Ailə - Alıcının davranışına onun ailə üzvləri də təsir göstərə bilər. Ailə insana təsirinə görə iki növə bölünür:
Nəsihət verən ailə - fərdi valideyinlərindən ibarətdir. Onlardan din, siyasət, düzgünlük haqqında öyüd-nəsihət alır.
Yaratdığı ailə - alıcıya daha güclü təsir göstərən – arvadı və uşaqlar. Ərlə arvad əmtəə alınmasında bir-birlərinin qərarlarına təsir göstərə bilərlər.
Ərin rəyi–sığorta məsələləri, avtomobil, televizor alınmasında.
Arvadın rəyi – mətbəx ləvazimatı, xalça, ev üçün mebel.