BİZİM ÜÇÜn biZSİz heç NƏ


İnklüziv qərar qəbulunda əsas elementlər - insanlar



Yüklə 8,75 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix28.04.2017
ölçüsü8,75 Kb.
#16178
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

İnklüziv qərar qəbulunda əsas elementlər - insanlar
 
Əlilliyi olan şəxslərin qərarvermədə iştirakı planlaşdırılmalı və təşkilati yanaşma 
olmalıdır
Müxtəlif komandalarda və ya müxtəlif şöbələrdə əlilliyi olan şəxslərin iştirakını (cəlb olunmasını) 
müxtəlif  tərzdə  reallaşdırmağın  mənası  yoxdur.  Bunun  təşkilat  səviyyəsində  planlaşdırılıb 
əlaqələndirilməsi lazımdır. Əks halda insanlar çoxlu vaxt və enerji itirmiş olacaqlar.
Əlilliyi olan şəxsləri cəlb etməyin bir sıra yolları olmalıdır
Əlilliyi olan şəxsləri qərar qəbuluna cəlb etmək üçün yalnız bir fəaliyyətin olması insanların 
sayını  və  təcrübələrin  diapozonunu  məhdudlaşdıracaq.  Faktiki  fəaliyyətlər  təşkilatdan  və 
müəyyən  məsələdən  asılı  olacaq.  Təşkilatlar  əlilliyi  olan  şəxslərin  «jüriləri»,  əlilliyi  olan 
sakinlərin paneli, hədəf qruplar, geniş miqyaslı konfranslar, təşkil olunmuş görüşlər, əlil və ya 
könüllü sektor təşkilatlarının iclaslarında iştirak, anketlər, rəy sorğusu, incəsənət fəaliyyətləri, 
əlillik üzrə rəsmi məşvərət qrupları, ictimai şəkildə təyin olunmuş panellər və s. kimi bir çox 
metodlardan istifadə ediblər.
Əlilliyi olan şəxsləri cəlb etmək - qutunun üzərində yazıldığı kimidir - əlilliyi olan 
şəxsləri cəlb etmək
Baxıcıları, valideynləri, professionalları və digər iştirakçıları cəlb etmək dəyərli olsa da, əgər 
bu, məhdud qabiliyyəti olanlar üçün dəstəkli qərarvermənin bir hissəsinə çevrilməzsə, bu 
insanlar əlilliyi olan şəxslərin əvəzinə, onların adından danışa bilməzlər.
 
Əsas axına salınma və iştirak yaddan çıxmamalıdır
Əlilliyi  olan  şəxsləri  əsas  qərarlara  cəlb  etmək  üçün  bəzi  spesifik  fəaliyyətlərin  olması  o 
demək  deyil  ki,  təşkilatın  aparıcı  məsləhətləşmə  mexanizmləri  əlilliyi  olan  şəxsləri  əhatə 
etməməlidir. Təşkilatın yürütdüyü əsas axına cəlb etmə xətti əlilliyi olan şəxsləri də əhatə 
etməlidir, ancaq spesifik iştirak fəaliyyətlərindən əldə olunmuş bilik bunu təkmilləşdirə bilər.

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
74
Hər hansı iştirak tam əlçatımlı və inklüziv olmalıdır
İnklüziv qərarvermənin başlanğıcdan planlaşdırılması lazımdır. Bu, inklüziv tədbirlərin təşkil 
edilməsində  ən  yaxşı  praktikadır  və  insanların  müəyyən  ehtiyacları  olduğu  yerlərdə  az 
etirazla qarşılanmalıdır.
Kommunikasiya da tam əlçatımlı və inklüziv olmalıdır 
Hissi,  psixi,  qavrama  məhdudiyyətləri,  autizmi  olan  insanların  kommunikasiya  tələblərini 
xatırlamaq mühümdür.
İnklüziv qərar qəbulu büdcə və resurs tələb edir
Əlilliyi  olan  şəxslərin  inklüzivqərar  qəbulu  prosesinin  bir  hissəsi  olmasını  təmin  etmək 
resurslar istəyəcək. Üstəlik, təşkilatlar əlilliyi olan şəxslərdən vaxt sərf etməyi, təcrübələrini 
paylaşmağı xahiş edirlərsə, onlar buna görə başqa ekspertlər kimi mükafatlandırılmalıdır.
Təşkilatlar vətəndaş cəmiyyəti qurumlarından əlilliyi olan şəxslərin cəlb edilməsinə kömək 
istəyəndə də ödənişli müqavilə münasibəti olmalıdır.
Geniş dairəni əhatə edən əlilliyi olan maraqlı tərəflərin cəlb olunması
Müxtəlif növ sağlamlıq məhdudiyyətləri olan şəxsləri, eləcə də, yaşı, dərisinin rəngi, etnik 
mənsubiyyəti,  cinsi,  oriyentasiyası,  dini,  etiqadı,  təcrübəsi,  coğrafiyası  baxımından  fərqli 
qruplardan olanları uyğun gəldikcə iştiraka cəlb etmək lazımdır. Yadda saxlamaq gərəkdir 
ki, əlilliyi olan şəxsin kimliyinin tərifi cürbəcür sağlamlıq məhdudiyyətləri olan çox müxtəlif 
insanları əhatə edir, bu məhdudiyyətlər dərhal aşkar olmaya bilər (məsələn, psixi xəstəlik, 
qavrama məhdudiyyəti, İİV və ya xərçəng kimi xəstəliklər). 
Bu, bəziləri üçün başqalarından daha asandır
Coğrafi əraziyə və ya müəyyən qrup xidmət istifadəçilərinə qulluq edən bəzi təşkilatlar 
üçün əlilliyi olan şəxslərin cəlb edilməsi nisbətən birbaşadır. Yerli təşkilatların əlilliyi 
olan şəxslərə yetişməsi çox zaman həlledici rol oynayır, ancaq bu, müqavilə yolu ilə 
edilməlidir. Bəzi təşkilatlar üçün əlilliyi olan iştirakçıları (maraqlı tərəfləri) müəyyən etmək 
daha çətin ola bilər, xüsusilə də onlar xidmət istifadəçilərindən bir addım aralı olanda. Bu 
situasiyada milli və ya regional təşkilatlar formal əlillik qrupu və ya panelinin təşviq edilib 
yaradılmasında faydalı ola bilər.   
İnklüziv qərar qəbulunun əsas elementləri – məqsəd nədir?
Hər bir kəs arzulanan nəticənin nə olduğunu bilmək istəyir – 
biz nəyin baş verməsini istəyirik
Hər bir qərarın qəbulu üzərində çalışanların nə əldə etmək istədiyi aydın başa düşülməli və 
bu gözləntilər bütün aidiyyəti olanlarla paylaşılmalıdır.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
75
Hər kəsin proses barədə aydın təsəvvürü olmalıdır
 
İnklüziv qərarverməyə kömək edənlərin də, prosesdə iştirak edənlərin də gözləntilər, vaxt 
çərçivəsi,  prosesin  mahiyyəti  və  fikir  bildirmə  (cavab  reaksiyası)  barədə  aydın  təsəvvürü 
olmalıdır.
Heç kim bürokratiya istəmir 
Prosesin  içində  itməkdən  qorunmaq  üçün  diqqət  aydın  şəkildə  nəticələrə  yönəlməlidir. 
Bütün qərar qəbulu prosesi boyu diqqət qorunub saxlanmalıdır.
Əlilliyin bərabərliyi və əlilliyin sosial modeli yaxşı başa düşülməlidir
İnklüziv qərarverməyə kömək edən heyətə əlilliyin bərabərliyi üzrə təlim verilməlidir.
Əlilliyi olan şəxslər və onların təşkilatları başlanğıcdan cəlb olunmalıdır
Əlilliyi  olan  şəxsləri  siyasət  və  ya  yeni  xidmət  üzrə  qərar  qəbulu,  yaxud  da  planlaşdırma 
prosesinin  sadəcə  sonunda  cəlb  etmək  həmin  siyasət  və  xidmətin  təkmilləşdirilməsində 
səmərəli ola bilməz. İştirakın maksimum bəhrə verməsi üçün əlilliyi olan insanları başlanğıcdan 
cəlb etmək lazımdır.
Cavab reaksiyası ikitərəfli dialoqda mühümdür
İnklüziv  qərarvermənin  səmərəli  olması  üçün  bu  proses  ikitərəfli  dialoqu  əhatə  etməlidir. 
Buna görə də müntəzəm və davamlı cavab reaksiyası üçün geniş metodlardan istifadə edən, 
bütün materialların əlçatımlı olmasını təmin edən mexanizmlər olmalıdır. Bu, qərarvermədə 
strukturlu  iştirak  (məsələn,  əlilliyin  bərabərliyi  məşvərətçi  qrupu  kimi)  üçün  asan  olsa 
da,  müntəzəm  və  davamlı  münasibətin  olmadığı  mətnlə  səsvermə,  böyük  konfranslar  və 
ya  anketlər  kimi  fəaliyyətlər  üçün  çətin  ola  bilər.  Ancaq  bu,  iştirak  fəaliyyətlərinin  həyata 
keçirilməsi qədər mühümdür.
İştirak təsirli olmalıdır 
Əlilliyi olan şəxslər bilməlidirlər ki, onların fikirləri dinlənir, nəzərə alınır və mümkün olduqca 
təkliflərə daxil edilir. Həm birbaşa iştirak edən, həm də digər əlilliyi olan şəxslərin onların 
iştirakının nə qədər əhəmiyyətli olduğunu və bunun nəticələrini bilmələri mühümdür. Bəzən 
müzakirələrdən sonra əlilliyi olan şəxslərin bütün fikirləri nəzərə alınmayacaq. Bu halda onlar 
müəyyən sahələr üzrə baxışlarının nəyə görə nəzərə alınmadığını mütləq bilməlidirlər.
 
Əlilliyi olan şəxslərin iştirakı birdəfəlik tapşırıq deyil 
Bəzi  təşkilatların  ayrıca  sahələrə  xas  olan  qısa  müddətli  iştirak  fəaliyyətləri  var.  Başqaları 
isə  əlilliyi  olan  şəxsləri  qərar  qəbulu  prosesinə  cəlb  etməyin  fasiləsiz  və  davamlı  yollarını 
seçirlər. Bu da, təcrübədən göründüyü kimi, ən effektli yoldur.

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
76
Bunlar hamısı nəticələr haqqındadır
 
Qərar qəbulu prosesində iştirak edən əlilliyi olan şəxslər əmin edilməlidirlər ki, fikir bildirdikləri 
hansısa fəaliyyət və ya məsələ nəzərə çarpacaq dərəcədə irəli gedib. Beləliklə, hətta siyasət 
həyata keçirildikdən sonra belə əlilliyi olan şəxslər onun hansı effekt verdiyi, nəyə nail olduğu 
və gələcəkdə hara istiqamətlənəcəyi ilə bağlı məlumatlandırılmalıdırlar.
Uğurlu inklüziv qərar qəbulunun əsas elementləri
 
İnklüziv qərarvermənin başlıca mahiyyəti daha yaxşı nəticələr əldə etməkdən ibarətdir. Əgər 
bu, baş vermirsə, deməli, nə isə yerində deyil.
Yaxşı rəhbərlik yaxşı fəaliyyətə səbəb olur
 
Təşkilatın başında dayanan rəhbərlik əsl inklüziv qərarverməni reallığa çevirəcək. Təşkilat 
daxilində rəhbərlik qərar qəbul edənlərin öz qərarlarına sahib çıxmasını təmin edəcəksə, 
uğur şansı çoxalacaq. 
Aşkar görünəndən kənar
İnklüziv qərarvermənin təkcə əlilliyin problemləri ilə ənənəvi məşğul olan insan resursları və 
ya sosial yardım/dəstək kimi sahələrdə yox, birbaşa siyasət və xidmət sahələrində də baş 
tutması lazımdır. Ənənəvi tibbi və sosial xidmətin “rahat” yolundan çıxmamaq əhəmiyyətli 
təkmilləşmələrə apara bilməz. 
Dəlillərdən başlamaq 
Qərarların etibarlı dəlillərə əsaslanmasına ehtiyac var, yəni əlilliyi olan insanlar üçün nə baş 
verdiyinin  hərtərəfli  xəritəsini  cızmaq  lazımdır.  Bəzi  təşkilatlar  bu  dəlil  özülünü  əvvəlki  iş 
əsasında  qurmalıdır.  Xidmət  göstərən  təşkilatlar  üçün  bundan  əlilliyi  olan  şəxslərin  necə 
faydalanması, hansılarının da faydalana bilməməsi haqqında aydın təsəvvürə malik olmaq 
həlledicidir.  Bütün  təşkilatlar  üçün  aydın  icra  standartı,  boşluqların  və  qeyri-bərabərlik 
modellərinin müəyyənləşdirilməsi mühümdür. 
Dəlili harada tapmalı 
Dəlil  təşkilatdan  asılı  olaraq  fərqli  mənbələrdən  gələcək:  demoqrafik  məlumatdan  alınan 
dəlillər,  müvafiq  performans  məlumatı,  insan  resursları  kimi  daxili  informasiya  mənbələri, 
şikayətlər və cavab reaksiyalarından gələn dəlillər. Keyfiyyətlə bağlı məlumat da münasib 
araşdırma daxil olmaqla çox mühüm sayılır.
Dəlil boşluqlarının doldurulması
 
Əgər əlilliyi olan insanların siyasət və ya xidmətdə əhatə olunması ilə bağlı dəlil bazasında 
boşluqlar  varsa,  belə  boşluqların  təcili  doldurulması  üçün  xüsusi  araşdırma  aparılmasına, 
hədəf qruplara və ya məlumat toplanmasına diqqət verilməlidir.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
77
Məqsədlərin seçilməsinin əhəmiyyəti
Növbəti addım aydın məqsədlər toplusunu müəyyənləşdirməkdir. Ehtimal ki, bu, qəbul edilə 
biləcək  ən  mühüm  qərardır.  Misal  üçün,  məqsədləri  birgə  qarşıya  qoymaqla  əlilliyi  olan 
şəxslər və sosial xidmət işçiləri müəyyənləşdirməlidirlər ki, siyasət və uyğun xidmətlər əlilliyi 
olan şəxslərə seçim və öz həyatlarına nəzarət imkanı verilməsinə, onların dəstək xidmətini 
necə əldə etməsinə istiqamətlənəcək.
Fəaliyyəti müəyyənləşdirmək üçün məqsəddən istifadə etmək
 
İlkin olaraq formalaşdırılmış və razılaşdırılmış məqsədlər planlaşdırma üçün strukturu təmin 
etməlidir. Hər bir məqsəd üçün adətən komanda\funksiya tərəfindən bölünən fəaliyyətlər 
silsiləsi ortaya qoyula bilər. Fəaliyyətləri yerinə yetirməli olanların onları fikirləşib tapmaqda 
yaxından iştirak etməsi mühümdür. 
Fəaliyyətin effektli olduğuna əminlik 
Hər bir fəaliyyət planında məqsədin aydın göstərilməsi, vaxt çərçivəsi, uyğun mərhələlərin, 
uğurun  və  sahibkarlığın  ölçüləri  kimi  aparıcı  elementlər  olmalıdır.  Hədəflərin  və  bunları 
təşkilatın performansı bünövrəsində qurmağın yaxşı nəticələrə gətirib çıxarmaq ehtimalı var.
İnklüziv qərar qəbulu üçün vasitələr
Qərar qəbulu prosesi ərzində hərtərəfli dəstəyi təmin edən vasitələr var:
1.  E-iştirak
Elektron vasitələr demokratik təcrübənin və inklüziv qərar qəbulunun təkmilləşdirilməsi 
üçün böyük potensial təklif edir. Onlar müəssisələrin şəffaflığı, hesabatlılığı və 
məsuliyyətinə, həmçinin siyasət formalaşdırmağın əlçatımlılıq və inklüzivliyini artırmaqla 
əlilliyi olan şəxslərin iştirakına töhfə verə bilər.  
Bu potensialdan tam yararlanmaq üçün e-vasitələr əlilliyi olan bütün şəxslərə tam əlçatımlı 
olmalıdır.
2.  İştirak üçün potensialın artırılması
Yerli,  regional  və  milli  vətəndaş  cəmiyyəti  təşkilatları  siyasət  formalaşdırma,  layihə 
təkmilləşdirmə və xidmət təminatında fəal iştirak edə bilmək üçün öz potensial və bacarıqlarını 
artırmalıdır. Potensialın artırılması resurslar, təlimçi və mentor liderlərlə təminat hesabına 
baş tuta bilər.
    
3.  Vətəndaş cəmiyyəti təşkilatları və hökumət qurumları arasında əməkdaşlıq üçün 
strukturlar 
Vətəndaş  cəmiyyəti  təşkilatları  ilə  hökumət  qurumları  və  əlilliyi  olan  şəxslərin  təşkilatları 
arasında qarşılıqlı əlaqəni irəlilətmək üçün bir çox ölkədə əlaqələndirici qurumlar yaradılıb.    

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
78
Bura  aiddir:  hər  bir  nazirlikdə  vətəndaş  cəmiyyəti  üçün  əlaqələndirici  şəxs  və  ya  yeganə 
müsahib  sifətilə  mərkəzi  koordinasiya  orqanı  kimi  hökumət  orqanları;  çoxtərəfli  maraq 
komitələri kimi birgə strukturlar; işçi qruplar; ekspert şuraları və digər məşvərətçi qurumlar 
(daimi  və  ya  xüsusi,  yəni  dar  ixtisaslaşdırılmış);  resursları  birləşdirən  və  birgə  vəzifə 
formalaşdıran vətəndaş cəmiyyəti ittifaqları/koalisiyaları.   
4.  Vətəndaş cəmiyyəti təşkilatları və hökumət orqanları arasında əməkdaşlıq üzrə 
çərçivə sənədləri
Bir çox Avropa ölkəsində çərçivə sənədləri əməkdaşlıq üzrə rolları, məsuliyyət və üsulları 
razılaşdırmaq  üçün  işlənib  hazırlanıb.  Bu  sənədlər  qarşılıqlı  əlaqə  üçün  aydın  özül  ortaya 
qoyur və beləliklə, vətəndaş cəmiyyəti təşkilatları ilə hökumət orqanları arasında davamlı 
dialoq  və  qarşılıqlı  anlaşmaya  yardım  edir.  Bunlara  parlament  və  ya  hökumətlə  ikitərəfli 
razılaşmalar, hökumət qurumları tərəfindən qəbul olunmuş əməkdaşlıq üçün strateji sənədlər 
və rəsmi proqramlar daxildir.  
İnklüziv tədbirləri idarə etmək
Yer
Tədbirlərin keçirilmə yeri çox əhəmiyyətlidir. Bu, insanların özlərini rahat hiss etdikləri yer 
olmalıdır. Sinif, ya mühazirə formatı əvəzinə az formal tərzə üstünlük vermək iyerarxiya və 
güc  bərabərsizliyi  hissi  yaratmaq  yerinə  tərəfdaşlıq  və  dialoq  ruhunu  qüvvətləndirəcək. 
“Təcrübələrinə görə ekspertlər” daxil olmaqla insanları öz təcrübələrini qiymətləndirməyə 
ürəkləndirmək onlara inam vermək baxımından əhəmiyyətlidir. İştirakçıların “prezidium” və 
“auditoriya” arasında bölünməsi inklüziv qərar qəbuluna kömək etməyəcək. Bunun əvəzinə 
iştirakçılar dairə şəklində və ya kiçik masa ətrafında əyləşsələr, daha faydalı olar.   
Əlçatımlılıq əhəmiyyətlidir. Buraya mərtəbəyə əıçatımlılıq, əlçatımlı ayaqyolu, uyğun işıqlandırma 
və ehtiyac olsa, akustika və səs ilgəkləri daxildir. Sakit otaq narahatlığı, cürbəcür ruhi sağlamlıq
 
problemləri olan, yaxud da böyük ağrı və yorğunluq hiss edən iştirakçılara kömək ola bilər. 
Müzakirə tərzi
Sədr əvəzinə aparıcının idarə etdiyi görüşlər inklüziv qərar qəbuluna kömək göstərə bilər. Aparıcılıq 
qruplara birgə işləməyə dəstək vermək və bütün iştirakçıları mənalı yolla cəlb etmək deməkdir.   
Aparıcının rolu aşağıdakılardır:
•  Müzakirə mövzularını vermək
•  İnsanları mövzudan və vaxt çərçivəsindən çıxmağa qoymamaq
•  Hər kəsin öz rəyini bildirməsinə şərait yaratmaq 
•  Qeydlərin yazılmasına, cavab reaksiyalarının, şikayət və təkliflərin qeydə alınmasına 
nəzarət etmək.
Tədbir planlaşdırılmasına dair məsləhətlər
Aydın məqsədləri və vaxtı göstərən gündəlik hazırlayın.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
79
Tədbirin sadəliyini və insanların tam şəkildə iştirakını təmin edin.   
Əgər iştirakçılar aparıcı olmadan kiçik qruplarda işləyirlərsə, onların qeyd götürmək və ya 
cavab reaksiyası bildirməyə məsul olduqlarını bildiklərinə əminlik hasil edin.
Əvvəlcədən açıq sonluqlu effektiv suallar hazırlayın. Bunlar effektiv tədbir üçün açardır.   
“Necə”, “nə”, “hara” və “niyə” ilə başlanan suallar yaxşıdır. Yalnız “bəli” və ya “xeyr” cavabı 
tələb edən qapalı suallardan çəkinin.   
İnsanların  başlanğıcda  müzakirənin  xarakteri  və  şərtlərindən  xəbərdar  olduğuna  əminlik 
hasil edin (məsələn, bu görüş məxfidirmi?). 
İnsanları  sonda  növbəti  mərhələ  barədə  məlumatlandırın.  Əlaqələrin  inkluziv  olduğuna 
əminlik hasil edin.  
Sözlər, imiclər və təsvir
Sözlər və imiclər insanların düşüncə tərzini əks etdirdiyi kimi onlara təsir göstərə də bilər.  
Mənfi stereotiplər əlilliyin gerçəkliyinin anlaşılmasına maneədir. Son illər əlilliyi olan şəxslər 
fərdi və kollektiv hüquqlar tələb edirlər və öz imiclərini dəyişdirməklə qismən vəziyyətlərini 
də dəyişdirməyə yönəliblər.  
Hər  kəs  bütün  terminlərlə  razılaşmayacaq,  amma  bəzi  ümumi  direktivlərə  münasibətdə 
razılaşma var. 
Dildən istifadə direktivləri
1.  “Əlil” sözü müəyyən qrup insanların vəziyyətini əks etdirmir. Kollektiv termin kimi “əlil” 
sözündən yox, “əlilliyi olan şəxslər” ifadəsindən istifadə edin.  
2.  İnsanlardan fərd kimi az bəhs edən və əlilliyi olan şəxslərdə “pasiyent”, xəstə 
stereotiplərini qüvvətləndirməyə meyilli tibbi etiketlərdən çəkinin. 
3.  Nədənsə “əziyyət çəkir” kimi narahatlıq və təəssüf  doğuran, daim ağrı və ümidsizlik 
təlqin edən ifadələrdən qaçın.
4.  Sağlamlıq məhdudiyyəti ilə bağlı əzab, təhlukə, təcrid və ya passivlik təlqin edən 
imiclərdən uzaq durun. 
5.  Əlil arabası istifadəçiləri özlərini bu arabaya “məhkum olunmuş” hesab etmirlər. Bu 
mənada hərəkətliliyə yardım vasitəsi olmaq istiqamətində fikirləşməyə çalışın.
6.  Əlilliyi olan insanların çoxu gündəlik yaşayışı təsvir etmək üçün istifadə olunan sözlərlə 
özünü rahat hiss edir. Əlil arabasından istifadə edən insanlar “gəzməyə” gedirlər. 
Görmə məhdudiyyəti olan insanlar sizi “görməkdən” məmnun ola, ya olmaya bilər. 
Məhdudiyyətlər yalnız bəzi şeylərin fərqli şəkildə edildiyi mənasına gəlir.  
7.  Məhdudiyyətləri mənfi hallarla əlaqələndirən ümumi ifadələdən çəkinmək lazımdır 
(məsələn, “bizim fikirlərə kar”, “kor olacaq dərəcədə içmiş”, “dəli” və sair).
8.  Onların imiclərini passiv, bəd söz və ifadələrlə yaratmaqdan çəkinin. Elə  sözlər işlədin 
ki, əlilliyi olan şəxslər öz həyatlarını nəzarətdə saxlayan bir şəxs kimi hörmət ifadə etsin.

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
80
İstifadə etməli və istifadəsindən çəkinməli olduğumuz sözlər 
İmiclər
Əlilliyi olan şəxsləri müxtəlif rollarda göstərin. Mümkün olduqca onları tək göstərmək əvəzinə 
başqaları  ilə  qarşılıqlı  əlaqədə  təsvir  edin.  Onlara  qayğı  göstərilməsi  əvəzinə  başqalarına 
töhfə verdiklərini qabardın.     
Təsvir
 
Vaxtın  çoxunu  kiminsə  məhdudiyyəti  xüsusiyyətlərinə  ayırmaq  lazım  deyil.  Əgər  istinad 
edirsinizsə,  onu  böyük  təfsilatla  verməyin  ki,  insanın  çəkdiyi  əziyyətin  onun  qüsurunun 
nəticəsi olduğu mənasına gəlməsin
.  
 
Əlilliyi olan şəxsləri ağlayarkən göstərmək və ya onlara qarşı şəfqət hissi oyatmağa çalışmaq 
onların cəmiyyətə qaynayıb-qarışmasına heç bir kömək etməyəcək.
Ümumilikdə  jurnalistlər  yalnız  insanların  qüsurlarına  əsaslanan  məzmun  və  ya  proqramlar 
yaratmamalıdırlar. Onlar faydaları vurğulamaqla, maneələri aradan qaldırmağın və əlilliyi olan 
şəxslərin ehtiyaclarını ödəməyin bütün cəmiyyətin maraqlarına necə xidmət etdiyini göstərməklə 
əlilliyi olan şəxsləri həm ailədə, həm də ictimai-siyasi həyatda fəal iştirakçı kimi təqdim etməlidirlər.  
Çəkin
qüsurlu, əlil, şikəst, çolaq, invalid
... əziyyət çəkir, ...qurbanıdır 
əlil arabasına məhkum olunmuş, əlil ara-
basına bağlanmış
əqli  məhdudiyyətli, əqli çatışmazlıq, 
əqli cəhətdən geri qalmış, anormal, ruhi 
xəstə, ağılsız, dəli 
iflic 
normal, sağlam 
kar və lal; lal-kar 
kor 
epilepsiya, diabet, depressiv və s. 
liliput; balacaboy 
tutmalar 
İstifadə et
əlilliyi olan insanlar/şəxslər
var [vəziyyətin və ya məhdudiyyətin adı]
əlil arabası istifadəçisi 
əqli inkişafda özünəməxsusluğu olan in-
san/şəxs, ruhi və emosional inkişafda 
özünəməxsusluğu olan insan/şəxs
serebral iflici olan insan/şəxs 
əlilliyi olmayan insan/şəxs
işarə dilinin (Britaniya) istifadəçisi, eşitmə 
qabiliyyəti zəif və ya itirmiş olan insan/şəxs,
eşitmə əlilliyi olan insan/şəxs  
görmə qabiliyyəti zəif və ya itirmiş 
olan insan/şəxs, görmə əlilliyi 
olan insan/şəxs  
epilepsiyası, diabeti, depressiyası olan 
insan/ şəxs 
boy ölçüsündə özünəməxsusluğu olan 
insan/şəxs 
qıcolma, ürəkkeçmə 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
81
Əlilliyi olan şəxslərlə ünsiyyətə dair bəzi məsləhətlər

Normal səs tonundan istifadə edin. Təkəbbürlə və ya başqasını susdurmağa çalışacaq 
şəkildə danışmayın. 

Əlilliyi olan şəxsləri onların məhdudiyyətinə görə müəyyənləşdirməyin. Bu, tibbi etiket 
vurmaq kimi incikliyə səbəb olur. 

Çox da mükəmməl, yaxud siyasi cəhətdən həddən artıq qüsursuz olmayın – sözlərdən 
səhv və düz istifadəyə aludəlik, təsvirlərə həddən artıq həssaslıq sizin nə isə etməyinizə 
mane olacaq  

İstifadə etdiyiniz dilin mənfi stereotipləri qüvvətləndirmədiyinə əmin olmağa çalışın.  

Şəxs haqqında heç nə deməyən və əlilliyi olan şəxsin xəstə, yaxud asılı olduğu 
təəssüratını qüvvətləndirən etiketlərdən çəkinin. 

Qeyri-insaniləşdirən istinadlardan qaçın. Bunun əvəzinə “...-li (-lı, -lu, -lü) şəxs, insan” 
deyin. Heç vaxt  “... qurbanı”, “... əziyyət çəkir” deməyin. “Əlillər” kimi ümumi isimlər 
işlətməkdən çəkinin. Bir istisna hal budur ki, ilk dilləri Britaniya işarə dili olan bir çox 
eşitmə qabiliyyətini itirmiş insanlar özlərini “karlar icması” hesab edirlər. Onlar karlıq 
xüsusiyyətlərini vurğulamaq üçün özlərini böyük “K” hərfi ilə “Kar” kimi təsvir edə 
bilərlər. 

“Görüşənədək” və s. kimi gündəlik ifadələrdən istifadə etmək məqbuldur. 

Heç vaxt danışdığınız şəxs üçün cümlə qurmağa və ya onun cümləsini tamamlamağa 
cəhd göstərməyin. 

Əlilliyi olan şəxslərə başqaları ilə danışdığınız kimi müraciət edin. 

Əlilliyi olan şəxslə - əgər o, tərcüməçi və ya yoldaşla müşayiət olunsa belə - birbaşa 
əlaqə qurun. 

Əlilliyi olan şəxsin başqaları ilə bərabər rola sahib olduğuna əminlik hasil edin. 
Yüklə 8,75 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin