BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə40/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   36   37   38   39   40   41   42   43   ...   542
 

 

 

 

 

 

 

 

 

 

 


 

105

 

QAZİ  MƏHİƏDDİN  BƏRDƏİ 

 

XV  əsrin ortalarında yaşamış görkəmli dövlət xadimi Qazi Mə-

hiəddin Bərdəinin (Bərdəlinin) yaşadığı dövr Azərbaycanda daxili və xa-

rici vəziyyətin kəskinləşdiyi, feodal müharibələrinin şiddətləndiyi bir vax-

ta təsadüf edirdi. 1338-ci ildən etibarən burada türk-monqol tayfalarından 

olan Çobani feodalları hökmranlıq edirdi. Onların zülmü ölkəni bərbad ha-

la salmış, aclıq və qorxulu xəstəliklərin yayılmasına səbəb olmuşdur. Ço-

bani nümayəndəsi Məlik Əşrəfin dövründə yaşamış Azərbaycan tarixçisi 

Əbu-Bəkr əl-Qütbi əl-Əhəri 1345-1350-ci illərdən bəhs edərək göstərirdi 

ki, indi Azərbaycanda üç şey bolluq təşkil edirdi: çobanilər zülmü, baha-

lıq və vəba xəstəliyi. 

Çobani feodallarına qarşı aparılan mübarizənin fəal təşkilatçısı və 

başçısı Məhiəddin Bərdəi olmuşdur. Dövrün yazılı məxəzlərinin əksəriy-

yətində onun fəaliyyətindən və  Əşrəf Çobaniyə qarşı mübarizəsindən 

bəhs edilir.  

Məhiəddin Bərdəinin  əsas məqsədi Azərbaycanı köçəri monqol 

feodallarının apardığı ara müharibələrə meydan oxumaqdan qorumaq, 

daxili ziddiyətlərin kəskinləşməsinə yol verməmək və öz xalqını Çobani 

feodallarının zülmündən xilas etmək idi. Mənbələrin yazdığına görə, Mə-

hiəddin Bərdəi daxili vəziyyətin gərginləşdiyi bir zamanda (1344-cü il) 

Çobani  əmiri  Əşrəfin fars vilayətindəki Təbrizə yürüş etməsinə çalışır. 

Lakin Azərbaycanı  əldən vermək istəməyən Məlik  Əşrəf Təbrizə  gəlir

xalq kütlələrinin müqavimətini çətinliklə qırır, Təbriz üsyanını yatırır və 

hakimiyyəti ələ alır.  

Bu dövrdə Azərbaycanda Məlik  Əşrəf ilə birlikdə başqa Çobani 

əmirləri – Yağı Basdı, Surğan da var idi. Azərbaycan Məlik Əşrəf ilə hə-

min Çobani əmirləri arasında gedən mübarizənin meydanına çevrilmişdi. 

Ara müharibələrinə son qoyulmasına cəhd göstərən Məhiəddin Bərdəi

nəhayət, öz məqsədinə nail olur: 1344-cü ilin ortalarında hakimiyyət uğ-

runda mübarizə aparan Çobani əmirləri arasında bağlanan sülh, Azər-

baycan  ərazisini növbəti qarətçilikdən xilas edir. Lakin Məlik  Əşrəf bir 

müddətdən sonra öz hiyləgər siyasəti sayəsində digər Çobani əmirlərini 

kənarlaşdırıb Azərbaycanın faktiki hakimi oldu. Məlik  Əşrəfin və ümu-

miyyətlə, Çobani feodallarının yeritdiyi siyasət yerli təsərrüfatları aradan 

götürmək və köçəri feodal təsərrüfatlarını genişləndirməkdən ibarət idi. 

Bu məqsədlə Çobani əmirləri yerli əyanları torpaq malikanələrindən məh-

rum edir və  həmin yerləri öz aralarında bölüşdürürdülər. Nəticədə isə 

məzlum xalq kütlələri başqa ölkələrə mühacirət etməli olurdular. Həmin 

dövr üçün kütləvi surətdə vətəni tərk etmək feodal sinfinə qarşı aparılan 

mübarizənin bir formasına çevrilmişdi. Lakin bu forma Çobani feodalları-




 

106

nın hakimiyyətdən salınması üçün kifayət deyildi. Güclü iqtisadi əsasa və 

hərbi qüvvəyə malik olan Çobani feodallarını devirmək məqsədilə başqa 

yollar axtarmaq lazım idi. Bunu dərindən dərk edən Məhiəddin Bərdəi 

Qıpçaq (Qızıl Orda) dövlətinin yardımından istifadə etməyi qərara alır. 

Bu məqsədlə o, 1356-cı ildə nümayəndələrlə birlikdə  Qıpçaq dövlətinə 

gedir. Yerli hakim Canı bəy ilə əlaqə saxlayır və onu Azərbaycana dəvət 

edir. Məhiəddin Bərdəi bu məqsədlə  Şirvanşah Kavusla Canı  bəyi fik-

rindən döndərir və Məlik Əşrəfin öldürülməsini məsləhət görür. Onun ba-

şını kəsdirib Təbrizdəki Marağalılar məscidinin qapısından asırlar. Belə-

liklə, Azərbaycan Çobani müstəbidinin zülmündən azad olur.  

Qeyd etmək lazımdır ki, Qıpçaq dövləti Azərbaycanı ələ keçirmək 

üçün Hülakilər dövləti ilə (Azərbaycanda 1258-1356-cı illərdə mövcud 

olmuş dövlətdir) bir əsrə yaxın mübarizə aparmış və onların bu məqsədlə 

etdiyi əvvəlki bütün yürüşlər müvəffəqiyyətsizliyə uğramışdır. Canı bəyin 

yürüşü isə Azərbaycanın Qızıl Orda dövlətinə tabe olması ilə nəticələndi. 

Canı bəyin qələbəsinin əsas səbəbi Azərbaycanın yerli oturaq əyanlarına 

və məzlum kütlələrinə arxalanması oldu. Canı bəy Azərbaycana yürüş et-

məklə öz məqsədinə – Azərbaycanı ələ keçirmək niyyətinə nail oldusa da, 

digər tərəfdən ölkəni Çobani feodallarının istibdadından xilas etdi. Bunun 

əsl səbəbkarı Bərdəi Qazi Məhiəddin olmuşdur.  

 

P


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin