Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə27/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   23   24   25   26   27   28   29   30   ...   174
•Elbrus Şafımar
miz  Ərzuman»  kitabını  yazdığım  2009-cu  ilin  iyununda 
əbədiyyətə  qovuşmuş  Ərzuman  Zülfüqarov  Qusarın  Bö­
yük  Muraq  kəndindəndir.  Onunla  eyni  vaxtda  işlədiyim 
illər  də  olub.  Təqaüddə  olduğu  müddətdə  polis  polkov­
niki  Ərzuman  Zülfüqarovla  neçə  illər  dostluq  etmişəm. 
Elə barəsində yazmış olduğum kitab da həm ona, həm də 
qusarlılara olan ehtiram və məhəbbətimin bar-bəhrəsidir.
Bu yöndə mən  bir nəfərin də adını böyük  iftixar hissi 
ilə çəkirəm.  O,  Vətən, Xalq  işinə sonsuz nümunə olaraq, 
mərdlik,  qorxmazlıq  rəmzi  kimi  yaşlı  həmkarlarının 
dilinin əzbəri olan, ağrı-acılı, eyni zamanda şərəfli bir yol 
keçmiş,  general  Arif  Heydərovun  həyatını  xilas  etmək 
üçün  sinəsini  güllə  qabağına  vermiş  düztahirli  podpol­
kovnik  Əziz Əzəmət  oğlu  Səfixanovdu.  Mən  onun  şərəfli 
həyat  yolundan  da  «Kişi  ömrü»  adlı  kitab  yazıb  çap 
etdirmişəm.  Və  bütün  bunlara  görə  qürur  duyuram.  Bu 
yerdə  Qarabağ  savaşında  şəhid  olmuş  avaranlı  Mürsəl 
Fikrət  oğlu  barəsində  çap  Ttdirdiyim  yazımı  da  ürək 
ağrısı ilə xatırlayıram.
Qusarda  boy  atıb  pərvazlanan  ləyaqətli  insanlar 
yetərincədir. Təkcə ikisinin adını çəkirəm -  general Mah­
mud  Əbilov  və  sovet  İttifaqı  Qəhrəmanı  Mirzə  Vəliyev. 
Onlar ümumən Azərbaycanımızın baş ucalığıdır.
Məni  Qusara  bağlayan  yarım  əsr  dostluq  etdiyim  tə­
ləbə yoldaşım,  sadə  peşə  adamı,  gicanlı  Aslan Yahyayev 
və  bir  də  Respublika  Vəkillər  Kollegiyasının  üzvü,  ha­
zırda Qusar şəhərində vəkil kimi fəaliyyət göstərən  tələbə 
yoldaşım və dostum Aşağı Ləyərli Zəfər Süleymanovdur.
Daha  sonra  dost-tanışlarımdan  istefada  olan  polis 
polkovniki  Ş.Şıxnəbiyevin,  Müdafiə  Nazirliyində  məsul 
vəzifəli  polkovnik  Rauf Kişiyevin,  bu yaxınlarda  dünya-
6 6
smı  dəyişmiş,  yazıçı  Əmir  Mustafayevin,  şair  Kələntər 
Kələntərlinin,  Fikrət  Səfixanovun,  eləcə  də  sizin,  Zey­
nəddin  Ramazan  oğlu Çələbovun, «Qusar» qəzetinin  baş 
redaktoru  Vidadi  müəllimin, əslən Yasab kəndindən olan 
Bakıda  bank  sahəsində  çalışan  Adiq  Quliyevin,  Nazir 
İsrafilovun,  Fikrət  Nurməmmədovun,  Muxtar Qurbano­
vun,  Əziz  Qurbanovun,  Teymurun,  İslamın,  Kuzma  Nə­
riman oğlunun, müəllimlərdən Tofiqin, Cahangirin, İsam 
Balemetovun, rəhmətlik  Hidayət Ciyərxanovun və onlar­
ca başqalarının adını çəkə bilərəm.
Veteranlar  evində  çoxları  ilə  tanış  olmuş,  neçəsi  ilə 
duz-çörək  kəsmişəm.  Onlardan  biri  də  80  yaşlı  Abdul 
Qazəhməd oğlu Abduraxmanovdu.
Elə bilirəm  ki,  qələm dostum  Sədaqət Kərimovam  ta­
nımayan  yoxdur.  Bakıda  çıxan  «Samur»  qəzetinin  baş 
redaktoru  olaraq  bir  jurnalist  kimi  fəaliyyət  göstərən 
Sədaqət xanım həm şair, həm yazıçı, həm də tədqiqatçı və 
bəstəkardır.
Onun sayca  15-cı kitabı olan «Qusar, qusarlılar» kita­
bı  xüsusi  əhəmiyyət  kəsb  edir.  Sədaqət  xanımın  həmin 
kitabı  illərlə  aparılan  araşdırmaların,  təhqiqatların,  bö­
yük  zəhmətin  və doğulub  boya-başa  çatdığı  torpağa  ülvi 
məhəbbətin bar-bəhrəsidir.  Böyük  əminliklə deyə bilərəm 
ki,  Sədaqət  xanım  həmin  şedevr  əsəri  ilə  böyük  bir  insti­
tutun  işini  görüb.  Ona  görə  o,  böyük ehtirama  və  alqışa 
layiqdir.  Onu  da  qeyd  edim  ki,  bu  kitabımda  Qusarla 
bağlı verdiyim  məlumatların  çoxuna  görə ona  minnətda­
ram.  Bir  də  qusarlılara  bir dost  kimi  tövsiyə edərdim  ki, 
qız  ərə  verəndə  cehizinin  üstə  Sədaqət  xanımın  «Qusar, 
qusarlılar» kitabını qoymağı  unutmasınlar.
___________________________________Qusar beşiyim nan im
6 7


•Elbrus Şafimar
j_
_____________________
Daha  sonra  Çingiz müəllimin,  Eldarın,  Qədirin,  Riz­
vanın,  Yusifin,  Janın  və  bir  də  Cahangir  müəllimin  ad­
larını hörmətlə çəkirəm.
Cahangir  müəllim  hərbi  vətənpərvərlik  mövzusunda 
böyük ürəklə danışır.  Deyir ki, biz müəllimlərin, eləcə də 
bütün  ziyalılarımızın  borcudur  ki,  çağdaş  zəmanəmizdə 
gənclərlə  hərbi  vətənpərvərlik  mövzusunda  maariflənmə 
işləri  aparaq.  Axı,  biz  görə  bilmədiklərimizi  gənclərimiz 
həyata  keçirməlidirlər.  Bir də təhsil ocaqlarında  müxtəlif 
elmlərin  tədrisilə  bərabər,  Təhsil  nazirimiz  dediyi  kimi 
onlan  vətəndaş  kimi  də  yetişdirmək  biz  müəllimlərin 
ümdə vəzifəsi və borcudur.
Doğurdan  da  düz  deyirlər  ki,  vəzifə  insanı  deyil, 
insan  vəzifəsini  dəyərli  edib  gözəlləşdirə bilər. O mənada 
tutduğu  vəzifə  və  peşəsini  gözəlləşdirən  bir  nəfərin  də 
adını çəkmək istərdim.
Həmin  şəxs  qusarlıların  yaxşı  tanıdığı  Cavid  Nizam 
oğlu  Hacımuradovdu.  Son  dərəcə  səmimi  olan  Cavid 
ATU-nun  Əczaçılıq  fakültəsini  bitirib,  şəhərdə  yerləşən 
«OKİ» Tibb klinikasındakı aptekin müdiridi.
Son  on  ildə  hər  yay  Tofiq  İsmayılov  küçəsi,  60  saylı 
evə qonaq düşürəm.  Bütün ailə üzvlərim bu evin sahibəsi 
Şükufə  Mustafayevadan  gördüyümüz hörmət və qayğını 
da son dərəcə yüksək dəyərləndiririk.
Onu  da  deyim  ki, ləzgilərlə aramda  olan  dostluğumu 
bu gün  övladlarım  da  davam  etdirir.  Böyük  oğlum  Şah­
mar,  əslən  Qusann  Gican  kəndindən  olub,  Bakı şəhərin­
də yaşayan Elçin Şahnəzər oğlu ilə neçə illərdi ki, dostluq 
edir.  Eləcə də, kiçik oğlum Yelmann işlədiyi «Bakı polad 
əritmə  şirkəti»ndə bir-birinə qarşı  hörmət  və ehtiramları 
olan  milliyyətcə ləzgi rəhbər vəzifə sahibləri və iş yoldaş- 
68
__________________ ____________ Qusar Sefyim tmnim
lan  var.  Onları  mən  də  tanıyıram  və  hər  biri  ilə  də  xoş 
münasibətim  var.  Bu  yöndə  mən  əslən  Oğuz  rayonun 
Bayan  kəndindən  olan,  adı  çəkilən  şirkətdə  baş  direkto­
run  müavini  işləyən  Əvəz  Süleymanovun,  əslən  Qəbələ 
rayonun  Qəmərvan  kəndindən  olan,  sex  rəisi  Ramazan 
Əsgər  oğlunun  və  şəxsən  mənimlə  isti  münasibətdə olan, 
Ramazanın  Qəmərvanda  yaşayan  80  yaşlı  atası  Əsgər 
müəllimin,  Qusann  Mucuq  kəndindən  olan  və  şirkətdə 
rəhbər  vəzifədə  işləyən  Namiq  Əmirbəyovun  adlarını  da 
bir daha böyük hörmət və ehtiramla çəkirəm.
Onu  da  qeyd  edim  ki,  Sədaqət  Kərimovanın  «Qusar, 
qusadılar»  kitabında  Namiqin  yaxın  qohumları  barədə 
də söz deyilib.  Onlar elm adamları - Niyazi, Təhsin,  Fik­
rət  və  Elxan  Əmirbəyovlar,  Kəmalə  Burziyeva  və  bir  də 
Fikrət  Tayıb  oğludur.  Bir  də  Namiqin  dayısı,  adlı-sanlı 
dənizçi  Rafiq Əfəndiyevdir.
«Xalqların  canbirliyini  görmək  istəyən  Qusara  gəl­
sin!»  Bu  fikir  ləzgi  xalqının  fəxri,  Həsənbəy  Zərdabinin, 
Cəlil  Məmmədquluzadənin  və  Firudin  bəy  Köçərlinin 
yaxın  dostu,  «Əkinçi»  qəzetinin  əməkdaşı,  XIX  əsrin 
görkəmli  alimi,  tarixçi  və  ədəbiyyatşünası,  «Asari  Da­
ğıstan»  əsərinin  müəllifi  Mirzə  Həsən  əfəndi  Əlqədariyə 
mənsubdur.  Rəhmətlik  demək  istəyib  ki,  bizim  vahid 
Azərbaycan  xalqı  olduğumuzu  görmək  istəyənlər  dağlar 
gözəli,  ruha  qida  verən  Qusara  gəlsin.  Mütəfəkkirin  söz­
lərində  böyük  həqiqət  var.  Elə  olmasaydı,  barəsində 
«Kişi ömrü» kitabı yazdığım Qusarlı Əziz Səfixanov azər­
baycanlı  general  Arif  Heydərovun  həyatını  xilas  etmək 
üçün sinəsini güllə qabağına verməzdi.
Azərbaycanlılarla  ləzgilərin  dostluğu  möhkəmdir, 
sarsılmazdır,  polad  kimidir.  Axı,  adət-ənənələrimiz  eyni,
6 9



Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin