Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 23. Baytarlıq normativləri



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   18   19   20   21   22   23   24   25   ...   34
Maddə 23. Baytarlıq normativləri  

23.1. Baytarlıq normativləri (baytarlıq (baytarlıq-sanitariya) və ya zoogigiyena 

normaları) əhalinin və heyvanların sağlamlığı və ətraf mühit üçün təhlükəsiz olan 

baytarlıq və baytarlıq (baytarlıq-sanitariya) amillərini xarakterizə edən kəmiyyət və 

keyfiyyət göstəricilərinin məqbul hədlərini müəyyən edir. 

23.2. Baytarlıq normativləri obyektiv və əsaslandırılmış epizootik monitorinq keçirmək

baytarlıq (baytarlıq-sanitariya) sağlamlığına nail olmaq üçün baytarlıq tədbirlərinin 

həcmini və xarakterini planlaşdırmaq, həmçinin heyvan xəstəliklərinin baş verməsi

yayılması və ləğv edilməsi imkanlarını proqnozlaşdırmaq üçün əsasdır. 

23.3. Baytarlıq normativləri baytarlıq qanunvericiliyinə uyğun olaraq aparılan tədqiqatlar 

əsasında baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyyələri nəzərə 

alınmaqla müəyyən edilir və 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq edilir. 




23.4. Baytarlıq normativlərinə əməl edilməsi baytarlıq sahəsində fəaliyyət göstərən

heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, daşınması və 

ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin