Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə16/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

(l 30 a) məşhurdur, amma oranın soyuğu sərtdir. 

Şəhərin  ətrafında dörd gözəl çayır var. Şimal-şərqində Sonaq-kurqan 

çayırı var. Kabildən təxminən iki küruh uzaqdadır və yaxşı bir çayırdır, otu 

ata yaxşı gəlir, milçəyi az olur. Şimal-qərbində Çalaq çayırı yerləşir. Kabil-

                                                           

1

 Əmlük:  Kabilin bir bölgəsində olub, digər yerlərdə olmayan bir meyvə. Türklər ona 



"qara yemiş" deyirlər.  

2

 Çilgüzə: bir fıstıq növü.  



3

 Rivac: larivac da deyilir, köklərindən düzəldilən dərman müshilə yaxşı təsir edir. 

4

 Badrəng: limona bənzər yaşıl bir meyvədir. Böyük bir xiyar növünə də belə deyilir. 



BABURNAMƏ 

 

145



dən bir küruh uzaqda və geniş bir çayırdır, yayda miçəyi atı narahat edir. 

Qərbində Divrin çayırı var. Bunlar eyni təpənin iki çayırıdır. 

Bir də Quş-Nadir çayırı vardır və bu hesabla beş çayır olur. Bu son iki 

çayır Kabildən bir şeri məsafədədir. Kiçık çayır olsalar da otu ata fövqəladə 

yaxşı gəlir və miçəyi yoxdur, Kabil çayırları arasında bu çayırlar kimi çayır 

yoxdur. Şərqində Siyah səng çayırı var. Dəriçirlər qapısıyla bu çayırın orta-

sında Qutlu Qədəmin məzarı yerləşir. Yayda miçəyi çox olduğu üçün bu 

çayıra rəğbət azdır. Bir də bu çayıra bitişik Kəməri çayırı vardır ki, onunla 

birlikdə Kabilin ətrafında altı çayır olur, lakin bunların dördü məşhurdur. 

Kabil vilayəti qorunaqlı bir vilayətdir, düşmənin bu vilayətə girməsi 

çətindir. Bəlx, Qunduz və Bədəxşan ilə Kabil arasında Hinduquş dağı yer-

ləşir. Bu dağ üzərindən yeddi yol aşır. 

Bu yollardan üçü Pənchirdədir. Bir az yuxarıda Cavaq keçidi, ondan 

bir az aşağıda Tul və ondan daha aşağıda Bazarək keçidləri vardır. Bu üç 

keçiddən (130 b) ən yaxşısı Tul keçididir, lakin yolu bir az daha uzundur. 

Ehtimal ki, bu üzdən ona Tul [uzun] deyirlər.  Ən doğru olanı Bazarəkdir. 

Tul və Bazarək Səraba gedir. Bazarək keçidi Parəndi adlı bir kəndə endiyi 

üçün Sərab əhalisi ona Parəndi keçidi deyir. 

Yollardan biri də Pərvan yoludur. Böyük keçid ilə Pərvan çayının ara-

sında yeddi keçid olduğu üçün ona Həft-beçə [yeddi uşaq] deyirlər. Əndərab 

tərəfindən iki yol gəlib bu keçiddə birləşərək, Həft-Beçə ilə Pərvana uzanır. 

Fövqəladə əziyyətli bir yoldur. 

Yolların üçü isə Gur-Bənddədir. Pərvan yoluna daha yaxın olanı Yen-

gi yol  keçididir; Vəliyan ilə Hincana enir. Yolların biri də Qıpçaq keçididir, 

Əndərab çayı ilə  Qızıl suyun birləşdiyi yerə enir, bu da yaxşı bir yoldur. 

Üçüncüsü is Şibertu keçididir. Yayda sular artanda Şibertu keçidindən aşıb 

Bamyan və Sayqan  üzərindən, qışda isə Ab-dərə üzərindən gedirlər. 

Qışda dörd-beş ay boyu Şibertu yolundan başqa bütün yollar bağlanır 

və o zaman da bu keçiddən aşıb Ab-dərə üzərindən gedirlər. Yayda sular 

daşanda isə bu yollar qışda olduğu kimidir, çünki su kənarındakı yollardan 

su yüksəldikdən sonra keçmək mümkün olmur, bu yollardan keçməyərək 

dağdan keçmək çox çətin olur. Bu keçidlər yalnız qarın az olduğu və suların 

çəkildiyi üç-dörd ay içində (131 a) keçilə bilən yerlərdir. Dağlar və boğaz-

larda yol kəsən kafirlər azdır. 

Xorasan tərəfindən gələn yol Qəndəhardan keçir. Bu yol dümdüzdür 

və keçid yoxdur. 

Hindistan tərəfindən dörd yol çıxır: biri Lemqanat üzərindən gəlir ki, 

bu yolda Xeybər dağlarında kiçik bir keçid vardır; biri Bəngəş üzərindən 

gəlir, biri Nəgar üzərindən, biri isə Fərmul üzərindən gəlir. 

Bu yollarda bir neçə keçid vardır və bu yollarla gələnlər Sind çayının 

üç keçidindən keçirlər: Nilab keçidindən keçənlər Ləmqanat üzərindən gəlir. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



146

Qışda Kabil çayı ilə Sind çayının birləşdiyi yerin bir az yuxarısında, hər iki 

çay da keçid üzərindən keçilir. 

Mən Hindistan səfərləriində əksərən bu keçidlərdən keçirdim. Bir sə-

fərində Sultan İbrahimi [Ludi] yenib Hindistanı  fəth etdiyim zaman Nilab 

keçidindən gəmiylə keçdim. Nilab keçidinin dışında Sind çayının heç bir ye-

rindən gəmisiz keçmək mümkün deyil. 

Dinqut keçidindən keçənlər Bəngəş üzərindən gəlirlər. Çuparə keçi-

dindən keçənlər Fərmül üzərindən gəlirlərsə Qəznəyə, Dəst üzərindən gəlir-

lərsə Qəndəhara gedirlər. 

Kabil vilayətində müxtəlif tayfalar yaşayır. Dərə və ovalarda türklər, 

aymaqlar və  ərəblər,  şəhərində  və  bəzi kəndlərində sartlar, bəzi  (131 b) 

kəndlərində və vilayətində isə peşayi, pəraci, tacik, bərəki və əfqanlar, Qəz-

nə dağlarında da həzarə və nikdərilər yaşayır. Həzarə və nikdərilər arasında 

bəzi qəbilələr moğolca danışırlar.  Şimal-şərqindəki Kəttur və  Gəbrək kimi 

dağlıq ərazi Kafiristan, cənubu isə Əfqanıstandır. 

Kabil vilayətində on bir-on iki dil danışılır: ərəbcə, farsca, türkcə, mo-

ğolca, hindcə, əfqanca, peşayicə, pəracicə, gəbəricə, bərəkicə və ləmğanca. 

Heç bir vilayətdə bu qədər müxtəlif qövmün yaşadığı və bu qədər müxtəlif 

dilin danışıldığı görünməmişdir.  

Vilayət on dörd tüməndən ibarətdir. Səmərqənddə, Buxarada və civa-

rındakı böyük bir vilayətə bağlı olan kiçık vilayətlərə tümən deyilir. Əndi-

can, Kaşğar və civarında ürçün, Hindistanda isə pərgənə deyirlər. Bəcur, Se-

vad, Pərşavər və Həşnəgar əskidən Kabilə tabe imiş, indi isə əfqan qövmü 

üzündən bəziləri xarab olmuş, bəziləri də əfqan idarəsinə girdikləri üçün vi-

layətlikləri qalmamışdır. 

Şərq tərəfi Ləmqanatdır. Bu vilayət beş tüməndən və iki bölükdən iba-

rətdir. Bu tümənlərin  ən irisi Nigənxardır, bəzi tarix kitablarında Nigərxar 

deyə yazılmışdır. Bu tümənin mərkəzi Adinapurdur və Kabildən şərqə doğ-

ru on üç ağac məsafədədir. Nigənxar ilə Kabilin arası fövqəladə çətin və pis 

bir yoldur. Üç-dörd yerdə kiçık-kiçık  (132 a) keçidləri və iki-üç yerdə  də 

boğazları vardır. Xırılçılar və bütün digər yolkəsən əfqanlar üzündən bu yol 

təhlükəsiz deyildi və bu iki şəhər arasında məmurə yoxdu. Quru sayın alt tə-

rəfindəki Qaratuyu mən saldırdım və bu sayədə yol əmin bir hala gəldi. 

İsti iqlimlə soyuq iqlim arasındakı sərhəd Badam-Çeşmə keçididir. Bu 

keçidin Kabil tərəfində qar yağır, Quru say və  Ləmqanat tərəfində isə qar 

yağmır. Bu keçiddən enincə insan özünü başqa bir aləmdə zənn edir, ağaclar, 

otlar, heyvanlar, əhalisinin adət-ənənələri tamamilə başqadır. 

Nigənxarda doqquz çay vardır. Düyüsü və buğdası yaxşı olur. Porta-

ğal, turunc və narı fövqəladə bol və yaxşıdır. 

Adinapur kurqanının altında və cənub tərəfindəki bir yüksəklikdə 914-

cü (=1508/09) ildə Baği-Vəfa adında bir çarbağ saldırdım. Kurqanla bağ  



BABURNAMƏ 

 

147



arasından axan suya baxır. Portağal, turunc və narı fövqəladə çoxdur. Pəhar 

xanı məğlub edib Lahor və Dibalpuru fəth etdiyim il [=1524] banan gətirdib 

əkdirmişdim, yaxşı tutmuşdu. Ondan əvvəlki il də şəkər qamışı əkilmiş və 

yaxşı yetişmiş, onlardan Bədəxşana və Buxaraya göndərilmişdi. Yeri yük-

səkdir, suyu qurumur, havası qışda da mülayimdir. Bağın ortasında kiçık bir 

(132 b) təpə var. Bir dəyirman işlədə biləcək gücdə bir çay bağın ortasından 

və bağın içindəki təpənin üzərindən fasiləsiz bir şəkildə axır, bağın orta-

sındakı böyük çəmənlik bu təpənin üzərindədir. 

Bağın cənub-qərbində böyük bir hovuz vardır və ətrafı tamamən por-

tağal ağaçlarıyla əhatə edilmişdir. Nar ağacları da vardır. Bu hovuzun ətrafı 

bütünlüklə çəmənlə örtülüdür və bağın ən gözəl yeri oradır. Portağalların sa-

raldığı günlərdə olduqca gözəl görünür. Gerçəkdən də gözəl bir bağdır. 

Kuhi-Səfid dağı Nigənxarın cənubundadır. Bəngəş ilə Nigənxarı bu 

dağ ayırır. Atlı bir adam buradan asanlıqla keçə bilməz. Bu dağdan doqquz 

çay axar. Bu dağda qar heç bir zaman əskik olmur. Bəlkə də bu üzdən ona 

Kuhi-Səfid [ağ dağ] demişlər. Aşağıdakı dərədə isə heç bir zaman qar yağ-

mır. İkisinin arası yarım günlük yoldur. Bu dağın ətəklərində havalı yerlər 

var. Suları soyuqdur və buza ehtiyac yoxdur. 

Adinapur kurqanının güney tərəfi isə Surx-rud çayıdır. Kurqanı yük-

sək bir yerdədir. Çay tərəfində isə qırx-əlli kari yüksəkliyində sarp bir dağ 

vardır. Kurqanın  şimalında də dağın bir qismi bulunur. Olduqca qorunaqlı 

bir kurqandır. Bu dağ Nigənxar ilə Ləmqanat arasındadır. Kabilə qar yağan 

zaman bu dağın təpəsinə qar düşür, Ləmqan  əhalisi  (133 a) onda bilir ki, 

Kabilə qar yağmışdır. 

Kabildən Ləmqanata gedərkən Quru say üzərindən gedənlər Dibri ke-

çidini aşıb Bulanda Baran çayından keçirlər. Bir digər yol isə Quru saydan 

aşağıya, Qaratudan aşıb Uluğ-Nurda Baran çayını keçib Badic keçidindən 

Ləmqana gedir. Nicrav üzərindən gedənlər isə Bedrav və Qaranrıqdan keçib 

Badic keçidinə gedirlər. 

Nigənxar Ləmqanın beş tümənindən biridir, lakin yalnız üç tümənə 

Ləmqanat adını verirlər. Bu üç tüməndən biri Əlişəng tümənidir O, Hindu-

quş dağına bitişik, qarlı, böyük və sarp dağları əhatə edir. Bu dağlar bütün-

lüklə Kafiristana aiddir. Kafiristanın Əlişəngə bir az yaxın olan qismi Mildir. 

Əlişəng çayı öz mənbəyini Mildən alır. Həzrəti Nuh peyğəmbərin atası 

Mehtər Lamın qəbri  Əlişəng tümənindədir. Bəzi tarix kitablarında Mehtər 

Lama Ləmk və ya Ləmkan da deyirlər. Buranın  əhalisi bəzən kaf yerinə 

ğəyn tələffüz edir. Bəlkə bu vilayətə bu üzdən Ləmğan demişlər. 

Ləmqanat tümənlərindən biri də  Əlinqardır. Kafiristanın  Əlinqara  ən 

yaxın olan qismi Gevardır. Əlinqar çayı Gevardan başlayır. Bu iki çay Əli-

şəng ilə  Əlinqardan keçib birləşərək tümənlərdən biri olan Məndravərin 

(133 b) bir az aşağısında Baran çayına tökülür. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



148

Ləmqanatın iki bölüyündən biri Dəreyi-Nurdur və misilsiz bir yerdir. 

Kurqanı dərənin önündə iki tərəfindən su ilə çevrilən bir çıxıntının üstündə-

dir. Düyü tarlaları çoxdur. Oraya yol olmayan yerdən getmək mümkün deyil. 

Portağal, turunc və digər isti iqlim meyvələri, bir az da xurma ağacı var. 

Kurqanın iki tərəfindəki suyun sahilləri tamamən ağaclıqdır. Çoxu əmlük 

ağacıdır. Bu meyvəyə  bəzi türklər qarayemiş deyirlər, Dəreyi-Nurda çox 

olur, başqa yerdə bu meyvəyə rast gəlmək olmaz. 

Üzümü də olur. Üzümün hamısı ağaclara sarmaşıb yuxarı çıxır. Ləm-

qanatda Dəreyi-Nur şərabı məşhurdur. Ərrə daşı və suxan daşı adlanan iki 

növ şərabları var. Ərrə daşı sarımtıraqdır, suxan daşı isə gözəl rəngli və qıp-

qırmızı olur. Düzdür, hər ikisinin də keyfiyyəti şöhrətləri qədər deyildir, la-

kin ərrə daşı adama daha çox keyf verir. 

Yuxarıdakı dərələrdə limon yetişir. Buradan aşağıdakı Hindistan tərəf-

lərində də limon yetişir. Lakin buradan yuxarıda limon olmur. Buranın əha-

lisi əvvəllər donuz saxlayırdı, lakin bizim zamanımızda bundan vaz keçdi. 

Ləmqanatın üç tümənindən biri də Künər və Nurgil tümənidir. Bu tü-

mən Ləmqanatdan bir az fərqlidir. Kafiristanın içindədir və vilayətin sərhəd-

dini təşkil edir. Gərçi böyüklüyü Ləmqan tümənləri qədər vardır, lakin məh-

sulu az olduğu üçün (134 a) daha az vergi verirlər. Çağan saray çayı şimal-

şərqdən Kafiristanın içindən başlayır və bu vilayətin içindən keçərək Kamə 

bölüyündə Baran çayı ilə birləşib şərqə doğru axır. Bu çayın qərb tərəfi Nur-

gil, şərq tərəfi isə Künərdir. 

Mir Seyid Əli Həmədani -Allah ona rəhmət eləsin- səyahət edərkən 

buraya gəlib Künərdən bir şeri məsafə daha yuxarıda vəfat etmişdir. Mürid-

ləri onu buradan alıb Xutlana götürmüşlər. Vəfat etdiyi yerdə bir məzar var. 

925-ci ildə [=1519] gəlib Çağan sarayı alanda ziyarət etmişdim. 

Portağal, turunc və düyü çox olur. Qüvvətli şərabları da Kafiristandan 

gətirirlər. 

Buradakı əhali qəribə bir şey danışır, inanılmaz kimidir, lakin bu xə-

bəri dəfələrlə eşitdim. Bu tümənin aşağı qisminə Ləmətə-Öz deyirlər və ora-

dan aşağıda olan yerlər Dəreyi-Nura və  Ətərə tabedir. Bu hadisə  Ləmətə 

kəndinin yuxarısına, Künər, Nurgil, Bəcur, Səvad və civarındakı bütün bu 

Kuhistana yayılmışdır: ölən hər qadını bir xərəyə qoyub dörd tərəfindən tu-

taraq yuxarı qaldırırlar. Əgər qadın pis işlər görmüşsə, onu qaldıranları o qə-

dər sarsır ki, bütün səylərə baxmayaraq ölü xərəkdən yerə düşür. Əgər pislik 

etməmişsə, tərpənmir. Bunu yalnız oranın əhalisi deyil, Bəcur, Səvad və bü-

tün Kuhistan əhalisi birağızdan (l 34 b) söyləyirdi. 

Heydər Əli Bəcuri Bəcur sultanıydı və o vilayətdə çox yaxşı qayda ya-

ratmışdı. Anası öləndə ağlamamış, matəm tutmamış, qaralar geyməmiş, «Ge-

din, xərəyə qoyun, qımıldamasa yandıracağam» demişdir. Xərəyə qoyurlar və 

ölüdə belə bir hərəkət görünür. Bunu eşidincə, qaralar geyib matəm tutur. 



BABURNAMƏ 

 

149



Bölüklərdən biri Çağan saraydır. Kafiristanın başlanğıcında kiçık bir 

kənddir.  Əhalisi kafirlərlə qarışıq olduğu üçün müsəlman olduqları halda 

kafir adətlərinə uyurlar. Çağan saray çayı deyə  məşhur olan böyük irmaq 

Çağan sarayın şimal tərəfindən və Bəcurun arxasından axır. Qərb tərəfindən 

Pih adlı daha kiçık bir çay Kafiristandan gəlib bu çayla birləşir. 

Çağan sarayın sarımtıraq və qüvvətli  şərabları var, lakin Dəreyi-Nur 

şərabıyla əsla müqayisə oluna bilməz. Oranın üzümü və bağı yoxdur, suyun 

üst tərəfindəki Kafiristan ilə Pih Kafiristanından gətirirlər. Mən Çağan sa-

rayı alanda [=1514/5] Pih kafirləri bu xalqa yardım üçün gəlmişdilər. Şərab 

o tərəfdə o qədər yayılmışdır ki, hər kafirin boynunda bir tuluq şərab olur və 

su yerinə şərab içirlər. 

Kamə ayrı bir yer olmayıb Nigənxara tabe olsa da, oraya da bölük de-

yirlər. 

Tümənlərdən biri (135 a) Nicrav tümənidir. Kabilin şimal-şərqində 

Kuhistanda yerləşir. Arxasındakı dağların hamısı Kafiristandır. Uzaq bir gu-

şədir. Üzüm və meyvəsi fövqəladə çox, şərabı da bol olur. Ancaq şərabı 

qaynadırlar. Qışda çox toyuq bəsləyirlər. Əhalisi əyyaş, namaz qılmaz, Al-

lahdan qorxmaz və kafirə bənzər bir xalqdır. 

Dağlarında şam, palıd və saqqız ağacı çoxdur. Çam, çilgüzə və palıd 

ağacları oradan aşağıda da bitir, lakin Nicravdan yuxarıda heç bitmir. Bun-

lar Hindistan ağaclarındandır. Bu Kuhistan xalqının çırağı çilgüzə  ağacın-

dandır və şam kimi yanır. Bu çox qəribədir. 

Nicrav dağlarında rübeyi-pəran olur. Rübeyi-pəran bir heyvandır, sin-

cabdan bir az böyükdür və iki qoluyla iki budunun arası yarasa qanadı kimi 

pərdəlidir. Hər zaman tutub gətirirdilər. Deyirlər ki, ağacdan-ağaca, aşağıya 

doğru bir ox atımı qədər uçur. Mən özüm uçduğunu görməmişdim. Bir ağa-

ca qoyduq və dərhal dırmanaraq çıxdı. Oradan qovladılar və qanadını açaraq 

uçan kimi elədi, lakin ehmalca yerə düşdü.  

Bu dağlarda luçə quşu da olur. Bu quşa buqələmun deyirlər, başından 

quyruğuna qədər beş-altı fərqli rəngi var və boynu göyərçin boynu kimi par-

laqdır. Böyüklüyü cins kəklik qədərdir. Bu, hər halda, Hindistanın cins kək-

liyi olmalıdır. Onun haqqında bölgə əhalisi qəribə şeylər söylədi: qış gəlincə 

dağın  ətəklərinə enərək uçursalar belə  (135 b) üzüm bağından o yana uça 

bilməz, sonra onları təkrar tutarmışlar. 

Nicravda müşk siçanı deyilərn bir siçan varmış, ondan müşk qoxusu 

gəlirmiş. Özüm şəxsən görmədim. 

Tümənlərdən biri Pənchir tümənidir və Pənchir yolu üzərində yerləşir. 

Kafiristan ona çox yaxındır. Yolkəsən kafirlərin yolu Pənchir üzərindəndir. 

Kafirlərə yaxın olduğu üçün bu tüməndən də vergi alırlar. Mən gəlib Hin-

distanı fəth etəndə [=1526] kafirlər də gəlib Pənchirdə bir çox adamı öldürə-

rək hər yanı dağıtmışdılar. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



150

Tümənlərdən biri Gur-Bənd tümənidir. O vilayətlərdə keçidə bənd de-

yirlər. Gür tərəfinə bu keçiddən gedirlər və  hər halda buna görə ona Gur-

Bənd demişlər. Dərə başlarını həzarələr işgal etmişdilər. Bir neçə kənddən 

ibarət və məhsulu az bir yerdir. Gur-Bənd dağlarında gümüş və lacivərd mə-

dənləri olduğunu söyləyirlər. 

Dağ ətəyində yerləşən kəndlər başda Mitə-Kəcə və Pərvan ilə axırda 

Dürnamə olmaq üzərə on iki-on üç kənddən ibarətdir. Meyvəsi bol olan 

kəndlərdir və  şərabları da digər yerlərinkinə nisbətən daha qüvvətlidir. Bu 

kəndlərin hamısı dağlarda və dağ ətəklərində yerləşdikləri üçün vergilərini 

ödəyirlər, lakin xəraca bağlı deyillər. Bu kəndlərin aşağısında dağ ətəyində 

və dağ ilə Baran çayı arasında Kürreyi-Taziyan və Dəşti-Şeyx dedikləri iki 

düz ovalıq var. Yayda çikin-tala

1

 otu (136 a) fövqəladə yaxşı olur. Aymaq-



lar və türklər yayda buraya gəlirlər. 

Bu dağ  ətəyində  rəngbərəng hər cür lalə var. Bir dəfə saydırdım və 

otuz iki-otuz üç növ nadir lalə çıxdı. Bu lalələrin bir növündən bir az qırmızı 

gül qoxusu gəlir, ona laleyi-gülbuy adını verdik. O, Dəşti-Şeyxdə də müəy-

yən bir yerdə olur, başqa yerdə olmur. Eyni dağın ətəyində və Pərvanın bir 

az aşağısında sədbərg (yüz yarpaq) lalə olur. O da yalnız müəyyən bir yerdə, 

Gur-Bənd boğazının sonunda yetişir.  

Bu iki ovanın arasında kiçık bir dağ var. Bu dağda və dağın başından 

ətəyinə qədər Xoca-Rigi-Rəvan deyilən qumlu bir sahə var. Bu qumluqdan 

yayda nağara və davul səsləri gəldiyini söyləyirlər. 

Bunlardan başqa, Kabilə bağlı olan daha bir çox kənd vardır. Kabilin 

cənub-qərbində və ondan üç şeri məsafədə hər zaman qarla örtülü böyük bir 

dağ vardır; bir ilin kari ikinci ilin qarına qədər qalır və nadir illərdə qar o 

biri qara çatmır. Kabil buzçularının buzları qurtaranda bu dağdan qar gəti-

rərək buzlu su düzəldib içirlər. Bu dağ ilə Bamyan dağı sarp dağlardır. Hər-

mənd, Sind, Duqabə və Bəlxab çayları öz mənbəyini bu dağdan alır ki, bir 

gündə dörd çayın dördünün də suyundan içmək mümkündür. 

Oradakı  kəndlərin çoxu bu dağın  ətəyində yerləşir. Bağların üzümü 

çox və hər növ meyvəsi bol olur. Bu kəndlərin arasında İstalif və Əstərqaça 

bənzəyən başqa kənd yoxdur. Uluğ bəy Mirzə bu kəndlərə (136 b) Xorasan 

və Səmərqənd deyirmiş. 

Ləmqan da bu kəndlərin arasındadır. Djğrudur, üzümü və meyvəsi o 

kəndlərinki qədər deyil, lakin havası onlarla əsla müqayisə edilə bilməz. 

Ləmqan dağı qarlı dağdır. 

İstafil kimi bir kəndə hər yerdə rast gəlmək mümkün deyil. Kəndin için-

dən böyük bir çay axır və çayın hər iki tərəfi bağdır. Yaşıl və olduqca səfalı 

bağları var. Suyu soyuqdur, buzlu suya ehtiyac yoxdur; əksərən şəffafdır. Bu 

kənddə Uluğ  bəy Mirzənin sahibindən zorla aldığı Baği-Kəlan adlı bir bağı 

                                                           

1

 Çikin-tala otu: heyvanlara yedirilən bir ot növü.  



BABURNAMƏ 

 

151



var. Mən sahiblərindən satın aldım. Bağın dışında böyük çinarlar var, 

çinarların altı yaşıl, kölgəli və səfalı bir yerdir. Bağın ortasından bir dəyirman 

işlədə biləcək qədər su heç dayanmadan axır. Bu suyun sahilində çinarlar və 

digər ağaclar bitir. Bu arx əvvəllər  əyri-üyrü və düzənsizdi, amma mənim 

əmrimlə doğru-düzgün bir şəkildə qazdılar, fövqəladə gözəl bir yer oldu. 

Bu kəndlərin bir az aşağısında və ovadan yuxarıya doğru bir və ya bir 

yarım küruh məsafədəki dağ ətəyində Xoca-Seyaran dedikləri bir çeşmə var.  

Bu çeşmədə və çeşmənin ətrafında üç cür ağac əkilmişdir. Çeşmənin 

ortasında xeyli çinar ağacı və onların lətif kölgəsi var. Çeşmənin iki tərəfin-

də dağ ətəyindəki təpələrdə çoxlu palıd ağacı var. Bu (137a) iki palıdlıq is-

tisna olmaqla Kabilin qərb tərəfindəki dağlarda heç palıd ağacı bitmir. Çeş-

mənin qabağındakı ova tərəfində isə böyük bir ərğuvan qoruğu var, bu vila-

yətdə oradan başqa heç bir ərğuvan qoruğu yoxdur. 

Bu üç ağacın üç müqəddəsin kəraməti olduğunu deyirlər, seyaran [se 

yaran, üç yaran] adının verilməsinin səbəbi də bu imiş. Mən də bu çeşmənin 

ətrafını daşla hördürdüm, çeşməni kirəc və gipslə suvadaraq böyük hovuz 

düzəltdirdim. Çeşmənin ətrafı çox gözəl oldu. Hər tərəfi ərğuvan qoruğuna 

baxır. Ərğuvan gül açan günlərdə belə bir yer dünyada tapılmaz. Sarı ərğu-

vanı da çox olur. Sarı ərğuvan ilə qırmızı ərğuvan dağ ətəyində birdən açılır. 

Bu çeşmənin cənub-qərbində bir dəyirman işlədə biləcək çayın yarısı 

qədər su fasiləsiz olaraq axır. Mən bir arx açdırıb bu suyu Seyaranın cənub-

qərbindəki təpənin üstünə gətirtdim. Təpənin üstünə böyük yuvarlaq bir taxt 

düzəltdirdim. Onun ətrafına başdan-başa söyüd əkdirdim, çox gözəl bir yer 

oldu.Bu taxtın bir az yuxarısına, təpənin yanında bir də üzüm bağı saldırdım. 

Bu arxın tarixi «cuyi-xoş»

1

  şəklində zəbt edildi. 

Tümənlərdən biri də Ləhugər tümənidir. Ən böyük kəndi Çərx kəndi-

dir. Molla Yaqub həzrətləri bu kənddəndir, Mollazadə Molla Osman da (137 



b)  çərxlidir. Secavənd də  Ləhugərin kəndlərindən biridir. Xoca Əhməd ilə 

Xoca Yunus Secavənd kəndindəndir. Çərxin bağları çoxdur. Ləhugərin di-

gər kəndlərində bağ olmur. Ləhugərin  əhalisinə  əfqan-şal deyirlər. Bu ad 

Kabildə çox yayılmışdır. Hər halda, bunun doğrusu əfqan-şiardır ki, sonra-

dan əfqan-şal demişlər.  

Biri Qəznə vilayətidir. Bəziləri ona tümən də deyirlər. Səbük-Təkin ilə 

[Hindistan fatihi] Sultan Mahmudun [Qəznəvi] və oğlunun paytaxtı Qəznə 

imiş. Bəziləri Gəznin deyə də yazmışlar. Sultan Şəhabəddin Qurinin də pay-

taxtı ora imiş. Bu Sultan Şəhabəddini [Quri] Təbəqati-Nasiridə və bəzi hind 

tarixlərində Müizzəddin kimi yazmışlar. 

Qəznə üçüncü iqlimdədir. Ona Zabil də deyirlər. Zabilistan bu vilayət-

dən ibarətdir. Bəziləri Qəndəharı da Zabilistana daxil edirlər. Kabildən qər-

bə doğru on dörd ağac məsafədədir. Bu yolu gedənlər dan ağararkən Qəznə-

                                                           

1

 Cuyi-xoş: hərflərin cəmi əbcəd hesabı ilə 926 edir. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



152

dən hərəkət edib iki namaz arasında və ya ikindi namazı vaxtında Kabilə ça-

tır. Adinapur isə on üç ağac məsafədədir, lakin yolunun pis olması üzündən 

oraya heç bir vaxt bir gün ərzində gedib çata bilməmişlər. 

Kiçık bir vilayətdir. Çayının dörd-beş dəyirman işlədəcək qədər suyu 

var. Qəznə  şəhəri və dörd-beş  kəndi bu suyla, dörd-beş  kəndi də  kəhrizlə 

suvarılır. Qəznənin üzümü Kabilinkindən daha yaxşıdır. Qovunu da Kabil 

qovunundan daha yaxşıdır. Alması da yaxşı (138 a) olur, onu Hindistana ix-

rac edirlər. Taxılı fövqəladə əziyyətlə becərilir, əkdikləri hər sahənin üstünü 

hər il bütüblüklə yeni torpaqla örtürlər. Lakin oranın əkininin məhsulu Ka-

bilinkindən daha artıqdır. Boyaqotu əkir və Hindistanın hər tərəfinə ixrac 

edirlər. Bu əhalinin ən yaxşı məhsulu boyaqotudur. 

Köçəriləri həzarələr və  əgqanlardır. Qəznə Kabilə nisbətən daima 

ucuzdur.  Əhalisi hənəfi məzhəbli, təmiz etiqadlı  və müsəlman bir xalqdır. 

Üç ay oruç tutanları çoxdur. Ailə və qadınları çox mühafizəkar və qapalıdır. 

Molla Əbdürrəhman Qəznənin ən böyük adamlarındandır. Alim adam-

dı  və daima dərs verirdi. Fövqəladə dindar, Allahdan qorxan və  pəhrizkar 

bir adamdı. Nasir Mirzə ölən il [=1515] vəfat etdi. 

Sultan Mahmudun qəbri Qəznə civarındakı məhəllələrin birindədir və 

sultanın qəbri orada olduğu üçün buraya rövzə deyirlər. Qəznənin yaxşı üzü-

mü rövzədə yetişir. Oğulları Sultan Məsud ilə Sultan İbrahimin qəbri də 

Qəznədədir. Belə mübarək məzarlar Qəznədə çoxdur. 

Kabil və Qəznəni zəbt etdiyim il [=1505] Kühət, Bennu ovası və Əf-

qanıstanı yağmalayıb bir çox insan öldürdükdən sonra Düki üzərindən keçib 

Abi-İstadənin sahili ilə Qəznəyə gəldim. Qəznə kəndlərinin birində bir mə-

zar olduğunu və salavat oxuyunca yırğalandığını söylədilər. Gedib gördüm 

və qəbrin yırğalandığı (138 b) hiss edildi. Sonra anlaşıldı ki, bu, mücavir-

lərin bir hiyləsi imiş. Onlar qəbrin üstünə tavan kimi bir şey düzəltmişlər. 

Ona toxunanda o, yırğalanır və bu zaman adamda qəbr hərəkət edirmiş hissi 

oyanır. Necə ki, gəmiyə heç minməmiş bir adam gəmiyə minincə sahilin hə-

rəkət etdiyini hissinə qapılır. Mücavirlərin qəbrdən uzaq durmalarını əmr et-

dim. Bir neçə salavat oxudular, lakin qəbrdə heç bir hərəkət hiss edilmədi. 

Tavanı söküb qəbrin üstünə künbəz tikilməsini əmr etdim. Mücavirlərə isə 

təhdidlə bir də belə hərəkət etmələri qadağan edildi. 

Qəznə çox əhəmiyyətsiz bir yerdir. Hindistan və Xorasanı öz hakimiy-

yəti altına alan padşahların, ələlxüsus xorasanlıların belə həqir bir yeri necə 

paytaxt elədiklərinə heyrət etməmək olmur. 

Sultan (Mahmud) zamanında [=998-1030] Qəznənin üç-dörd bəndi 

varmış. Bəndlərdən biri Qəznə çayında, Qəznədən  şimala doğru üç ağac 

məsafədə və suyun yuxarı tərəfindədir. Burada Sultan (Mahmud) böyük bir 

bənd tikdirmişdir. bu bəndin yüksəkliyi qırx-əlli kari, uzunluğu isə təxminən 

üç yüz kari qədərdir. Suyu oraya toplayıb ehtiyaca görə əkinlərə verirlərmiş. 



BABURNAMƏ 

 

153



Əlaəddin Cahansuz Guri bu vilayətə müsəllət olanda bəndi dağıtmış,  sulta-

nın övladlarından çoxunun qəbirlərini də təxrib etmiş, Qəznə şəhərini yax-

mış, əhalisini öldürüb mallarını yağmalamış, qətliamın və dağıntının (139 a) 

ardından geridə görünəcək heç bir şey qoymamışdır. Bax, bu bənd də o za-

mandan bəri xarabdır. Hindistanı fəth etdiyim il  bu bəndi təmir etmək üçün 

Xoca Kəlan ilə pul göndərdim. Allahın inayətiylə bu bəndin təkrar inşa edi-

ləcəyinə ümid vardır. 

Bəndlərdən biri də Sixandır. Qəznənin şərqində və ondan iki-üç ağac 

məsafədə olan bu bənd də o zamandan bəri xarabdır. Təmir ediləcək vəziy-

yətdə deyil. Bəndlərdən digəri də Sərdihə bəndidir ki, bu bənd abaddır. 

Kitablarda yazıldığına görə, Qəznədə bir çeşmə varmış və bu çeşməyə 

zibil atsalar, o zaman dalğa, daşqın, yağmur və boran olarmış. Bir tarix kita-

bında yazıldığına görə, hind padşahlarından biri [Sultan Mahmudun atası] 

Səbük-Təkini Qəznədə mühasirəyə alanda Səbük-Təkinin  əmriylə bu çeş-

məyə zibal atılır, dalğa, daşqın, yağmur və boran olur və bu şəkildə düşməni 

dəf edir. Mən Qəznədə nə qədər araşdırdımsa da, heç kim bu çeşmənin yeri 

haqqında məlumat verə bilmədi. 

İraqeyn və Azərbaycanda Sultaniyə ilə  Təbriz soyuqluğu ilə  məşhur 

olduğu kimi, bu vilayətlər arasında da Qəznə ilə Xarəzm soyuqluğu ilə məş-

hurdur. 


Tümənlərdən biri də Zürmət tümənidir; Kabilin cənubunda, Qəznənin 

cənub-şərqindədir. Kabildən on iki-on üç, Qəznədən isə yeddi-səkkiz ağac 

məsafədədir və səkkiz kənddən ibarətdir. Vilayət mərkəzi  Gərdizdir. Gərdiz 

kurqanının içindəki evlər əksərən üç və ya dörd qatlıdır. (139 b) Gərdiz ol-

duqca möhkəm bir yerdir. Bu şəhər Nasir Mirzə ilə düşmən olub Mirzəyə 

xeyli problem yaratmışdı. 

Zürmət əhalisi əfqan-şaldır, onlar əkinçilik və kənd təsərrüfatı ilə məş-

ğul olurlar. Ağacları, bağ və bağçaları yoxdur. 

Bu tümənin cənubunda Bərəkistan dedikləri bir dağ, onun ətəyində də 

yüksək bir yerdə bir çeşmə var. Şeyx Məhəmməd Müsəlmanın qəbri burada-

dır. 

Tümənlərdən biri də Fərmül tümənidir. Önəmsiz bir yerdir. Alması pis 



deyildir, Multana və Hindistana ixrac edilir. Hindistanda əfqanlar zamanın-

da etibar görən  Şeyx Məhəmməd Müsəlmanın övladları olan Şeyxzadələr 

Fərmüldəndir. 

Tümənlərdən biri də Bəngəş tümənidir. Hər tərəfi yolkəsən əfqanlarla 

doludur. Hugiyani, xırılcı, turi və ləndər qəbilələri kənarda yaşadıqları üçün 

vergilərini könüllü verməzlər. Qəndəhar, Bəlx, Bədəxşan və Hindistanın fət-

hi kimi böyük işlər araya girdiyindən Bəngəşin zəbti üçün fürsətim olmadı. 

Allah rast gətirsə və fürsət versə, Bəngəşin yolkəsənləri ilə və şəhərin zəbti 

ilə uğraşmaya qərar verdim. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



154

Kabilin bölüklərindən biri də Ala say bölüyüdür; Nicravdan iki-üç şeri 

qədər məsafədədir. Şərqə doğru Nicrav tərəfindən yol dümdüz gəlir və Kürə 

deyilən yerə çatar-çatmaz Ala saya doğru bir az kiçık bir keçid enir. Bu tə-

rəfin isti iqlimiylə soyuq iqliminin ayrıldığı yer Kürə keçididir. Bu Kürə 

keçidi ilkbaharda quşların keçdiyi bir yerdir. Nicrava tabe olan Piçgan əhali-

si bu keçiddə çox (140 a) quş tutur. Keçidin sonunda hər yerə daş sığınaqlar 

tikmişlər. Quş tutan adamlar bu sığınaqlarda oturub torun bir ucunu beş-altı 

kari qədər uzaq bir yerə bağlayır və bir tərəfini yerə daşla bərkidir, digər tə-

rəfinə də torun yarısına qədər uzaqda və üç-dörd kari uzunluğunda bir ağac 

bağlayırlar. Ağacın bir ucunu sığınaqda oturan adam əlində tutur və sığına-

ğın dəliklərindən bayırı müşahidə edir. Quşlar yaxınlaşınca toru dərhal yu-

xarı qaldırır və quşlar hamısı tora düşürlər. Bu şəkildə o qədər çox quş tu-

turlar ki, kəsməyə vaxt tapmırlar. 

O vilayətdə Ala sayın narından daha yaxşı nar tapılmaz və bu narı 

Hindistanın hər tərəfinə ixrac edirlər. Üzümü də pis deyil. Ala sayın şərab-

ları Nicrav şərablarına görə daha qüvvətli, rəngi də daha gözəldir. 

Bölüklərdən biri də Bedrav bölüyüdür və Ala sayın yanındadır. Bura-

da meyvə olmur. Əhalisi kafirdir və  əkin-biçinlə  məşğul olur. Xorasan və 

Səmərqəndin köçəriləri türklər və aymaqlar olduğu kimi, bu vilayətin köçə-

riləri də  həzarələr və  əfqanlardır. Həzarələr arasında  ən çoxsaylısı Sultan 

Məsudi həzarəsi, əfqanlar arasında isə məhmənd əfqanlarıdır. 

Kabilin gəliri torpaq, gömrük və köçərilərdən alman vergilərlə birlik-

də səkkiz lek

1

 şahruxi


2

 tutdu. (140 b) 

Kabil vilayətinin şərq tərəfindəki dağları iki, qərb tərəfindəki dağları 

da iki cürdür. Əndərab, Hast və Bədəxşan dağları başdan-başa arçan ilə ör-

tülü, bol sulu və yumşaq təpəli dağlardır. 

Dağ, təpə və dərələrinin otu birbirinin eynidir və yaxşıdır. Çox yerində 

bütəkə otu bitir və ata fövqəladə yaxşı gəlir. Əndican vilayətində də bu ota 

bütəkə deyirlər, lakin nə üçün elə deyildiyi bilinmir. Bu vilayətlərdə anlaşıl-

dı ki, bu ot dəmət-dəmət çıxdığı üçün bütəkə deyirlər. Hisar, Xutlan, Səmər-

qənd, Fərqanə  və Moğolistan yaylalarının hamısı bu cür yaylalardır. Gərçi 

Fərqanə ilə Moğolistan yaylaları bu yaylalarla müqayisə edilə bilməz, lakin 

bunlara bənzər dağ və yaylalardır. 

Nicrav, Ləmqanat, Bəcur və Sevad dağları isə sıx şam, çilgüzə, palıd, 

zeytun və saqqız ağaclarıyla örtülüdür. Otu digər dağların otuna bənzəməz; 

çox və yüksək olmasına baxmayaraq işə yaramır, ata və qoyuna xoş gəlmir. 

Düzdür, o dağlar qədər yüksək deyillər və gözə kiçık görünürlər, lakin çox 

sarp dağlardır. Düz təpələrmiş kimi görünürlər, lakin bütün təpə və dağları 

sarpdır, daşlıdır və hər yerindən atla keçilməz. Bu dağlarda Hindistan quş-

                                                           

1

 Lek: 100.000-ə uyğun gələn bir rəqəm. 



2

 Şahruxi: qızıl ölçüdür, 1 şahruxi = 4.5 qızıl quruş.  



BABURNAMƏ 

 

155



ları və heyvanları (141 a) lap çox olur. Tutuquşu, şarək, tovuz, lucə (nuha), 

meymun, nilqav, qısaayaq maral və bunlardan başqa da növ-növ elə quş və 

heyvanlar var ki, Hindistanda belə bu heyvanlar haqda heç nə eşitməmişlər. 

Qərb tərəfindəki dağlardan Dəreyi-Zindan, Dəreyi-Suf, Gürzüvan və 

Garcistan dağları da bu cür dağlardır. Otlaqları əksərən dərələrindədir. Dağ 

və təpələrdə, o dağlardakı kimi hər yerdə ot olmaz, o qədər bol ağacı və ar-

çanı da yoxdur, lakin otu ata və qoyuna yaxşı  gəlir. Bu dağların üstü hər 

yerdə at çapacaq qədər düzdür. Əkin yerləri də orada yerləşir. Bu dağlarda 

geyik çoxdur. Yalnız suları sarp dərələrdədir. Çox yeri qayalıqdır, hər yer-

dən enmək mümkün deyil. Qəribədir ki, bütün dağların sarp yerləri yüksək-

liklərdə olduğu halda, bu dağların sarp yerləri aşağı tərəflərindədir. 

Gür, Gəzyu və Həzarə dağları da buna bənzər dağlardır. Otlaqları də-

rələrdədir, dağlarında ağacı azdır, arçan ağacı heç bitməz. Otu ata və qoyuna 

yaxşı gəlir. Geyiyi boldur. Yuxarıda sözü edilən dağların sarp yerləri aşağı 

tərəflərində yerləşir, bu dağlarsa elə deyildir. 

Xoca İsmail, Dəşt, Düki və Əfqanistan dağları bu cür dağlardır. Ümu-

mən alçaq, otu az, suyu az, ağacsız, görünüşü çirkin və şoran (141 b) dağlar-

dır. Dağları əhalisinə uyğundur. Necə ki,  «dəng olmayan tuş olmaz» demiş-

lər. Dünyada belə şoran dağlar az tapılar. 

Düzdür, Kabildə qışda qar çox yağır, lakin yaxşı odunları var və yaxı-

nındadır. Bir gündə gedib gətirilə bilər. Odunları saqqız ağacı, palıd, acıba-

dam və  kərkənddir. Bunların  ən yaxşısı saqqız ağacıdır, parlayaraq yanır, 

tüstüsünün iyi yaxşı olur, istiliyi davamlıdır, hətta yaşı da yanır. 

Palıd da yaxşı odundur. Düzdür, bir az yavaş yanır, lakin yaxşı yanır 

və istisi davamlıdır. Palıd ağacının qəribə bir özəlliyi var, yaşıl yarpaqlı bu-

daqlarına od vurulsa, qəribə bir çıtırtı ilə yanır. Bir ucundan o biri ucuna qə-

dər çıtırdayaraq birdən yanır. Bu ağacın yanması çox gözəl bir əyləncədir. 

Acıbadam hamısından daha artıqdır və daha çox yayılmışdır. 

Kərkənd bir tür qısatikanlı çalıdır. Yaşı da, qurusu da eyni şəkildə ya-

nır, bütün Qəznə əhalisinin odunu budur. 

Kabil vilayəti dağların arasındadır.Yonca sıraları kimi dağlar var, dağ-

ların arasında düz dərələr yerləşir və məmur yerləri bu aralıqlardadır. Geyiyi 

və ovu çox deyildir. Yaz və payız mövsümlərində qızıl geyik, yəni arxarqul-

çanın qışlaq və yaylağa keçərkən izlədiyi müəyyən boğazlar var. Köpəkləri 

və quşları olan həvəsli igidlər bu boğazları (142 a) tutaraq geyik ovlayırlar. 

Xurd-Kabil və Sürxab tərəflərində qulan da olur. Lakin ağ geyik heç 

olmaz. Qəznənin isə ağ geyiyi və qulanı var. Qəznənin ağ geyiyi qədər kök 

geyik az yerdə tapılar. 

Yazda Kabilin quş ovlayacaq yeri çoxdur. Quşların keçdiyi əsas yer 

Baran sahilidir. Çünki Kabilin şərq və qərb tərəfi dağlıqdır, Baran sahilinin 

qarşısı yalnızca böyük Hinduquş keçididir və bundan başqa bir keçid yoxdur, 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



156

bu üzdən bütün quşlar buradan keçir. Külək və ya Hinduquş keçidi üzərində 

bir az bulud olsa, quşlar keçə bilmir və hamısı Baran ovasına enir. Bax o za-

man civardakı  əhali çox quş tutur. Baran sahilində  qışın sonlarında ördək 

çox, həm də fövqəladə kök olur. Ondan başqa, durna, qarqara və digər bö-

yük quşlar saysız-hesabsızdır. 

Baran sahilində ip ataraq çox durna tuturlar. Leylək, qızılqaz və dur-

naları iplə tuturlar. Bu şəkildə quş tutmaq buraya məxsusdur. Bu ovun təf-

silatı belədir: bir ox atımı uzunluğunda incə bir ipi bükürlər. Bu ipin bir ucu-

na ox, o biri ucuna da budaqdan düzəldilmiş bir halqa bağlayırlar. Bilək yo-

ğunluğunda (142 b) və bir qarış uzunluğunda bir ağac alırlar. Bu ipi sonuna 

qədər oxun bağlı olan ucundan başlayaraq bu ağaca sarıyırlar. İp bu şəkildə 

tamamilə sarıldıqdan sonra halqanı bağlayırlar. Ondan sonra bilək yoğunlu-

ğunda olan bu ağacı ipin içindən çəkirlər. İp sarılmış bir biçimdə və içi boş 

olaraq qalır. Halqanı ələ alıb gəlməkdə olan quşun önünə oxu atırlar. Qana-

dına və ya boynuna toxunanda, quş ipə sarılaraq düşür. Bütün Baran əhalisi 

bu üsulla çoxlu quş tutur. 

Lakin bu quş ovu olduqca əziyyətli bir işdir. Bunun üçün yağmurlu və 

qaranlıq gecələr lazımdır. Belə gecələrdə quşlar yırtıcı heyvanlar üzündən 

sabaha qədər durub-dincəlmədən və eyni zamanda çox alçaqdan uçurlar. 

Qaranlıq gecələrdə quşların yolu axan sudur, çünki su qaranlıqda bəyaz gö-

rünür. Qorxudan su üzərində yuxarı-aşağı sabaha qədər gedib-gəlirlər. Bax, 

ipi bu zaman atırlar. Mən də bir dəfə gecə ip atdım. İp qopdu və quş da ta-

pılmadı. Ertəsi sabah quşu qopmuş iplə birlikdə tapıb gətirdilər. Bu üsulla 

Baran əhalisi çox quş tutur. 

Lələk durnadan əldə edilir. Kabildən  İraqa və Xorasana ixrac edilən 

maddələrdən biri də bu lələkdir. 

Əhalidən başqa, bir də ayrıca ovçular da vardır. Bunlar iki-üç yüz ailə 

qədərdir. Teymur bəyin övladlarından biri bunları Multan civarından  (143 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin