Botanika elminə giriş, elmin inkişaf tarixi, məqsəd və vəzifələri



Yüklə 371 Kb.
səhifə12/19
tarix02.01.2022
ölçüsü371 Kb.
#44051
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
BOTANİKA-1(Bitki anatomiyası) V.Novruzov

Çiçək və çiçək qrupları.

Çiçək, toxumun əmələ gəlməsini təmin edərək cinsi çoxalma üçün uyğunlaşmış, şəklini dəyişmiş, böyüməsi məhdudlaşmış, qısalmış zoğdur. Verilən tərifdən aydın olur ki, örtülütoxumlu bitkilərdə cinsi çoxalma çiçəkdə gedir. Çiçəkli bitkilərdə qeyri-cinsi çoxalma yüksək dərəcədə reduksiyaya uğramışdır. Bütün çiçəkli bitkilər ömürlərini sporofit şəklində, yəni qeyri-cinsi nəsil halında keçirirsə də bu bitkilərdə bilavasitə sporlarla çoxalma müşahidə edilmir.

Cinsi hüceyrələrin (qametlərin) törəməsindən qabaq çiçəkdə sporlar əmələ gəlir. Çiçəkdə, adətən, iki növ spor əmələ gəlir: kiçik sporlar – mikrosporlar və iri sporlar – makrosporlar. Sporlar burada bitkidən kənarda cücərə bilmir. Onların törəməsi və cücərməsi çiçəkdə gedir. Deməli, çiçək sporların və qametlərin törəməsi, mayalanmanın getməsi, toxumun və meyvənin inkişaf üçün uyğunlaşmış bir orqandır. Örtülütoxumlu bitkilər bu orqanı təkamül prosesində qazanmışdır.

Çiçəyin hissələri – Yuxarıda verilən tərifə görə çiçək qısalmış zoğabənzər quruluşa malikdir. Hər bir qısalmış zoğda olduğu kimi, burada da o0nun yarpağabənzər orqanları –üzvləri çiçək yatağı adlanan yastılanmış, bəzən konus şəklində uzanmış hissənin üzərində yerləşir. Burada çiçək yatağı qısalmış zoğun gövdə hissəsindən ibarətdir. Çiçək yatağı çiçək saplağı ilə birlikdə çiçəyin tam gövdə hissəsini təşkil edir. Çiçək saplağı inkişaf etdikdə çiçək oturaq olur.

Çiçəyin orqanları iki qrupa bölünür: 1) örtük yarpaqları, 2) spor və qamet törədən yarpaqlar.

Örtük yarpaqları kasa yarpaqlarından və ləçəklərdən ibarətdir. Kasa yarpaqları yaşıl olur və yarpağa daha çox bənzəyir. Kasa yarpaqları birlikdə kasacığı təşkil edir. Kasacıq çiçəyin ən xarici örtüyüdür. Bəzən kasacıq pambıqda olduğu kimi ikiqat olur; bu halda xarici qat kasa altlığı adlanır (pambıq çiçəyində kasa yarpaqları 5, kasaaltlığı isə 3 yarpaqdan ibarətdir). Ləçəklər kasa yarpaqlarından fərqli olaraq müxtəlif rəngli –göy, mavi, çəhrayı, qırmızı, ağ və s. rənglərə boyanmış olur. Ləçəklərin bir çiçəkdə cəmi tac (latınca corolla) adlanır. İstər kasacıq, istərsə də tac bitişik və ya sərbəst yarpaqlı olur. Məsələn, almanın, narın çiçəklərində kasacıq bitişik yarpaqlıdır, tac sərbəst ləçəklidir. Xaşxaşın istər kasacığı, istərsə də tacı sərbəst yarpaqlıdır. Zəngçiçəyinin kasacığı və tacı bitişik yarpaqlıdır. Sərbəst ləçəkli çiçəklərdə çox zaman ləçəklərin qaidə hissəsi ensizləşir, təpə hissəsi isə, əksinə, enklənir və xaricə doğru əyilir (məsələn, qərənfillərdə). Belə ləçəklərdə ləçəyin ensiz qaidə hissəsi dıqnaqcıqdır, enli hissəsi isə bükük (ləçək büküyü) adlanır. Bitişik ləçəkli taclarda isə tac üç hissəyə ayrılır: boru (ləçəklərin bitişmiş hissəsi) ləçək bükükləri və əsnək. Əsnək ləçək bükükləri ilə boru arasında qalmış hissəciyə deyilir. Çox zaman ləçək büküyü ilə boru arasında və ya ləçək dırnaqcığı arasında girinti və çıxıntı şəklində qırçınabənzər hissəciklər də əmələ gəlir. Bu hissəciklərə tacüstü və ya tac dilciyi deyilir. Bu hissəciyin tac qırçını adlandırılması məqsədə daha uyğun olar. Belə tac qırçınına qərənfillərdə rast gəlmək olur.

Çiçəyin örtük yarpaqları çiçəkyanlığı adlanır. Çiçəkyanlığı sadə və mürəkkəb olur.

Bəzən çiçəkyanlığı ya kasacıqdan və ya taxıllarda, gicitkanda, əvəlikdə və s. olduğu kimi, kasa yarpaqlarına bənzər çiçəkyanlığından ibarət olur. Belə çiçəklər birörtüklü (şərti olaraq) çiçəklər adlanır. Bəzi hallarda çiçəkdə kasacıq olmur (zanbaqlarda) və çiçəkyanlığı tacvarı olur. Hər iki halda bu kimi çiçəklərdə çiçəkyanlığı sadə və ya birqat çiçəkyanlığı adlandırılır. Çiçəklərdə həm tac, həm də kasacıq olduqda belə çiçəkyanlığı ikiqat və ya mürəkkəb çiçəkyanlığı adlanır. Bəzi çiçəklərdə çiçəkyanlığı olmur; belə çiçəklər çılpaq və örtüksüz adlanır. Çiçəyin sportörədən yarpaqları (sporofillər) iki növ olur. Onlardan bir qrupunda mikrosporlar inkişaf edir, bu sporlar mikrosporofillərdən ibarətdir. Mikrosporofillərin inkişafı pırosesində ən nəhayət erkək hüceyrələr əmələ gəldiyindən onlar erkəkcik adlanır. Çiçəkdə erkəkciklərin cəminə androsey deyilir. Yunanca andros – kişi, oikos – ev deməkdir.

Sportörədən yarpaqların ikinci qrupu makrosporofil və ya meqasporofillərdir. Onlar çiçəkdə meyvə yarpağı adlanır. Meyvə yarpaqlarında inkişaf prosesində yumurtahüceyrələr (dişi qametlər) törədiyindən, onların əmələ gətirdiyi orqan dişicik adlanır. Dişiciklərin və ya meyvə yarpaqlarının çiçəkdə cəmi ginesey adlanır. Yunanca gyne-qadın, oikos – ev deməkdir.

Yuxarıda qeyd edilənlərdən aydın olur ki, çiçək aşağıdakı hissələrdən ibarətdir: kasacıq, tac, erkəkciklər və dişiciklər. Əgər müəyyən çiçəkdə qeyd edilən hissələrin hamısı mövcud olursa, belə çiçəyə tam çiçək deyilir. Qeyd edilən hissələrdən biri belə olmadıqda çiçək qeyri-tam (natamam) çiçək adlanır.

İstər tam, istərsə də qeyri-tam çiçəklərdə bal vəziləri də inkişaf etmiş olur ki, onlar da nektarlıq (nektar –bal şirəsi deməkdir) adlanır.

Çiçəkdə simmetriya iki cür olur. Birinci halda çiçəklər radial simmetriyaya malik olur, belə çiçəklər radius istiqamətində bir çox xətlərlə iki simmetrik yarımhissəyə bölünə bilər. Bu kimi çoxistiqamətli simmetrik çiçəklər aktinomorf və ya müntəzəm çiçək adlanır. Qaymaqçiçəyin almanın, zanbağın, pambığın və bir çox başqa bitkilərin çiçəyi aktinomorfdur.

İkinci halda çiçək üzvlərinin yerləşməsi monosimmetrik quruluşlu olur. Belə çiçəkləri ancaq bir istiqamətdə iki simmetrik yarımhissəyə bölmək mümkündür. Bənövşənin, mahmızçiçəyin, əksər paxlalıların çiçəklərini ancaq bir xətlə iki simmetrik hissəyə bölmək olar. Belə çiçəklər qeyri-müntəzəm və ya ziqomorf çiçəklər adlanır.

Əksər çiçəkli bitkilərdə çiçəklər qruplara toplanmış olur. Nadir hallarda onlar bitki üzərində tək-tək yerləşir. Məsələn, bənövşədə, xaş-xaşda, qızıl zanbaqda, maqnoliyada, şaftalıda, heyvada çiçəklər zoğ üzərində tək-tək yerləşir. Çox zaman tək yerləşən çiçəyin saplağı bitkinin qısalmış zoğunun

axırıncı uzanmış buğumarasından ibarət olur.

Əksəriyyətlə çiçəklər bitkilərin üzərində çiçək qruplarında toplanır. Müxtəlif bitkilərin çiçək qrupları müxtəlif quruluşda olur. Onlar bir-birindən budaqlanma qaydalarına görə fərqlənir. Çiçək qruplarında çiçəklər çiçək altlığının qoltuğundan inkişaf edir. Budaqlanma qaydalarının müxtəlifliyinə görə çiçək qrupları iki yerə bölünür:

a) Monopodial budaqlanan və ya botrik çiçək qrupları. Onların böyüməsi məhdud deyildir.

b) Simpodial budaqlanan və ya simmoz çiçək qrupları. Onların böyüməsi məhduddur.

Monopodial budaqlanan və ya botrik çiçək qrupları sadə və mürəkkəb olur.

Sadə botrik çiçək qrupları. Bu çiçək qrupları budaqlanmır, onların əsas oxu üzərində çiçəklər yerləşir. Mürəkkəb botrik çiçək qrupları budaqlanır; onların əsas oxu üzərində çiçəklər deyil, çiçək qrupları yerləşir. Sadə botrik çiçək qrupları aşağıdakılardan ibarətdir: salxım, sünbül, ətli sünbül, sırğa, qalxancıq, sadə çətir, başcıq, səbət.

Mürəkkəb botrik çiçək qrupları: mürəkkəb salxım və ya süpürgə, mürəkkəb sünbül, mürəkkəb çətir, mürəkkəb qalxancıq, mürəkkəb sünbül-süpürgə.

Simmoz çiçək qrupları. Bu çiçək qrupları simpodial, yalançı dixotomik qayda üzrə budaqlanan çiçək qrupları aiddir. Hər bir halda çiçək qruplarının böyüməsi məhduddur. Simmoz çiçək qruplarında üç tip fərqləndirmək mümkündür: monoxazi (bu da öz növbəsində iki növdür- qıvrım, əyrim); dixazi; pleyoxazi.


Yüklə 371 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin