Fяxrяddиn mustafayev


fakültəsində də tədris olunmasına dünya praktikasında geniĢ önəm verilir. Bu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə31/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   284
fakültəsində də tədris olunmasına dünya praktikasında geniĢ önəm verilir. Bu, 
artıq günün ən vacib tələbi sayılır və ölkəmizdə də ona önəmli yer verilməlidir. 


 
19 
YaxĢı  olar  ki,  tibbidə  olduğu  kimi,  baytarlıq  təbabətində  də  həmin  fənn 
baytarlıq təbabəti genetikası ilə birlikdə tədris olunsun. Güman edirik  ki, bu 
vacib  məsələ  tezliklə  öz  müsbət  həllini  tapacaqdır.  Çünki  tibbi  biologiyanı 
bilməyən, onun haqqında müfəssəl anlayıĢı olmayan həkim öz fəaliyyətində heç 
bir uğur qazana və məĢhurlaĢa bilməz. Qeyd edilənləri nəzərə alaraq müəlliflərin 
birlikdə  14  ildən  artıq  müddət  ərzində  çox  gərgin  zəhmətə  qatlaşıb  «Baytarlıq 
təbabəti genetikası» adlı fundamental, ölkəmizin məşhur alimləri tərəfindən müsbət 
rəylə dəstəklənən, Təhsil Nazirinin əmri ilə qrif verilən və nəşr olunması məsləhət 
bilinən, müasir tələblərlə uzlaşan ilk ali məktəb dərsliyi kimi ərsəyə gəlməsi diqqəti 
cəlb edir. Dərslik hazırlanarkən «Baytarlıq təbabəti genetikası və biotexnologiyanın 
əsasları» fənni üzrə mövcud olan son (2009) tədris proqramına, dünya, xüsusilə rus 
alimlərinin və milli elm xadimlərimizin əsərlərinə geniş istinad edilmişdir.  
Dərslik  Azərbaycan  Respublikası  Təhsil  Naziri  tərəfindən  «Baytarlıq  təbabəti 
genetikası və biotexnologiyanın əsasları» adı ilə dərslik kimi təsdiq olunmaqla iki 
hissədən – ―Baytarlıq təbabəti genetikası‖ və ―Biotexnologiyanın əsasları‖ ibarətdir. 
Dərsliyin ikinci hissəsi – ―Biotexnologiyanın əsasları‖ – üzərində müəlliflər hazırda 
gərgin  işlər  aparır  və  yaxın  gələcəkdə  oxuculara  təqdim  ediləcəkdir. 
Biotexnologiyanın  əsasları  müasir  qloballaşma,  dövrünün  ən  prioritet  tələbi  kimi 
gündəmə  gəlməklə,  onsuz  kənd  təsərrüfatı,  baytarlıq  təbabəti  və  tibb  sahəsində 
yüksək  ixtisaslı  mütəxəssiz  hazırlığından  heç  bir  söhbət  gedə  bilməz  və  bu  qeyri 
mümkündür.  Çünki  hazırda  bütün  kənd  təsərrüfatı,  sənaye  və  digər  istehsal 
texnologiyaları  yalnız  biotexnoloji  proseslərə  əsaslanır,  ona  istinad  edir,  müasir 
nanotexnologiya elmi-texniki tərəqqiyə inteqrasiya olunur. Biotexnoloji proseslərin 
hamısı  fundamental,  tədbiqi  xarakter  daşıyır  (qida  və  yeyinti  məhsulları,  zülallar, 
hormonlar,  fermentlər,  bioloji  preparatlar  –  antibiotiklər,  diaqnostikumlar, 
diaqnostiki və immunseriumlar, testlər, vaksinlər, immunoqolobinlər və s. Dərman 
preparatları əsasən bu üsulla alınır). 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin