BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə34/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   30   31   32   33   34   35   36   37   ...   542
tardadır. 

Qardaşı Yaqub söyləyirdi ki, bir gün səs yayıldı ki, məşhur tarzən 

Abbasqulu ağa Bərdəyə gəlib. Biz o vaxtlar gənc idik, musiqiçilərlə çox 

maraqlanırdıq. Əslən Şuşa şəhərindən olan bu sənətkar qəza mərkəzi Tər-

tərdə yaşayırdı. 1929-cu ildə ona xəbər göndərilib ki, bəs məsciddə tar 

çalmasa, onu Tərtərdən köçürəcəyik. Sənətkar dərhal bir fayton tutub, 

Bərdəyə köçmək istəyir. Məscidin qabağında faytonu saxlatdırır və deyir: 

“ Ey kafirlər, heç Allahın evində  də tar çalarlar? Mən tay burda yaşaya 

bilmərəm”. 

Tərtər  əhlindən biri deyir: “Ağa, biz səninlə zarafat edirdik, inci-

mə”. Abbasqulu ağa cavabında deyir: “Bala, Allahnan zarafat etmək ol-

maz, mən getdim Bərdəyə...” 

Görkəmli sənətkarlarımızdan biri də tarzən Məhəmməd Kərim oğlu 

Allahverdiyev (1936-1987) idi. Respublikamızın xalq artisti Yaqub Məm-

mədov onun haqqında belə deyirdi: “Məmməd gözəl sənətkar idi. O, hə-



 

84

mişə bizi Qarabağa el şənliklərinə aparar və tarda da özü müşayiət edər-

di”. 

Yuxarıda adlarını çəkdiyimiz və qismən də olsa, haqqında danışdı-



ğımız el sənətkarlarının məzarları  Bərdədə,  İmamzadə  məscidi yaxınlı-

ğındakı qəbiristanlıqdadır. Bu gün Qarabağ torpağından xeyli uzaqlardan 

onların xatirəsini əziz tutanlar el sənətkarlarının məzarlarını ziyarətə gə-

lirlər.  

Azərbaycan klassik musiqisinin fədakar tədqiqatçısı, tarixçi Firudin 

Şuşinskinin də  məzarı  Bərdə torpağındadır. Son vaxtlar ağır xəstə oldu-

ğundan Firudin bəy Şuşanı göz yaşları ilə xatırlayırdı. Axı, o, əsilli-köklü 

şuşalı idi, bütün yaradıcılığını Qarabağın tarixinin tədqiqinə  həsr etmiş, 

xalq musiqiçilərinin böyük bir nəslinin həyat və yaradıcılığı haqqında ya-

rım  əsr  ərzində respublika mətbuatında məqalələr çap etdirmiş, kitablar 

yazmış, klassik musiqimizi radio və televiziya vasitəsilə  təbliğ etmişdir. 

Qeyrətli musiqişünas arzusuna çata bilmədi, Şuşanın erməni namərdlərin-

dən təmizlənməsi çağlarını görmək ona müyəssər olmadı. Oğluna, dost-

larına vəsiyyət etmişdi ki, məni Bərdədə  dəfn edərsiniz. Murovdan əsən 

külək Şuşanın əhvalını mənə çatdırar... 

Vəsiyyətinə əməl edildi. 

Allah bu torpaqda uyuyanların hamısına qəni-qəni rəhmət eləsin. 

 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin