BİZİM ÜÇÜn biZSİz heç NƏ


Örnəklərin öyrənilməsi: Birləşmiş Krallıq -



Yüklə 8,75 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix28.04.2017
ölçüsü8,75 Kb.
#16178
1   2   3   4   5   6   7   8   9   ...   15

Örnəklərin öyrənilməsi: Birləşmiş Krallıq - 
əlilliyi olan şəxslərlə məsləhətləşmə xidmətləri 
yaxşılaşdırır
Yerli hakimiyyət orqanları evdə xəstə baxıcısı xidmətindən yararlanan əlilliyi olan şəxsləri 
dəvət  etdi  ki,  hazırki  xidmətin  təkmilləşdirilməsi  ilə  bağlı  onların  təkliflərini  dinləsin.  Bu 
məsləhətləşmələrdən sonra hökumət orqanı öyrəndi ki, narazılığın əsas mənbəyi əlilliyi olan 
istifadəçilərin evlərinə növbəti həftə kimin gələcəyini bilməmələridir. Buna görə də hökumət 
orqanı qərara aldı: uğurlu podratçının qarşısında tələb qoyulsun ki, xidmət istifadəçilərinə 
bir həftə qabaqcadan evlərinə xidmət üçün kimin gələcəyi bildirilsin.  
Örnəklərin öyrənilməsi: Azərbaycan - sosial qayğı 
xidmətlərinin təşviqi
2011-ci  ildə  dövlət  təşkilatlarının  və  VCT-lərin  nümayəndələri  parlamentin  Sosial 
Siyasət  Komissiyasında  sosial  xidmətlərə  dair  qanun  layihəsi  üzrə  ilkin  müzakirələr  və 
məsləhətləşmələrdə iştirak etdilər.
5
http://www.islington.gov.uk/publicrecords/library/Democracy/Quality-and-performance/Report-
ing/2011-2012/(2012-03-03)-IFC_Paper2__Review_of_Delivery_and_Action.pdf

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
30
Örnəklərin öyrənilməsi: Birləşmiş Krallıq - 
araşdırma siyasət barədə necə məlumat verə bilər
VIPER (Voice (səs, sözünü demək), Inclusion (daxil etmək), Participation (iştirak), Empowerment 
(səlahiyyət  vermək),  Research  (tədqiqat,  araşdırma))  16  əlilliyi  olan  gəncin  araşdırmaçı 
kimi yetişdirildiyi üç illik tədqiqat layihəsidir. Bu layihə İngiltərədə yerli xidmətlərdə qərar 
qəbulunda əlilliyi olan gənclərin iştirakını araşdırır.
Onlar aşkar etdilər ki, əlilliyi olan gənclər yerli səviyyədə qərar qəbulundan kənarda qalıblar, 
ona görə də "Bizi eşidin!" adlı tövsiyələr toplusunu ərsəyə gətirdilər. 
http://viper.councilfordisabledchildren.org.uk/media/7834/hear-us-out.pdf 
 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
31
Təlimçi bölməsi
Bu bölmə siyasət formalaşdıranlar, media nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları 
qruplarına  təlim  vermək  üçün  müvafiq  materialları  hazırlamaqda  təlimçiləri  dəstəkləmək 
üçündür.
Təlim gününün xülasəsi – “İnklüziv qərar qəbuluna giriş”
Gündəlik
•  İnklüziv qərar qəbulu nədir (təqdimat və müzakirə)
•  Kimliyin araşdırılması və bu, məni necə formalaşdırır
•  Əlilliyi olan şəxslərin həyatın bütün sahələrində iştirakına maneələrin araşdırılması 
(müzakirə aparılması)
•  Əlilliyin sosial modeli nədir? (video, təqdimat, qrup çalışması, cavab reaksiyası və müzakirə) 
•  Müstəqil yaşayışı araşdırmaq (kiçik qrup çalışması, cavab reaksiyası, müzakirə)
•  İnklüziv qərar qəbulunun maneə və faydalarını araşdırmaq (müzakirə aparmaq)
•  İnklüziv qərar qəbulunun maneə və faydalarını araşdırmaq (qrup çalışması)
•  İnklüziv qərar qəbulu səfəri (təqdimat)
•  Biz səfərin hansı hissəsindəyik? (müzakirə aparmaq)
Kursun məzmunu
İnklüziv qərar qəbulu nədir (təqdimat və müzakirə)
Ümumi məlumat bölməsinə baxın.
Kimliyin araşdırılması və bu, məni necə formalaşdırır
•  Hər bir şəxs özünü təsvir etmənin yolları barədə düşünməli/yazmalıdır: məs, valideyn, 
jurnalist, aktivist, etnik azlıq, heteroseksual, evli, orta yaşlı, gənc və s.
•  Cütlərlə iş; partnyorunuzla aranızdakı ümumi və fərqli cəhətləri müəyyən edin.
•  Siz nə zamansa “fərqli cəhətinizə”, müəyyən xüsusiyyətinizə görə özünüzə qarşı 
ədalətsiz rəftar olunduğunu hiss etmisinizmi?
•  Sizcə, bu, başqalarına qarşı da baş verirmi? 
•  Hər hansı şəxs və ya qrup xürafatdan azaddırmı?
Əlilliyi olan şəxslərin həyatın bütün sahələrində iştirakına maneələri araşdırmaq 
(müzakirə aparmaq)
Sessiya planı: iştirak və kənarlaşmanın araşdırılması - qrup 
müzakirəsi
Müxtəlif sağlamlıq məhdudiyyətləri olan əlilliyi olan insanlara təsir edən başlıca maneələr 
hansılardır? Hərəkət və hissi sağlamlıq məhdudiyyətləri, qavrama məhdudiyyətləri və ruhi 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
32
sağlamlıqla  bağlı  vəziyyətlər,  İİV  və  ya  xərçəng  kimi  digər  uzunmüddətli  xəstəlikləri  olan 
insanlar barədə fikirləşin.
Əlilliyi olan kişi və ya qadınların; etnik və ya dini azlıqlara mənsub əlilliyi olan şəxslərin; əlilliyi 
olan daha gənc və ya yaşlı şəxslərin; lesbian, gey, biseksual və ya transgender əlilliyi olan 
insanların üzləşdiyi müxtəlif və ya əlavə maneələr varmı?
Sessiya planı: əlilliyi olan şəxslərə münasibət
BK-da əlilliyi olan şəxslərə münasibət barədə 2013-cü ildə aparılmış sorğu barədə və əlilliyi 
olan  şəxslərin  özlərinin  nə  istədikləri  barədə  BK  əlillik  xeyriyyə  təşkilatı  Skoupda  verilmiş 
məqaləyə baxın: 
http://blog.scope.org.uk/2013/10/30/attitudes-meet-actions-how-does-britain-feel-about-
disability/
•  Məqaləni oxuyan zaman nə fikirləşdiniz?
•  BK-da əlilliyi olan şəxslər haqqında fikirlərlə sizin ölkənizdəkilər/kontekstinizdəkilər 
arasında oxşarlıqlar gördünüzmü?
•  Skoupun (SCOPE) öz kampaniyasında götürdüyü yanaşmadan nə öyrənə bilərsiniz?
Əlilliyin sosial modeli nədir? (video, təqdimat, qrup çalışması, cavab reaksiyası və 
müzakirə) 
Sessiya planı: əlilliyin sosial modelini öyrənmək 
(araşdırmaq) – video
British Council əlilliyin sosial modelini təsvir etmək 
və sosial modellə tibbi model arasındakı 
fərqi izah etmək üçün qısa animasiya filmi istehsal edib.  
Animasiyaya ingiliscə video saytında baxmaq olar. Film “Əlilliyin sosial modeli animasiyası” 
adlanır:
http://vimeo.com/54598624 
Sessiya planı: əlilliyin sosial modeli – 
təqdimat və kiçik qrup çalışmaları
Əlillik  barədə  düşünmənin  çox  müxtəlif  yolları  var,  ona  nə  səbəb  olur  və  onunla  əlaqəli 
problemlər necə həll oluna bilər. Məsələn:
•  Tibbi yanaşma, yaxud model - əlilliyi olan şəxslərin üzləşdiyi bərabərsizliyin və 
narahatlığın yalnız sağlamlıq vəziyyətindən irəli gəldiyini düşünür və yalnız sağalmağa 
«ümid» edir.
•  Xeyriyyə modeli - əlilliyi olan şəxslərə yaşamaq üçün kifayət qədər vəsait verməklə 
onlara üzləşdiyi problemlərə görə kompensasiya ödəməyi nəzərdə tutur.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
33
•  Sosial model - sağlamlıq məhdudiyyətləri olan insanların üzləşdiyi bərabərsizlik və 
narahatlığın cəmiyyətin insan müxtəlifliyinə adaptasiya oluna bilməməsindən irəli 
gəldiyini düşünür. İnsanlar münasibət (rəy, fikir), siyasət, fiziki və kommunikasiya 
maneələri ilə “əlil edilir”. Bunun məlhəmi, dərmanı siyasəti, xidmətləri və insanları 
müxtəlif yollarla kənarlaşdıran mühiti dəyişdirmək, əlilliyi olan şəxsləri bu dəyişikliklərin 
həyata keçirilməsinə cəlb etməkdir. 
Birinci çalışma
Bu ssenarilərdən birini təsəvvür edin:
•  Binanın ikinci mərtəbəsində kafe. Kafeyə çıxan pilləkənlər bura yeganə girişdir. Əlil 
arabasından istifadə edən paraplegiya xəstəsi bir şəxs bir fincan çay içmək istəyir...
     VƏ YA
•  Audio elanların olmadığı, yalnız işarələrin olduğu qatar stansiyası. Görmə məhdudiyyətli 
şəxs münasib qatarların vaxtını bilmək istəyir.
1. 
Bu situasiyaya tibbi modelin cavabı nə olardı?
(Problem ondan ibarətdir ki, şəxsin paraplegiyaya görə pilləkənləri çıxa bilməməsinə səbəb 
onun avtomobil qəzasında onurğa sütunundan zədə almasıdır.) 
(Problem ondan ibarətdir ki, şəxsin qatarlar haqqında məlumatı oxuya bilməməsinin səbəbi 
onun görə bilməməsidir.)
2. 
Xeyriyyə modelinin cavabı nə olardı? 
(Nə qədər qəmli/faciəlidir ki, bu şəxs pilləkənləri çıxa bilmir/görə bilmir. Onların qayğısına 
bu  kimi  insanlar  üçün  yaradılmış  xüsusi  mühitdə  qalınmalıdır;  şəxs  «uğursuz  situasiyada» 
yaşadığına  görə  mərhəmət  görməli,  onu  yedizdirdiyinə  və  geydirdiyinə  görə  cəmiyyətə 
minnətdar olmalıdır. Onlardan nə istədiklərini və ya nəyə ehtiyacları olduğunu soruşmağa 
lüzum yoxdur- ən yaxşısını biz bilirik.)
3. 
Sosial modelin cavabı nə olardı?
(Bu insanların əlilliyi var (qabil deyil), çünki kafe və qatar stansiyası əlçatımlı, onların girişi 
üçün uyğunlaşdırılmış deyil. Bu, belə insanların hüquqlarını danmaqdır. Bu, onun ailəsi üçün 
də narahatlıq doğura bilər, biznes üçün də pisdir, çünki bu insanlar ictimai xidmətlərdən, işə 
getmək üçün ictimai nəqliyyatdan istifadə edə bilmirlər.)
İkinci çalışma
Problemlərin tibbi və sosial model baxımından izahlarını verən aşağıdakı iki nümunəyə 
baxın. Siz daha neçəsi barədə düşünə bilərsiniz? Qavrama məhdudiyyəti, depressiya, 
məşğulluq, asudə vaxt, səhiyyə kimi həyatın müxtəlif sahələrini və müxtəlif əlillikləri 
nəzərdən keçirin. Beş dəqiqə ərzində daha çox nümunə gətirən qrup qalib gəlir.

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
34
Müstəqil yaşayışın araşdırılması (kiçik qrup çalışması, cavab reaksiyası, müzakirə)
Sessiya planı: kiçik qruplarda çalışma – müstəqil yaşayış 
1.  Həyatınızı necə yaşamaq məsələsində nələrə dəyər verirsiniz? 
2.  Kiminlə yaşamaq, saat neçədə durmaq və yatmaq, nə yemək, hara getmək, vaxtı necə 
keçirmək kimi məsələlərdə seçim və nəzarət nəyin üstündə dayanır? 
3.  Bu seçimlər və həyatınıza nəzarət hissi sağlamlıq məhdudiyyətindən asılı olmayaraq 
sizin ömrünüzü insanların həyatının bir parçasına necə çevirə bilər? 
4.  Bunları ortaya gətirmək üçün nəyi dəyişmək lazımdır?
5.  Bunun faydaları nə olardı?
İnklüziv qərar qəbuluna maneə və faydaları araşdırmaq (müzakirə aparmaq)
Sessiya planı: qrup müzakirəsi - inklüziv qərar qəbuluna 
maneələr və faydalar
İnklüziv qərar qəbulunun maneələri nədir?
•  İnsanlar razılaşmayacaqlar.
•  İnsanlar daha çox şey istəyəcəklər. 
•  Bu, daha çox xərc aparacaq. 
•  Biz qərar qəbuluna nəzarət etməliyik, çünki qərarı həyata keçirməliyik.
•  Biz narazılıq istəmirik.
Tibbi model
Mən işə düzələ bilmirəm, çünki beyin iflici 
keçirməyim avtobusa minib işə getməyimə 
mane olur.
Gənclər klubunun yığıncaqlarında iştirak 
edə bilmirəm, çünki eşidə bilmirəm.
Mənim nitq məhdudiyyətim var. İnsan-
lar məni başa düşmək üçün vaxt itirmək 
istəmirlər və çaşqınlıq hiss edirlər.
Mən bütün həyatım boyu valideynlərim, 
sonra isə bacımla yaşamalı olacağam, çün-
ki mənə hərəkət etməkdə və oxumaqda 
kənardan kömək lazımdır.
Sosial model
Avtobusa minə bilmirəm, çünki bu nəqliyyat 
vasitəsi uyğunlaşdırılmayıb (əlçatımlı deyil). 
Gənclər klubu işarə dili tərcüməçisi tap-
malıdır ki, mən də orada iştirak edə bilim, 
bütün yerli gənclərə xidmət göstərməkdə 
kluba yardım göstərim.
Mən iş tapa bilmirəm, çünki işəgötürənlər 
mənimlə müsahibə keçirmirlər, ona görə ki, 
nitq məhdudiyyətim var. 
Mənim kimi insanların müstəqil yaşamasını, 
ailəsinə və icmasına töhfəsini dəstəkləmək 
üçün əlil arabalarının girişinin asan olduğu 
evlər lazımi qədər tikilmir, kifayət qədər 
dəstək işçiləri yoxdur.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
35
İnklüziv qərar qəbulunun faydaları nədir?
•  [Mümkün ən yaxşı qərarı vermək. Bilik, təcrübə və perspektivlərin geniş spektrında 
qərar qəbulu prosesi ən yaxşı nəticələri doğuran seçim etməlidir.
•  Effektli şəkildə etmək. Qərar müəyyən vaxt və səy sərf edilməklə tez bir zamanda 
verilməlidir.
•  Həyata keçirmə üçün müvafiq sövdələşmənin aparılması. İnsanların qərara inanması 
lazımdır, inanmasalar, onun səmərəli həyata keçirilmə ehtimalı azdır.]
“Bu maneələri necə dəf etmək və həmin faydaları qazanmağa necə nail olmaq?” barədə 
nəsə ƏLAVƏ EDİN
Sessiya planı: qrup müzakirəsi - inklüziv qərar qəbulundan kim 
faydalanır?
İnklüziv qərar qəbulunun aşağıdakılara hansı faydası olması barədə düşünə bilərsinizmi? 
•  Fərdlər və vətəndaş cəmiyyəti təşkilatları
[məs., onlara birbaşa aid olan şeylərə təsir göstərmək imkanı; yeni bacarıqlar öyrənmək; 
özü müəyyən etmə; müstəqillik hissinin olması - bu da özlüyündə inamı və səhhəti 
yaxşılaşdıra bilər.]
•  Yerli və milli hökumət
[məs., baha başa gələn səhvlər etməkdənsə lap başdan düzgün hərəkət etmək; aid 
olanlarla məsləhətləşmə aparıldığı üçün daha yaxşı nəticələr əldə etmək; faydalananlarla 
birbaşa işləmək məmnunluğu.]
•  Media təşkilatları və jurnalistlər
[məs., cəmiyyətin bütün təbəqələri ilə daha yaxşı ünsiyyət; daha yaxşı cəmiyyət 
yaradılmasına təsir etmək; işlədilən leksikon və təsvirdən az şikayət.]
İnklüziv qərar qəbuluna maneə və faydaları araşdırmaq (qrup çalışması)
Sessiya planı: kiçik qruplarda çalışma - əlilliyi olan şəxslərin 
qərar qəbulundan kənarlaşdırılması və cəlb olunması
Ukrayna  hökuməti  işəgötürənlər  qarşısında  hər  10  işçidən  1-nin  əlilliyi  olan  şəxs  olması 
tələbi qoyan yeni qanunvericilik tətbiq edir. Üstəlik, hökumət qanunvericilik üzrə bu vəzifəni 
yerinə yetirməyən işəgötürənləri cərimələmək siyasəti həyata keçirir. 
Bu, müxtəlif maraqlı tərəflərin iştiraka necə cəlb olunduğuna, eləcə də hökumətin siyasətinə 
və qanunvericiliyə kənardan necə təsir göstərildiyinə dair yaxşı misaldır.
İnklüziv qərar qəbulu səfəri (təqdimat)
Ümümi məlumat bölməsinə baxın.
Biz səfərdə hansı yerdəyik? (müzakirə aparılması)
Əlavə edin

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
36
Sessiya planı: qrup müzakirəsi - biz indi haradayıq və 
hara gedirik?
Məlumatdan tutmuş məsləhətləşmə vasitəsilə inklüziv qərar qəbuluna qədər yolu nəzərdən 
keçirəndə sizin təşkilat indi nə yerdə, hansı məqamdadır? Sizin işlədiyiniz və ya təsir etmək 
istədiyiniz təşkilatlar haraya qədər gediblər? Əgər onlar hazırda inklüziv qərar qəbulu üzrə 
fəaliyyət göstərmirlərsə, maneələr nədən ibarətdir? Onları faydalara nə inandıra bilər?
Məlumat
Məsləhətləşmə
İnklüziv
qərar qəbulu
Sizin təşkilatınız indi 
nə yerdə, hansı 
məqamdadır?
Tərəfdaşlıq etmək və 
ya təsir göstərmək 
istədiyiniz təşkilatları 
hansı yerə qoyardınız?
Məlumatdan 
məsləhətə, məsləhət-
dən də inklüziv qərar 
qəbuluna keçmək 
üçün siz və bu 
təşkilatlar qarşısında 
hansı maneələr var?
İnklüziv qərar qəbulu-
na doğru dəyişməyin 
(hərəkətin) spesifik 
faydaları nədir?
Bu səfəri etmək üçün 
təşkilatınıza hansı 
metodlar, vasitələr 
kömək edərdi?
Tərəfdaşlıq etmək və 
ya təsir göstərmək 
istədiyiniz təşkilatlara  
hansı metodlar, va-
sitələr kömək edərdi?

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
37
Bölmə 2. 
Beynəlxalq və milli qanun və siyasətdə 
nə deyilir?
Vasitələr toplusunun bu bölməsi: 
• 
əlilliyi olan şəxslərə təsiri keçən beynəlxalq və milli qanun və siyasətin icmalını verir
• 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqi üçün qanun və siyasətdən necə istifadə 
olunmasını və bununla bağlı çətinlikləri göstərən örnəklər verir

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
38
Beynəlxalq və milli qanunlar və siyasət 
barədə ümumi məlumat
Mündəricat
•  II dünya müharibəsindən sonra insan hüquqlarının tənzimlənməsi
•  Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT Konvensiyası
•  BMT Konvensiyası və  insan haqları
•  BMT Konvensiyası nə üçün yaradılıb?
•  ƏOŞHDBMTK əlilliyi olan şəxslər üçün niyə vacibdir?
•  ƏOŞHDBMTK tərəfindən kimin hüquqları tanınır?
•  ƏOŞHDBMTK beynəlxalq ictimaiyyətin qarşısına hansı öhdəlikləri qoyur? 
•  ƏOŞHDBMTK hökumətlərin üzərinə hansı öhdəlikləri qoyur?
 Qeyd-şərtlər
•  ƏOŞHDBMTK-nı həyata keçirmək kimin işidir?
•  Əlilliyi olan şəxslərin və onların təşkilatlarının hansı rolu var?
•  BMT-nin rolu
•  BMT Əlillik Komitəsində insan hüquqları pozuntularına qarşı sorğuya necə başlatmaq 
olar?
•  ƏOŞHDBMTK bizim milli qanunlarla necə əlaqəlidir?
•  Əlillik və gender
•  Əlillik və uşaqlar
•  Digər əlil qrupları necə?
•  Medianın tənzimlənməsi
•  BMT Konvensiyası və Britaniya qanunu
II dünya müharibəsindən sonra insan hüquqlarının 
tənzimlənməsi
1940-cı illərin ortalarından beynəlxalq səviyyədə aşağıdakılar da daxil olmaqla insan 
hüquqları üzrə sazişlər bağlanıb:
•  Ümumdünya İnsan Haqları Bəyannaməsi (1948)
•  İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Pakt (1966)
•  Vətəndaş və Siyasi Hüquqlara dair Pakt (1966)
•  İşgəncələrə və digər qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəzaya qarşı 
Konvensiya (1975)
•  Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılmasına dair 
Konvensiya (1979)
•  Uşaq Hüquqlarına dair Konvensiya (1989)
•  Bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə dair 
Konvensiya (1990)
•  Əqli cəhətdən özünəməxsusluğu olan şəxslərin hüquqlarına dair Bəyannamə (1971)
•  Əlilliyi olan şəxslərin Hüquqlarına dair Bəyannamə (1975)
•  Əlilliyi olan Şəxslərlə bağlı Dünya Fəaliyyət Proqramı (1982)

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
39
•  Əlilliyi olan Şəxslərin Peşə Reabilitasiyası və Məşğulluğuna dair Beynəlxalq Əmək 
Təşkilatı Konvensiyası (1983)
•  Əlillik sahəsində İnsan Resurslarının İnkişafına dair Fəaliyyət üçün Tallin Direktivləri 
(1990)
•  Ruhi inkişafda özünəməxsusluğu olan şəxslərin müdafiəsi prinsipləri və ruhi sağlamlıq 
xidmətinin yaxşılaşdırılması (1991)
•  Əlilliyi olan şəxslər üçün imkanların bərabərləşdirilməsi üzrə standart qaydalar (1993).
Bununla belə, Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT Konvensiyasında əlilliyi olan şəxslərin 
müdafiəsinə  əvvəlki  sazişlərlə  müqayisədə  görünməmiş  dərəcədə  güclü,  təkmilləşmiş  və 
standartlaşmış baxış var.
Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT Konvensiyası
Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT Konvensiyası (ƏOŞHDBMTK) 30 mart 2007-ci il 
tarixində imza üçün açıq elan edilib. Konvensiya planetin tarixində əlilliyi olan milyonlarla 
şəxsin  hüquqlarını  təşviq,  müdafiə  və  təmin  etmək  üzrə  dövlətlərin  qarşısına  öhdəliklər 
qoyan,  əlilliyi  olan  və  olmayan  insanların  ortaq  insanlığı  paylaşdığını  tanıyan  ilk  hüquqi 
öhdəlik sənədidir.
ƏOŞHDBMTK  əlilliyi  olan  şəxslər  tərəfindən  onların  özləri  üçün  yazılmış  beynəlxalq  insan 
hüquqları razılaşmasıdır. Bu razılaşma uzunmüddətli fiziki, ruhi, qavrama və ya hissi sağlamlıq 
problemləri olan, cəmiyyətdə bərabər inkişaf üçün maneələrlə üzləşən şəxslər üçündür. 
Konvensiya  əlilliyi  olan  şəxslərin  insan  hüquqlarından  digər  şəxslərlə  eyni  şəkildə 
faydalanmasını  təmin  etmək  üçün  tədbirlər  görülməsi  məqsədilə  hökumətlərin  üzərinə 
öhdəliklər qoyur. 
ƏOŞHDBMTK: 
•  Hamımızın bərabər olduğunu tanıyır. Əlilliyi olan şəxsin hər bir kəslə eyni azadlıq, 
hörmət, ləyaqət və bərabərlik hüququ var.
•  Bütün əsas insan hüquqlarını bir araya gətirir.
•  Bu hüquqların reallaşması üçün hökumətin nə etməli olduğunu əks etdirir.
Konvensiya ona görə yaradılıb ki, əlilliyi olan şəxslərin insan hüquqlarına çox zaman əməl 
olunmur və onlar cəmiyyətdə iştirak üçün çoxlu maneələrlə üzləşirlər.
Konvensiya  xüsusi  gücü  olmayan  kağız  üzərində  bəyannamə  deyil.  Bu  sənəd  maneələri 
aradan qaldırmaq və əlilliyi olan şəxslərə real azadlıq, ləyaqət və bərabərlik vermək üçün 
tədbir görməyi hökumətdən tələb edir.
ƏOŞHDBMTK və insan hüquqları
İnsan hüquqları kimliyindən asılı olmayaraq hər bir kəsə verilən əsas hüquq və azadlıqlar 
toplusudur. Bunlar dövlətin vətəndaşla necə rəftar etməsi barədədir. İnsan hüquqları anlayışı 
hər kəsin bərabər dəyərə malik olduğunu, öz qərarlarını vermək hüququ olduğunu, hər kəsə 
qarşı ədalət, ləyaqət və hörmətlə davranılmalı olduğunu bildirir. 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
40
İnsan haqları barədə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948) və İnsan Hüquqlarına 
dair Avropa Konvensiyası (1950) kimi beynəlxalq razılaşmalarda ətraflı yazılıb.
ƏOŞHDBMTK əlilliyi olan şəxslərin aşağıdakı insan hüquqlarından istifadəsini təmin etmək 
üçün hökumətlərin görməli olduğu tədbirləri təsvir edir:
•  qanun qarşısında ayrı-seçkilik qoyulmadan bərabərlik
•  öz qərarlarını vermək
•  ailə həyatına hörmət 
•  istismar, zorakılıq və pis rəftardan azad olma
•  inklüziv təhsil
•  layiqli yaşayış standartı
•  cəmiyyətdə iştirak və icmada yaşamaq üçün dəstək
•  əlçatımlı fiziki mühit və məlumat
Bu və digər hüquqlar «Maddələr»də verilib. 
Yüklə 8,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin