BəRDƏliləR


Fəragun zikri söyləmək dilümdən



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə47/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   43   44   45   46   47   48   49   50   ...   542
Fəragun zikri söyləmək dilümdən

İnildə zar olubdur bana sənsiz. 

Cahanda bir nəfəs, ey dilbəri-şux, 

Dirilmək ar olubdur bana sənsiz. 

Fəragun zövqüdür ağudan acı, 

Ki, zəhri-mar olubdur bana sənsiz. 

Yanaram həsrətindən gecə-gündüz, 

Çü hicran nar olubdur bana sənsiz. 

Dəmadəm Gülşəni der Rövşəniyə, 

Rəqibim yar olubdur bana sənsiz. 

 

 

Musayeva A. 

 “Elm və həyat” – 1984 – № 9 




 

114

 

MUSA  KALANKAYTUKLU 

 

Musa Kalankaytuklunu Azərbaycan tarixçilərinin ulusu adlandır-

maq olar. O öz mənalı ömrünü xalqımızın tarixi keçmişinin, əhalinin se-

vinci, kədəri, təsərrüfatı, məişətinin öyrənilməsinə həsr etmişdir. 

O, ömrü boyu üzərində işlədiyi “Alban tarixi” adlı iki kitablıq əsə-

rində qədim babalarımız olan albanların tarix səhnəsinə çıxmasından baş-

lamış ta VII əsrin sonuna kimi böyük və tarixi hadisələrlə zəngin bir döv-

rünü tam dəqiqliyi ilə təsvir etmişdir. Müqayisələrdən məlum olur ki, o, 

VII  əsrin I rübündə  qədim tarixli Qarabağın dilbər guşələrindən birində 

anadan olmuşdur. Bu gözəl diyar görkəmli tarixçinin özünün yazdığı kimi, 

əsl-nəcabətinin anadan olduğu yer Kalankaytuk idi. Akademik Z.M.Bün-

yadovun dediyi kimi, bu kənd Bərdədən çox da uzaq olmayan bir ərazidə, 

onun bir neçə fərsaxlığında, Tərtər çayının sahilində, dağətəyi hissədə sa-

lınmışdır. Eyni ifadəni hələ X-XI əsrlərdə yaşamış ərəb müəllifləri də iş-

lətmiş və onların yazılarında göstərilən yer tarixçilərin dilinin qanunların-

dan asılı olaraq Kəlkətus kimi qeyd edilmişdir.  

Əbu  İshaq  İbrahim ibn Məhəmməd  əl-Farisi  əl-İstəxri (X əsr), 

Əbu əl-Qasim ibn Hövqəl (X əsr), Əbu Abdulla Məhəmməd ibn Məhəm-

məd ibn Abdulla ibn İdris (XI-XII əsrlər) və başqalarına görə  Bərdədən 

Dəbilə (Dvinə) gedən ticarət yolunun 9 fərsaxlığında gur Tərtər çayının 

sahilində idi. Hələ 1902-ci ildə  Şamaxı keşişi M.Barxudaryan özünün 

“Albaniya tarixi” adlı əsərində yazırdı: “Kalankat kəndi xarabaları Tərtər 

çayının solunda olmuş Divdakan və Metaqis kəndlərinin arasındakı  və 

hal-hazırda da neçə azərbaycanlı ailələrinin yaşadığı yerdə Qarı körpüsü 

deyilən çay-üstü körpü qalığının yaxınlığındakı yerdə idi”. Bu yer hal-ha-

zırda Bərdə  şəhərinin Cənubi-Qərbində  Şirvanlıya gedən yolun sol tərə-

findədir. Bir çox müəlliflər isə həmin yerin Albaniyada qədim Uti vilayə-

tinin mərkəzi şəhəri Bərdənin cənubi-qərbində Tərtər çayı sahilində olan 

Ağdərə yaşayış yerinin yaxınlığında olduğunu göstərir. Hətta müasir Bər-

də rayonu ərazisində yaşayan ağsaqqal qocaların, dünya görmüş kişilərin 

söyləməsinə görə o kənd hal-hazırki dövrdə rayon mərkəzindən 3 kilo-

metr cənubi-qərbdə olan Kələntərli kəndidir. Bu fikrə isə qəti münasibət 

bildirmək, əlbəttə, çətindir və bunun üçün xeyli iş aparmaq lazımdır. La-

kin M.Barxudaryanın öz əsərində göstərdiyi yer təqribən Kələntərli yaşa-

yış yeri ərazisinə uyğun gəlir. Ancaq bu çox tutarlı bir dəlildir ki, ilk orta 

əsrlərdən mövcud olmuş Kalankat kəndi qədim Bərdədən çox da uzaqda 

olmayan ərazidə idi və görkəmli Azərbaycan (alban) tarixçisi Musa Kalan-

kaytuklu da II əsrin birinci rübündə bu yerdə anadan olmuşdur. Ağıllı gənc 

elə ilk təhsilini də güman ki, burada olan kilsə  məktəbində almışdır və 

sonradan Bərdəyə köçmüşdür. Həssas alimin təsvirlərindən məlum olur ki, 

o görkəmli alban hökmdarı Cavanşirin (637-38-690) müasiri olmuşdur. 



 

115

Kalankaytuklu öz dövrünün bilikli, ağıllı, elinin iztirabları, kədəri və dər-

di ilə ortaqlaşan, elmli, ali ruhanilər zümrəsinə daxil olan görkəmli salna-

məçilərdən biri idi. Qeyd etdiyimiz kimi o özünün iki kitabdan ibarət “Al-

ban tarixi” adlı əsərində ölkənin mərkəzi və baş şəhəri olan dövlətli, varlı, 

zəngin, zər-zibalı, möhtəşəm binaları ilə şöhrət tapan dəbdəbəli Bərdənin 

adını  həmişə iftixarla çəkir. Onun yazılarında ilk orta əsrin bu görkəmli 

şəhərinin bağları, xiyabanları, güllü, çiçəkli bağçaları, yaxınlıqda olan 

büllur kimi təmiz və saf suları, təmiz abı-hava, uca zirvəli dağları yerli-

yerində təsvir olunur. Bütün bu dəlillər göstərir ki, Kalankaytuklu ömrünü 

ölkənin o dövrdə paytaxtı olan, həm də dini təşkilatların cəmləşdiyi mər-

kəz Bərdə şəhərində keçirmişdir. Bu hal özünü müəllifin qeyd edilən ki-

tabında ölkə hökmdarı Cavanşirə qarşı 680-ci ildə düzəldilən qəsdin təsvir 

edilən ikinci kitabın 35-ci bölməsində daha aydın bir tərzdə göstərir. Mü-

əllifə görə yayın dəhşətli istiləri düşəndə  ağıllı və görkəmli hökmdar öz 

əsabələri ilə birlikdə gül və çiçəyə qərq olmuş sakit guşənişli, uca zirvəli, 

sərin havalı, yaşıl yamaclı dağlara çıxmışdır. Hökmdar ilin sərinləri başla-

nana kimi burada qalırdı. Elə ki, dəhşətli istilər dövrü qurtarırdı, yenə də o, 

öz adamları ilə birlikdə Bərdəyə qayıdar və məbəddə öz ibadət, dini məra-

sim və bayramlarının, Allah yolunda ibadətetmə qanunlarının icrası ilə 

məşğul olurdu. Belə vaxtda ulu tanrısını unutmuş, qara qəlbli, kin-küdu-

rətli, hökmdarın hamıya olan atalıq qayğısını yaddan çıxarmış bir vəhşi 

onun ölümünü təşkil etmək qərarına gəldi. Gecədən xeyli keçmişdi. Ca-

vanşirin keşikçi dəstələri tam yuxuda idi. Hökmdar yüngül geyimdə özü-

nün iqamətgahına tərəf gedirdi. Onun getdiyi ensiz cığır hər tərəfdən gül-

çiçəyə  qərq olunmuşdu. Qarşıda olan darvazaya çatmamış tam silahlan-

mış cani gizləndiyi yerdən qalxıb ona ardı-ardınca bir neçə zərbə endirdi. 

Sağlam hökmdar da ona öz xəncəri ilə zərbə vurdu. Lakin qalxan və bədə-

ninə zireh geyinmiş hazırlıqlı caniyə bu zərbələr heç nə etmədi. O daha 

bir neçə zərbə vurduqdan sonra hökmdarı ölmüş bildi və qaçıb öz evində 

gizləndi. Bu vaxt duyuq düşmüş  əsgərlərin 50 nəfəri silahlanıb caninin 

dalısınca getdilər. Lakin onu evdə tapa bilmədilər. Caninin ata evinin ipək 

parçalarını, rəngbərəng xalçasını, qızıl, gümüşdən olan qiymətli ev əşyası, 

mebel və s. götürdükdən sonra onun evini yandıraraq geri qayıtdılar. On-

lar gələndə hələ hökmdar ölməmişdi. Onun nəfəsi vardı və bir neçə gün 

beləcə yaşadı. O, öz oğlanlarını çağırdı. Onlara lazımi cəvahir və rütbəni 

təqdim etdikdən sonra hökmdar canını tapşırdı. Bu qəza bütün Albaniya-

nın qəzası və bütün albanlar üçün kədər və dərd idi. Bütün ölkə ağlayırdı. 

Tarixçi qeyd edir ki, cani gör necə də ölkəni ağır dərdi-bəlaya mübtəla et-

mişdir. 


Görkəmli tarixçi Bərdədə baş vermiş bu hadisəni o qədər müfəssəl 

təsvir edir ki, oxucuda heç bir şübhə yeri qalmır ki, Kalankaytuklu hadisə 

günləri şəhərdə olmuş və gördüklərini tam olduğu kimi qələmə almışdır.  



 

116

Xalqa üz verən bu itkini Cavanşirin və Kalankaytuklunun müasiri 

şair Dəvdək də özünəməxsus şair gücü, qəlb yanğısı ilə qələmə almışdır. 

“Böyük knyaz Cavanşirin ölümünə ağla” adlı yas poemasında (mərsiyələ-

rində) şair Cavanşirin ölümünü bu ölkədə günəşin əbədi batmasına, onun 

öz yolunu dəyişməsinə, qocaman Şərqə üz verən böyük fəlakət və yasa 

bənzədirdi. Kalankaytukluya görə hadisə vaxtı  Dəvdək də  Bərdədə, özü 

də Knyazın malikanəsində qalırdı. Buradan belə nəticə çıxarmaq olur ki, 

hökmdar həm də sənətə, şeirə, elmə qiymət verən böyük bir şəxsiyyət ol-

muşdur. Tarixçinin yazılarından həm də belə nəticə çıxır ki, elə şairin özü 

də Bərdə elinin övladı olmuşdur. 

Dəvdəkin adını çəkdiyimiz poeması əvvəl Alban dilində yazılmış, 

sonra erməni və rus dillərinə  tərcümə edilmişdir. Onun bir yerində  şair 

xalqının və ölkəsinin kədəri, dərdi və qüssəsini onlarla bölür və belə qələ-

mə alır: 

    


 Şərqə üz vermişdir böyük fəlakət, 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin