Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə11/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   7   8   9   10   11   12   13   14   ...   61
Gasimov-informatika-darslik

"binary  digit"  adlanır.  Say  sistemləri  növbəti  fəsildə  daha  ətraflı 

öyrəniləcəkdir. 



1.4.  Informasiyanın ölçü vahidləri  

Qeyd olunduğu kimi, müasir informasiya texnologiyalarının 

xüsusiyyətlərindən  irəli  gələrək,  informasiyanın  həcminin 

ölçülməsi üçün bit və bayt baza vahidlərindən istifadə edilir. Digər 

ölçü vahidləri baytdan törəmə ölçü vahidləridir.  

Bit  –  informasiyanın  saxlanması  üçün  istifadə  olunan  ən 

kiçik 


ölçü 

vahidi 


olub 

yaddaş 


qurğularının 

fiziki 


texnologiyasından irəli gəlmiş və informasiyanın saxlanması üçün 

nəzərdə  tutulmuş  elementlərlə  müəyyən  olunmuşdur.  Məlum 

olduğu kimi, 1 bit – bir ikilik simvola, yəni 0 və ya 1 rəqəmlərinə 

uyğun gəlir.  

Informasiyanın  emalı  zamanı  bitlərin  istifadəsi  əlverişli 

olmur. Bu məqsədlə baytlardan istifadə olunur. Bayt - verilənlərin 

və ya kompüterin yaddaşının ünvanlana (müraciət oluna) bilən ən 

kiçik  vahididir.  1  bayt  8  bitdən  ibarətdir.  Ilk  baxışdan  elə  yanlış 

təsəvvür yarana bilər ki, baytda saxlanılan informasıyanın miqdarı 

onun hər hansı bitindəki informasiyanın həcmindən 8 dəfə çoxdur. 

Əslində baytda informasiyanın həcmi üçün bitlərin sayı deyil, eyni 

zamanda  onların  sıradakı  mövqeyi  də  əhəmiyyət  kəsb  edir.  Belə 

ki,  00000001,  00001000,  10000000  baytları  bitlərin,  yəni  1  və  0 

rəqəmlərinin  sayının  eyni  olmasına  baxmayaraq,  müxtəlif  ölçülü 

məlumatları (uyğun olaraq 1, 8 və 128 ədədlərini) ifadə edirlər. 



 

15 


Onluq  say  sistemində  olan  ədədlərin  ikilik  say  sistemində 

ekvivalentinin  tapılması,  ədədlərin  bir  sistemdən  digərinə 

çevrilməsi qaydalarına növbəti fəsildə baxılacaqdır. Lakin burada 

qeyd etmək lazımdır ki, 1 baytın, yəni 8 bitin köməyilə 256 (0-dan 

255-ə qədər) ədədi ifadə etmək mümkündür: 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin