BəRDƏliləR


Yazıçı-publisist Şəmistan Nəzirli iki dəfə



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə55/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   51   52   53   54   55   56   57   58   ...   542
 

      Yazıçı-publisist Şəmistan Nəzirli iki dəfə 

Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun si-

lah dostu bərdəli mayor Qaçay Aslanov haq-

qında sənədli  əsər yazır. Həmin  əsərdən 

“Həzi ilə görüş” fəslini möhtərəm oxuculara 

təqdim edirik. 

 

HƏZİ  İLƏ  GÖRÜŞ 

 

Tırtıllı tankların gur səsindən sonra dalbadal qumbara atıldı. Qum-

baraların gurultusu torpağı lərzəyə gətirdi. Kazarmanın qapıları və şüşələ-

ri cingilti ilə yerə töküldü. Yuxudan sərsəm oyanan əsgərlər komandirin 

gur səsini eşitdilər: – Müharibə! – deyə qışqıran gənc leytenant – silaha 

sarılın! – komandasını dalbadal təkrar etdi. 

1941-ci il iyul ayının 26-da Kiyev şəhəri yaxınlığında yerləşən 4-cü 

mexanikləşdirilmiş korpusun tərkibində 20-ci tank alayının  əsgər və 

zabitləri yağı düşmənlə döyüşə girdi. Bu ölüm-dirim savaşında mərdliklə 

vuruşan alayda bircə  nəfər həmyerlimiz vardı. O, iyirmi bir yaşı yenicə 

tamam olan bərdəli Qaçay Allahqulu oğlu Aslanov idi. Artıq ikinci il növ-

bəti hərbi xidmətdə olan Qaçayı alayda hamı nizam-intizamlı bir zabit ki-

mi yaxşı tanıyırdı. 

Bütün Avropanı ayağa qaldıran Hitler Almaniyası ilk vaxtlar çox 

sürətlə irəliləyirdi. Yaxın Şərqə yol açmaq istəyən faşizm özünün “məğ-

lubedilməz” ordu gücünü Stalinqrada yönəltmişdi. Ona görə  də Ali Baş 

Komandanlıqdan gələn əmrə əsasən leytenant Qaçay Aslanovun döyüşdü-

yü alay da Stalinqrad cəbhəsinə göndərildi. Onların alayı  şəhərin Qərb 

hissəsindəki Uşakovka kəndi yaxınlığında yerləşirdi. Döyüşlər beş ay idi 

ki, davam edirdi. Nə gecə, nə də gündüz vuruşma ara vermirdi. Tapşırıq 

çox qəti verilmişdi. Düşməni  şəhərə buraxmamaq! Bir neçə döyüş  əmə-



 

124

liyyatında igid zabit kimi döyüşən Qaçay Aslanovun sinəsini “Qırmızı 

Ulduz” ordeni bəzəyirdi. Onu hamı “leytenant Aslanov” deyə çağırırdı.  

Bir axşam Qaçayı alay komandiri podpolkovnik Vladimir Litvi-

nov torpaq qazmaya yanına çağırdı. Onun yanında ortaboylu, suyuşirin 

qaraşın bir zabit də vardı. Litvinov gülümsünüb: 

– Hə, həmyerlilər, Aslanovlar, tanış olun – dedi və əlini Qaçayın 

çiyninə toxundurub, bu da bizim igid Azərbaycan oğlu Aslanovumuzdu – 

deyə polkovnikə təqdim etdi. 

Yanağı sərt şaxtadan azca allanıb qızarmış polkovnik qonaq Asla-

nov əlini Qaçaya uzadıb: 

– Tanış olaq, – dedi – eloğlu, mən Həzi Aslanovam. Hər dəfə ko-

mandirinlə görüşəndə səni bolluca tərifləyir. Hətta zarafatla deyir ki, Hə-

zi, qardaşın leytenant Aslanov alayımızın fəxridir. Gəldim ki, səninlə ta-

nış olum. Çox sağ ol ki, xalqımızın başını uca edirsən. 

Qaçay utancaq baxışlarını bilmədi haraya gizlətsin. Həzi Aslanov 

isə elə hey onu tərifləyirdi. Söhbətinə ara verər-verməz komandiri Litvi-

nov onun şücaətindən danışırdı: 

– Həzi, – noyabrın 19-da, iki gün əvvəl bizim leytenant Aslanovu 

səhər saat səkkizdə bölüyü ilə Plodaviti kəndi istiqamətində  kəşfiyyata 

göndərdim. Üç saata yaxın apardığı döyüş  əməliyyatında düşmənin de-

mək olar ki, bir rotasını yarıbayarı məhv edib geri oturtdu. 

Həzi Aslanov bu dəfə doğma ana dilində, canıyananlıqla: 

Özünü gözlə eloğlu, sən hələ çox cavansan, neçə yaşın var? 

– İyirmi iki yoldaş polkovnik – deyə Qaçay nizami əsgəri qaydada 

cavab verdi: 

– Axı, biz hələ sənin toyunda oynamalıyıq. Sənə bir böyük qardaş 

məsləhətim, çalış döyüş vaxtı bölüyünün arxasını boş qoyma, onda daha 

arxayın vuruşarsan, döyüş uğurun da artıq olar. Yaxın günlərdə bir cəbhə-

də vuruşacağıq. Mən çayın o tayında müdafiədə duran 55-ci tank alayının 

komandiriyəm. Mənim alayımda da sənin kimi qoçaq həmyerlilərim çox-

dur. Amma sən burda, bu alayda tək-tənhasan darıxmırsan ki? 

– Nə danışırsınız yoldaş polkovnik, heç bu frislərin əlindən darıx-

mağa vaxt var... İcazə verin yoldaş polkovnik bir söz də mən deyim. 

– Buyur! 

– Bax, Siz məni tərifləyirsiniz. Mən yalnız alayımızda tanınıram. 

Sizi axı, bütün ölkə, bütün Azərbaycan tanıyır, fəxr edir. Sizin Moskva ət-

rafı döyüşlərdə göstərdiyiniz qəhrəmanlığı bütün Azərbaycan mətbuatı qı-

zılı hərflərlə yazır. Vətəndən aldığım qəzetlərdə Sizin haqqınızda bolluca 

yazılar var.  

– Qaçay, eloğlu, nə poetik danışığın, nə də ləhcən bizim Lənkəran

Astara bölgəsinə bənzəmir. Bilmək istərdim mənim həmfamilim olan igid 

hansı bölgədəndir? Bilirsən niyə soruşuram, alayıma qayıdanda mənim 



 

125

“uşaqlarım” belə şeyin çox marağındadırlar, bilirəm ki, məni sorğu-suala 

tutacaqlar. 

– Qarabağlıyam, yoldaş polkovnik. Aran Qarabağın Bərdə rayo-

nundanam. Kəndimin də adı  Kələntərlidir. Xanlıq dövründə bizim kənd 

Cavanşir xanlarının şəxsi mülkü olub. Tarixə Batmanqılınc adı ilə düşən 

igid Məmməd bəy Mehrəlibəyoğlu Cavanşirin kəndi olub. 

Polkovnik Həzi Aslanov gülümsünüb: 

–  İcazə ver, səndən soruşmadan özünə deyim ki, sənin  şeir yaz-

maq qabiliyyətin var. Bir də qarabağlı olasan yaxşı səsin olmaya? Bunlar 

da varmı? 

– Yeri gələndə şair Səməd Vurğun demişkən az-az uydururam... 

– Səmədlə tanışlığın varmı? 

– Yox, heç üzünü görməmişəm. Amma “Vaqif”ini əzbər bilirəm. 

– Ancaq mən yaxşı tanıyıram, ötən il Moskvada təsadüfən görüş-

dük. Restoranda birgə nahar etdik. Mən ona bir məktub da yazıb verdim. 

Özü şəxsən aparıb anam Nuşuya çatdırıb. Sağ olsun. Anam yazır ki, Həzi, 

oğlum, Səməd Vurğun gətirdiyi məktub bizə xeyli təsəlli verdi, sənin ba-

rəndə... Qaçay, Allah qoysa bu frislərin axırına çıxaq, müharibə qurtarsın 

sənin toyuna Səmədlə gələrik... İndi mən getməliyəm, axşam toranı düşür. 

Sənə ən vacib tövsiyəm döyüş vaxtı özünü qoru... 

Podpolkovnik Litvinov gülə-gülə: 

– Yoldaş polkovnik, sizin dili bilməsəm də danışığınızın abı-hava-

sından belə başa düşdüm ki, qohum çıxdınız. Mən buna çox-çox şad oldum. 

Ayağının birini qaçaraq qoyub getmək istəyən Həzi Aslanov geri 

dönüb gülə-gülə dedi: 

– Biz azərbaycanlılar harada yaşayıb-işləməyimizə baxmayaraq 

hamımız bir ananın, bir atanın övladıyıq. Hələlik, görüşənə qədər. 

 

 

*** 



 

Şərəfli döyüş yоlu kеçmiş Qaçay Aslanоvun müharibədən sоnrakı 

həyatı  və  əmək fəaliyyəti də  nəsillərə örnək  оla biləcək ömür yоludur. 

Uzun illər məsul vəzifələrdə çalışmış,  əməksеvərliyi,  ədalətliliyi, 

humanizmi ilə еl arasında böyük hörmət qazanmışdı. Indi də adı çəkilən-

də hamı: «Rəhmətlik yaxşı kişi idi, Allah rəhmət  еləsin!» dеyib ruhuna 

dua оxuyur. «Yaxşı kişi» titulunu qazanmaq hər kəsə nəsib оlmur. Qaza-

nanlar isə еlin yaddaşında əbədi hеykələ dönür. Qaçay Aslanov kimi.     

 

 



 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin