Botanika elminə giriş, elmin inkişaf tarixi, məqsəd və vəzifələri



Yüklə 371 Kb.
səhifə19/19
tarix02.01.2022
ölçüsü371 Kb.
#44051
1   ...   11   12   13   14   15   16   17   18   19
BOTANİKA-1(Bitki anatomiyası) V.Novruzov

Cinsi çoxalma.

İstər ali, istərsədə ibtidai bitkilərdə müşahidə edilir. İnkişafın müəyyən mərhələsində bitkilərdə erkək və dişi orqanlar – qametlər əmələ gəlir. Cinsi çoxalmanın mahiyyəti müxtəlif cinsli qametlərin birləşməsi nəticəsində onlardan – bir hüceyrə ziqotanın əmələ gəlməsidir. Ziqota yeni orqanizmin başlanğıcını verir. Mahiyyətinə görə burada çoxalma getmir, buna görə də bu proses cinsi dirçəlmə adlanır. Cinsi çoxalmada nəsli nişanələri müxtəlif olan ata və ana qametalarının birləşməsi nəticəsində mühit şəraitə uyğunlaşa bilən həyati nəsil əmələ gəlir. Bitkilərdə 4 tip cinsi proses müşahidə edilir-izoqamiya, heteroqamiya, ooqaqamiya, konyuqasiya. İzoqamiya prosesi nəticəsində eyni morfoloji quruluşu 2-hərəsi hüceyrədə birləşmə baş verir. Bu müəyyən qədər ibtidai çoxalma üsulu olub, bir çox yosun və köbələklərdə gedir. Heteroqamiyada hametlər hərəkidir, lakin erkək kiçik, dişi isə iridir. Yaşıl və qonuru yosunlar bu cür çoxalır. Ooqamilərdə isə qametlər forma və ölçülərinə görə fərqlənir. Dişi qametlər / yumurta hüceyrəsi / hərəki deyil iridir, erkəklər kiçik hərəkətidir / spermaqozaid /. Göz calağı tumurcuqla aparılan calağa deyilir. Göz calağı anacın gövdəsinin qabığı altına calanır. Gözləri calaq üçün seçilmişbitkidən kəsib götürürlər. Adətən, gözlər birillik zoğlardan götürülür. Bu məqsədlə yarpaq qoltuğunda yaxşı inkişaf etmiş tumurcuq seçilir. Seçilmiş tumurcuq nazik qabıq təbəqəsi ilə birlikdə iti bıçaqla kəsilir. Göz calağı əməliyyatı üçün xüsusi göz calağı bıçağından istifadə edilir. Gözün qoltuğunda yerləşmiş olduğu yarpağın saplağı da çoxalır. Bu qayda ilə hazırlanmış göz qələmi calanmaq üçün hazır hesab edilir. Eyni zamanda xüsusi göz calağı bıçağı vasitəsilə ağacın gövdəsinin qabığı T şəklində kəsilir. Göz calağı bıçağının aşağı tərəfində olan diləbənzər yasıtı hissəsi ilə qabığın kəsilmiş yeri gövdənin daxili hissəsindən oduncağından aralandırılır. Buraya qabaqcadan hazırlanmış göz qələmi geydirilir, qabığın aralanmış hər iki tərəfi yenidən göz qələminin üzərinə örtülür və xüsusi calaq sarıqları ilə möhkəm sarınır. Calağın tutub-tutmaması, adətən, 10 gündənsonra bilinir. Əgər calaq tutmuşdursa, göz qələmi üzərindəki yarpaq saplağına toxunduqda o asanlıqla qopub düşür, calaq tutmadıqda saplaq düşmür, tutmamış calağı təkrarlamaq lazımdır. Göz calağı, adətən, iyul ayının axırında, avqust ayının başlanğıcında aparılır. Bu vaxt calaqaltının qabığı oduncağından asanlıqla, aralanır. Mikroiqlimdən asılı olaraq göz calağı bir qədər tez və ya gec də aparıla bilər.

Qələm calağı. Müxtəlif yaşda qələmlərlə aparılır. İstər calağın, istərsədə calaqaltının yaşından, vəziyyətindən asılı olaraq müxtəlif ölkələrdə calağın bir çox üsulları yayılmışdır. Calaqaltı cavanyaşlı / I-3 illik / olduqda calaq və calaqaltının yoğunluğu bir ölçüdə olmamalıdır. Calanma əməliyyatının keçirilməsi üçün calaqaltı və calaq bu qayda ilə hazırlanır. Calaqaltı /anac/ yuxarı tumurcuğu üzərindən, calaq isə aşağıda yerləşən tumurcuğu üzrə çəpinə hamar kəsilir. Çəpinə kəsilmiş səthlər üz-üzə birləşdirilir və üstdən sarıqla sarınır. / şəkil III /.

Sonzamanlar çiçəkçilikdə və tərəvəzçilikdə ot bitkilərinin də calanması tətbiq edilir. Qiymətli cənub bostan bitkilərindən olan qovunqarpızı şimalda becərilməsi imkanını əldə etmək üçün bu bitkiləri qabağa calayırlar. Bu məqsədlə Moskva ərazisində S.P.Lebedevanın apardığı təcrübələr diqqətəlayiqdir. Bu alim Moskva ətrafında gözəl yemiş sortlarının ancaq qabaq kökünə calanmaqla yetişdirir. Daha maraqlı calaqlar taxıllarda aparılır. Taxılların calanması onların toxumları cücərərkən aparılır. Bu məqsədlə bir toxumun rüşeymi kəsilib arzu olunan digər toxumun endoperminə yapışdırılır. / bu toxumun isə qabaqcadan rüşeymi kəsilib atılır/.

Bitkilərin calaqla çoxalmalarının əhəmiyyəti olduqca mühüm və müxtəlifdir. Calaqla nadir bir sporlu çox tezliklə çoxaldıb, yetkin bitkiyə calandıqda çox tez də məhsul əldə etmək mümkündür. Bir çox hallarda bitkinin qələmlə çoxalda bilmədikdə calaqla çoxaldırlar. Calaq vasitəsi ilə cır ağaclar peyvənd sortlarla əvəz edilir. Köksistemi zəif olan qiymətli mədəni ağac sortları güclü kök sisteminə malik olan cır ağaclara calanır.

Ümumiyyətlə, meyvə bitkilərinin çoxu, xüsusən alma, armud, bəzi şaftalılar toxumla çoxaldıqda cırlaşır, peyvənd olunan sort itir.

Bu sadə calaq, yaxud ”kopulirofka” adlanır. Bəzən sadə calaq mürəkkəbləşdirilir və calaq möhkəm tutması üçün anac calaqaltı təpəsindən, calaq isə qaidə hissəsindən çəpinə kəsildikdən sonra ortadan yarılır, hər ikisi yarıqdan bir-birinə geydirildikdən sonra möhkəm sarınır. Bu calaq üsulu yarma calaq və ya yəhər calağı adlanır. Calaqaltı yaşıl olduqda calaq üçün I-2 illik zoğlardan qələmlər götürülür. Bu qələmlər calaqaltının qabığı ilə mərkəz milindri arasına geydirilir və ya calağın qabığı ilə mərkəz silindrin arası yarılır, calaqüstü yarığa geydirilir. Birinci halda təsvir edilən calaq üstü qabıq altı calaq, ikinci halda təsvir edilən calaq isə yarığa calanma adlanır.

Sadə calaq üsullarından biri də yaxınlaşdırma calağıdır. Yaxınlaşdırma calağında iki qonşu bitkinin budaqları yaxınlaşdırılır, onların təmas edən səthlərinin qabığı xarici tərəfdən bıçaqla kəsilir; kəsilmiş sahəciklər yaxınlaşdırılır, birləşdirilir və xaricdən möhkəm sarıqla sarınır. Yaxınlaşdırma üsulunda möhkəm bitişmənin təmin edilməsi üçün hər iki bitkinin səthində dilciklər də düzəldilir; həmin dilciklər bir-birinə geydirildikdən sonra calanmış sahəcik yaranmalıdır. Ona görə qiymətli meyvə sortları ancaq calaqetmə üsulu ilə yetişdirilir və çoxaldılır. Bir qayda olaraq cır ağaclar soyuğa, istiyə, xəstəliklərə və.s. daha davamlı olduqlarından, davamsız, lakin dadlı, ətirli, meyvə verən sortlar cırlara calanır.

Çox qiymətli üzüm sortları olan Avropa tənəkləri ancaq cır Amerika tənəyinə calanmaqla filloksera kimi təhlükəli üzüm ziyan vericisindən xilas ola bilmişlər.

İ.V.Miçurin yeni meyvə sortlarının, növlərinin əldə edilməsində və qiymətli cənub meyvə formalarının şimala köçürülməsində calaq üsulundan geniş istifadə etmiş və bu üsulu yüksək qiymətləndirmişdir. O, calaqlar vasitəsilə əldə etdiyi yeni meyvə bitkiləinin xassəsini arzu olunan istiqamətində yaxşılaşdırmışdır.

El arasında da calaqaltının calağa və calağın calaqaltıya göstərdiyi təsir məlumdur. Bağçılıq təcrübəsində alçaqboylu armud ağacı əldə etmək istədikdə armud heyvaya calanır. Hündürboylu armud ağacı əldə etmək üçün eyni sort cır meşəarmudu calanır.

Calağın yaxşı tutması calanan bitkilərin yaşından, calaq texnikasından asılı olduğu kimi, bitkilərin qoyumluq dərəcəsindən də asılıdır.

Yeni növün müxtəlif formaları və sortları bir-birinə çox asanlıqla calanır. Cinsarısı calaqlarda da çox təsadüf olunur. Məsələn, alma armudu və əksinə, heyva almaya, şaftalı gavalıya və əksinə calana bilər.

Müxtəlif fəsillərin nümayəndələri bir-birinə calanır. İ.V.Miçurin limonu armuda calamış və məqsədlə birillik toxmacalar götürmüşdür. Calaq nəin ki, tutmuşdur, hətta armud limonun təsirindən həmişə yaşıllıq xassəsi qazanmış, yarpaqlarını tökməmişdir. N.V.Tsiksin noxudu ağ akasiyaya calanmışdır. Hərçənd noxud və ağ akasiya eyni fəsildən – paxlalılardandır, ancaq noxud ot, ağakasiya isə ağacdır. Buna baxmayaraq, həmin calaq tutmuş və noxud ağ akasiya çətri üzərində bir neçə il yaşamışdır. Qədim yunan alimləri Aristotel, Platon və başqaları bütün bitkilərin bir-birinə calanmasının mümkün olmasını göstərmişlər. Xüsusən, onlar palıda, söyüdə bütün ağac cinslərinin calanmasının mümkün olmasını qeyd etmiş və göstərmişlər ki, palıda calanan ağacların meyvələrinin tamı pisləşir. / cırlaşma gedir.



Yuxarıda vegetativ çoxalmanın istər təbiətdə, istərsə də mədəni şəraitdə yayılmış üsulları ilə tanış olduq.

Qeyd edilənlərdən məlum oldu ki, bitkilər üçün vegetativ çoxalmanın əhəmiyyəti böyükdür. Bu çoxalma üsulu təbiətdə bitkilərin sürətlə artmasına və yeni-yeni sahələri əhatə etməsinə ciddi xidmət edir. Mədəni şəraitdə, insan vegetativ çoxalma üsulları vasitəsi ilə arzu olunan bitkinin xoşagələn əlamətlərini saxlayaraq qısa müddətdə onların sayını artırır. Bununla yanaşı olaraq qeyd etməliyik ki, uzun müddət vegetativ üsulla, xüsusən qələmlərlə çoxalan bitkilərin yaşayış qabiliyyəti azalır, həmdə bu bitkilər nəticəsində cırlaşır. Bunun uzun müddət yumurlarla çoxaldılan müxtəlif kartof sortlarında, qələmlə çoxaldılan qovaqlarda, söyüdlərdə görmək mümkündür. Söyüdlər xəstəliklərə və ziyanvericilərə qarşı davamlılıqların itirir, onların çətri üzərində ”kartof süpürgələri” inkişaf edir. Uzun illər boyu yumurlarla çoxaldılan kartofun yumurları çox xırdalanır, kartofun məhsulu olduqca azalır. Belə sortlar təsərrüfatda yeni sortlarla əvəz edilir. Cırlanmış kartof sortu isə yenidən əsil toxumla çoxaldılır və bununla sort təzələnir, cavanlaşır.
Yüklə 371 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin