Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


- Zeynəddin müəllim, xahiş edirəm ki, siz, azərbaycan­



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə30/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   26   27   28   29   30   31   32   33   ...   174
- Zeynəddin müəllim, xahiş edirəm ki, siz, azərbaycan­
lılarla  ləzgilərin  tarixi  dostluğundan,  qardaşlığından  söz 
açasınız.
'Elbrus Şafum r
8 2 __________________________ ...
-  Elbrus,  qardaşım,  ömrüm  boyu  mənim  həyatımın 
bir mənası da  o  olub  ki,  azərbaycanlılarla  ləzgilər arasın­
da,  dediyiniz  kimi  dostluq  körpüsü  olum.  Bu  mənim 
həyat  amalımdı.  Həmişə  bu  dostluğu  pozmağa  cəhd 
edənlərə  qarşı  çıxmışam,  onlara  qarşı  mübarizə  aparmı­
şam.  Axı,  bizi  bir-birimizdən  kim  ayıra  bilər.  Axı,  bizlər 
ürək  bir,  dilək  bir,  din  bir  qardaşlarıq.  Əli  sümükdən 
ayırmaq  mümkün  olmadığı  kimi,  bizləri  də  bir-birimiz­
dən  ayırmaq  olmaz.  Mən,  yeri  gəldikcə,  bu  mövzuda 
olan  ayrı-ayrı  görüşlərimiz  zamanı  az  da  olsa  söz  demi­
şəm. İndilikdə bir qədər geniş danışaram, bir tarixçi  kimi, 
tarixi  və  ədəbi  əlaqələrimizdən  də,  dostluq  və  qardaşlıq 
münasibətlərimizdən də söz aça bilərəm.
Ta  dövrü  qədimdən  yadelli  işğalçılara  qarşı  birlikdə 
vuruşmuşuq.  Axı,  biz sevinci  də,  kədəri  də  bir olan  xalq­
larıq.  Heç  vaxt düşmənə  baş  əymək  istəməmişik,  məğlub 
olsaq  da,  mərdliyimizi  saxlaya  bilmişik.  Rəhmətlik 
Səməd Vurğun demişkən:
Göydən başımıza odlar da yağsa,
Bu ellər baş əyib,  xar ola bilməz.
Əhməd bəy Cavanşir «Qarabağ xanlığının  1747-1805- 
ci  illərdə  siyasi  vəziyyətinə  dair»  əsərində  deyir:  «Dağıs- 
tandakı  ləzgilərin  İsveçrədəki  kantonlar  kimi,  lederativ 
cəmiyyət  qurmaları  və  onların  bərabərlik  əsasında 
müstəqil  olmaları  yadların  hücumunu  ümumi  qüvvələrlə 
birlikdə dəf etməyə kömək edirdi.  Buna görə də nə (.iııgiz 
xanın,  nə  Teymurun,  nə  osmanlıların  və  nə  də  Nadirin 
qoşunları onları öz zülmünə tabe edə bilməmişlər.»
___ __________________________  
Qusar beşiyim mənim
83


Elbrus Şahmar
Daha  sonra  əsərin  bir  yerində  göstərilir  ki,  Pənahəli 
xan  Car-Balakən  vilayətinə  gedir  və  özünə  ləzgilərdən 
ibarət böyük dəstələr düzəldir.
Əsərin  başqa  bir  səhifəsində  isə  deyilir  ki,  İbrahim 
xanın  Şuşada  3  min  nəfər  ləzgilərdən  ibarət  döyüşçüləri 
varmış.  Bu  baxımdan  Mirzə  Camal  Cavanşir  Qarabaği­
nin  «Qarabağ  tarixi»  əsərində də  maraq  doğuran  faktlar 
vardı.  O, göstərir ki,  1797-ci ildə Qacar Şuşada qətlə yeti­
rilən  zaman  kəsiyində  İbrahim  xan  Kür  qırağında  olur. 
Bu  vaxt  xanın  qardaşı  oğlu  Məhəmməd  bəy  xanlıq  id­
diasına  düşür.  Ona  görə  ibrahim  xan  oğlu  Məhəmməd­
həsənin  başçılığı  ilə  500  nəfər  ləzgi  döyüşçüsünü  Şuşaya 
göndərir.
Belə  faktlan  çox  çəkmək  olar,  ancaq  xoş  gündə  də, 
ağır gündə də bir-birimizə arxa-dayaq olmaq baxımından 
dediklərimi  indi  haqq  dünyasında  olan  xalq  şairi 
Mirvarid  Dilbazinin  14  yanvar  1999-cu  ildə  «Samur» 
qəzetində  çap  olunmuş  bir  yazısı  daha  səciyyəvidir. 
Həmin  yazısından  görünür  ki,  ruslar  XIX  əsrin  əvvəllə­
rində  Gəncəyə  hücum  edən  vaxt  15  nəfər  ləzgi  ticarət 
məqsədi  ilə  Gəncədə  olur.  Sisanovun  hücumundan  əvvəl 
onlar  şəhərdən  çıxa  bilərmişlər.  Lakin  bunu  qeyrətlərinə 
sığışdıra  bilmir,  qardaşlarını  ölüm  ayağında  qoyub 
salamat qalmaqdansa şərəflə döyüşüb şəhid olmağı üstün 
tuturlar və bərabər olmayan bu döyüşdə də şəhid olurlar. 
Bu  hadisəni Cavad  xanın dostu,  şair Əbdürrəhman ağayi 
Dilboz oğlu belə qələmə alıb:
Guş qıl ey əhli aləm,  qələdə on beş ləzgi var,
Andrey  Yaxsay elindən kim gəlib etsin tücar,
Hər biri Dağıstan içrə mərdi-meydan-namidar,
8 4

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin