Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


gedir.  Allahı  tanıyanlardan  biri  də,  elə  tamahı  olmayan-



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə33/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   29   30   31   32   33   34   35   36   ...   174
gedir.  Allahı  tanıyanlardan  biri  də,  elə  tamahı  olmayan- 
lardı.  Bax,  digər  müsbət  insanı  keyfiyyətlərinizə  görə  də 
barənizdə kitab yazmaq arzusunda oldum.
Kitabın  ayrı-ayrı  fəsillərində,  bölmələrində  dönə-dönə 
barənizdə dediyim fikirlərim Sizə təkrar kimi görsənməsin. 
İnanın  ki,  mən  özümü  həmin  fikirlərimi  yazmaqdan çəkin­
dirə bilmirəm.
Zeynəddin  müəllim,  indilikdə  Sizə olan  növbəti  sualım 
belədir:  Deyirlər  ki,  kəndinin qədrini  bilməyən  paytaxtının 
da  qədrini  bilməz.  Adam  var  ki, evi  onun  vətəni,  ailəsi  isə 
onun  xalqıdır.  Xahiş  edirəm  bu  fikirlər  ətrafında  söz 
açasınız.
-  Elbrus,  qardaşım,  bildiyimiz  kimi  nə  qədər  Adəm 
övladı  varsa,  bir  o  qədər  də  xarakterlər,  fərdi  xüsusiy­
yətlər  vardı.  Sualınıza  rəğmən  onu  deyə  bilərəm  ki, dün­
yamızda  kimisi  vətənpərvərdi,  kimisi də qarmpərvər, cib- 
pərvər.  Bax,  indi  biz  qızıl  payız  günlərində,  ömrümüzün 
qızıl  çağında  yaşayırıq.  Əminəm  ki,  bu  çağımızda  sual­
larınızın da,  ona verilən cavablarımın da, əyarı, düz ölçü-. 
lü, düz çəkili  olacaq,  çalışacağam  ki,  cavablarımın  məna 
dərinliyini  təmtəraqlı  sözlərdə  deyil,  ürəyimdən  su  içən 
sadə  sözlərimdə  tapım.  Həyatda  elə  hisslər,  elə  düşün­
cələr  var  ki,  onları  yalnız  yaşamaq,  duymaq  olar,  onlar 
çox vaxt  nə dilə gəlir, nə də ki, qələmə.  Onu da deyim ki, 
həyat  nə  qədər  məşəqqətli  və  ağrılı  olsa  da,  o  yenə  də 
gözəldir.
Şeyx  Şamilin  belə  bir  müdrik  kəlamı  var:  «Gələcək 
haqqında  fikirləşəndə  heç  vaxt  keçmişi  unutmayaq». 
Bizlər  isə çox zaman  unutduq  keçmişimizi,  keçmişimizdə 
baş  verən qanlı-qadalı  hadisələri,  bizlərə qurulan  tələləri, 
tariximizi  saxtalaşdıran  faktları.  Dedik,  dözümlü  xalqıq, 
92________________________________________________________
geniş  ürəyimiz  var,  bağışlamağı  bacarırıq.  Və  keçmişi­
mizdə  olan  haqsızlıqları  unutmaqla  sanki  babalarımız 
bizləri,  bizlər  isə  nəvələrimizin  aqibətini  unutduq.  Bu 
yöndə Hüseyn Arif deyir:
«Ata yurdumuzdan ilham almasaq,
Zaman ağac kimi qurudar bizi,
Bu gün babaları yada salmasaq,
Sabah nəvələr də unudar bizi.»

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin