BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə36/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   32   33   34   35   36   37   38   39   ...   542
 

 

MİHUYİDDİN  MƏHƏMMƏD  BƏRDƏİ 

 

Mihuyiddin Məhəmməd Bərdəi (?-1521) filosof, ilahiyyatçı  və 

hənəfilik üzrə hüquqşünasdır. Mütəfəkkiri “görkəmli alim” adlandıran İbn 

İmad Hənbəli (?-1678) onun ziyalı ailəsindən çıxdığını, ilk təhsilini ata-

sından aldığını yazır. Məhəmməd Bərdəi Şiraz və Herat şəhərlərinə gedib, 

müxtəlif elmləri dərindən öyrəndikdən sonra Bursa şəhərinin Əhməd Paşa 

mədrəsəsində müəllimlik etmişdir. 

Azərbaycan mütəfəkkiri məntiq, fəlsəfə  və Quranın təfsirinə dair 

əsərlərin müəllifidir.  Əsirəddin  Əbhürənin (?-1265) “Kateqoriyalara dair 

giriş” (“İsağüci”), Siracəddin  Əbhərinin “Nurlanın doğuşları”,  Əzudədin 

İcinin (?-1355) “Mübahisə etmək qaydaları” (“Adab-əl-bəhs”), Nəsirəd-

din Tusinin “Kəlamın təcridi” (“Təcrid-əl-kəlam”) kitablarının səhifələ-

rində onun haşiyələri vardır. 

Məntiqdən bəhs edən “Kateqoriyalara giriş” kitabının haşiyəsinin 

əlyazma nüsxələri Sankt-Peterburq, Tehran və dünyanın başqa yerlərində 

saxlanılır. Qahirənin Xilviyyə kitabxanasındakı nüsxəni xəttat İsmayıl ibn 

Əli 1641-ci ildə köçürüb qurtarmışdır. Məhəmməd Bərdəinin bu trak-

tatına orta əsrlərdə “İzahat” (əl-“Təliqat”) yazılmışdır. Onun bir əlyazma 

nüsxəsi Rusiya EA Şərqşünaslıq  İnstitutunun Sankt-Peterburq bölməsin-

dədir.  



Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin