Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə28/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   24   25   26   27   28   29   30   31   ...   174
Tbbrus Ş a h m a r
din  və  imanımız  birdir.  Ermənilərin  bizimlə  olan  savaşı 
da  Qusardan  yan  keçməyib.  İstər  keçən  əsrin  əvvəllə­
rində,  istərsə  də  sonlarında,  ermənilərin  bizlə  olan  sava­
şında neçə-neçə şəhid verib Qusar.
Birliyimizlə,  qarşılıqlı  ehtiramımızla  bağlı  çox  misal 
çəkmək  olar.  Elə  «Qusar»  qəzetinin  iki  dildə  çap  olun­
ması fikrimin təsdiqi deyilmi?
Son  illər  Qusarda  gedən  abadlıq  işləri  olduqca  könül 
açandır.  Təkcə  Heydər  Əliyev  adına  parkın  və  muzeyin 
açılması,  onun  Qusann  ən  görüntülü  yerində  qoyulmuş 
əzəmətli  heykəli,  yeni  idman  kompleksinin  və  şahmat 
evinin  tikilməsi  fikrinin  təsdiqi  üçün  yetərlidir.  Abadlıq­
dan söz açdım,  yadıma xaricdə yaşayan qusarlı iş adamı, 
xeyriyyəçi  Seyfəddin  Rüstəmov  düşdü.  Seyfəddin  vətən­
dən  uzaqlarda  olsa  da,  ürəyi  Qusarla  döyünür,  onun  tə­
biətinə  və  adamlarma  olan  qayğısını  heç  vaxt  əsirgəmir. 
Bu  baxımdan  Seyfəddin  atası  Ziyəddin  kişinin  ruhu 
şərəfinə  Nəriman  Nərimanov  adına  parkda  tikdirdiyi 
«Veteranlar evi», şəhər qəbiristanlığında apardığı abadlıq 
işləri  və  rayonun  ayn-ayn  məktəblərinə  kompyuterlər 
bağışlaması təqdirə layiqdir.
El-obası  üçün  can  yandıran,  bu  yöndə  xeyirxah  işlər 
görən  bir  nəfərin  də  adını  çəkməsəm  olmaz.  O,  Zindan- 
muruq  kəndində  anadan  olmuş  Teyfur  Heybət  oğlu 
Heybətovdur.
Bütün qusarlılara salamatlıq, dinc həyat arzulayıram. 
Qoy  əsrarəngiz  gözəlliklərlə  dopdolu  olan  təbiətlərini 
qoruyub  saxlaya  bilsinlər.  Arzu  edirəm  ki,  dostluq  və 
birliyimiz əbədi olsun. Ürəklərindən su içən «can qardaş» 
sözləri  isə  heç  vaxt  dillərindən  əskik  olmasın.  Və  bir  də 
arzu edirəm  ki, qusarlı  dostlarımı  yaxın zamanlarda  indi 
70
işğal  altında  olan  doğma  Qubadlıma  qonaq  dəvət  edə 
bilim.
Deyirəm,  təbiət  o  vaxt  gözəl  olur  ki,  onu  dəyərlən­
dirəsən,  onun  qədrini  biləsən.  Torpağımıza,  təbiətimizə, 
dövlətçiliyimizə,  ümumən  vətənimizə  bağlı  olan  qusarlı- 
ları  həmişə  nikbin,  sağlam  və  gümrah  görmək  arzusu  ilə 
onlara  olan  ehtiramımın  bar-bəhrəsi  kimi  bir  daha  deyi­
rəm, gəlin Allahın bəxş etdiyi bu gözəllikləri solub-solux­
mağa  qoymayaq,  gəlin  həmişə  mehriban,  səmimi  və 
əməksevər  olaq!  Onda  ömür  uzanar,  həyat  daha  da 
gözəlləşər!
Azərbaycanımızın dilbər guşələrindən  biri olan  Qusa­
rın  təbiəti  füsunkar  olduğu  kimi,  insanları  da  mərd  və 
xoş  xasiyyətlidirlər.  Əhalisinin  əksəri  ləzgilərdən  və 
qismən  azərbaycanlılardan  ibarət  olan  bu  diyarda  bir 
xalqın  iki  milləti  canbir  qəlbdə  yaşayır,  dərdləri  və  se­
vincləri  də  eynidir.  Bizlər  müstəqil  Azərbaycan  Res­
publikasının eyni taleli vətəndaşlarıyıq. Axı  biz bir xalqıq 
-  dinimiz bir, vətənimiz bir, adət-ənənəmiz bir, Allahımız 
bir, peyğəmbərimiz bir, müqəddəs kitabımız birdir.
Bu  yerləri  Ulu  Tanrı  xoş  gündə,  xoş  saatda  yaradıb. 
Allah bu diyardan heç bir gözəlliyini əsirgəməmişdir.  Buz 
bulaqlar,  şəlalələr,  başı  qarlı  uca  dağlar insanı  yaşamağa 
səsləyir.  Həmişəyaşar  dağların  zümrüd  döşəkli  yaylaq­
ları,  Şahdağ  və  Bazardüzü  dağlan  göz  oxşayır,  ürək 
sərinlədir.  Dağların  hələ  yüzlərlə  dərdin  dərmanı  olan 
ətirli  və  məlhəmli  gül-çiçəyini  və  bir  də  Xəzərə  can  atan 
çaylarım demirəm...
Qusann  bir-birindən  qiymətli,  bir-birindən  dəyərli 
tarixi  abidələri  var.  Ənix  qalası,  IV  əsrin  Şabran  arxı. 
Şeyx  Cüneydin  XV  əsr  yadigarı  olan  müqəddəs  türbəsi,
_________ Qusar beşiyim rranim
71


'Elbrus Şahmar
nəfis şəkildə inşa olunmuş Ənix və Hil kənd məscidləri bu 
diyarın qədimliyindən,  ulu keçmişindən xəbər verir.
Yüzlərlə  şanlı-şöhrətli  elm  adamları,  ədəbi  mühitdə 
ad-san  çıxarmış  yaradıcı  adamları,  dövlət  və  hökumət 
xadimləri,  qəhrəman  oğul  və  qızları  var  bu  diyarın.  Diş- 
dırnağı  ilə  özünə  gün-güzəran  qazanmış,  zəhməti  və 
işgüzarlığı  hesabına  sayılıb-seçilən,  hər  yerdə  adı  ehti­
ramla  çəkilən  səxavətli  və  xeyirxah  oğullardan  da  xali 
deyil  Qusar.  Yazımın  əvvəlində  onlardan  biri,  Seyfəddin 
Zeynəddin  oğlunun  adını  çəkmişdim.  İndilikdə  isə  neçə 
illər  üzərində  işlədiyim,  iri  həcmli  «Ömürnamə»  adlı 
kitabımı  öz  vəsaiti  hesabına  çap  etdirən  Sabir  Fərzəliyev 
barədə söz demək istərdim.
Sabir  Fərzəliyev  ilə  tanışlığıma  və  nəhayətdə  dostlu­
ğuma  görə  qohumum,  sözün  həqiqi  mənasında  ağ­
saqqalımız  olan  professor  Zahid  Quliyevə  öz  dərin  min­
nətdarlığımı  və  həmişəyaşarlı  olan  dərin  ehtiramımı  bil­
dirirəm.  Zahid  müəllim  bizi  təxminən  2  il  bundan  əvvəl 
tanış  edib.  Və  mən,  Zahid  müəllimin  insanları  düzgün 
tanımaq  və  doğru  dəyərləndirmək  bacarığına,  səriştəsinə 
və fəhminə bir daha əmin olmuşam.
Yadıma  Abbasqulu  Ağa  Bakıxanovun  bir  kəlamı 
düşür:  «Bədbəxt  o  adamdır  ki,  başqasına  yaxşılıq etməyi 
bacardığı  halda,  bunu  etməsin».  Rəhmətlik  necə  də  tən- 
dürüst  deyib.  Axı  insan  öz  ömrünü  bağa  kimi  qınına 
çəkilmiş halda  yaşamamalıdı.  İnsanın  ən  başlıca  xüsusiy­
yəti, insanlıq meyarı odur ki, imkanı dairəsində kimlərəsə 
əl  tutsun,  kömək  etsin,  xeyir əməl  sahibi  olsun,  yaxşı  söz 
danışsın,  nəinki  başqalarına  yük  olsun.  Axı  biz  dünyaya 
yeyib-yatmaq  üçün  deyil,  kimlərisə  yaşatmaq  üçün 
gəlmişik.
7 2 ____

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin