Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects


  Müasir kompüterlərdə informasiyanın kodlarla



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə13/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   9   10   11   12   13   14   15   16   ...   61
Gasimov-informatika-darslik

1.5.  Müasir kompüterlərdə informasiyanın kodlarla 

təsvir edilməsi 

Qeyd olunduğu kimi, 1 bit vasitəsilə yalnız iki qiymət – 1 və 

ya  0  qiymətləri  kodlaşdırıla  bilər.  2  bitlə  dörd  (0-dan  3-ə  qədər  - 

00,  01,  10,  11),  3  bitlə  səkkiz  müxtəlif  qiymət  (0-dan  7-yə  kimi) 

kodlaşdırılır.  Aydındır  ki,  kodlaşdırma  üçün  istifadə  olunan 

bitlərin  sayı  artdıqca,  daha  böyük  həcmdə  informasiyanın 

kodlaşdırılması mümkün olur. 

Ümumiyyətlə,  müasir  kompüterlərdə  256  simvol  istifadə 

edilir.  Yuxarıda  qeyd  olunduğu  kimi,  bu  256  simvolun  təsvir 

olunması  üçün  maksimum  8  bit  kifayət  edir  (əlavə  1).  Onlardan 

128 simvol standart, 128 simvol isə dəyişən olur. Standart hissəyə 

idarəedici  simvollar,  rəqəmlər,  hesab  əməlləri,  böyük  və  kiçik 

ingilis  hərfləri,  durğu  işarələri  daxildir.  Dəyişən  hissədə  isə  milli 

şriftlər  (milli  standartlar),  mətnlərdə  istifadə  olunan  müxtəlif 

işarələr, psevdoqrafika və s. əksini tapır. 

Bu  simvollar  toplusunu  (cədvəlini)  ASCII  standartı 

adlandırırlar.  ASCII  standartı  kompüterlər  üçün  "əlifba"  hesab 



 

17 


olunur.  Burada  kompüterdə  istifadə  olunan  simvollar,  onların 

şəkilləri, kodları (nömrələri) müəyyən edilir. Qeyd olunmalıdır ki, 

bu  standart  kompüterlərdə  istifadə  olunan  standart  deyil  (bax: 

növbəti paraqraf).  

Əslində ASCII standartına daxil olan ilk 32 simvol (onların 

kodu 0-dan 31-ə kimidir) istifadəçilər tərəfindən istifadə olunmur. 

Onlar 

idarəedici 



simvollar 

olduğundan 

proqram-texniki 

təminatının  istehsalçıları  tərəfindən  kompüterlərin  idarə  edilməsi 

üçün tətbiq edilir. 

ASCII  standartında  istifadəçilər  tərəfindən  istifadə  oluna 

biləcək  simvollar  siyahısında  ilk  simvol  –  probeldir.  Onun  kodu 

32-dir.  

Cədvəldən görünür ki, növbəti 15 simvol (33dən 47-yə kimi 

kodlara  malik  olan  simvollar)  xüsusi  simvollar  və  durğu 

işarələridir.  48-57  kodlara  0-9  rəqəmlərinə,  58-64  kodları  riyazi 

simvol  və  durğu  işarələrinə,  91-96  və  123-127  kodları  isə  xüsusi 

simvollara  uygundur.  65-90  kodlarında  A-dan  Z-ə  qədər  ingilis 

əlifbasının baş hərfləri, 97-122 kodlarında kiçik hərfləri göstərilir.  

ASCII  standartının  ikinci  hissəsinə  128-ci  koddan 

başlayaraq  milli  standartlar  (milli  əlifbanın  böyük  və  kiçik 

hərfləri, milli valyuta və digər işarələr) daxil edilir. Bundan əlavə, 

sənədlərin  hazırlanması  zamanı  istifadə  olunan  və  proqramlarda 

tətbiq edilən müxtəlif xüsusi simvollar da cədvəlin bu  hissəsində 

nəzərdə tutulur. 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin