BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə54/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   50   51   52   53   54   55   56   57   ...   542
122

 

 



 

 

 ASLANOV   QAÇAY  

ALLAHQULU  OĞLU  

 

 

 

1920-ci il yanvarın 14-də Bərdə rayonunun 

Kələntərli kəndində anadan olub. 1929-cu 

ildə Uğurbəyli kəndində 1-ci sinfə gedib. İlk 

müəllimi Pənah Səmədov olub. 1930-cu ildə 

təhsilini doğma kəndi Kələntərlidə keçəl lə- 

qəbli Cəmilin evində yaradılmış  məktəbdə davam etdirib. 1-ci sinfi qur-

tardıqdan sonra 4-cü sinfə  qədər  İbişin evində yerləşən məktəbdə, 5-ci 

sinfi Salır Muğanlının evindəki məktəbdə oxuyub. 7-ci sinfi isə Kələntər-

lidən xeyli aralıda yerləşən Şirvanlı kəndində başa vurub.  

1937-ci ildə  Gəncə  şəhərində Azərbaycan Xalq Komissarlığının 

Tibb Texnikumunun “Feldşerlik” şöbəsinə daxil olub. 1964-cü ildə Gəncə 

şəhərində Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. 

1975-ci ildə Respublika hüquq işçilərinin ixtisasartırma kursunda hüquq-

şünas ixtisasına yiyələnib. 1940-52-ci illərdə Yevlax rayonunun Malbinə-

si kəndində tibb məntəqəsində feldşer işləyib. 1941-45-ci illər Böyük Və-

tən müharibəsində iştirak edib.  

1947-ci ildə ordudan ehtiyatda olan böyük leytenant rütbəsi ilə 

tərxis olunub. 1948-ci ildə Mollalı  kənd sovetinin feldşer məntəqəsinin 

müdiri işləyib. Həmin ilin sonunda Bərdə rayon partiya komitəsi bürosu-

nun qərarı ilə  Bərdə rayon PK katibinin köməkçisi vəzifəsinə  təyin olu-

nub.  


1952-ci ildə Gəncə Vilayət Partiya Komitəsində partiya kollegiya-

sı üzvünün köməkçisi işləyib. 1953-cü ildə Gəncə Vilayət Partiya kollegi-

yasının ləğvi ilə əlaqədar olaraq Bərdə rayon PK-da kənd təsərrüfatı şöbə-

sinə müdir vəzifəsinə keçirilib. 1956-cı ildə Bərdə rayon PK-da MTS üzrə 

katib seçilib. 1959-63-cü illərdə isə Bərdə rayon “Sosializm” kolxozunda 

sədr vəzifəsində çalışıb.  

1963-1973-cü illərdə  Bərdə rayon PK-nın ikinci katibi, 1973-

1986-cı illərdə  Bərdə rayon 105 saylı texniki peşə  məktəbinin direktoru 

işləyib. 1986-cı ildən respublika əhəmiyyətli xüsusi təyinatlı təqaüdçü idi. 

1987-ci ildə Azərbaycan SSRi Ali Sovetinin və Azərbaycan SSRİ Nazir-

lər Sovetinin orqanı olan “Kommunist” qəzetinin, 1991-ci  ildə “Bərdə” 

qəzetinin, 1997-ci ildə Azərbaycan Hüquqşünaslar İttifaqının orqanı olan 

“Hüquqşünas” qəzetinin ştatdankənar müxbiri olub.  



 

123

1955-1980-ci illərdə daim kənd və rayon zəhmətkeşləri xalq depu-

tatları sovetinin deputatı seçilmişdir. Otuza yaxın orden, medal, təşəkkür 

və mükafatlar almışdır. Təkcə üç dəfə “Qırmızı ulduz” ordeni ilə  təltif 

olunmuşdur. İstefada olan mayor idi.  

İncəsənəti,  ədəbiyyatı çox sevirdi. Azərbaycanın Xalq artistləri 

Lütfəli Abdullayev, Rübabə Muradova, Şövkət Ələkbərova, Canəli Əkbə-

rov, Ramiz Hacıyevlə, bir çox rəssamlarla, mədəniyyət və incəsənət usta-

ları ilə dostluq edirdi. Özü tarda çox gözəl ifa edirdi. Poeziyanın vurğunu 

idi, poema və şeirlər də yazırdı. Füzulini, Nizamini, Puşkini, Yesenini əz-

bər bilirdi. Tarixə xüsusi marağı vardı və hərbi tarixdən məqalələr yazırdı. 

Avtomobil idarə etmək xobbisi idi. Ömrünün sonuna qədər şəxsi avtomo-

bilini özü idarə etdi.    


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin