Botanika elminə giriş, elmin inkişaf tarixi, məqsəd və vəzifələri



Yüklə 371 Kb.
səhifə18/19
tarix02.01.2022
ölçüsü371 Kb.
#44051
1   ...   11   12   13   14   15   16   17   18   19
BOTANİKA-1(Bitki anatomiyası) V.Novruzov

Bitkilərin çoxalması.

Bitkilər və ya hər hansı başqa orqanizm müəyyən yaşa çatdıqdan sonra, çoxalmağa başlayaraq özünə uyğun fərd əmələ gətirir. Çoxalma növün qorunmasını təmin edərək onun miqdarını artırır.

Bitkilərin çoxalma üsulları çoxdur. Onlar əsasən 2-tipə bölünür.

Qeyri cinsi çoxalma. Qeyri cinsi çoxalmada əmələ gələn yeni fərd, özünün nəsli nişanələri ilə valideynlərinə oxşayır. Spor və zoosporlar əmələ gəlməklə həyata keçir. Zoospor və sporlar bir hüceyrəli törəmələrdir. Zoosporlar suda olan yosun və köbələklərdə əmələ gəlir. Onlarda olan çıxıntılar vasitəsilə suda hərəkət edirlər, zoosporlar sporankiləri əmələ gətirir. Sporlar isə yerüstü bitkilərdə əmələ gəlir. İstər ibtidai, istərsədə ali bitkilərdə müşahidə edilir. İnkişafın müəyyən mərhələsində sporlar sporanqilərdə yaranır. Spor əmələ gəlmə ərəfəsində sporanki daxilində qüvvədə reduksion bölünmə gedir. Hər bir ana hüceyrədən 4-haploid hüceyrə əmələ gəlir. Bu hüceyrələrdə ana hüceyrələrdən 2 dəfə az xromosom olur. Sporlar hərəkət edə bilmir. Külək, su, heyvanlar vasitəsilə yayılır. Bakteriyalarda sporların əmələ gəlməsi bölünmə və çoxalma ilə əlaqədar deyildir. Onlarda sporlar hüceyrə protoplastının qurulması və qılafın qalınlaşması nəticəsində əmələ gəlir. Bakteriyalarda sporlar mühiti əlverişli olmayan şəraitə qarşı uyğunlaşmaldır.

Veketativ çoxalmada yeni fərdlər bitkinin veketativ orqanlarından / kök, gövdə, yarpaq, kök yumruları / əmələ gəlir. Veketativ çoxalmanın əsasını itirilmiş orqanların regenerasiya / bərpası / qabiliyyəti təşkil edir.

Təbiətdə çox geniş yayılmışdır. Toxumla çoxalmanın getməsi üçün əlverişli şəraitdə / qısa veketasiya dövrün olduğundan meyvə və toxumların yetişməsi mümkün olmadıqda, güclü rütubət qaranlıq / xüsusilə meşə və bataqlıqlarda bu çoxalma daha çox gedir. Belə şəraitdə bir çox cillər, taxıllar, hətta ağac və kollar / başın ağacı, qızıl ağac, toz ağacı, akasiya, çökə və.s. veketativ çoxalır. Təbii şəraitdə veketativ çoxalma üsulları aşağıdakılardır.



I.Kök pöhrələri ilə çoxalma. Üfiqi yerləşmiş köklərdə əlavə tumurcuqlar yeni zoğlar verərək, tədricən yeni bitkiyə çevrilir. Ağaclarda əlavə tumurcuqların miqdarı çoxdur. Bir kəsilmiş qovaq 50-60 kök zoğu verir ki, nəticədə ana kötük ətrafında böyük meşəcik əmələ gəlir. Qocalmış ana köklər tədricən quruyur və zoğlar sərbəst bitkilərə çevrilir. Kök zoğları vasitəsilə qızılağac, tozağacı, söyüd, albalı, akasiya və.s. çoxalır.

2.Təbii qələmlərlə çoxalma. Bəzi bitkilərdə sıx yerləşmiş budaqlar torpağa toxunma yerlərindən kök verir. Budaq tədricən şaquli vəziyyət alaraq sərbəst bitkiyə çevrilir. Bu yola çökə, vələs, küknar, palıd və.s. çoxalır.

3.Bıqçıqlar vasitəsilə çoxalma. / yonca, çiyələk, qaymaqçiçək /.

4.Kökümsovlarla çoxalma. Qaragilə, mərcangilə, bir çox taxıllar, inciçiçəyi və.s.

5.Kökyumruları ilə çoxalma kök yumruları kök və ya kökümsovun yoğunlaşmış hissəsidir. / Yerarmudu /.

6.Bitkilərdən ayrılmış hissələrlə çoxalma. Söyüd və qovaqın çay sahilində müxtəlif səbəblərdən budaqları qırılır, su ilə müəyyən məsafəyə aparılaraq yeni bitki əmələ gəlir.

7.Soğanaqlarda çoxalma. Soğan, sarımsaq, zanbaq. Təbiətdə vegetativ çoxalmadan başqa vegetativ bərpa etmədə gedir. Meşələr qırıldıqdan sonra və gövdənin müxtəlif səbəblərdən qırılması nəticəsində yeni törəmələr əmələ gəlir. Lakin, pöhrələr ömrünün qısalığı və keyfiyətinə görə fərqlənir. Bu üsulla bir çox meşə, çəmən bitkiləri bərpa olunur. Bir çox illərdir ki, insanların meyvə və giləmeyvələrin, bostan bitkilərinin veketativ çoxalması ilə məşğuldur.


Yüklə 371 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin