Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə15/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   11   12   13   14   15   16   17   18   ...   61
Gasimov-informatika-darslik

II fəsil. 

SAY  SISTEMLƏRI 

2.1. Ikilik say sistemi 

Onluq  say  sistemində  10  rəqəm  olduğu  kimi  ikilik  say 

sistemində də iki rəqəmdən – 0 və 1 rəqəmlərindən istifadə olunur 

və bütün ədədlər onların ardıcıllığı şəklində ifadə olunur. Məsələn, 

10001, 1000010, 100101. 

Ikilik  ədədlərin  yazılışını  onluq  ədədlərin  yazılışından 

fərqləndirmək  üçün  adətən  onların  sonunda  aşağıda  indeks 

qismində  2  yazılır.  Əgər  ədədin  indeksində  2  göstərilməyibsə, 

onun onluq say sisteminə aid olduğu hesab edilir Məsələn, 11010 

ikilik  ədədini  həmin  rəqəmlərdən  ibarət  onluq  ədəddən 

fərqləndirmək üçün onu 110102  şəklində yazırlar. 

Mövqeli  say  sistemlərindən  məlum  olan  ədədlərin  təsviri 

qaydasına əsasən p=2 (say sisteminin əsası) qəbul olunursa, onda 

ikilik tam ədədi aşağıdakı kimi təsvir etmək olar: 

D=d

n-1


2

n-1



+ d

n-2


2

n-2



+        +d

1



2

1

+ d



0

2



0

Burada  d



i

  –  ikilik  tam  ədəddə  sağ  tərəfdən  sayca  i+1-ci 

yerdə  duran  rəqəmidir.  Məsələn,  11010

2

  ədədində  (ədədin 



indeksində onun əsası göstərilib) mərtəbələrin sayı 5-ə bərabərdir, 

yəni n=5. Yuxarıda baxılan qaydaya əsasən: 

11010

2

=>1



2

4



+1

2



3

+0



2

2

+1



2

1



+0

2



Bu  qayda  ikilik  ədədlərin  onluq  say  sisteminə  çevrilməsi, 

yəni  bu  ədədlərin  onluq  say  sistemində  hansı  ədədə  bərabər 

olduğunun müəyyən edilməsi üçün istifadə oluna bilər.  

Qeyd  olunmalıdır  ki,  onluq  say  sistemində  hər  bir 

mərtəbənin qiyməti özündən əvvəlkindən 10 dəfə böyükdür. Ikilik 

sistemdə  isə  hər  mərtəbə  özündən  sağdakı  mərtəbədən  2  dəfə 

böyük olur.  




 

22 


Ümumiyyətlə, ikilik say sisteminin yaranmasını və tətbiqini 

təkcə  kompüter  texnikası  ilə  bağlamaq  düz  olmazdı.  Ikilik  say 

sisteminin  meydana  gəlməsi  və  inkişafı  riyaziyyat  tarixinin 

maraqlı səhifələrindəndır. Ikilik say sistemində hesab əməllərinin 

yerinə yetirilmə qaydaları ilk dəfə Leybnis tərəfindən verilmişdir. 

Lakin ikilik say sistemi XX əsrin 30-cu illərinə qədər yalnız 

nəzəri    məsələlərin  həllində  istifadə  olunurdu.  Sadə  quruluşlu  və 

etibarlı mexaniki hesablama maşınına tələbat ikilik say sisteminin 

əməli  tətbiqi  üçün  təkan  oldu.  Bu  say  sistemi  ilə  işləyən  ilk 

mexaniki hesablama maşınları Fransa və Almaniyada yaranmışdır. 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin