Baki avrasiya universiteti Elmi-nəzəri jurnal



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə17/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 
XÜLASƏ 
İslam İslamov, 
Gulnara Yusifova 
 
FƏNLƏRARASI ASPEKTDƏ “DƏYƏR”, “DƏYƏR ORİYENTASİYASI” 
ANLAYIŞLARININ ÖYRƏNİLMƏSİ 
 
Dəyərlər və  dəyəryönümü fərqli sosial-humanitar fənlərinin: fəlsəfənin, sosiologiyanın, 
psixologiyanın, kulturologiyanın və s. tədqiqat predmetidir. 
 
Açar sözlər: dəyərlər, dəyərlər sistemi, dəyərlərin oriyentasiyası, dəyərlərin təsnifatı. 
 
SUMMARY 
Islam Islamov, 
Gulnara Yusifova 
 
THE STUDY OF THE CONCEPTS OF "VALUE" 
"VALUE ORIENTATIONS" IN INTERDISCIPLINARY ASPECT 
 
Values and value orientations are the subject of various studies of the humanities: 
philosophy, sociology, psychology, cultural studies, and others. 
 
Key Words: values, values system, values orientation, values of classification

 
Sivilizasiya 
 
153
Əli HƏZİYEV

 
 
İNFORMASİYA MÜBADİLƏSİ QLOBALLAŞMA KONTEKSTİNDƏ 
 
Açar sözlər:  informasiya mübadiləsi, qloballaşma prosesi, informasiya cəmiyyəti, inteq-
rasiya,informasiya texnologiyaları 
 
Müasir dövrdə fəaliyyət göstərən informasiya sistemi müxtəlif mərhələlərlə inkişaf 
edərək formalaşa bilmişdir. Bəşəriyyətin yüksək nailiyyətlər əldə etməsində informasi-
ya mübadiləsinin rolu olduqca mühümdür. Məhz informasiya mübadiləsi nəticəsində 
tarixi biliklər və təcrübələr müasir dövrə qədər gəlib çata bilmişdir. Ümumiyyətlə, in-
formasiyaların toplanılmasında, biliklərin inkişaf etdirilməsində varislik prinsipinin də 
rolunu unutmaq olmaz. 
Ümumiyyətlə, bəşər tarixində informasiya mübadiləsi aparılmasının tarixi də ol-
duqca qədimdir. Müxtəlif sivilzasiyaları, müxtəlif cəmiyyətləri təmsil edən insanlar hər 
zaman informasiya mübadiləsi aparmağa və informasiya cəmiyyətinin qurulmasına eh-
tiyac duymuşlar. Müasir dövrdə bütün dünyanı öz ağuşuna alan qloballaşma prosesi 
çərçivəsində isə informasiya mübadiləsi demək olar ki, artıq özünün inkişaf zirvəsinə 
çatmışdır. İndiki dövrdə bəşəriyyət ümumi həyati problemləri ilə və ümumi tarixi taleyi 
ilə bir tam şəkildə birləşmişdir. Yer kürəsinin bütün xalqları bu və ya digər dərəcədə 
ümumi tarixi prosesə cəlb ediliblər. Başqa sözlə, dünyada daxilən əlaqədə olan elə bir 
sistem yaranıbdır ki, orada özünün sosial-iqtisadi, siyasi və  mədəni  əlamətlərinə görə 
müxtəlif inkişaf səviyyələrində olan cəmiyyətlər bu və ya digər  şəkildə bir birinə 
qarşılıqlı təsir göstərir (1, 354). 
Adətən tədqiqatçılar sivilzasiya tarixində dörd informasiya inqilabının adını xüsusi 
qeyd edirlər: yazının kəşfi, alman alimi İohann Qutenberqin 1445-ci ildə kitab çapı tex-
nologiyası, Boris Yakobi tərəfindən 1834-cü ildə elektrikin kəşfi sayəsində (telefon, 
teleqraf texnologiyası, sonralar radio və televiziya) və nəhayət kompüterin kəşfi. Əvvəl-
cə bir neçə kompüteri əlaqələndirən (1969-cu ildə ARPANET adlanan), sonralar isə bü-
tün dünyanı əhatə edən internet adlanan şəbəkənin kəşfi isə informasiya sahəsində bəşə-
riyyət tarixində görünməmiş dönüş etmişdir. 
Bu konteksdə tədqiqatçıların “sərhədsiz dünya” kimi xarakterizə etdiyi qloballaşma 
prosesinin də tarixi daha əskilərə istinad etsə də, bu prosesin tədqiqi keçən əsrin 70-80-
ci illərindən başlamışdır. Müasir dünyada informasiya ən bahalı  məhsullardan sayılır. 
İnformasiyanın siyasi proseslərə və münasibətlərə, beynəlxalq və ölkədaxili ictimai rə-
yə təsir imkanları genişdir. Üstəlik, dövlətin məqsədyönlü informasiya siyasətinin onun 
müəyyən etdiyi ideologiyanın həyata keçirilməsinə xidmət etməsi  şəksizdir. Müasir 
dünya informasiya-telekommunikasiya şəbəkəsinin formalaşması dövrünü – informasi-
ya cəmiyyətinin yaranması mərhələsini yaşayır. Vahid informasiya məkanının – inter-
netin meydana gəlməsi media siyasətində növbəti keyfiyyət və kəmiyyət dəyişikliyinin 
mahiyyətini təşkil edir (2, səh 4). 
Qeyd edək ki, informasiya cəmiyyəti terminini ilk dəfə XX əsrin 40-cı illərində 
yapon alimi Y.Masuda işlətmişdir. Lakin o dövrlərdə yapon aliminin işlətdiyi bu termin 
heç kəs tərəfindən qəbul edilməmişdir. “İnformasiya cəmiyyəti” nəzəriyyəsinin əsasının 
                                                           

 Doktorant, Bakı Dövlət Universiteti e-mail: ali_hazi@yahoo.com 

Bakı Avrasiya Universiteti  
 
154
qoyulmasında isə Deniel Bell, Zbiqnev Bzejinski və E.Toffler kimi məşhur alimlər 
böyük rol oynamış və bu barədə ciddi tədqiqatlar aparmışlar. 
Əgər ötən  əsr elmi-texniki tərəqqi  əsri adlandırılırdısa, XXI əsr qloballaşma və 
informasiya əsri kimi səciyyələndirilir. Kompüter və informasiya texnologiyalarındakı 
sürətli inkişaf nəticəsində məlumatların uzun məsafələr boyunca asan və sürətli ötürülə 
bilməsi Yer üzünün qloballaşmasında əhəmiyyətli rol oynamışdır. Bu proses bütün sa-
hələrdə  dəyişikliklərə  səbəb olmuşdur (sosial-psixoloji, iqtisadi, siyasi və s.). Bu gün 
bütün dünyanı saran qloballaşma və inteqrasiya şəraitində düzgün informasiyanın topla-
nılması və informasiya mübadiləsinin gerçəkləşdirilməsi prosesinə xüsusu diqqət yetir-
mək lazımdır. Qloballaşma obyektiv və  zəruri tarixi proses olub milli mədəniyyətlərə 
sirayət edir, onun universallaşmasına, universal mədəni dəyərlərin yaranmasına xidmət 
edir. Qədim dövlətlərin sivilizasiyaları  əsrlər boyu inkişaf edərək yüzlərlə ölkələri və 
milli mədəniyyətləri universal mədəni məkanda birləşdirmişdir. Dünya özünəməxsus 
mədəniyyətlərin müxtəlifliyindən ortaq mədəniyyətə, universal mədəniyyətə doğru 
inkişaf edir. Bunun nəticəsində müxtəlif ölkələrdəki istehlakçı seçimləri və həyat tərz-
ləri arasında bənzərliklər meydana gəlməkdədir. Lakin bu proses mədəniyyətlərin özü-
nəməxsusluğunu, müxtəlifliklərin vəhdətini pozmamalıdır. Hər şey, o cümlədən qlobal 
mədəni proseslər intellektual, elmi təhlil süzgəcindən keçirilir, milli mədəniyyətlərə, 
milli-mənəvi dəyərlərə kölgə salan, təhlükə yaradan cəhətlər rədd edilməli, müsbət, 
faydalı xüsusiyyətlər qəbul edilməlidir. 
İnformasiya cəmiyyətunun yaranması prosesində  ən  əhəmiyyətli istehsal faktoru 
məlumat olduğundan, iş keyfiyyətinin yüksəldilməsi və inkişaf etmiş bir informasiya 
strukturuna sahib olmanın əhəmiyyəti artmaqdadır. Bu səbəblə də belə fikrə gəlinir ki, 
XXI  əsrdə inkişafda olan ölkələrin inkişafına  ən böyük yardımı insan qaynaqlarına 
yatırım və strukturun yaxşılaşdırılması göstərəcəkdir (3, s. 21). 
Hazırda dünyada məlumatın semantikasından asılı olaraq “siqnallar” (informasiya-
lar) ya dəqiq şəkildə məlum ünvana, ya da bəzi ehtimallara görə çoxluğa yönəlir. Lot-
manın və onun məktəbinin ideyalarından çıxış edərək N.N.Talizin ünsiyyətin iki növü-
nü fərqləndirir: informasiyanın həcmini saxlamaqla ötürülməyə istiqamətlənmiş ünsiy-
yət (ünsiyyət mədəniyyətin təkrar istehsalı mexanizmi kimi) və informasiyanın artımına 
istiqamət götürən ünsiyyət, burada şəxsiyyətin inkişafına aid olan yeni mətnlərin 
yaradılması (ünsiyyət mədəniyyətin inkişafı mexanizmi kimi). Sonuncu prinsip fərdin 
fəal mövqeyini nəzərdə tutur. Bu da öz növbəsində yeni qabiliyyətlərin aşkar edilməsini 
və formalaşmasını üzə çıxarır (3, s. 122-123). 
Müasir dövrdə Azərbaycan Respublikasında rəsmi olaraq dövlət reyestrində 600-
dən artıq müxtəlif informasiya agentlikləri və qəzetlər qeydiyyata alınmışdır. İnformasi-
ya və bilik müasir dövrü səciyyələndirən ən mühüm əlamətlər kimi qəbul olunur. Lakin 
informasiyadan biliyə, bilikdən isə elmi biliyə gedən yol çox mürəkkəb və keşməkeşli-
dir.  Əgər maarifçilik missiyasının  əsas vəzifəsi bütün insanların bilik səviyyəsini 
yüksəltməkdən ibarətdirsə, elmin inkişafı ancaq məhdud sayda insanların intellektual 
potensialının səfərbər olunması sayəsində mümkün olur. Burada cəmiyyətin üzərinə dü-
şən əsas vəzifə hamını yox, məhz təfəkkürünə və yaradıcılıq potensialına görə ən çox 
fərqlənən insanları seçmək və onların düşüncəsinin məhsulunu bütün bəşəriyyətin isti-
fadəsinə verməkdən ibarətdir. Bu böyük vəzifənin həlli elm adamlarının özündən çox, 
elmi yönləndirən, təşkil edən adamlardan, daha doğrusu, dövlətlərin yeritdiyi elm siya-
sətindən asılıdır (4, s. 11). 

 
Sivilizasiya 
 
155
Müasir qloballaşan dünyada informasiya mübadiləsi məsələsi həm elmi-nəzəri, 
həm də praktiki əhəmiyyətə malikdir. İnformasiya mübadiləsi məsələsi informasiya 
sisteminin birinin digərinə təsiri ilə xarakterizə olunur. İnformasiya cəmiyyətində vaxt 
itkisi və “gecikmə effekti” də vacib məsələlərdəndir. Qloballaşma prosesi həmçinin in-
tellektual məkana inteqrasiya etmək elmi ictimaiyyət üçün olduqca mühümdür. Bu yük-
sək intellektə istinad edən və elmi mahiyyəti özündə ehtiva edən informasiyaların mü-
badiləsi nəticəsində toplanmış, həmçinin inkişaf yolunu götürmüşdür. Düzgün informa-
siyaların verilməsi ilə yanaşı informasiya azlığı da müəyyən fəsadlara yol aça bilər. 
Lazım olan nformasiyanın toplana bilməməsi nəticəsində plagiat, formal və unitativ el-
mi tədqiqatlara meyl güclənir və nəticədə saxta informasiya ictimaiyyətə ötürülür. Bu 
kimi hallar isə elmin sosial nüfuzuna xələl gətirmiş olur. 
Müasir dövrdə vahid kommunikasiya sisteminin yaranması prosesi təkcə informa-
siya mübadiləsinin genişlənməsi və çevikliyi ilə kifayətlənmir, həmçinin dünyada vahid 
ümumelmi mənzərənin yaranmasına da stimul vermiş olur. Elmin inkişaf səviyyəsi 
təkcə elmi biliyin səviyyəsinə görə deyil, həmçinin elmi fəaliyyətin xarakterinə, elmi 
idrak metodlarına, biliklərin toplanması  və saxlanmasına, informasiyanın ötürülməsi 
vasitələrinə görə də müəyyən edilməlidir. 
XX əsrdə vahid kommunikasiya sisteminin yaranması, dünyanın vahid ümumelmi 
mənzərəsinin formalaşması  və onun konkret elmlərə istiqamətləndirici təsiri sanki el-
min inkişafına əlavə impulslar verməklə XXI əsr üçün daha əlverişli bir zəmin yarat-
mışdır (4, s. 707). 
Əsas dəyərləri informasiya və elm olan yeni cəmiyyət quruculuğunu xarakterizə 
edərkən informasiya cəmiyyəti ilə yanaşı “bilik cəmiyyəti” istilahı da işlədilir. Bu anal-
yışların arxasında konseptual fərqlər dursa belə, zaman ötdükcə əsas olan informasiya və 
elmin müəyyənedici iqtisadi faktora, dövlətin rifahını bu və ya digər formada tənzimləyə 
biləcək gərəkli milli mənbəyə çevrilməsidir. Milli informasiya ifadəsi altında birmənalı 
şəkildə dövlətin iki növ informasiya substansiyası anlaşılmalıdır: birinci ənənəvi informa-
siya sektoruna əlyazma və çap materialları, rəsm və heykəltaraşlıq  əsərləri, arxitektura, 
audioyazılar, şəkillər, kino və video filmlər, ikinci-elektron milli informasiya mənbələrinə 
isə rəqəmli formada olan informasiya obyektləri daxildir. Bu iki tərkib arsındakı fərq yal-
nız informasiyanın təqdimində deyil, onun qorunma, yayılma və modifikasiya strategiya-
sında da özünü biruzə verir. Ənənəvi tipli əlyazma və çap əsərlərinin, digər sənədlərin qo-
runması  və istifadəsi mütəxəssislərin tədqiqatları  və  təcrübələri  əsasında öyrənilmişdir. 
Ortaya qoyulan nəticə isə gösətərir ki, ənənəvi formada saxlanılan informasiyanın həcmi 
onunla işləmənin effektivliyinə  mənfi təsir edir. Belə bir fundamental problemin həlli 
yeni informasiya texnologiyalarının tətbiqindən keçir (5, s. 15) 
İnformasiya təhlükəsizliyi televiziya, radio, çap, şəbəkə vasitəsi ilə reallaşan və cə-
miyyətin həyatına nüfuz edən neqativ mənşəli informasiyalardan qorunmaqla təmin 
olunur. İnformasiya təhlükəsizliyinin təmin olunmasına yönələn tədbirlər sisteminin ol-
ması informasiya mübadiləsi üçün olduqca zəruridir. 
İnformasiya təhlükəsizliyini təmin etmək məqsədilə informasiya mühafizəsinin 
olması faktı xüsusilə, qloballaşma çərçivəsində mühüm əhəmiyyət kəsb edir. İnformasi-
ya təhlükəsizliyinə riayət etmək üçün aşağıdakı üç mühüm prinsipi unutmamaq 
lazımdır: məxfilik, bütövlük, mümkünlük. 
Çağdaş kommunikativ innovasiyalar qloballaşma və inteqrasiya prosesləri ilə para-
lel olaraq özünü biruzə verir. Texnogen amilin informasiya cəmiyyətinə getdikcə daha 

Bakı Avrasiya Universiteti  
 
156
dərindən nüfuz etdiyi bir dövrdə gerçəkləşən informasiya mübadiləsi nəticəsində sivili-
zasiyalararası dialoqun da inkişaf etdirilməsi zəruridir.  
Bu baxımdan müasir dövrdə gedən qloballaşma prosesinin kontekstində informa-
siya mədəniyyətinə yiyələnmək və informasiya mədəniyyəti qaydalarına riayət etmək 
də xüsusi bir aktuallıq kəsb edir. İnformasiya mədəniyyətinin meyarlarını təyin etmək 
və bu meyarlara yiyələnmək lazımdır.  İnformasiya mədəniyyəti meyarlarıının təyin 
olunmasında cəmiyyətin inkişafında informasiyanın tutduğu yerin qiymətləndirilməsi, 
informasiya mühiti qanunlarının insan tərəfindən mənimsənilməsi və bu mühitdə özü-
nün tutduğu yeri dərk etməsi, yeni informasiya-kommunikasiya texnologiyalarına yi-
yələnməsi parametrləri  əsas götürülməlidir.  İnsanın informasiya mədəniyyətinə malik 
olduğunu göstərən parametrlər aşağıdakılardır: informasiyaya olan tələbatı dolğun ifadə 
etmək; lazımi məlumatların əldə edilməsi məqsədi ilə informasiya resursları axtarışını 
həyata keçirmək; informasiyanı təhlil etmək və yeni keyfiyyətdə informasiya yaratmaq; 
informasiya axtarışlarının fərdi sistemlərini yaratmaq; informasiyanı axtarmaq və onu 
uyğun qiymətləndirmək; kompüter bilikləri və informasiya ünsiyyəti qurmaq qabiliy-
yətləri (6, s. 249). 
İnformasiya-kommunikasiya texnologiyaları ölkəmizdə  də prioritet hesab olunur. 
Belə ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da Azər-
baycanb Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən informasi-
ya siyasəti nəticəsində müasir dövrdə informasiya mübadiləsi özünün inkişaf zirvəsinə 
çatmış, xarici ölkələrin müxtəlif informasiya agentlikləri ilə geniş bir şəkildə  əlaqə 
saxlamaq imkanına malik olan bizim informasiya agentlikləri operativliyi və dəqiqliyi 
ilə xüsusilə seçilir. Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycan Respublikasında “İnfor-
masiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir (7).  
Qloballaşma prosesi zamanı informasiya mübadiləsi sistemlərinin inkişafına rəvac 
vermək qlobal informasiya mühitinin yaradılmasında mühüm əhəmiyyət kəsb edir. İn-
formasiya və kommunikasiya texnologiyalarından geniş şəkidə istifadə etmək, geniş bir 
çərçivədə informasiya mübadiləsi aparmaq həmçinin ölkənin hərtərəfli inkişafının isti-
qamətini təyin edir.  
 
Qaynaqlar: 
1.  Rüstəmov Y. Fəlsəfə. Bakı, 2007, 499 s. 
2.  Sadıqov B. Qloballaşma dövründə informasiyanın yeri və rolu. \\ “Azərbaycan”, 12 avqust 
2011-ci il. 
3.  Abbasov N. Mədəniyyət siyasəti və mənəvi dəyərlər. Bakı, 2009, 444 s. 
4.  Xəlilov S. Elm haqqında elm. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2011, 752 s. 
5.  Əliyeva-Kəngərli A. Elektron kitabxanalarin inkişafi: problemlər və perspektivlər. 
“Kitabxana-informasiya elmi: tədris və  təcrübədə yeni çağırışlar”. Beynəlxalq elmi 
konfransının materialları / ADMİU, Azərbaycan Milli Kitabxanası; Tərt. N. Abdullayeva -
B.: ADMİU mətbəəsi, 2016, 309 s. 
6.  Mustafayeva L. İnformasiya cəmiyyətinin yaradılması istiqamətləri və onun kulturoloji in-
novasiyaların inkişafinda rolu.\ “Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-
mədəni inkişaf” mövzusunda beynəlxalq konfrans. Bakı, Təknur, 2012, 492 s. 
7.  http://www.president.az/articles/7073 
 

 
Sivilizasiya 
 
157
SUMMARY 
Ali Haziyev 
 
EXCHANGE OF INFORMATION IN THE CONTEXT OF GLOBALIZATION 
 
The article deals with the question of the number of important aspects of the exchange of 
information within the globalization. 
The author noted about the state functions in formalized new society, ensuring the 
development of information-communication technologies, properly benefit from the information 
infrastructure in the process of globalization. 
 
Keywords:  exchange of information, the process of globalization, information society, 
integration, information technologies 
 
 
РЕЗЮМЕ 
Али Хазиев 
 
ОБМЕН ИНФОРМАЦИИ В КОНТЕКСТЕ ГЛОБАЛИЗАЦИИ 
 
В данной статье отражается ряд важнейших аспектов процесса обмена информа-
ций в рамках происходящей глобализации. 
В этом плане автор показывает роль государства которое сформировалось в разви-
тии общества,  выявляет  в  ней роль обеспечения и развития информационных и комму-
никационных технологий. Автор должным образом показывает роль инфраструктуры и 
информации в процессе развития глобализации в современном обществе. 
 
Ключевые слова:  обмен  информацией,  процесс  глобализации,  информационнoe 
обществo, интеграция, информационные технологии. 
 
 

Bakı Avrasiya Universiteti  
 
158
Səadət HƏSƏNOVA

 
 
STRESSƏ DAYANIQLILIGIN PRİXOKORREKSİYASI 
VƏ PRİXOPROFİLAKTİKASI 
 
Acar sözlər: insan, stress, dayanıqlılıq, psixokorreksiya, psixoprofilaktika 
 
İnsan yalnız öz peşəsi ilə cəmiyyətə xeyir verə və özünün müəyyən sahədə təsdiq 
edə və qarşıya qoyduğu məqsədə nail ola bilər. Ancaq fəaliyyətin monotonluğu və eyni 
işlə məşğul olmanın, peşə  fəaliyyətinin gərgin və mürəkkəbliyi bu sahədə yorğunluğa 
və ya peşə deformasiyasına gətirib çıxara bilər. Peşə fəaliyyəti ilə məşğul olan insane-
larda hansısa məqamlarda belə bir duyğu yarana bilər ki, onunla hər şey heç də qayda-
sında deyil. 
Nəzərə almaq lazımdır ki, istənilən halda peşə fəaliyyəti insanın şəxsiyyətində bu 
və ya digər izlər buraxa, onun davranışını, rəftar tərzinin bütünlüklə  dəyişə bilər. Bir 
sıra hallarda peşə fəaliyyəti nəinki insanı inkişaf etməsinə kömək etmir, onun bir mütə-
xəssis kimi deqradasiyasına səbəb olur, məşğul olduğu vacib peşə keyfıyyətlərinin xa-
rakterini əks istiqamətə dəyişir. Belə vəziyyət fəaliyyətin naz effektivliyinə, bəzi hallar-
da isə vəzifə borcunun yerinə yetirilməsi sosial baxımdan təhlükəliliyə zəmin yaradır. 
Nəzərə alsaq ki, hüquq-mühafizə işçilərinin fəaliyyəti olduqca gərgin və ekstremal fə-
aliyyət növlərinə aiddir, bu fəaliyyətdə peşə deformasiyasının artma ehtimalı digər sa-
hələrə nisbətən daha yüksəkdir (3, s.34). 
Peşə deformasiyası peşə fəaliyyətinə daxili və xarici amillərin mütəmadi təsiri nəti-
cəsində şəxsiyyətdə psixoloji dezorientasiyanın yaranması, koqnitiv təhrif olunmaların 
və ziddiyyətlərin ortaya çıxmasıdır. Peşə deformasiyası zamanı  şəxsiyyətin peşəkar – 
spesifık tipi ortaya çıxır. 
Peşə deformasiyasına geniş aspektdən yanaşsaq görərik ki, ümumi planda uzun 
illər eyni peşə fəaliyyətinin yerinə yetirilməsi peşəkar yorulmaya gətirib çıxarır, fəaliy-
yətin icra üsullarının repertuarının birləşdirilməsinə zəmin yaradır, şəxsiyyətdə peşəyə 
məxsus bilik, bacarıq və vərdişlər sıradan çıxır və ya unudulur, əmək fəaliyyətinin sə-
mərəliliyi olduqca aşağı düşür. 
Elmi ədəbiyyatda, xüsusilə hüquqi ədəbiyyatlarda göstərilir ki, peşə deformasiyası 
– bu tədricən  şəxsiyyətin və  fəaliyyətin strukturunun mürəkkəbləşməsi fonunda əmək 
fəaliyyətinin effektivliyi azalır və belə  vəziyyət  şəxsiyyətin inkişafına, başqaları ilə 
münasibətinə və peşə fəaliyyətinə neqativ təsir göstərməsində yaranan prosesdir. 
Təbii ki, hüquq-mühafizə orqanlarının  əməkdaşlarında peşə deformasiyası  işçinin 
xarici mühitin və ekstremal fəaliyyətin təsiri ilə peşə keyfıyyətlərinin və şəxsiyyət key-
fiyyətlərinin təhrif olunmasına gətirib çıxarır. Başqa cür desək insan da işinin xüsusiy-
yətlərində yaranan davranış stereotipləri formalaşır ki, bu da onun özünə və başqaların 
baş  ağrıları  gətirir, ümumilikdə  işin ahəngini pozur. Aparılmış  tədqiqatlar göstərir ki, 
peşə deformasiyası adətən “insan-insan” münasibətlərinin üstünlük təşkil etdiyi sahə-
lərdə daha çox özünü təzahür etdirir. 
Belə olan şəkildə hüququ mühafizə işçilərinin fəaliyyətinin spesifıkliyi , özündə bu 
və ya digər dərəcədə insan şəxsiyyətinə  və davranışa təsir göstərən neqativ halları 
                                                           

 Doktorant, BDU 

 
Sivilizasiya 
 
159
daşıması, cinayətkarla tez-tez münasibətlərdə olması halları bu fəaliyyətin deformasiya 
xarakterini artırır. 
Polis işçilərində  zəruri psixoloji hazırlıq və iradi-əxlaqi keyfıyyətlərin sabitliyi 
olmadan onların  şəxsiyyətində  və peşə  fəaliyyətində deformasiyaların ola biləcəyi 
ehtimalı artır. Bütün bu hallar polis işçilərinin işgüzar münasibətlərinin effektivliyinə, 
xidməti fəaliyyətinin keyfıyyətinə  təsir göstərir,  şəxsiyyətin bütövlüyünü pozur, onun 
aktivliyini azaldır və dayanıqlığına ciddi zərbə vurur. Bəs, görəsən, peşəkar deformasi-
yanın səbəbləri bununla yekunlaşırmı? Bəzi tədqiqatlarda peşə deformasiyalarının müx-
təlif səbəbləri göstərilir. 
Tədqiqatçılar peşə deformasiyalarının yaranmasına təsir göstərən amilləri içərisin-
də mütəxəssis-peşəkarın məcburi ünsiyyətdə olduğu əhatə dairəsini və onun fəaliyyəti-
nin spesifıkliyini  əsas amillərdən hesab edirlər. Bundan başqa peşə deformasiyasına 
gətirib çıxaran daha vacib amillərdən  əmək bölgüsü və peşə sahələrinin daha dar 
ixtisaslaşmaya məruz qalmasıdır (4 s.15). 
Uzun illər  ərzində insanın məşğul olduğu iş, adəti üzrə  məsələlərin həlli peşəkar 
bilikləri zənginləşdirmək əvəzinə, peşə vərdişləri, stereotiplər, təfəkkür tərzi və ünsiy-
yət manerası yaradır. Bu isə işin təkmilləşməsinə deyil avtomatik həllinə zəmin yaradır 
ki, müəyyən müddətdən sonra peşə deformasiyası yaradır. 
Psixoloji ədəbiyyatda peşə deformasiyasına aparan üç qrup amillər müəyyən edilib. 
Bunlara aşağıdakılar daxildir: 
- hüquq 
mühafızə fəaliyyətinin spesifıkliyi ilə şərtlənmiş amillər 

şəxsiyyət xüsusiyyətləri ilə şərtlənmiş amillər 

sosial-psixoloji xarakterli amillər. 
 Hüquq 
mühafızə orqanlarının işçilərinin xüsusiyyətlərini əks etdirən amillərə aşa-
ğıdakılar daxildir: 
-  əməkdaşların iddia səviyyəsinin qeyri-adekvat imkanları  və yüksəlmiş  şəxsiyyət 
gözləmələri; 
- peşəkar hazırlığın çatışmaması; 
-  əməkdaşların bəzi vacib peşə-şəxsiyyət keyfıyyətləri arasında spesifık  əlaqənin 
olması (belə ki, qətiyyətlilik aşağı özünənəzarətlə müşayiət olunduqda insanda 
fövqəladə yüksək özünəinam yaranır); 
- peşə təcrübəsi; 
- peşə yönəlişləri (qlobal şübhəlilik, başqalarını cinayətkar gözündə görmək və s.); 
-   hüquq  mühafizə orqanlarının işçilərinin şəxsiyyətinin sosial-psixoloji dezadaptasi-
yası. Bunun nəticəsində aqressivlik təzahür edir, zorakılığa meyilli olur, vətəndaşla-
ra, müraciətdə kobudluğa yol verir və s.; 
-   fəaliyyətin motivasiyasının dəyişməsi (fəaliyyətə marağın itməsi, peşəyə həvəssiz-
lik və s.). 
Sosial-psixoloji xarakterli peşə deformasiyası amillərinə aşağıdakılar daxildir: 
- tabeliyində olanlarla qeyri-adekvat və kobud davranış tərzi; 
-   xidmətdən kənar yaxın sosial əhatənin xoşagəlməz təsiri (məsələn, ailə, uşaqlar və s.); 
-   hüquq mühafızə fəaliyyətinin cəmiyyət həyatında təqdir olunmaması, belə vəziyyət 
orqan işçilərinin öz fəaliyyətinə laqeyd yanaşmasına və öz peşəsinə inamsızlığına 
gətirib çıxarır. 
Belə olan şəkildə peşə deformasiyası xarici amillərin təsiri ilə yaranır. Ancaq bu 
amilləri bütünlüklə neyrtrallaşdırmaq mümkün olmadığından peşə hazırlığının sistemli 

Bakı Avrasiya Universiteti  
 
160
şəkildə həyata keçirilməsini zəruri edir. Bəs peşə deformasiyasının əsas təzahürləri nесə 
baş verir? 
Aparılmış  tədqıqatlar göstərir ki, peşə deformasiyaları peşə  fəaliyyətinin neqativ 
dəyişilməsində və davranışda təzahür edir. Bununla yanaşı peşə deformasiyasının təza-
hüründə şəxsiyyətin sosial-psixoloji strukturunda baş verən neqativ dəyişilmələr də diq-
qət mərkəzinə gətirilir. Məsələn, davranışın stereotipləri, peşə vərdişləri, bacarıqlar, ün-
siyyət tərzi dəyişir ki, bu da peşə  fəaliyyətinin müvəffəqiyyətlə  həyata keçirilməsinə 
maneə olur. 
Peşə deformasiyalarının təzahüründə funksional vəzifələrin yerinə yetirlməsində 
formal münasibətin ortaya çıxması da əsaslı rol oynayır. Həmçinin peşə deformasiyası-
nı fərdin psixoloji cəhətlərini yenidən təşkilinin arzuedilməzliyi də yarada bilir. Burada 
söhbət psixi proseslərdən, psixi vəziyyətlərdən, psixi xassələrdən, şəxsiyyətin struktu-
rundan, həmçinin onun şüurlu və qeyri-şüuri komponentlərindən gedir. Bu yenidən təş-
kil olunmalar şəxsiyyətin peşə keyfıyyətlərinin və onun meyllərinin mənfı istiqamətə 
dəyişməsinə  səbəb olur. Aparılmış  tədqiqatlar  şəxsiyyətin deformasiyasının təzahürü-
nün sistemləşdirilməsinin bir neçə üsullarını qruplaşdırmağa imkan verir: 
1. Hər  şeydə öncə  vəzifə deformasiyası baş verir. Belə ki, rəhbər işçi özünün 
səlahiyyətlərini məhdudlaşdırmayaraq başqalarını sıxışdırmağa başlayır, başqa fıkirlərə 
səbirsiz yanaşır, özünün səhvlərini görmək bacarığı itir, özünütənqid aşağı düşür və 
onda belə bir təsəvvür formalaşır ki, onun dediyindən başqa hamının fıkri səhvdir. 
Adaptiv deformasiya zamanı şəxsiyyətin fəaliyyət şəraitinə passiv adaptasiyası baş 
verir və  nəticədə insanda konformizmin yüksək səviyyəsi formalaşır və  о  təşkılatdakı 
qəbul olunmuş davranış modellərini sözsüz qəbul edir. 
Peşə deformasiyasının daha dərin səviyyələrində hüquq mühafızə  işçilərində  şəx-
siyyət keyfıyyətlərinin əhəmiyyətli dərəcədə, aydın neqativ yönümdə dəyişməsi. 
Aşağı səviyyədə emosionallıq, aqressivlik və hakimiyyətlilik halları müşahidə olunur. 
Daha ciddi şəkildə peşə deformasiyasının dərinləşməsi peşə deqradasiyası adlanır 
ki, bu zaman şəxsiyyətin əxlaqi dəyərlər sistemi dəyişir və peşəyə gərəksiz olur. 
Qeyd etdiklərimizlə yanaşı peşə deformasiyasının başqa təsnifatları da vardır. 
Onlara aşığıdakıları aid etmək olar: 
1. Ümumpeşə deformasiyası. Belə peşə deformasiyaları adətən polis işçilərində 
özünü daha qabarıq göstərir. Məsələn polis işçiləri üçün "assosial persepsiya" sindromu 
labüddür (yəni belə vəziyyətdə hər kəs potensial cinayətkar kimi qavranılır). 
2. Xüsusi  peşə deformasiyası. Bu ixtisaslaşma prosesində yaranır. Məsələn, insan 
hüquqlarının müdafiəsi zamanı və hüquq sahəsində yaranan deformasiyalardır: müstən-
tiqlərdə-hüquqi  şübhəlilik;  əməliyyat işçisində aktual aqressivlik; vəkillərdə - peşə 
bacarığı; prokurorlarda isə təqsirləndirmələr özünü göstərir. 
3. Peşə-tipoloji deformasiyalar. Belə deformasiyalar peşə  fəaliyyətinin psixoloji 
strukturunda özünü göstərən şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri ilə səciyyəvidir. 
Aparılmış  tədqiqatlar peşə deformasiyasının altı müvafıq stereotipini müəyyən- 
bildirməyə imkan verir: 
1. "Rəhbər qəddar, möhkəm, iradəli olmalıdır" stereotipi idarəetmənuin strukturun-
da qarşılıqlı  əlaqələri dəyişir, bu fəaliyyəti  əmələ görə  cəzalandırma rejiminə keçirir, 
yəni "əmr müzakirə olunmur". 
2. "Rəhbər həmişə düzgündür
,
 stereotipi işçinin müstəqil düşüncəsinə, qərarlarına 
mənfı təsir göstərir, şəxsi təşəbbüskarlığı sıxışdırır, əmrlərin gözlənməsinə zəmin yaradır. 

 
Sivilizasiya 
 
161
3. "Əmrın müzakirə olunmaması" stereotipi əgər işçilərdə  şəxsi mövqeyi varsa 
şəxsiyyətdaxili konfliktə gətirib çıxarır . 
4. "Balaca adam stereotipi peşə özünüqiymətləndirməni aşağı salır, konformizmin 
təzahürünə  səbəb olur və xidməti vəzifənin icrasına görə  şəxsi mövqeyin olmasına 
gətirib çıxarır. 
5. "Optimar  rol  davranışı stereotipi əksər hallarda xidməti situasiyaya və peşə 
hərəkətlərinə uyğunlaşma mexanizmi kimi çıxış edir. Belə ki, təhdidedici və aqressiv 
davranış  şübhəli  şəxsdən ifadə olması üçün optimal davranış  tərzi və ya strategiyası 
hesab edilir. 
6. "Günahkarın tapılması" stereotipi bütün hərəkətlərə  bəraət qazandırması  səbəb 
olur və onun cəzalandırılmasını arxa plana keçirir. Bu zaman fəaliyyətin həqiqi səbəblə-
rinin tapılmasının qeyri-effektivliyinin ayırd edilməsi arxa plana keçir, onun çatışmazlı-
ğı qabardılmır. 
Peşə deformasiyasının təzahürü fəaliyyətin xarici elementləri ilə, yəni cinayətkarla 
və başqa vətəndaşlarla qarşılıqlı əlaqədə daha çox özünü göstərir. 
Fəaliyyətin xarici əhatəsi kontekstində hüquq mühafızə işçilərinin peşə deformasi-
yasında aşağıdakı cəhətlər də nəzərə alınmalıdır: 
- peşə vəzifəsinin həllində özünün günahsızlığı fonunda özünə inamın artması  və 
özünüqiymətləndirmənin yüksəlməsi; 
- başqa adamlara qarşı “təqsirləndirici meyllilik” yönəlişliyi, fövqəladə  dərəcədə 
şübhəlilik, başqa adamların qavranılmasında, hərəkətlərinin başa düşülməsində ortaya 
çıxan səhvlər; 
- qanunun tələblərinə etinasızlıqda təzahür edən hüquqi nihilizm; 
- sərt cəzaları özündə əks etdirən hüquqi rigorizm. Cinayətkara, onun şəxsiyyətinə 
və törədilmiş cinayətə qarşı nisbətdə daha sərt ölçülərin qəbul edilməsi; 
- qapalılıq stereotipi, artıq gizliliyə meyllilik, öz işinə çox əhəmiyyət vermə  və 
fövqəladə nəzarətə meyillilik; 
- özünün xidməti rolunu, peşə bacarıqlarmı və yönəlişlərini xidmətdən kənar müna-
sibətlərə köçürülməsi; 
- kriminal submədəni elementlərin qavranılması  və onun özünün fəaliyyətində 
istifadə etməsi; 
- vətəndaşlar üçün işgüzar ünsiyyət formasından, adi vətəndaşlar üçün qəbul 
edilməyən, təhqiredici müraciətdə "Siz" əvəzinə "sən"dən istifadə edilməsi; 
- cinayətkarlara və başqa vətəndaşlara ancaq hakimiyyət metodlarından istifadə 
etmək yönəlişliyinin mövcudluğu, konfliktli vəziyyətin həll edilməsi zamanı adi 
üsullara üstünlük verilməsi; 
- pedantizm, işdə yersiz formalizm və öz kompetensiyası  çərçivəsində konkret 
qərarların qəbulunun keçidirilməsi. 
Hüquq mühafızə orqanlarının işçilərində peşə deformasiyasının profılaktikası 
zamanı ciddi tədqiqatların aparılması  və kompleks tədbirlər sisteminin həyata keçiril-
məsi vacibdir. Bu zaman iş yerindən köçürmələrdən tutmuş psixkorresiya və konsulta-
siya proseduranın aparılması zəruridir. Hesab edirik ki, belə tədbirlər xoşagəlməz və so-
sial baxımdan təhlükəli olan peşə deformasiyalarının aradan qaldırılması təsir göstərə-
cəkdir. 
 
 

Bakı Avrasiya Universiteti  
 
162
Qaynaqlar: 
1.  Bayramov Ə. S., Əliyev В. H. Hüquq psixologiyası. Bakı: 2012, 765 c. 
2.  Емельянов, Ю.Н. Теоретические и методические основы социально-психологического 
тренинга: учебное пособие. Л.: ЛГУ, 1983, 103 с. 
3.  Жуланов А.В. Психологические основы успешности профессиональной деятельности 
в экстремальных условиях // Деятельность сотрудников органов внутренних дел при 
чрезвычайных обстоятельствах: сб. науч. Тр. Волгоград: ВА МВД России, 2009, 240 с. 
4.  Леонова А.Б. Комплексная стратегия анализа профессионального стресса: от диагнос-
тики к профилактике и коррекции // Психологический журнал, 2004, №2, с.54-56 
5.  Райгородский  Д.Я.Практическая  психодиагностика.  Методики  и  тесты.  Учебное 
пособие. Самара: БАХРОХ, 1998, 672 с. 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin