri mənə 
öz hekayətini danışmışdı. Bob Barton, dediyinə görə, kar-
yerasını iyirmi yaşında, nəhəng bir şirkətin otuzdan yuxa-
rı satıcısı olan filialında başlamışdı. Özü də təzə işçi oldu-
ğundan  vaxtını  digər  təzə  işçilərlə  birgə  keçirirdi.  Necə 
deyərlər “quşun lələkləri birgə uçar”. Bir-iki aydan sonra 
Bob, ən yaxşı satıcıların da  bir yerdə qruplaşmasına  fikir 
verdi.  Onlar  gənc  satıcılara  qarışmırdılar.  Vaxtlarını  da 
başqa  cür  keçirirdilər.  Bob  və  digər  gənc  satıcılar  işə  gə-
lərkən  onlar  artıq  işdə  olurdular,  günlərini  planlaşdırır, 
zənglər edir, görüşlər təyin edirdilər. Gənc satıcılar isə işə 
gec gəlir, öncə kofe içir, qəzetləri oxuyur və satış işlərinə 
gec başlamaqlarına bəhanələr gətirirdilər.  
 
 
Yaxşılardan öyrən. 
 
Bob, təcrübəli satıcılardan nümunə götürməyi qəra-
ra  aldı.  Onlar  kimi  geyinməyə,  işləməyə  və  davranmağa 
başladı.  Hər  səhər  güzgü  qabağında  dayanıb  özündən: 
“Mən onlardan biri kimi görünürəmmi?” deyə soruşurdu. 
Cavabı  “xeyr”  olduqda  geri  qayıdıb  əynin  dəyişərdi. 
Ofisə daha tez gələr, işlərini planlaşdırardı ki, saat 9 olan 
kimi müştərilərlə işləməyə hazır olsun. Bir müddət sonra 
təcrübəli satıcılardan birinə yaxınlaşıb, ona işində kömək 
edəcək kitab və ya audio proqram məsləhət verə biləcəyi-
ni  soruşdu.  Və  məlum  oldu  ki,  yuxarıda  olanlar  həmişə 
gənc işçilərə kömək etməyə hazır və həvəsli olurlar. İstə-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
85 
diyi məsləhəti alan kimi dərhal lazım olan kitab və audio 
proqramı aldı və onlardan istifadə eləməyə başladı. Sonra 
yenə  təcrübəli  satıcıya  müraciət  etdi.  Təcrübəli  həmkarı 
ona  növbəti kitab və audio  proqramın adını dedi  və Bob 
onları da alıb istifadə etməyə başladı.  
 
 
Uğurluların etdiyini edin. 
 
Bob,  başqa  bir  təcrübəli  həmkarına  yaxınlaşdı  və 
ondan gününü necə  planlaşdırmasını soruşdu və o Bobu 
özünün istifadə etdiyi planlaşdırma sistemi ilə tanış etdi. 
Beləliklə  Bob,  gününü  təcrübəli  satıcılar  kimi  planlaşdır-
mağa  başladı.  Təcrübəli  satıcıları  özünə  nümunə  götür-
məklə  və  onlara  oxşamağa  çalışmaqla  Bob  daha  çox  gö-
rüşlər  təyin  etməyə  və  daha  çox  satış  həyata  keçirməyə 
başladı. Cəmisi altı aya o, ofisin ən yaxşı satıcıları sırasına 
qoşuldu. Zamanla təcrübəli həmkarları onu çaya və naha-
ra  dəvət  etməyə  başladılar  və  Bob  bu  qrupun  üzvünə 
çevrildi. Növbəti il Bob satıcılar konfransına getdi və ora-
da  ölkənin  hər  yerindən  gəlmiş  uğurlu  satıcılarla  görüş-
dü.  Onlarla  söhbət  edərək  ofisdə  olduğu  kimi  onlardan 
da,  hansı  kitabı  oxumağa,  hansı  audio  proqrama  qulaq 
asmağa,  hansı  seminarlara  getməyə  və  satışda  hansı 
strategiyadan istifadə etməyə dair məsləhətlər aldı.  
 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
86 
Aldığınız məsləhətlərdən istifadə edin. 
 
Bob, çox az adamın etdiyini etdi: aldığı məsləhətlərə 
əməl etdi. Məsləhət alan kimi dərhal onu praktikada tət-
biq  edir  və sonra nəticəni müzakirə  etmək üçün yenidən 
məsləhət  verən  adama  müraciət  edirdi.  Cəmisi  dörd  ilə 
Bob ölkənin ən yaxşı satıcılarından biri oldu. Yoldaşlıq et-
diyi adamlar digər filial və şirkətlərdəki ən yaxşı satıcılar 
idi. Gəliri bir neçə dəfə artmışdı. Bahalı geyimlər geyinir, 
təzə maşın sürür və gözəl evdə yaşayırdı. Öz dediyinə gö-
rə  o  bunlara,  uğurlu  insanlardan  məsləhət  almaq  və  bu 
məsləhətlərə əməl etmək sayəsində nail olmuşdu. Burada 
həlledici məqam ondan ibarətdir ki, dəfələrlə ən yaxşı sa-
tıcı  mükafatı  almış  insanlar  hər  dəfə  Boba,  heç  kimin 
onlardan məsləhət istəmədiyini, uğurlarının səbəbinin nə 
olmasını soruşmadığını deyirdilər.   
 
 
Bütün cavablar tapılmışdır. 
 
Böyük kəşf: Bütün cavablar tapılmışdır. Uğura apa-
ran  bütün  yollar  kəşf  edilmişdir.  Öz  sahənizdə  peşəkar 
olmaq  üçün  tələb  olunan  bilik  və  bacarıqlar  sizdən  öncə 
yüzlər  və  minlərlə  insan  tərəfindən  mənimsənilmişdir. 
Onlara  məsləhət  üçün  müraciət  etsəniz  sizə  həvəslə 
məsləhət  verərlər.  Uğurlu  insanlar  məsləhət  üçün  onlara 
müraciət etmiş insanların uğurlu olması üçün telefon da-
nışığını  kəsər,  görüşlərini  təxirə  salar,  işlərini  sonraya 
saxlayarlar.  Lakin  onlara  məsləhət  üçün  müraciət  etmək 
və  sonra  həmin  məsləhətlərə  əməl  etmək  lazımdır.  On-
Примечание [E423]:  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
87 
lara  birbaşa müraciət  etmək  imkanınız  yoxdursa  kitabla-
rını  oxuyun,  audio  yazılarına  qulaq  asın,  seminarlarında 
iştirak  edin,  elektron  ünvanlarına  yazın  və  bir  sözlə  əli-
nizdə  olan  hər  bir imkandan  istifadə  edib onlardan  məs-
ləhət alın. Yaxşılardan öyrənin! 
 
 
Yüksək gəliri məqsəd qoyun. 
 
Məqsədiniz,  fəaliyyət  sahənizdə  ən  yüksək  gəlir  əl-
də edən 20%-ə daxil olmaqdırsa onda birinci işiniz onlar-
ın nə qədər qazandıqlarını öyrənin. Bu informasiyanı əldə 
etmək  çətin  deyil.  Sadəcə  onların  özündən  soruşun.  Sta-
tistik rəqəmlərə müraciət edin. Google-da axtarın.  
Lazım olan gəlirin hansı məbləğdə olduğunu bildik-
dən  sonra  onu  məqsəd  kimi  kağıza  yazın.  Bu  gəliri  əldə 
etmək üçün plan qurun və hər gün bu istiqamətdə işləyin. 
Nail  olmayana  kimi  dayanmayın.  Biznesdə  yüksək  gəlir 
əldə etməyin sirri sadədir: öyrən və et. Avtomobili domk-
ratla  qaldıran  kimi  pillə-pillə  qalxın. Hər  dəfə  yeni  baca-
rıq  və  bilik  əldə  etdikdə  qazanmaq  bacarığınızı  bir  pillə 
qaldırırsınız.  
 
 
Özünüzə yatırım etmək üçün 3 faiz formulundan  
istifadə edin. 
 
Uğurunuzun  ömürlük  olmasını  təmin  etmək  üçün, 
bugünkü  gəlirinizin  3  faizini  özünüzə  yatırın.  Ömürlük 
təhsil üçün bu rəqəm sanki sehrlidir. Amerikanın Treninq 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
88 
və İnkişaf Cəmiyyətinə əsasən ən gəlirli şirkətlərin 20 faizi 
gəlirlərinin  məhz  3  faizini  öz  işçilərinin  təliminə  sərf 
edirlər. Daim inkişafda olan və qazanmaq bacarığını daim 
inkişaf  etdirən  insan  olmaq  üçün  bu  gün,  gəlirinizin  3 
faizini özünüzə yatırmağı qət edin. İndiki gəliriniz 50 000 
dollardırsa onun 3 faizini, 1500 $ öz bilik və bacarığınızın 
artırılmasına  sərf  edin.  Məqsədiniz  ildə  100 000  $  qazan-
maqdırsa öz inkişafınıza 3 000 $ xərcləməyə hazır olmalı-
sınız ki, məqsədinizə çatasınız.  
 
 
                                     Nəticə qeyri-adidir. 
 
Bir  neçə  il  öncə  Detroitdə  seminar  verərkən  təxmi-
nən  otuz  yaşlarında  olan  bir  gənc  mənə  yaxınlaşdı.  İlk 
dəfə  mənim  seminarıma  on  il  əvvəl  gəldiyini  və  “3  faiz 
qaydası”nı eşitdiyini dedi. O zaman o, kollec təhsilini at-
mış,  valideynləri  ilə  yaşayır,  köhnə  maşın  sürür  və  ofis 
satıcısı kimi ildə 20 000 $ qazanırdı. Seminardan sonra “3 
faiz  qaydası”nı  özünə  tətbiq  etmək  qərarına  gəldi.  Şəxsi 
inkişafına  ayırdığı  600  $-a  (3%)  kitab  və  audio  yazılar 
alaraq  onlardan  istifadə  etməyə  başladı.  Həmin  il  onun 
gəliri  30 000  $-a  qalxdı,  50%  irəliləyiş.  Növbəti  il  şəxsi 
inkişafına  900  $  ayırdı.  Gəliri  30 000  $-dan  50 000  $-a 
sıçradı. Bu artım onu düşünməyə vadar etdi: “özümə 3% 
xərcləmək  gəlirimin  50%  artmasına  səbəb  olursa  onda 
görəsən 5% xərcləsəm nə qədər artar?” 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
89 
Səviyyəni qaldırmaqda davam edin. 
 
Növbəti  il  şəxsi  inkişafına  gəlirinin  5%-ni  2 500  $ 
ayırdı.  Daha  çox  kitablar  və  audio  yazılar  aldı,  müxtəlif 
seminarlara və ölkənin müxtəlif yerlərində keçirilən kon-
franslara getdi. Və nəticə olaraq illik gəliri iki dəfə artdı – 
100 000  $!  Aldığı  nəticədən  ruhlanaraq  yatırımı  10%-ə 
qaldırdı.  “10%  yatırımın  nəticəsi  nə  qədər  oldu?”  –  deyə 
soruşdum. Və o gülümsəyərək cavab verdi –“Keçən il illik 
gəlirim 1 milyonu ötdü. Və hələdə gəlirimin 10%-ini şəxsi 
inkişafıma ayırıram.” Özümü saxlaya bilmədim – “Bu ki, 
çox böyük məbləğdir! Bu qədər pulu necə xərcləyirsiniz?” 
“Bəli, bir az çətin olur.” – deyə təsdiq etdi – “İlin axırına 
kimi  bütün  məbləği  xərcləyib  qurtarmaq  üçün  yanvarın 
əvvəlindən  başlamalı  oluram.  Mənim  ayrıca  imicmeyke-
rim, satış və natiqlik sənəti üzrə məsləhətçim var. Satışda 
olan şəxsi inkişafa dair bütün kitab, audio və video mate-
riallardan  ibarət  kitabxanam  var.  Peşəmə  dair  həm  bey-
nəlxalq  və  həm  də  ölkədaxili  konfranslarda  iştirak  edi-
rəm. Və mənim gəlirim ilbəil artır.” 
 
Ən yaxşı olmaq üçün üç sadə addım. 
Peşənizdə ən yaxşılardan olmaq intizam və güc sərfi 
tələb edir. Peşəkar olmaq üçün üç sadə addımdan istifadə 
edə bilərsiniz: 
1.  Hər  gün  60  dəqiqə  peşənizə  aid  qiraət  edin. Televi-
zoru və radionu söndürün, qəzet və  jurnalları kənara 
qoyun və işə başlamazdan öncə bir saat peşənizə dair 
nə isə oxuyun.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
90 
2.  Avtomobilinizdə audio tədris proqramına  qulaq as-
ın.  Dinlədiyiniz  materialı  yadda  saxlamaq  və  analiz 
etmək üçün fasilələrlə qulaq asın.  
3.  Periodik  olaraq peşənizlə bağlı kurs və  seminarlara 
gedin. Axtarın. Bilik və bacarığınızı artıracaq istənilən 
kursa  getməyə  çalışın,  boş  vaxtlarınızda  “online” 
kurslardan belə istifadə edin. 
Hərtərəfli  maraq  kimi  hərtərəfli  öyrənmək  də  hey-
rətamiz gücə malikdir. Öyrəndikcə öyrənmək qabiliyyəti-
niz də artır. Öyrəndikcə beyniniz daha yaxşı işləyir, daha 
dərrakəli  olursunuz.  Yaddaşınız  və analiz etmək imkanı-
nız güclənir. Keçmişdə öyrəndiklərinizlə indi öyrəndiklə-
riniz arasında əlaqə tapırsınız.  
Təhsil və şəxsi inkişafa ara verməyin! 
 
 
Ustalığa nail olmaq. 
 
Sizin peşənizdə usta olmaq nə qədər vaxt tələb edir? 
Ekspertlərin  dediyinə  görə,  usta  olmaq  üçün  yeddi  il  və 
ya 10 000 saat ağır zəhmət tələb olunur. Usta satıcı olmaq 
üçün  yeddi  il  lazımdır.  Uğurlu  biznesmen  olmaq  üçün 
yeddi  il  lazımdır.  Usta  çilingər  olmaq  üçün  yeddi  il 
lazımdır. Usta beyin cərrahı olmaq üçün yeddi il lazımdır. 
İstənilən  sahədə  zirvəyə  qalxmaq  üçün  yeddi  il  və  ya 
10 000  saat  ağır  zəhmət  tələb  olunur.  Siz  artıq  başlaya 
bilərsiniz.  İstənilən  halda  həmin  yeddi  il  gəlib  keçəcək. 
Qarşıdakı  yeddi  ili  nəyə  sərf  edəcəyiniz  sizin  nə  olmaq 
qərarınızdan və məqsədinizdən asılıdır. Mən, öz peşəsin-
də yuxarıda olan 20-liyə qatılmaq qərarı veribdə sonunda 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
91 
nail  olmayan bir kəsə rast gəlməmişəm. Və eynilə  həmin 
iyirmiliyə  bu  qərarı  vermədən  düşən  adama  da  rast 
gəlməmişəm. Qərar  qəbul etmək  və  bu  istiqamətdə  ardı-
cıl,  məqsədyönlü  və  intizamlı  fəaliyyət  göstərmək  vacib-
dir.  
 
 
Yalnız istedad kifayət etmir. 
 
Əvvəldə dediyim kimi, “İstedad şişirdilmişdir” kita-
bının müəllifi Ceffri Kolvinin dediyi kimi, “insanların ço-
xu  işlərini  ilk  bir  ildə  öyrənir  və  bundan  sonra  heç  bir 
irəliləyiş etmirlər.” Sadəcə öz işlərində ilişirlər. Bu cür iliş-
mə  isə  yalnız  geriyə  aparır.  Çox  adam  illərlə  eyni  işdə 
işləyir lakin heç bir irəliləyiş  əldə etmir.  Proqramlaşdırıl-
mış maşın kimi doqquzdan altıya kimi sadəcə vaxtını ke-
çirmək  xatirinə  işləyir,  lakin  bilik  və  bacarığını  artırmaq 
üçün  barmağını  belə  tərpətmir.  Şirkət  əlavə  pul  verməsə 
və ya işdən azad etməsə  heç bir kurs  və  ya  treninqə  get-
mirlər.  Orta  səviyyəli  adam  yalnız  orta  səviyyəli  işdə 
işləyir və orta əmək haqqı alaraq bütün ömrünü maliyyə 
problemlərinin narahatlığı ilə keçirir. Orta adamı mükəm-
məl adamdan sadəcə nazik bir pərdənin ayırdığından isə 
xəbəri olmur. Acı həqiqət isə ondan ibarətdir  ki, heç kim 
bir  yerdə  dayanmır,  ya  daha  yaxşı  olmaq  istiqamətində 
irəliləyir ya da üzü aşağı yuvarlanaraq pisləşir. 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
92 
Gündə iki saat sizi yüksəyə qaldıracaq. 
 
Hesablanmışdır ki, adi adamı mükəmməl adama çe-
virmək  üçün  gündəlik  iki  saat  əlavə  vaxt  kifayət  edir. 
Gündəlik cəmisi iki saat sizi daim maliyyə problemləri ilə 
yüklənməkdən  qurtarıb  ən  gəlirli  mütəxəssisə  çevirəcək. 
İnsanlar  dərhal  soruşurlar:  “Əlavə  iki  saatı  haradan  ta-
pım?”  Cavab  çox  sadədir:  kağız  üzərində  belə bir hesab-
lama aparın: 
 
Həftədəki  saatları  hesablayın:  24  saatdan  ibarət  7 
gün 168 saat edir. 
 
40  saatını  işə  və  56  saatını  yuxuya  sərf  etdikdən 
sonra yerdə 72 saat qalır.  
 
Bu  vaxtın  da  21  saatını  geyinib-keçinməyə  və  işə 
gedib-gəlməyə  sərf  etdikdən  sonra  sizin  51  saatınız 
qalır ki, bunu da istədiyiniz kimi sərf edə bilərsiniz.  
 
Hər  gün  2  saat  şəxsi  inkişafınıza  ayırdıqda  bir 
həftəyə 14 saat edir və yerdə 37 saat vaxtınız qalır ki, 
bu da gündəlik beş saatdan artıq boş vaxt deməkdir.  
Orta  səviyyədən  çıxıb,  arzuladığınız  həyata  nail  ol-
maq  üçün  öhdənizə  düşən  sadəcə  gündəlik  iki  saat  öz 
üzərinizdə çalışmaqdır.  
 
 
Daim öyrənmək adəti aşılayın. 
 
Sizin  üçün  xoş  xəbərim  var:  siz  hər  gün  boş  vaxtı-
nızda  televizora  baxmaq və ya dostlarınızla yığışıb Moz-
ambikdəki siyasi vəziyyəti müzakirə etmək əvəzinə şəxsi 
və peşəkar inkişafa dair kitablar oxuya, audio yazılara qu-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
93 
laq asa və video materiallara baxaraq bilik və bacarığınızı 
artırırsınızsa bu çox qisa bir vaxt ərzində sizin üçün adətə 
çevrilir. Bundan sonra öyrənmək və zəmanə ilə ayaqlaşan 
mütəxəssis  olmaq  sizin  üçün  avtomatik  bir  şeyə  çevrilə-
cək.  
Orta  statistik  adam  gün  ərzində  təxminən  beş  saat 
televizora baxır. Bəzən bu vaxt yeddi və səkkiz saata çata 
bilir.  Səhər  yuxudan  qalxan  kimi  televizoru  yandırır  və 
işə gedənə kimi baxırlar. İşdən evə qayıdan  kimi də tele-
vizoru  yandırır  və  saat  on  birə,  on  ikiyə  kimi  baxırlar. 
Nəticədə isə şəxsi və peşəkar inkişafla məşğul omağa vaxt 
tapmırlar.  
 
 
Siz zəngin və ya kasıb ola bilərsiniz:  
seçim sadəcə sizindir. 
 
Evinizin  ən hörmətli  yerində dayanan  televizor sizi 
ya  zəngin  ya  da  kasıb  edə  bilər.  Psixoloqlar  müəyyən 
etmişdirlər  ki,  televizora  çox  baxdıqca  insanın  enerji  və 
özünüqiymətləndirməsi  azalır.  Televizora  çox  baxdıqca 
altşüurda  şəxsin  özünə  hörməti  və  özünü  qiymətləndir-
məsi  azalır.  Televizora  çox  baxmağın  başqa  bir  fəsadıda 
çox oturmaqdan kökəlməkdir. 
Televizorunuz  sizi  zəngin  də  edə  bilər,  lakin  bir 
şərtlə  -  əgər  onu  söndürsəniz.  Televizoru  söndürdükdə 
siz, daha ağıllı, daha bacarıqlı və bilikli adam olmaq üçün 
sərf edə biləcəyiniz vaxt qazanmış  olursunuz. Televizoru 
sondürdükdə  ailə  üzvlərinizlə  daha  çox  ünsiyyətdə  ola-
caq  və  deyib güləcəksiniz.  Televizoru  uzun  müddət sön-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
94 
müş vəziyyətdə saxlaya bilsəniz, televizora baxmaq adəti-
ni tərgitmiş olarsınız və sonunda yadınıza belə düşməyə-
cək.  Televizor  qulluqçu  kimi  mükəmməl,  sahib  kimi    isə 
son dərəcə pisdir. Seçim özünüzündür.  
 
 
Gəlirinizi 1 000 faiz artırın. 
 
Növbəti  on  il  ərzində  məhsuldarlığınızı,  iş  qabiliy-
yətinizi və gəlirinizi 1 000 faiz artırmağa imkan verən altı 
addım formulu var. Bu formul istənilən adam üçün yarar-
lıdır. Və çox sadədir: 
İlk olaraq  bu suala cavab  verin:  bir iş günü  ərzində 
məhsuldarlıq  və  iş  qabiliyyətinizi  1  faizin  1/10-i  qədər 
artırmaq  mümkündürmü?  Çox  güman  ki,  cavabınız 
“bəli”  olacaq.  Vaxtınızdan  düzgün  istifadə  edə  və  daha 
vacib işləri müəyyən edib onların üzərində işləyə bilsəniz 
bir  iş  günü  ərzində  məhsuldarlığınızı  1-ə  10  artırmış 
olarsınız.  Növbəti  gün  də  eyni  şeyi  təkrarlaya  bilərsi-
nizmi? Və cavab yenə də güman ki “bəli” olacaq. Bəs bir 
həftə boyunca hər gün bu nəticəni əldə etmək necə, müm-
kündürmü? Yenə də cavab “bəli” olacaq. 
 
                               
Hər həftə 1 faizin yarısı. 
 
Hər  gün  1/10  artım  bir  həftəyə  1  faizin  yarısı  edir. 
Normal  düşüncəli  işgüzar  adam  üçün  bu  nəticəni  əldə 
etmək mümkündürmü? Əlbəttə ki, bəli! 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
95 
Birinci  həftədən  sonra  bu  işə  nöfbəti  həftədə  də 
davam etmək olarmı? Əlbəttə olar. Və bu gedişlə məhsul-
darlığınızı  bir  ay  ərzində  2  faiz  artırmış  olarsınız.  Sonra 
eyni nəticəni növbəti aylarda da təkrarlayın.  
 
 
                                            İlə 26 faiz. 
 
Hər gün öz-üzərinizdə bir az işləməklə - yeni baca-
rıqlara yiyələnməklə, işinizə daha diqqətlə yanaşmaqla və 
prioritetləri  düzgün  müəyyən  etməklə  məhsuldarlığınızı 
ilə 26 faiz artırmış olursunuz. Növbəti il də eyni nəticəni 
əldə  edə  bilərsinizmi?  Eyni  şeyi  on  il  təkrar  edə  bilərsi-
nizmi? Və cavab yenə də “bəli”dir. İşin ən yaxşı tərəfi isə, 
siz  bunu  etdikcə  ilbəil  daha  mükəmməl  olursunuz. 
İnkişaf həndəsi silsilə üzrə gedir.  
 
 
Zirvəyə aparan yeddi addım. 
 
Aşağıda 1 000 faiz formulunun yeddi addımı göstə-
rilmişdir: 
Addım 1. Səhər yuxudan, ilk  görüşünüzdən  və  ya 
işə  getmək  vaxtından  bir  saat  öncə  oyanın.  Bu  bir  saatı 
ixtisasınıza  dair  və  ya  ruhlandırıcı  bir  şey  oxumağa  sərf 
edin. Henri Vard Biiçerin dediyi kimi: “İlk bir saat günün 
sükanıdır”. Yuxudan oyanan kimi ilk saatı bilik və bacarı-
ğınızı artıracaq bir şey oxumağa sərf etməklə siz özünüzü 
məhsuldar  gün  keçirməyə  hazırlayırsınız.  Günü  daha 
pozitiv,  enerjili,  yaradıcı  və  ruh  yüksəkliyi  ilə  keçirə-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
96 
cəksiniz.  Bundan başqa, hər gün bir saat ixtisasınıza dair 
material oxumaq həftədə bir kitab qədər edir. Və həftəyə 
bir kitab ilə əlli kitab edir. Orta səviyyəli yetkin insanın ilə 
ən  yaxşı  halda  bir  sənədli  kitab  oxumasını  nəzərə  alsaq, 
sizcə  sizin  gündəlik  bir  saat  qiraət  etməniz  sizi  öz 
sahənizdə  nə  qədər  yüksəyə  qaldırmış  olar?  Hər  il  əlli 
kitab  oxumaq  on  ilə  beş  yüz  kitab  edir.  Sizcə  bu  sizin 
məhsuldarlığınızı, iş qabiliyyətinizi və gəlirinizi nə qədər 
artırar?  Sonunda  sadəcə  oxuduğunuz  kitabları  yerləşdir-
mək  üçün  sizə  iri  bir ev  lazım  olacaq. Və  belə  bir  evi al-
mağa imkanınız çatacaq!  
Hər  gün  bir  saatlıq  qiraət  üç  -  beş  ilə  sizi  öz  sahə-
nizin  sayılıb  seçilən  mütəxəssisinə  çevirəcək.  Təkcə    bu 
fakt özü sizə lazım olan 1 000 faiz artımı təmin edə bilər. 
Addım  2:  Məqsədlərinizi  hər  gün  təkrar  yazın. 
Xüsusi dəftər ayırın və hər səhər, ötən gün nə yazdığınıza 
baxmadan  əsas  məqsədlərinizi  indiki  zaman  formasında 
yazın.  Bu  təkrar  yazma  prosesi,  beyninizin  istiqamətlən-
mə  mexanizmi  üçün  proqramlaşdırmadır.    Hər  səhər  on 
məqsədi kağız üzərinə yazdıqda siz bütün günü bu məq-
sədlərə  nail  olmaq  üçün  yollar  axtarırsınız.  Daha  məq-
sədyönlü və inadkar olacaqsınız. Bu yolla onlara daha tez 
nail olacaqsınız.  
Hər gün məqsədlərinizi yenidən yazmaq gəlirlərini-
zin on ilə 1 000 faiz artımını təmin edəcək.  
Addım 3: Hər günü öncədən planlaşdırın. Hər gün 
işə  başlamazdan  prioritetlər  siyahısı hazırlayın. Prioritet-
lərin  müəyyən  edilməsi  bacarığı  nailiyyətləriniz  və  məh-
suldarlığınız baxımından son dərəcə vacib məsələdir. Hər 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
97 
gün  səhər  günün  prioritetlərini  müəyyən  etmək  on  ilə 
gəlirinizin 1 000 faiz artmasını təmin edəcək.  
Addım 4: Fikrinizi bir işin üzərində cəmləyin. Hər 
gün  öhdəsindən  gələ  biləcəyiniz  ən  əsas  işi  seçin.  Bütün 
gücünüzü və diqqətinizi o işin üzərində cəmləyin və sona 
çatdırın.  Bütün  diqqətinizi  müəyyən  zaman  kəsiyində 
yalnız  bir  iş  üzərində  cəmləmək  bacarığını  adət  halına 
çevirdikdə  bu  sizin  məhsuldarlığınızı  artıracaq  və  on  ilə 
1000 faiz artımı təmin edəcək.  
Addım  5:  Avtomobilinizdə  audio  tədris  proqram-
larına qulaq asın. Avtomobili olan hər bir iş adamı sükan 
arxasında  hər  il  500  –  1000  saat  vaxt  sərf  edir.  Avtomo-
bilinizi “təkərli universitet”ə  çevirdikdə əsil universitetin 
tam bir semestrinə bərabər tədris almış olursunuz. Sadəcə 
avtomobil  sürərkən  audio  proqrama  qulaq  asmaqla  var-
lanmış çox adam var. Siz də eyni şeyi əldə edə bilərsiniz. 
Bu sizə 1000 faiz artım verə bilər.  
Addım  6:  Hər  bir  telefon  zəngindən  və  ya 
görüşdən  sonra  özünüzə  sehrli  suallar  verin.    Birincisi: 
“Mən  nəyi  düz  etdim?”  Sonra  isə:  “Nəyi  daha  da  yaxşı 
edə bilərdim?” 
Birinci sual, “Nəyi düz etdim?” sizi, telefon zəngi və 
ya görüş zamanı düz etdiyiniz hərəkətləri xatırlamağa va-
dar edir. Onları kağızda qeyd edin. 
İkinci sual, “Nəyi daha da yaxşı edə bilərdim?” sizi, 
daha da təkmilləşmək naminə oxşar vəziyyətdə nəyi daha 
yaxşı  və  ya  fərqli  etmək  haqda  düşünməyə  vadar  edir. 
Bunları da kağız da qeyd edin. 
Hər  iki halda, nəyi düzgün etməyiniz və  nəyi daha 
da  yaxşı  edə  biləcəyiniz  haqda  düşünməklə  siz  özünüzü 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
98 
gələn  dəfə  daha  yaxşı  olmağa  proqramlaşdırırsınız.  Bu, 
şəxsi  inkişafa  dair  kəşf  etdiyim  ən  güclü  və  sürətli  üsul-
dur.  Bu  proses,  yuxarı  20-liyə  doğru  irəliləmə  sürətinizi 
kəskin şəkildə artırır.  
Addım 7:  Görüşdüyünüz hər kəslə  milyon dollar-
lıq müştəri kimi rəftar edin. İşdə və evdə görüşdüyünüz 
hər bir kəslə həyatınızın ən vacib adamı kimi rəftar edin. 
İnsanlara nə qədər dəyər və etiram versəniz onlar da eyni 
şeyi  sizin  özünüzə  qaytaracaqlar.  Onlar  sizə  dəyər  verə-
cək,  sizinlə  bağlı  olmaq,  sizinlə  iş  görmək  və  dostlarına 
təqdim etmək istəyəcəklər.  
İnsanlarla milyon dollarlıq müştəri kimi davranma-
ğa evinizin içindən, ailə üzvlərinizdən başlayın. Unutma-
yın, onlar sizin həyatınızın ən vacib insanlarıdırlar. Günü-
nüzü  ailə  üzvlərinizə  dəyər  verməklə  və  onları  nə  qədər 
çox sevdiyinizi göstərməklə başladıqda bütün günü daha 
pozitiv, enerjili, rahat və xoşbəxt olacaqsınız.  
Uğurunuzun tam 85 faizi nə qədər adamın sizi sev-
məsindən  və  hörmət  etməsindən  asılıdır.  İnsanlara  hör-
mət və qayğı göstərmək imkanını qaçırmayın.  
Bir ay  ərzində  hər  gün  bu  yeddi  addımdan istifadə 
etsəniz həyatınızda, işinizdə və gəlirinizdəki irəliləyiş sizi 
təəccübləndirəcək.  Bir  ay  davamlı  praktika  sizə  uğur  və 
nailiyyəti təmin edən adətlər aşılayacaq.  
 
 
Ən yaxşı olun! 
 
Ömürlük  inkişaf  və  məqsədyönlülük  güclü  intizam 
və iradə tələb edir. Üstün  cəhət isə, hər dəfə yeni bir şey 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
99 
öyrəndikdə və ondan istifadə etdikdə beyninizin, özünü-
zü  xoşbəxt  hiss  etməyə  və  gələcəyinizi  parlaq  görməyə 
səbəb  olan  endorfin  ifraz  etməsidir.  Hər  dəfə  yeni  bilik 
əldə  etmək  sizə  özünəinam  hissi  verəcək.  Özünüqiymət-
ləndirmə, özünəhörmət və qürur hissiniz artacaq. Qazan-
maq qabiliyyətinizi nəzarət altında hiss edəcəksiniz ki, bu 
da son dərəcə vacibdir.  
Növbəti hissədə, çoxlarını geri dartan qorxu və qətiy 
yətsizlik hisslərini boğmaq üçün lazım olan cəsarət haqda 
danışacağıq.  Çox  hallarda  biz  nə  etmək  lazım  olduğunu 
bilirik, lakin, yenilik qarşısında qorxumuzu boğmaq üçün 
cəsarətimiz  kifayət  etmir.  Və  əvəzində  hərəkətsizliyimiz 
üçün müxtəlif bəhanələr axtarırıq. 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
100 
Tapşıqır: 
 
1.  Bu gündən öz üzərinizdə işləmək və özünüzə yatırım 
etmək  qərarı  verin,  sanki  bütün  gələcəyiniz  bundan 
asılıdı – çünki o həqiqətən bundan asılıdır. 
2.  Sizi öz işinizdə daha yaxşı edən xüsusiyyətləri müəy-
yən edin və onları inkişaf etdirmək üçün plan qurun. 
3.  Əgər  sehrli  çubuğunuz  olsaydı  və  siz  ondan  istifadə 
edərək  istənilən  bir  xüsusiyyəti  özünüzdə  aşılasaydı-
nız, hansı xüsusiyyət sizin qazanmaq bacarığınıza da-
ha çox təsir edərdi? Bu xüsusiyyəti müəyyən etdikdən 
sonra onu qarşınıza məqsəd qoyun, plan qurun və iş-
ləməyə başlayın. 
4.  İşinizdə ən yaxşı olmağı məqsəd qoyun və yuxarıdakı 
iyirmiliyə  qatılmaq  üçün  hər  gün  nə  etmək  lazım  ol-
duğunu müəyyən edin. 
5.  Üç-beş il qabağa baxın və gələcəkdə sizə lazım olacaq 
bilik və bacarıqları müəyyən edin. 
6.  Peşənizin ən yaxşı mütəxəssisini müəyyən edin və öz 
inkişafınız üçün onun nümunəsindən istifadə edin. 
7.  Özünüzü ömürlük inkişafa həsr edin və hər gün mü-
əyyən sahədə irəliləmək imkanını əldən verməyin. 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
101 
VI HİSSƏ 
Daxili-İntizam və Cəsarət 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin