BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə43/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   39   40   41   42   43   44   45   46   ...   542
 

Nuriyеv A.  

«Kоmmunizm yоlu» - 1986 - 5 iyun 



 

 

 

 

 

 

 

 

 

 

 


 

111

 

GÜLŞƏNİ  BƏRDƏİ 

 

Gülşəni Bərdəinin yaradıcılığı XV–XVII əsrlərə – Azərbaycanın 

ictimai-mədəni həyatının yeni yüksəliş dövrünə təsadüf edir.  

Məhəmmədəli Tərbiyət XVI əsrdə yaşamış türk tədqiqatçısı  Əh-

məd  Əfəndi Taşkeprilüzadənin “Şəqayiqi-neməniyyə”sinə istinad edərək, 

Bərdəinin 1426-cı ildə doğulduğunu, adının isə bütövlükdə Şeyx İbrahim 

ibn  Şahabəddin Gülşəni olduğunu yazır. Seyid İsmayıl Sadiq Kamal da 

“Şərhi-Əsmayi-ənbiyanın, övliyanın qüssəsi”  əsərində Gülşəninin həmin 

ildə Azərbaycanda anadan olduğunu nəzmlə  qələmə almışdır.  Əhməd 

Həlmi isə Gülşəninin həyatı ilə bağlı  məlumatı genişləndirmişdir. Onun 

yazdıqlarından məlum olur ki, Bərdəi iki yaşında ikən atasını itirmiş, əmi-

si Seyid Əlinin himayəsində tərbiyə almış, atasından ona çoxlu kitab qal-

mışdır. 

Gənc yaşlarında Bərdədən Təbrizə  gələn Gülşəni XV əsrin filo-

sofu Seyid Yəhya  Şirvani Bakuvinin yetirməsi Dədə Ömər Rövşəninin 

tələbəsi olmuş və onun məsləhəti ilə əvvəlki təxəllüsü “Heybəti”ni “Gül-

şəni” ilə  dəyişdirmişdir. Orta əsrlərdə yaşamış bir çox şəxsiyyətlər haq-

qında maraqlı  məlumatlar verən “Silsilənameyi – məaşaixi-əhli təriqət” 

də Gülşəni adı  çəkilmiş, Rövşənidən sonra onun yerinə keçmək hüququ 

qazandığı göstərilmişdir. 

Bir müddət Türkiyə  və Misirdə yaşamış Gülşəni yerli əhali tərə-

findən doğma övlad kimi sevilmişdir. Qaynaqların verdiyi məlumatlara 

görə, yüz ildən artıq ömür sürən şair 1533-cü ildə Misirdə vəfat etmişdir. 

Onun oğulları Şeyx Əhməd Xəyali, Məhəmməd Zəfi, nəvəsi Şeyx Siffəti, 

nəticəsi Haləti də şair olmuşlar.  

Onların həyat və yaradıcılığı haqqında Əlaəddin İbrahim Qovşanın 

“Rəsmli yeni lüğət və ensiklopediya”sından, “Türkcə yazma divanlar” və 

s. əsərlərindən qısa məlumat almaq olar. Yaşadığı dövrdən sonrakı yüzil-

liklər ərzində Gülşəni haqqında bir çox tanınmış alimlərin dəyərli fikirlə-

rinə baxmayaraq, vətəni Azərbaycanda onun həyat və yaradıcılığı indi-

yədək  əhatəli öyrənilməmiş,  əsərləri çap edilməmişdir. Gülşəninin ədəbi 

irsi “Ruznamə”, “Qədəmnamə”, “Simurqnamə”, “Pəndnamə”, “Məsnəvi-

yi-xəfi”, İbn-Əl-Farizin “Qasideyi taiyyə”sinə yazdığı cavabdan və Azər-

baycan, ərəb, fars dillərində olan divanlardan ibarətdir. Əsərləri dünyanın 

müxtəlif  əlyazma xəzinələri və kitabxanalarında mühafizə edilməkdədir. 

Misirin Xidviyyə, İstanbulun Universitet və Millət, Rusiyanın Şərqşünas-

lıq  İnstitutunun Sankt-Peterburq bölməsi kitabxanalarında Gülşəni Bər-

dəinin divanları saxlanılır.  

Gülşəninin  əlimizdə olan divanına 68 qəzəl və  qəsidəsi daxildir. 

Bu əlyazma tam olmasa da, Gülşəninin yaradıcılığı haqqında müəyyən tə-

səvvür verir. Divandakı şeirlər onun klassik Şərq ədəbiyyatına, xalq yara-



 

112

dıcılığına, folklora bağlılığı, özünəməxsus üslubu olduğunu aydın göstərir. 

Gülşəni yaradıcılığının dəyəri və gözəlliyi dərinlik və sadəliyindədir. O, 

yaradıcılığında müəllimi Rövşənidən bol-bol bəhrələnmişdir. Bərdəi şəx-

siyyət kimi Rövşəninin yetirməsi və eyni zamanda bir şair kimi onun da-

vamçısıdır.  

Gülşəni Bərdəinin şeirləri – eşq, məhəbbət, sədaqət, dostluq haq-

qında himndir. Əsərlərinin dili ilə həmahəng elmi dil nümunəsi tək diq-

qəti cəlb etdiyi kimi, sadə xalq danışığına yaxınlığı ilə də maraq doğurur. 

Tanınmış türk tədqiqatçısı Vəsfi Mahir Qocatürk Gülşəninin dilində bariz 

bir sadəlik əsasında azəri ləhcəsi (Azərbaycan dili A.M.) qalan bir səmi-

miyyət olduğunu qeyd edərkən, şairin əlimizdəki divanında olmayan aşa-

ğıdakı şeirini nümunə göstərmişdir: 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin